Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə85/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   81   82   83   84   85   86   87   88   ...   135

 

256 


dekonstruksiyasına 

girişir, 

haramla 

bağlı 


mifolojini dağıdır. 

     Şeyx  Şəban  da  əslində  müsəlman  məkanı  ilə 

oyundur,  onu  mifdən  çıxarmaq  cəhdidir.  Ol  səbəbdən 

Şəban  əmi  simvollaşmır,  rəmzləşmir.  Şeyx  Şəban 

islamda  absurdun  nişanəsidir,  əlamətidir;  hətta 

absurdun  özüdür  və  antimifdir.  Bu  tip  personajlar 

sanki  məkanın  içindən,  -  torpaqdan,  divarlardan, 

damlardan,  -  özbaşına  pırtlayıb  çıxırlar  və  bir 

vaxtdan  sonra  məkan  onları  elə  bil  ki  təzədən 

“udur”.  Və  həqiqi  müəllif  bu  adamlarla  özü 

arasındakı  zaman  məsafəsini  heç  bir  vəchlə  qırıb 

onların  həyat  cədvəlinə  düzəlişlər  vermək  istəmir. 

Bu,  heç  mümkün  də  deyil.  Çünki  absurd  da  mif 

formasıdır,  mif  variantıdır:  bir  fərqlə  ki,  orada 

qəhrəmanlar, 

gözəllər, 

əjdəhalar 

yox, 


üz 

sızağanına,  nəm  taxta  göbələyinə  bənzəyən  insanlar 

yaşayır. Və qapalı bir mifik “mifsizlik” zonasıdır. 

Onu  yalnız  “oxumaq”,  yozmaq  və  təfsir  etmək  olar, 

dəyişmək isə xam xəyal. 

     Əbdürrəhimbəydə 

məkan 

tanış 


müsəlman 

məkanıdır:  amma  oranın  hər  künc-bucağında,  vertikal 

və 

horizontalında 



absurdun 

balaca 


kabusları 

gəzişir. 

     “Bir  gün  ramazan  ayında  Mirzə  Alı  axunda 

şikatət etmək xəyalına düşüb   m ə s c i d ə gedir” 

(”Uca dağ başında”).  

     “Bir gün Mirzə Səfər R a s t a b a z a r d a n 

ötərkən  qulağına  bir  səs  gəldi...  Bir-iki  gündən 

sonra  Həsən  Ağa  Mirzəni    b  a  z  a  r  d  a  n  keçən 

görüb çağırdı” (“Mirzə Səfər”). 

     “Sabiq  tacir  Ağa  Qurbanı  hamı  tanıyırdı.      



R a s t a b a z a r d a  iki qapıdan ibarət bəzzaz 

mağazası vardı” (“Kapitalizmlə mübarizə”). 

     “Sübh 

tezdən 


evindən 

çıxıb 


üz 

qoyur           



b  a  z  a  r  a  tərəf  getməyə.  Yenə  görür  ki,  hər 

yandan “ay namərd, ay namərd” səsi gəlir. Bu kişini 




 

257 


də  belə    b  a  z  a  r  a    (saçmalar  mənimdir  -  A.T.) 

həsrət edirlər”

4



     Sənətin,  ədəbiyyatın  kökləri  həmişə  müəyyən 



əsr  və  ərazilə,  bu  əsr  və  ərazinin  mifolojisilə 

bağlıdır.  Əbdürrəhimbəy  üçün  bu  dövr  XIX  yüzildir, 

Ortaçağ 

müsəlman 

dünyasının 

sonuncu 


əsridir, 

məkansa  MƏSCİD  və  BAZAR  həndəvərində  daxma-daxma 

tikilmiş, 

məhəllə-məhəllə 

salınmış 

şəhərdir, 

əyalətdir. 

Bu 


şəhər-əyalət-kənd 

yekə 


bir 

çərçixanadır:  camaat  səhərdən  axşamacan  danışır  və 

hamı  hər  söhbəti  aydın  eşidir.  Çünki  məscid  və 

bazarda 


söz 

“qalmır”, 

ləngimir, 

əksinə, 


dinamikləşir,  çoxalır,  tirajlanır.    Bir  də  ki 

buranın  sakinləi  yer  üzünün  ən  bekar  adamlarıdır. 

Bekarçılıq  ucbatından  onları  zaman-zaman  kəsafət 

basır,  tənbəllik  bürüyür,  beyinlərini,  əsəblərini 

divanəlik,  ruhi  xəstəlik  məngirləyir.  Gör  necə 

əyyamdır 

ki, 

camaat 


dəli 

oynatmağı 

özünə 

məşğuliyyət  seçib,  peşə  eləyib.  Absurdun  zirvəsi. 



Dəli 

məkanın 


canlı 

kuklasıdır, 

yaraşığıdır, 

əyləncəsidir. Odur ki, hərə bir dəli “yaradıb”, bir 

dəli  “kəşf  edib”  bazara  çıxarmaqdan  fəxr  duyur. 

Nədən 


ki, 

toplumun, 

daha 

doğrusu, 



bekarlar 

ordusunun  dəliyə  ehtiyacı  var.  Özü  də  bu  məkanda 

kimisə  qaralayıb,  təkləyib,  xamlayıb,  sinirlərini 

vaxtaşırı  qıcıqlandırıb,  arxasına  bir  bölük  fitvalı 

uşaq  qoşub  onu  havalandırmaq,  sərsəm  bir  bəndəyə 

döndərmək su içmək kimi bir şey. 

     Ə.Haqverdiyevin  hekayələrindən  boylanan  şəhər-

əyalətdə 

bataqlıq 

xisləti 


var: 

düşdün, 


çıxa 

bilmirsən;  zığa,  palçığa  batıb  hamıya  tay  olursan, 

hamıyla  bərabərləşirsən,  adiləşirsən,  fağırlaşırsan 

və  bir  də  ayılırsan  ki,  ömrün  sonu  yetişib...  Şeyx 

Şəban  kimi...  Mirzə  Səfər  kimi...  Vay  o  gündən  ki, 

sənə  məscidi,  bazarı  da  çox  görələr...  Əli  bəy 

kimi,  Mirzə  Alı  kimi.  Dəhşət  burasındadır  ki,  bu 

məkanda hər cür müqavimət (mübarizə, üsyan, təzyiq) 




 

258 


də  mənasızdır,  gücü  sıfra  bərabərdir.  Virtual 

bataqlığa  nə  müqavimət?!  Çabalasan,  dibə  daha  tez 

gedəcəksən. 

Əbdürrəhimbəyin 

personajları 

da 


müqavimətsizdirlər:  ölüdürlər,  kukladırlar,  yoxsa 

yuxuda  yaşayırlar,  bilinməz.  Yalnız  bir  müəmma 

qismən  aydındır:  onların  taleyi  məkana  (bataqlığa) 

“həkk  edilib”,  məkanda  nömrələnib,  şifrələnib; 

məxfidir, 

məqam 


gözləyir 

aşkarlanmağa. 

Amma 

aşkarlanmır:  şəhərin  daşlarından,  divarlarından 



zaman keçdikcə silinib gedir. 

     Nədən 

ki, 

bu 


şəhər-əyalətdə 

passionar 

enerjinin  tənzimləyicisi  də  məkandır  və  bu  məkan, 

bir  növ,  ucuz  və  “orijinal”  basma  kağızı  kimi  bir 

şeydir:  nə  oldusa,  özünə  hopdurur.  Bu  məkan 

müxtəlif  tekstlərdə  açılır,  müxtəlif  tekstlərdə 

obrazlaşır,  simvollaşır.  AZAN,  BOZBAŞ  və  NAĞIL  bu 

məkanın  ənənəvi  tekstləridir.  Dini,  ideologiyanı, 

dünyaqavrayışını  AZAN,  materiyanı,  həyat  tərzini, 

məişəti  BOZBAŞ,  idrakı,  refleksiyanı,  əyləncəni 



NAĞIL 

eyhamlaşdırır. 

Bundan 

əlavə... 



müsəlman 

məmləkətlərində 

məkan 

öz-özünü 



tekstləşdirmək, 

nağıla 


dönmək, 

mifləşmək 

uyuşqanlığına, 

plastikliyinə  malikdir:  belə  ki,  burada  gerçəyin 

yanında,  böyründə,  və  bəlkə  də  içində  daim  ilğım 

sürünür.  Bu  kontekstdə  AZAN  və  BOZBAŞ  mühitin 

mürgülü 

ovqatının 

emosional 

obrazları, 

nağıl 

atmosferinin  kulturoloji  və  fizioloji  şərtləri  kimi 



yozulur. NAĞIL isə ictimai psixozun həm formasıdır, 

həm  də  vasitəsi:  yuxu  ilə  hipnoz  arasında  dayanır. 

Bir 

tərəfdən 



nağıl 

haradasa 

danışılan, 

dilə 


gətirilən,  sözə  çevrilən  yuxudur.  Digər  tərəfdən 

isə  nağılın  özü  insanı  (auditoriyanı)  hipnoza 

salmaq  imkanındadır.  İslam  dünyasında  məkan  həmişə 

nağılvaridir:  hətta  o  dərəcədə  ki,  məxsusi  nağıl 

uydurmağına  dəyməz.  Yəni  NAĞIL  MƏKANIN  İÇİNDƏ 

PERMANENT VƏ LATENT ŞƏKİLDƏ HƏR AN MÖVCUDDUR. Adicə 

minarə  və  gümbəzin  görünüşü  bəsdir  ki,  seyrçi 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə