Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə77/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   73   74   75   76   77   78   79   80   ...   135

 

232 


növ,  bədii-vizual  obrazı.    Bəs  səma  törəninə 

məclis  demək  nə  qədər  caiz?  Bunun  üstünlüyü 

nədə? Və niyə məhz məclis?     

       Çünki  məclis  müsəlman  mədəniyyətində 

mütəhərrik çərçivə funksiyası daşıyıb hər hansı 

bir  mövzuda  keçirilən  hər  hansı  bir  söhbəti 

“qucmağa”,  əhatələməyə,  sahmanlamağa  qadirdir. 

Məclis 


özünəməxsus 

kanonik, 

tənzimləyici, 

teatral  formadır  və  bir  çərçivə,  haşiyə  olmaq 

etibarı  ilə  sakral  və  urvatsız  dünyalar 

arasında  ötürücü  missiyasını  yerinə  yetirir. 

Məhz  Ortaçağ  Şərq  mədəniyyəti  üçün  xarakterik 

olan  belə  teatral  formaların  daxilində  tamaşa 

cizgilərilə 

cuğlaşmış 

səma 

məclislərinin 



kompozisiya  elementləri  aşkarlanıb  üzə  çıxır. 

Bütün  sufi  qardaşlıqlarına  xas  dərviş  zikrlə-

rində  güclü  bir  teatrallıq  var.  Ancaq  onların 

heç  birinin  kompozisiyası  səma  məclislərilə 

müqayisəyə gəlməz. 

       İndi  görək  səma  nə  deməkdir?  Bir  sıra 

şərqşünaslar 

dərvişlərin 

çoxsaylı 

hərlənmələrdən  ibarət  rəqsinə,  daha  doğrusu, 

onların  zikrlərinə  “səma”  deyirlər.  Başqaları 

isə  bu  sözü  zikrin  icrası  vaxtı  çalınan 

musiqilə  ilişkili  hesab  edirlər.  Belə  ki, 

“səma”  sözü  ərəbcə  “qulaq  asmaq”,  “müqəddəs 

mətni  dinləmək”  mənalarında  anlaşılır.  Hər  iki 

müəyyənləşdirmədə  məntiqə  və  həqiqətə  uyarlıq 

tapmaq 

mümkündür. 



Lakin 

“səma” 


haqqında 

Mövlananın  fikri  belədir:  “Səma  öz  varlığınla 

mübarizədir,  quşların  qan  tökmədən  apardığı 

vuruşdur,  döyüşdür;  ruhun  uçuşudur...  Səma 

sirrdir.”  Göründüyü  kimi  burada  bir  qeyri-

müəyyənlik var. Odur ki, səmanı mövləvi məclis-

lərinin  hər  hansı  bir  kompozisiya  elementilə 

əlaqələndirmək düzgün deyil. Amma həqiqət bu ki, 



SƏMA  aşkar  ilə  müəmmanın,  varla  yoxun,  ölərilə 

əbədinin,  gerçəkliklə  virtuallığın  mediatoru-

dur;  ötürücüdür,  insandan  Allaha  doğru  olan 



 

233 


yoldur  ki,  bir  tək  səslə  keçilir.  Mövləvi  qar-

daşlığının 

kollektiv 

zikrlərində 

də 

səma 


insanın  ruhi  vəziyyətinin  bildiricisidir.  Ona 

görə  səma  öz  öləri  cismindən  ayrılıb  ərşə 

qovuşana  qədər,  vəsl  məqamına  yetişənə  qədər 

uzanan  virtual  kamilləşmə  yoludur,  insan  ruhu-

nun  uçuşudur.  Bu  səbəbdən  də  məclisin  yalnız 

bütöv  kompozisiyasını  “səma”  adlandırmaq  düz-

gündür. Səma mövləvi dərvişinin meracıdır. Səma 

bir  ayağı  ilə  Şəriət  üzərində  dayanıb  o  biri 

ayağı ilə Təriqətin kamillik vadilərindən dönə-

dönə  Həqiqətə  can  atan  dərvişin  ruh  “nərdiva-

nı”dır. “Səmaya girdinmi, iki dünyadan da çıxıb 

gedirsən...” Mövlana deyir bunu...  

       Beləliklə, 

dönən 

dərvişlərin 



məclislərində  səma  məqsəd  və  vasitə  birgəliyini 

ifadə  edir.  Fırfıra  dərvişlərin  səma  məclisləri, 

ilk  növbədə,  XIII  əsrin  dahi  sufisi  Mövlana 

Cəlaləddin  Ruminin  Amalı,  Eşqi  və  bütün  ömrü 

boyu 

aradığı 

Həqiqətlə 

bağlıdır. 

Mövləvi 


qardaşlığının  zikrləri,  yəni  səma  məclisləri 

hər  həftənin  cümə  axşamından  cüməyə  keçən  gecə 

musiqi  sədaları  altında  gerçəkləşərdi.  Eşq 

dönən  dərvişlərin  səma  məclislərinin  təbiəti, 

ideyası,  fəlsəfəsidir.  Bu,  “vəhdət  əl-vücud”un 

harmonik  birgəliyilə  cuğlaşmış,  varlığın  hər 

bir  təzahürünə  doğru  yönəlmiş  platonik,  “ilahi 

eşq”dir.  Bunun  təsdiqini  Cəlaləddin  Ruminin  öz 

deyimlərində  də  tapmaq  mümkündür:  “Torpaq  eşqlə 

fələklərə  yüksəlir.  Həzrət  Musanın  tanrı  ilə 

danışdığı  Tur  dağı  eşqlə  rəqsə  gəlir”.  Lakin 

qeyd  etmək  lazımdır  ki,  hələ  Rumiyədək  bəşəri 

eşq 

ideyası 


müsəlman 

mədəniyyətinin 

atmosferində 

dolaşırdı. 

Ortaçağ 

islam 


mədəniyyətinin  ən  nurlu  simalarından  biri  Fərid 

əd-Din  Əttar  söyləyirdi  ki,  “eşq  dərvişlərin 



əlində  cənnətin  açarıdır”.  İstər  ərəb  şairəsi 

Rəbiyyənin  mistik  poeziyasında,  istərsə  də 

böyük  mütəsəvviflər  Əbdülqədir  Gilani,  Seyid 




 

234 


Əhməd 

Rüfainin 

şəxsiyyətlərilə 

bağlı 

hekayətlərdə “eşq” bir ideya kimi aparıcı mövqe 



tutur.  Təbii  ki,  hekayətləri  tarixi  fakt  kimi 

qəbul  etmək  düzgün  olmadığı  kimi  onlardakı 

həqiqətdən  də  qaçmaq  mümkün  deyil.  Xüsusilə, 

Şərq  aləmində.  Niyə?  Çünki  müsəlman  dünyasında 

nəql etmə zamanı tarixi faktla nağıl arasındakı 

fərq  minimuma  endirilir:  hekayət  tarixi  fakt, 

olmuş hadisə kimi, tarixi fakt isə hekayət kimi 

söylənilir. 

Məhz 

bəzi 


tədqiqatçılar 

da 


fırlanğıc  hərəkətlərdən  ibarət  zikrləri  Mövlana 

ətrafında  cəmlənmiş  çoxsaylı  rəvayətlərlə,  onun 



Şəms 

əd-Din 

Təbrizilə 

olan 


əfsanəvi 

münasibətlərilə 

bağlayırlar. 

Digər 


şərqşünaslarsa 

dönən 


dərvişlərin 

səma 


məclislərilə  qədim  Misir  kahinlərinin  uyğun 

tərzli  mistik  rəqsləri  arasında  genetik  əlaqə 

görürlər. 

Əlbəttə, 

müxtəlif 

hekayətlər, 

bənzətmələrlə 

əlaqəli 


poetik 

və 


maraqlı 

yozumlar  cəlbedicidir,  lakin  müəyyən  nəticələr 

çıxarmaq  üçün  yetərincə  elmi  deyil.  Dönən 

dərvişlərin 

səma 

məclisləri 

sufilərin 

psixofizioloji  davranış  və  rəftarının  vahid 

estetik  sistemdə  düzümlənməsidir,  batini  olanın 

silsilə 

hərəkətlər 

şəklində 

məkana 

köçürülməsidir.  Səma  məclislərinin  bütöv  kom-

pozisiyası 

və 

ayrıca 

götürülmüş 

hər 

bir 

struktur elementi bunu təsdiq edir. 

      Səmaxanaya 

(səma 

məclislərinin 



keçirildiyi 

otaq) 


daxil 

olmamışdan 

öncə 

dərvişlər  dəstəmaz  alırlar.  Sonra  mövləvi 



qardaşlığında  qəbul  edilmiş  tərzdə  geyinirlər. 

Onların geyim tərzinə Şəms Təbrizinin ölümü ilə 

bağlı 

Mövlananın 



uzun 

müddət 


əynindən 

çıxarmadığı  hüzn  paltarlarının  güclü  təsiri 

olmuşdur.  TƏNNURƏ  (sözün  mənası  bədənin  nuru 

kimi  anlaşılır)  dərvişlərin  dümağ  rəngli,  iki 

hissədən  ibarət  alt  paltarıdır.  Onun  zəng 

formalı  aşağı  hissəsi,  daha  doğrusu,  geniş 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə