244
YUXULU ŞƏHƏRİN SAKİNLƏRİ VƏ MİRZƏSİ
(ictimai psixozun şərti)
Əgər mən desəm ki, Əbdürrəhimbəy Haqverdiyevin
yeri Azərbaycan mədəniyyətində xüsusidir (yazıçı,
dramaturq,
rejissor,
dirijor,
publisist,
tədqiqatçı), hücrəsi təkdir, elə bilin ki, mən heç
nə deməmişəm. Çünki bunların hamısı artıq çoxdan
deyilib. Deyilib ki, Haqverdiyev Azərbaycan adlı
bir məmləkətin son dərəcə böyük sənətçisi və
ədibidir. Burası tarixən həqiqət kimi formalaşıb və
tədricən çevrilib olub taftalogiya, yəni sözü
qurtarmış aşığın fasiləsiz çalıb-çağırdığı “yram,
yaram” təkriri. Taftalogiya - tükənmə sindromu,
cəfəngiyyat əlaməti, mənasız küy. Təbii ki, mən
buna qol qoymaram. Əbdürrəhimbəyi “ölü klassiklər”,
“cansız
korifeylər”
cərgəsində
əyləşdirmək
nə
demək? Olası bir işmi, yahu? Əsla, mümkünsüz.
Səbəbi də aydın. Ona görə ki, Haqverdiyevin ədəbi-
bədii irsi hələ də “bağlı boxça” kimi bir şey:
açıb baxmaq, baxıb da kəşf etmək gərək.
Mənim məqaləm də elə bu sayaq bir cəhd.
Azərbaycan
ədəbiyyatının
“ƏBDÜRRRƏHİMBƏY
HAQVERDİYEV” müstəvisində (qatında) qərarlaşıb onun
konseptual yaradıcılıq mündəricəsinin strukturunu,
bu strukturda gəlişən əsas motivlərin gerçəkləşdiyi
estetik modeli təsvir və şərh etmək mənim müəllif
məramım.
İstərdim
ki,
müsəlman
mədəniyyəti
kontekstində
Qərb
uyqarlığının
modern
sənət
dəyərlərinə
köklənmiş
bir
azərbaycanlı
maarifçisinin
bədii
paradiqmasının
funksional
bildiricilərini
aşkarlayıb
müəyyənləşdirim.
Məqsədimə uyğun predmetə yanaşma yönünü dəyişdim,
sosioloji təhlildən kulturoloji analizə keçdim
və... nə görsəm yaxşıdır? Gördüm ki, maarifçi
Əbdürrəhimbəyin
yaradıcılığı
Şərqlə
Qərbin
245
bifurkasiya nöqtəsi, müsəlman mədəniyyətinin özgə
mədəniyyətlə
təmasında
yaşanan
faciəvi
əxlaq
kollapsının güzgüsü, millətin mənəviyyat xəritəsi,
absurdun psixoloji panoramı; qısası, Azərbaycanın
filologiya “dənizində” yekə bir aysberq; üçdə ikisi
məxfi, mürgülü. Gördüm ki, Haqverdiyev dünya içində
dünya, amma sovetlər dönəmində “damğası” vulqar
sosioloji
təhlillə
vurulub.
Onda
gördüm
ki,
yazmasam ayrı bir əlacım yoxdur. Elə isə mövzunun
araşdırılması üçün mənim ideyalarımın cəmləşdiyi
əsas elmi-fəlsəfi platforma:
HAQVERDİYEV YARADICILIĞINDA DÜNYA MODELİ
(nağıl və məkan)
Kosmosda nə mövcuddursa, məkanı var. Məkansız
bircə Allah. Məndən Allaha qədər olan məsafə
məkandır; aramızda təbii landşaft, fəza, ulduzlar,
planetlər... və qalaktikalar. Hərçənd məkandan da
məkansızlığa iynəyarım yol. Allah mənimlə birgə
məkandadır: mən Allahla birgə məkansızam. Bu,
fəlsəfə üçün. Aydın və konkret düşüncə müstəvisində
isə
məkan,
ilk
növbədə,
materiyanın
olqu
formalarından biridir: yəni nə varsa, o, məkanda
özünə yer bulur. Yoxun yeri yoxdur. Odur ki, sadə
psixi
qavrayışda
məkan
İNSAN
MƏSKƏNİ
kimi
anlaşılır. Məkan üstündə gəzdiyim torpaq; yaşadığım
ev, dalan, küçə, məhəllə, şəhər, ölkə, cahan;
duyğularımın obrazı, nişanəsi; yaddaşım üçün fiziki
kataloq;
adət
və
şakərlərimin
gerçəkliyini
təsdiqləyən faktor; TALEYİM; zamanın qiyafəsi,
donu,
paltarı,
görünüşü.
Məkanda
mən
özümü
tanıyıram
və
mənə
potensial
özgə
olanları
“özünküləşdirirəm”.
Axı
onlar
mənim
şəhərimi
(ölkəmi,
kəndimi,
məhəlləmi)
mənimlə
birlikdə
bölüşürlər.
Hüquqlar
bərabərdir
və
şəriklik
aprioridir.
Bu,
bizim
qeydiyyatsız,
imzasız,
sənədsiz
ittifaqımızdır,
rəsmiləşdirilməmiş
246
müqaviləmizdir. Məkan cəmiyyətin dekorasiyasıdır,
ictimai
həyatın,
sosial
olayların
və
fərdi
yaşantıların kontekstidir, çərçivəsidir; hər bir
dövrdən, zamandan ötrü isə tarixi tekst kimi
qiymətlidir.
Məkan
mətndir
1
,
informasiyadır,
işarədir, bildiricidir: “oxunur”, yozulur, şərh
edilir, mənalandırılır. Elə bu əsnada demək mümkün
ki, məkan hər hansı bir ədəbi-bədii əsərin qeyri-
rəsmi
“lal”
qəhrəmanıdır,
bütün
hadisələrin
“dinməz” şahidi və gizli təhrikçisidir. Bu “lal”
personajın, iştirakçının səsi yoxdur, amma sözü var
və o, “danışır”. Bədii əsərdə məkan sahmanlayıcı,
təşkiledici,
nizamlayıcıdır.
Hətta
düşüncə
də
məkanda “gəzir”. Məkan qəhrəmanların fəaliyyət
dünyasını
qurur,
onların
davranış,
rəftar
partiturasını müəyyənləşdirir. Nədən ki, ZAMAN
insanın fəaliyyəti vasitəsilə məkanda “açılır”,
dinamikləşir, şaxələnir və özünü təsdiqləyir. Ona
görə məkan həmişə sosial əlaqələr iyerarxiyasının,
ictimai
münasibətlərin,
millətin
ünsiyyət
ənənəsinin, etnopsixoloji durumunun, passionarlıq
səviyyəsinin,
dini
gələnəklərinin
və
estetik
zövqünün
görkəmidir.
Bu
mənada
bədii
əsərin
qəhrəmanını yaradan, yaşadan və onun ömür müddətini
təyin edən məkandır. Hər bir insan məkanla aramsız
enerji mübadiləsindədir. Allahın TORPAQDAN (gildən,
palçıqdan)
yapdığı
İNSAN
daim
daimi
məkan
içindədir. Məkan onun varlıq meyarıdır, sosial-
psixoloji,
kulturoloji
səciyyəsidir,
“mən”in
güzgüləndiyi yerdir, milli xarakterin təcəssümüdür
və ayrılıqda hər bir fərdin şəxsi vərəqəsidir. Biz
harada yaşayırıqsa, ora bizim özümüzə oxşayır, və
əksinə. Bu mənada, məkan elə biz özümüzük. Məkan
mənim davamımdır: mən də məkanın davamıyam. Belə
ki, məkan da “canlıdır”, orqanizmdir, sistemdir və
insanla fasiləsiz kontaktdadır.
Dostları ilə paylaş: |