283
Şərq xalqlarının folklorunda bağ (həmçinin
meşə,
çəmən)
agahlıq
zonasıdır,
ilğım
fraqmentlərindən ibarət özünəməxsus bir “tələ”dir,
ruhlar
aləminə
“qorxulu”
virtual
səyahətdir.
Buradan çıxan qalib olur, qəhrəman olur, ali
həqiqəti dərk edir, müdrikliyə yetişir. Bağ gerçək
və ilahi dünyalar arasında buraxılış məntəqəsidir
və cadunun, ağrının, maneənin elə bil ki təsir
effektini
azaldır,
onu
“yüngülləşdirir”,
“gözəlləşdirir”, dözüləsi edir.
Hindistanda, Çində, Yaponiyada BAĞ həmişə
mistik enerjilə ilişikli olub. Yaxın Şərqin qədim
uyqarlıqlarında da bu, belə anlaşılıb. Əslində,
cənnətin özü də əfsunlu, cadulu bir məkandır: orada
hər şey mistik qüvvənin gücü ilə həll olunur.
Cənnətdə danışırlar, çalıb oxuyurlar, sular axır,
şərablar içilir, amma heç nəyin səsi sanki
eşidilmir. Sanki Quran cənnətlərində səs yoxdur və
hər şey qəribə bir virtuallıq, rahatlıq, asudəlik
və cazibəsizlik içindədir.
Cənnət mövcud bağların idealıdır.
Narkotik maddələrə müraciətin əvvəlinci səbəbi
elə cənnət tələbidir, yubanmadan cənnətdə bulunmaq,
heç olmasa qısa zaman məsafəsində cənnətdə yaşamaq,
cənnəti dadmaq arzusudur.
Cənnət
ağrıların
sıfır
olduğu
ideal
eyləmsizlik nöqtəsidir. Cənnətdə heç bir məna da
yoxdur. Əbədi kef və ayrı heç nə... Cənnət
yozulmur, interpritasiya edilmir.
Bağ isə semiotik məkandır. Şərq dünyasında bağ
meditasiya guşəsidir, ilahi eşqə qovuşmağın ruhsal
“nərdivanı”dır, agahlıq (çillə, sınaq) zonasıdır,
tanrı cənnətinin modelidir, müdrikliyin qapısıdır.
Bağ qadındır, onu “dərk etməyincə” tilsim qırılmır,
mənalar və ali həqiqət faş olmur.
Müsəlman Şərqində bağ ibadət, dualar bağıdır,
zikr
bağıdır,
Allahın
camalına
və
qüdrətinə
284
təriflər, mədhiyyələr söylənildiyi bağdır. Burda nə
varsa, hamısı Allahın gözəlliyini vəsf edər, onun
şəninə dualar oxuyar. Çünki bağ vasitəsilə Allah öz
istəkli bəndələrinə cənnəti, cənnət kölgələrinin
sərinliyini duydurur.
Batı mədəniyyətində məsələ bir qədər fərqlidir
və bağın semiozisi tamam başqa mənaların cərgəsini
əmələ gətirir. Əgər müsəlman Şərqi bağ (cənnət)
ideyasını antik mədəniyyətdən götürürsə, səhrada
(və ya isti yerlərdə) oazis (xurma bağları, üzüm
bağları) yaratmaq əzmində bulunursa, bağı estetik
zövqün zirvəsi bilirsə, onu meditasiyadan (dua,
ibadət) ötrü ideal məkan statusunda qəbul edirsə,
Avropada bağçılıq sənətini qərblinin yaşam tərzi
aktuallaşdırır. Məsələ bu ki, camaatın yuyunması,
hamamlanması problematik olduğundan Ortaçağ Avropa
qəsrləri həmişə üfunət qoxuyurdu. Ona görə də ətir
saçan gül bağlarına Qərbdə böyük ehtiyac duyulurdu
və qəsrlər möhtəşəm bağlarla əhatələnirdi. Busa
Avropada bağçılıq sənətinin inkişaf təminatçısına
çevrilirdi
və
QƏrb
mədəniyyəti
çərçivəsində
bağlarla ilişikli intellektual oyunlar başlayırdı.
Qərbin xristian dünyasında BAĞ təbiət və
istirahət guşəsi olmaqdan əlavə sakral bilgi,
informasiya mənbəyidir, “böyük bir kitabdır”, “dərs
otağıdır”, “sinifdir”, “dövrün estetik iqlimidir”,
başdan-başa
eyhamdır,
“ikonoloji
sistemdir”
12
,
tapmacadır, labirintdir: bu bağlar müəyyən dil
sistemidir, yəni “danışır”, “uzaqgörənlik edib fal
açır”, “söhbət aparır”, “dərs verir”.
13
Avropada bağ
vasitəsilə Kainatı “oxumaq” olur. Bağ Tövrat və
İncil əvəzidir: bu mənada ki, “Kainatın özü də
maddiləşmiş Tövrat və İncil əvəzidir”
14
. Qərb Orta
yüzillərdə
bağları
əlyazması
kimi
qavrayırdı.
Qısası, bu mərhələdə bağ dövrün estetik iqlimi
çərçivəsində xristianlığın üzünü və mahiyyətini,
285
zahirini və batinini görükdürən güzgüdən başqa bir
şey deyildi.
Orta əsrlərin sonuna doğru Avropada “sevgi
bağları”
15
meydana çıxır.
Barokko bağlarında isə artıq teatr səhnələri
yerləşdirilir. Bu, növbəti kodlaşdırma sistemidir.
Bağ apriori teatral idi. İndisə bu teatrın içində
yenidən teatr səhnələri qurulurdu. Beləliklə, bağ
hüdudlarında da seyrçinin “əlindən tutulurdu”, onun
baxışları,
marağı
istiqamətləndirilirdi.
Bağ
kitabdan çevrilib müəllim olurdu, mentor olurdu,
mühazirəçi olurdu.
Təsadüfi deyil ki, Romantizm dövrünün bağları
avropalıdan ötrü özünü dərk etmək amacıdır.
Bu teleqraf üslublu bildirmələrdən aydın olur
ki,
Batı
dünyasında
bağlar,
əsasən,
əqli
fəaliyyətin stimulyatoru (təhrikçisi, alışqanı)
rolunu oynayıb. Hətta “sevgi bağları” belə coşqun
seksual oyunlar, affektlər, şəhvani hisslər bağı
deyil, pıçıltı ilə söylənilən teatral andlar,
şövqlə, ehrirasla, pafosla oxunan intim məktublar,
aşiqanə
şeirlər,
sevgi
mövzusunda
aparılarn
diskussiyalar, söhbətlər parkı olub. XVII-XVIII
əsrlər Avropasının kübar dairələrində sevgi o zaman
əsl sevgi kimi qəbul olunurdu ki, öz ifadəsini
zərvərəqlərə bükülmüş eşq məktublarında tapırdı və
təmtəraqlı teatral poza ilə, teatral ədalarla
müşayət edilərkən məşuqəyə çatdırılırdı.
Bütün
bunları
bircə-bircə
xatırlatmaqda
məqsədim ondan ibarət ki, avropalı bağın içində də
dinc
dayanmır,
əlləşib
başını
qatır,
nəyisə
“oxumağa”, öyrənməyə can atır, bilgi qazanmağa,
əmşğul olmağa çalışır. Bu da insandan iradi cəhd,
iş (əməli, əqli və mənəvi fəaliyyət) tələb edir.
Qəribədir, sanki avropalı aktiv fəaliyyətində ara
verməyə, taym-aut götürməyə qorxur. O, elə bilir
ki, fəaliyyətsiz olan kimi öləcək. Odur ki, Batı
Dostları ilə paylaş: |