Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə86/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   82   83   84   85   86   87   88   89   ...   135

 

259 


həməncə 

nağıl 


səltənətini 

xatırlasın. 

Nağıl 

bilmərrə 



yuxudur, 

hipnoz 


variantıdır. 

Yuxunu, 


hipnozu  isə  nağıl  vasitəsilə  mümkünləşdirmək  olar. 

NAĞIL  ƏDƏBİYYATIN  XOR-XOR  QƏLYANIDIR.  Şərq  aləmində 

nağıl  dinləyici  üçün  haradasa...  tiryək  kimi  bir 

şeydir. 

     Əbdürrəhimbəyin  də  ədəbi-bədii  dünyası  bütöv 

bir  nağıldır;  böyüklər  üçün  yazılmış  qorxulu 

nağıllar  kaleydoskopudur.  Şeyx  Şəban  da,  Əhməd  bəy 

də, Güləndam da, Kərbəlayi Zal da,, Mirzə Səfər də, 

Haqq Mövcud da elə bil ki yuxu ilə nağıl sərhədində 

ömür sürürlər: onlar gözə görünüb itən ilğımlardır, 

teyflərdir, kabuslardır  və heç bir vəchlə diksinib, 

ayılıb  reallığa  qayıtmaq  istəmirlər.  Niyəsi  də  bu 

ki,  nağıldan  çıxmaq  məkanı  dağıtmaq,  taleyi, 

qisməti  pozmaq  deməkdir,  Allaha  xəyanət  etmək 

deməkdir,  mömin  bəndələrin  “dadlı  yuxu”larına  qarşı 

üsyan  etmək  deməkdir.  Yəni  bu  personajların  (Şeyx 

Şəban,  Mirzə  Səfər)  yerləri  rahat,  özlərinə  bab, 

ruhlarına  xoş.  Bir  sözlə,  NAĞIL.  Əgər  mən  bu  fikri 

söyləyirəmsə,  güman  ki,  bir  əsasım  var.  Əsas  da  bu 

ki,  Əbdürrəhimbəy  Haqverdiyev  hekayə,  vodevil, 

faciə  yazmasına  baxmayaraq  həmişə  və  hər  janrda 

nağılçı olaraq qalıb. Onun bütün yaradıcılığı xırda 

nağıllar 

mozaikasıdır. 

Mən 


Əbdürrəhimbəyin 

nağıllarınının  yerini  haradasa  sufi  rəvayətlərilə 

Molla 

Nəsrəddin 



lətifələri 

arasında 

müəyyənləşdirirəm. 

Düzdür, 


Haqverdiyev 

hekayələrinin 

toponomik 

mündəricəsi 

eynən 

Azərbaycanı  nişan  verir.  Yəni  məkan  realdır, 



asanlıqla 

tanılasıdır. 

Lakin 

buna 


baxmayaraq 

Əbdürrəhimbəy 

bilərəkdən 

Azərbaycanı 

nağıl 

dünyasının  zaman  və  məkan  koordinatlarına  gömdürür, 



onu  nağıla  oxşar  tərzdə  “qrimləyir”:  özü  isə  sanki 

kənara 


çəkilir, 

sadə 


bir 

mirzəyə 


çevrilir, 

hadisələrin 

iştirakçısı 

olmaqdan 

imtina 

edir, 


seyrçi  mövqeyi  tutur,  personajlara  münasibətdə 


 

260 


yadlaşır.  NAĞIL  Haqverdiyev  hekayələrini  içdən 

sahmanlayan,  tərtibləyən  qəlibdir,  konstruksiyadır. 

Onun  köməyi  ilə  hər  hansı  bir  doqma  statusu  almış 

və  mənasızlaşıb  “daşlaşmış”  həqiqətləri  plastilin 

kimi 

“əzmək”, 



“yumşaltmaq”, 

bu 


“həqiqətlərlə”  

məzələnmək,  zarafatlaşmaq,  oyun  qurub  əylənmək 

mümkündür.  Nağıl  hər  şeyə  icazə  verir:  orada  bütün 

yasaqlar  nisbidir  və  bu  qadağalara  heç  kəs  əməl 

eləmir.  Əgər  əməl  eləsələr,  nağıllarda  qəhrəmanlar 

olmaz. 


Nağılçılıq 

ənənələrindən 

yararlanmaqla 

Haqverdiyev  öz  hekayələri  kontekstində  paralel 

gerçəkliklər,  paralel  dünyalar  arasında  “oynamaq”, 

“rəqs  etmək”  imkanı  qazanır.  Əbdürrəhimbəy  nağıla 

müsəlman  qavrayışının,  təfəkkürünün  və  düşüncə 

tərzinin  universal  modeli  kimi  baxır.  Müsəlman 

mentallığının  gəlişdiyi  yer  hədis  və  nağıldır. 

Azərbaycan  hüdudularında  NAĞIL  məna  və  dəyərlərin 

assimilyasiya 

şəbəkəsidir. 

Dünyanı 

nağıllaşdırmadan, 

hədis 

kimi, 


rəvayət 

kimi 


sadələşdirmədən  müsəlman  onu  anlamır.  Odur  ki, 

Haqverdiyev  azərbaycanlı  qavrayışı  üçün  nağılı  Doğu 

ilə  Batının  bifurkasiya  nöqtəsi  kimi  götürür. 

Bifurkasiya

5

 xəbər kanallarının kəsişməsini bildirən 



termindir.  Maarifçi  Əbdürrəhimbəyə  görə  Avropadan 

gələn  hər  hansı  bir  informasiya  yalnız  nağıl 

“süzgəc”indən, 

milli 


qavrayış 

standartları 

sistemindən  keçib,  islama  uyğun  “mutasiya”  eləyib 

anlaşıqlı  olur.  Müəllifin  hekayələri  bu  prosesin 

gerçəkləşmə 

mənzərəsi. 

“Xortdanın 

cəhənnəm 

məktubları”ndan  kiçik  bir  epizod:  “Doğrudur,  yolda 

vəhşilər  onu  (dünyalarca  məşhur  dəniz  səyyahı 

Magellan  nəzərdə  tutulur  -  A.T)  öldürüb  bozbaş 

bişirdilər.  Bu  da  onun  öz  taktikasıdır.  Bir  “ismi-

əzəm”  oxuyub  onların  gözlərinə  üfürsəydi,  hamısının 

gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. 

Kafir olduğundan “ismi-əzəmi” bilməyirdi. O idi ki, 

bəlaya  uğradı”.  Həqiqətən,  Magellan  hara,  bozbaş 




 

261 


bişirən 

aborigenlər 

hara, 

“ismi-əzəm” 



hara? 

Magellan avropalı idi, xristian idi və “ismi-əzəm”i 

öyrənməmişdi;  yüz  il  qalsa  da,  öyrənməyəcəkdi  və 

onun  qüdrətinə  inanmayacaqdı.  Onda  Haqverdiyevin 

hekayəsində  dünya  tarixinin  bu  faktı  niyə  xüsusi 

qabardılır və bu faktın qabardılması ilə ədib hansı 

məqamı  aktuallaşdırır?  Fikir  verin,  günah  adamyeyən 

aborigenlərdə  deyil,  Magellandadır  və  o,  aşkar 

qınaq, 

tənə 


obyektidir. 

Müsəlman 

(xortdan) 

Magellanı 

savadsızlıqda 

suçlayır, 

“ismi-əzəm”i 

bilməməkdə  ittiham  edir  və  onun  faciəli  ölümünün 

səbəbini məhz bunda görür. Aborigenlər isə heç vədə 

bozbaş 


bişirmirlər; 

çünki 


ətin 

döyülməsi 

texnikasından  xəbərsizdirlər.  Yəni  bunların  heç 

birinin  o  birisinə  dəxli  yoxdur.  Bozbaş,  “ismi-

əzəm”  dünyanın  qəribə  və  maraqlı  olayını  anlamaq, 

başa  düşmək  üçün  xortdanın  açarıdır.  Burada, 

sadəcə,  tarixi  fakt  fərqli  qavrayış  modusunda 

çözülür  və  yozulur.  Magellanı,  aborigenləri,  bozbaş 

və  “ismi-əzəm”i  bir  məntiq  sırasına  düzmək  isə 

yalnız  NAĞILDA  və  ya  YUXUDA  mümkün.  Ə.Haqverdiyev 

dünya  mədəniyyəti  tarixinin  dəyərli  bir  faktını 

informasiya  məkanı  nağıl  və  hədis  ənənələrinin 

birbaşa 

təsirilə 

formalaşmış 

mömin 


bəndələrin 

öhdəsinə  buraxır  və  sanki  bir  qıraqda  dayanıb  onun 

toplum 

tərəfindən, 



müsəlman 

azərbaycanlılar 

tərəfindən  qeyri-adi  tərzdə  mənimsənilməsinə  tamaşa 

edir.  Nəticə  elə  bir  fantasmaqoriya  ilə  sonuclanır 

ki,  coğrafi  kəşfin  dəyəri  bozbaş  və  “ismi-əzəm” 

səviyyəsinə 

endirilir, 

bozbaşla 

“ismi-əzəm”in 

kölgəsində  itib  batır:  beləliklə,  nağıl,  hədis 

məntiqi  bilgi  məntiqini  üstələyir.  Burada  maarifçi 

istehzası, 

rişxəndi 

düşünər, 

yazıçı 

qəhərinə 



paralel.  Epizodun  mənası  da  aydın:  milli  qavrayış 

təzə informasiyanı heç cür qəbul eləmir: onu yalnız 

dini  və  etnopsixoloji  gələnəklərə  söykənib  özünəbab 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə