241
hava ilə dolub şişir və ağ yelkənlərə bənzəyir.
Elə yelkənlərə bənzəyir ki, sanki bu dəqiqə
hərlənib-hərlənib
səmaya
qalxacaqdır.
Səmaxanada bir-birilə kəsişən kiçik və böyük
dairələr əmələ gəlir. Kənardan baxdıqda sanki
maddi əsası olmayan, səmavi təsvirə malik tablo
alınır.
Dərvişlər
dayanmadan
fırlanırlar,
Y.E.Bertelsin bənzətməsinə görə, saatın kiçik
əqrəbi kimi fırlanırlar; fırlanırlar ki, mənzil
başına tez çatsınlar: həmin mənzilə ki, orada
zaman və məkan duyğusu itir, gerçəklik və
təxəyyül, yuxu və həyat arasındakı sərhəd
aradan götürülür, əbədiyyətlə an bir-birinə
bərabər tutulur, insan tanrı kimilaməkan olur.
Getdikcə dərvişlərin fırlanma sürəti o qədər
artır ki, hərəkətlə statika arasındakı zahiri
fərq sanki yoxa çıxır. Elə bil ki, hərlənən
dərvişin
pozası
əbədiyyətin
yeganə
və
təkrarolunmaz fotoşəklidir. Bu fotoşəkil sanki
qalaktikanın spiralvari formasının və dünya
burulğanının inikasıdır. Üçüncü salamın sonuna
yaxın10/8 ritmik qəlibində səslənən “Axsaq
səmai” çalınır və dönmələr getdikcə yavaşıyır.
Dördüncü
salamın
mənası:
bu
salam
səmazənlərin mənəvi yolçuluğunun, meracının
tamamlandığını, dərvişlərin əbədiyyətə dönüşünü
bildirir. Yenidən “Evfer” çalınır. 8/6 ritmik
ölçülü musiqi parçası zamanı ekstaza düşənlər
indi
bütün
fikirlərini
batinlərində
cəmləşdirirlər. Elə təəssürat yaranır ki, güya
dərvişlər yerin cazibəsindən qurtulub qaranlıq
fəza içində ağ tənnurələrilə fırlanırlar.
İnstrumental musiqi qurtardıqdan sonra “təqsim”
bir daha səmaxana fəzasına hakim kəsilir.
Bu, artıq finaldır, beşinci bölümdür,
ikinci
hissənin
tamamıdır.
Hafiz
avazla
Qurandan
parçalar
söyləyir.
Indi
Şeyxin
növbəsidir. O, “Hu” kəlməsi ilə bitən “Gülbəng”
adlı dini duanı oxuduqdan sonra rəqs ustası ilə
242
bahəm səmaxananın ortasında fırlanmağa başlayır.
İnstrumental musiqi öncə “pişrou”dan, sonra isə
“Yürük səmai”dən hissələr səsləndirir. Burada
Şeyx Günəşi, səmazənbaşı isə Ayı simvollaşdırır.
Beləliklə, səma məclislərinin kompozisiyasında
fəza cismlərinin hərəkətinin canlı şəkli alınır.
Günəşlə
Ay,
gecə
ilə
gündüz
Şeyxlə
səmazənbaşının timsalında yerlərini növbə ilə
bir-birilərinə
verib
fırlanırlar.
Ətraf
sakitlikdir. Yalnız “Allah” sözünün qısaldılmış
əvəzləyicisi olan “Hu...” nidasının sürəkli
pıçıltısı eşidilir. Dərvişəlr gerçək varlığa
laqeydlik bildirən üz ifadəsilə səmaxananı
bir-bir tərk edirlər. İndi onlar tamam başqa
bir dünyaya mənsubdurlar. Bu dünya MÜTLƏQ
GÖZƏLLİK və İLAHİ KAMİLLİK dünyasıdır. Bir
azdan “Huva” (Odur) və “Hu” (O) pıçıltıları da
eşidilməz olur. Əbədi sükut səmaxananın yeganə
sahibinə çevrilir. Lakin elə bu zaman yenidən
hafizin səsi eşidilir və o, “Fatihə” surəsini
oxumaqla səma məclisinin sona yetdiyini bəyan
edir.
Göründüyü
kimi
səma
məclislərinin
kompozisiyası çox sadədir və adi, aramsız
hərlənmələrdən
ibarətdir.
Ancaq
elə
ilk
baxışdan sadə və adi təsir bağışlayan bu
hərəkətləri yerinə yetirmək üçün dərvişlər Axçi
Dədənin rəhbərliyi altında uzun sürən asketik
təlim-məşq prosesi keçirdilər. Bu, ondan ötrü
idi ki, dərvişlər mənəvi təmizliyə, saflığa
çatsınlar və fırlanğıc hərəkətlərin ideal
icrasına nail olsunlar. Dərvişlər Mövləvi
xanəgahında 1001 gün müddətinə sığışan sınağa
çəkilirdilər. Bu sınaq “çillə” adlanırdı. 1001
günlük çillə 25x40 üstəgəl 1 prinsipi üzrə
qurulurdu. Dərvişlər 25 dəfə 40 gün ərzində
müxtəlif sahələrdə fiziki əməklə məşğul olmalı,
dilənməli və dini biliklərini artırmalı idilər;
zikr praktikasını mənimsəməliydilər. Sonrakı
243
bir gün isə səmaxanada düzəldilən imtahana
verilirdi.
Dönən
dərvişlərin
səma
məclisləri
Ortaçağ müsəlman mədəniyyətinin virtual merac
teatrıdır, simvollar teatrıdır. Biomexanika
qanunlarına əsaslanan bu zikr teatrının, vəcd
teatrının
sadə
kompozisiyası
çərçivəsində
poeziya, musiqi, rəqs, natiqlik sənəti, hətta
kalliqrafiya belə vahid bir inkişaf xətti
ətrafında yüksək gözəllik və ölçü duyğusu ilə
sintez olunur. Vahid inkişaf xəttinin, konkret
məqsədin, teatral obrazlılığın, dəqiq ritmik
strukturun, güclü sintezin mövcudluğu səma
məclislərini teatr tamaşaları ilə qohumlaşdırır.
Şərq teatrının aparıcı prinsiplərinə söykənən
mistik-dini pafoslu səma məclislərinin struktur
elementlərində,
onların
ard-arda
düzülmə
münasibətlərində
Orta
əsrlər
müsəlman
mədəniyyəti üçün xarakterik dünya modelinin,
sufi kosmoqoniyasının qrafik sxemini görmək
mümkündür. Bu məclislərin dini təfəkkürlə sıx
əlaqəsinə baxmayaraq onlar Orta yüzillərin
demokratik xarakterli mədəniyyət hadisəsi olub
əsas etibarı ilə şəhər əhalisinin, sənətkar
təbəqəsinin ovqatını əks etdirmişdir. Hətta
Mövlananın
vaxtında
səmaxanalarda
qadın
zikrləri də keçirilmişdir. Əksər hallarda səma
məclisləri
bollu
yemək-içməklə
müşayət
olunmuşdur. Bu faktın özü də mövləvi zikrlərini,
dərvişlərin səma məclislərini Şərq teatrı
müstəvisində öyrənməyə bir şans verir.
Dostları ilə paylaş: |