Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə95/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   91   92   93   94   95   96   97   98   ...   135

 

286 


adamı 

bağı 


özü 

üçün 


intellektual 

təmrinlər 

(tapmacalar, 

bulmacalar, 

tapşırıqlar) 

məkanına 

çevirir,  istirahət  guşəsində  də  özünə  iş  bulur.  Bu 

zaman  isə  BAĞ  artıq  MİFİK  CƏNNƏTİN  dünyəvi 

ekvivalenti  ola  bilməz.  Çünki  cənnət  eyləmsizlik 

dünyasıdır:  orada  iş,  fəaliyyət  sıfır  həddindədir. 

Cənnət  hədiyyədir,  Allahın  öz  sevimli  bəndəsinə 

mükafatıdır.  Ona  görə  də  cənnət  adamı  heç  vədə 

İŞLƏMİR. 

Avropalıdan 

ötrü 

isə 


işsiz 

olmaq, 


fəaliyyət  göstərməmək  ölümə  bərabərdir.  Halbuki 

şərqli 


üçün 

əsl 


həzz, 

kef 


zirvəsi 

tam 


fəaliyyətsizlikdir. 

     Ona görə də bağ Batı adamı tərəfindən heç vaxt 

CƏNNƏT kimi yaşanılmır. Bu bağ (park) “insan əliylə 

dəyişdirilmiş  təbiətdir,  qeyri-mütəşəkkil,  xaotik 

dünya 

üzərində 



onun 

ağlının, 

iradəsinin 

təntənəsidir”

16



bu 



təntənənin 

özünəməxsus 

eyhamıdır, 

işarəsidir. 

Doğu 

məmləkətlərində 



bağların 

gözəlliyi 

“tanrıya 

yaxınlaşmaq 

və 

əbədiyyətə 



qovuşmaq”

17



ölümsüzlüyə 

çatmaq 


vasitələrindən, yollarından biri idi.  

     Müsəlman  Şərqində  isə  BAĞ  müəllifi  həmişə 

Allahdır. İdeal BAĞBAN isə hər zaman Odur. Təsadüfi 

deyil  ki,  miniatür  rəsmlərində  görükən  bağban 

fiquru Allahı eyhamlaşdırır

18

, onun vizual işarəsinə 



çevrilir.  Bağ  tanrı  behiştinin  bir  parçasıdır; 

deməli, 


müəlliflik 

şəriksiz 

olaraq 

Allaha 


mənsubdur. 

Allah 


bütün 

bağların 

(cənnətlərin) 

Bağbanıdır.  Miniatürlərdə  görünən  Bağban  isə  Varlıq 

bağının  müəllifidir.  O,  şahdır,  varlıq  bağının 

gizli 


xəzinəsinin 

sahibidir, 

həm 

də 


xəzinə 

keşikçisidir.  Adəmin  külündən  bağ  əmələ  gəlib. 

Bağban kamil insandır: becərilən bağ isə insanın iç 

dünyasının  bir  paradiqması  kimi  yozulur  (bu  haqda 

daha 

ətraflı 


bax: 

Şukurov 


Ş. 

İskusstvo 

srednevekovoqo  İrana.  –  M.,  1989.  –  S.225-231). 

Harada  ki,  Bağban  görünür,  o,  dünyanın  faniliyini 




 

287 


eyhamlaşdırır. 

Mədəniyyət 

qazımağı 

müdriklik 

axtarışı və sirrin faş edilməsilə əlaqələndirir. 

    İslam  ölkələrində  məscidin  özü  də  mikrobağ, 

mikrocənnət kimi qavranılır. Elə ol səbəbdəndir ki, 

Ortaçağ  müsəlman  mədəniyyətində  bağçılıq  ideyası 

məscid həyətinin cənnət komfortundan impuls alır. 

     İslam 

mədəniyyətinin 

tədqiqatçıları 

hətta 

muğamatı, 



onun 

strukturunu, 

gəlişmə 

tendensiyalarını  cənnətlə  (bağla)  qırılmaz  vəhdətdə 

götürürlər.  Hesab  olunur  ki,  muğamat  “həqiqətən  də 

Əman  (qədim  misirlilərin  günəş  tanrısı  Amon  Ra 

nəzərdə  tutulur  -  kursiv  A.T.)  Allahın  yaratdığı 

ilk  peyğəmbər  Adəmin  “səyahət”  etdiyi  cənnətlə 

əlaqəlidir.  Muğamatın  şöbələri  də  bu  məqamların 

pillələri 

mənasındadır 

ki, 


müxtəlif 

sufi 


ordenlərində 

(qardaşlıqlarında 

kursiv 


A.T.) 

məqamların  sayı  müxtəlifdir.  Ümumiyyətlə,  buraddakı 

bütün  rəqəmlər  rəmzlərdir  ki  və  hamısı  da  müəyyən 

prosesin,  ritualın  mərhələləri  ilə  bağlıdır.  Belə 

çıxır  ki,  hər  bir  muğam  özlüyündə  “cənnət”in,  yəni 

ruhlar  dünyasının  yaradılmasında  keçirilən  müxtəlif 

ritualların 

yada 


salınması 

və 


təsəvvür 

olunmasıdır”.

19

 

Yəni 



ideal 

dekorativ 

sahmanlı 

cənnətin  özü  bir  idrak  musiqisi,  ruhsal  musiqinin 

məkan  konfiqurasiyası  kimi  də  anlaşılır.  İdeal  bağ 

ideal musiqi üçünddür, və ya əksinə. Muğam cənnətin 

və  zamansızlığın  ruhsal  musiqisidir,  ruh  aləminin 

musiqisidir.  Sən  bədənindən  sıçrayıb  ruh  olmayınca, 

ruha  dönməyincə  muğamatı  dərk  etməzsən.  Hərçən 

Allahın  rəsulu  buyurub  ki,  “cənnətdə  sizlərdən  hər 

birinə 100 kişinin yemək-içmək, cinsi yaxınlıqda və 

ehtirasda 

olmaq 

gücü 


veriləcək. 

Təbii 


ehtiyaclarınızın  əvəzinə  isə  sizlərdən  müşkə  bənzər 

tər 


çıxacaq 

ki, 


da 


sizin 

qarnınızı 

balacalaşdıraccaq”.

20

    Soruşacaqsınız  ki,  bəs  bu 



təsvirin  ruhlara  nə  dəxli?  Ruh  ki  bunlardan 

məhrumdur?  Tamamilə  doğrudur.  Cənnət  insanlara  vəd 




 

288 


edildiyindən  yer  üzündəki  yaşamın  keyfiyyətləri 

avtomatik 

olaraq 

cənnət 


ruhlarının 

üzərinə 


köçürülür  və  ideallaşdırılır.  Əslində  isə  yalnız 

bizim  ruhlarımız  cənnət  və  cəhənnəmi  dadacaqlar  və 

bu, gerçəklikdir, həqiqətdir.

21 


    Cənnətdə  ölümsüzlük  ömür  sürür.  Orada  ZAMAN 

dayanır: nə irəli gedir, nə geriyə. Ona görə də bağ 

həmişə  potensial  qəbiristanlıqdır.  Məzarıstan  da 

hər  bir  vaxt  bağ  olmaq  imkanını  özündə  saxlayır. 

Muğam da iki dünyanın musiqisidir. 

     Batı  dünyasında  qəbiristanlıq  teatral  şəkildə 

bəzədilmiş 

park-muzeydir. 

Bağ 

təbiət 


içində 

dekorasiyadır,  təbiətin  dekorativ-sahmanlı  formatda 

təzahürüdür. 

Şərqli 


bağa 

gələndə 


dünya 

harmoniyasında  “əriyib  itməyə”  gəlir;  avropalı  isə 

- öyrənib dərk etməyə. 

     Cənnət 

ruhların 

(kölgələrin, 

ilğımların) 

“yaşadığı”  çoixmərtəbəli  virtual  bir  qəbiristanlıq 

kimi  də  din  dışında  yozula  bilər.  Dirilər  yalnız 

cənnəti  qismən  əvəzləyən  bağlarla  kifayətlənməli 

olurlar. 

     BAĞ  təbiətin  mədəniyyətə  keçid  pilləsidir, 

kosmisa 

çıxış 


nöqtəsidir, 

reallığın 

cənnətə 

transformasiyasıdır.  Burada  insan  “tanrılaşmağa”, 

Allah 

olmağa 


iddialıdır. 

İnsan 


bel 

götürüb 


bağbanlıq  eləyəndə  tanrı  ilə  tənləşir,  yaradıcı 

olur. Bağ insanın təbiət üzərinə “yazdığı” şeirdir. 

Şeir  isə  hər  bir  təzahüründə  dil  qatında  teatral 

ifadədir.  Hətta  Məşriq  bağlarının  semiozisinin  özü 

elə  bir  poeziyadır.  Nəzərlərini  bağ  içrə  nəyə 

yönəltsən,  barmağını  nəyə  uzatsan  həm  Göydə,  həm 

Yerdə mənası var. 

     Bağ  tanrı  kamilliyinə  bir  işarədir,  onun 

kamilliyinin 

zühurudur, 

Allahın 

cənnətinə 

bir 

eyhamdır. 



 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə