312
M E Y X A N A
(meyin kulturoloji mədhiyyəsi)
“Mey ağızda qürub eləyir:
zühuru yanaqlardadır”.
Dəqiqi
“Fəthi-meyxanə üçün oxuyalım fatihələr,
Ola kim, üzümüzə açıla bir bağlı qapu”.
Füzuli
Bugün Azərbaycanın tele və radio məkanına
intensiv şəkildə meyxana “əkilir”. Sabah kim nə
biçəcək, heç kəs deyə bilməz. Amma fakt bu ki,
çoxluq
meyxanaya
aludə.
Çağdaş
Azərbaycanda
meyxanaçı olmaq gəlirli və prestijli bir şey.
Hərçənd
efirdən
eşidilən
meyxanaların
böyük
əksəriyyəti söz palçığı: dadsız-duzsuz gəvəzəlik,
çərənçilik, çənə-boğaz döymək və yorucu, bezdirici
təkrarlar. Millət meyxana və estrada ulduzlarının
zövqü ilə böyüyür. Odur ki, mən bəzi mətləbləri
meyxana ilə bağlı aydınlaşdırmaq istədim.
***
Yaxın və Orta Şərq mədəniyyətinin dövrəsinə
hərləndiyi
mərkəzlərdən
biri
də
meydir.
MEY
şərabdan,
çaxırdan
daha
lətif
olub
əyan
süfrələrinin, şeir, musiqi və kef məclislərinin
bəzəyi sayılan məstedici içkidir, farsların Ortaçağ
islam mədəniyyətinə “bağışladığı” bədii obrazdır,
eyhamdır, çoxsaylı simvolik mənalar bildiricisidir.
Şərqin mistik-intellektual oyunları şəbəkəsində mey
birbaşa
günəş
şüalarından
törənəndir,
günəş
enerjisinin daşıyıcısıdır, Yerin (torpağın) və
Göyün
(günəşin
və
yağışın)
cövhərini
özündə
birləşdirəndir,
kosmik
harmoniya
əlamətidir.
Ortaçağ islam mədəniyyətində yandırılmış kofedən
(qəhvədən) hazırlanmış xüsusi dumanlandırıcı içkiyə
313
də mey deyirdilər: sufilər isə ondan vəcdə gəlmək
üçün yararlanırdılar.
Bundan əlavə: Şərq mədəniyyəti kontekstində
mey ruhun içkisidir, eşqi görükdürəndir, təzahürlər
dünyasında onun təbiətinin rəmzidir. Füzuli meyin
insana gətirdiyi işıq və hərarəti eşqdən bilir;
daha doğrusu, meyə xas energetika günəşdəndir,
Allah eşqindəndir:
“Eşqdir ol nəşeyi kamil, kim ondandır müdam,
Meydə tənvirü-hərarət, neydə təsirü-səda”.
Nədən
ki,
mütləq
gözəlliyə
və
ilahi
kamilliyə doğru aparan sufi yolunun bir üzü
zöhddür, digər üzü - nəşə. Eşqin kef səltənətində
ruha mey bələdçilik eləyir. Orta əsrlər Şərq
poeziyasında mey dirilik suyudur, Şeyx Cüneydə görə
isə qocaların südüdür, ruhun müqəddəs iksiridir.
Xaçpərəstlikdə şərab İsa Məsihin qanına
işarədir.
Müqəddəs
həvari
Markın
“İncil”ində
əbəsdən yazılmayıb ki, “Və bir kasa götürdü, şükr
edib onlara verdi və hamı ondan içdi. Onlara dedi:
“Bu, mənim qanımdır, bir çoxları uğrunda tökülən
Əhdi-Cədidin qanıdır. Doğrusunu sizə deyirəm ki,
Allahın padşahlığında təzə şərab içəcəyim günə
qədər üzüm məhsulundan bir daha içməyəcəyəm”.
Xristianlarda
Allahın
padşahlığı
da
şərabsız
ötüşmür.
Qurani-Kərim şərabı birbaşa yasaq buyurmur.
Hətta mey cənnətdə paylanacaq içkidir. Lakin...
Quran mey içənlərə heç vaxt dəstək verməz, onları
qorxudar, hədələr söylər: “Ey iman gətirənlər.
Şərab da (içki də), qumar da, bütlər də, fal oxları
da şeytan əməlindən olan bir şeydir. Bunlardan
çəkinin ki, bəlkə nicat tapasınız” (5:90). “Ən-
Nəhl” surəsində Quran şərabdan adi həyat faktı
kimi, pafosa uymadan, tam sakit bir tərzdə danışır:
“Siz xurma ağaclarının meyvəsindən və üzümdən şərab
314
(yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz,
quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki,
düşünənlər üçün bunda da bir ibrət vardır” (16:67).
Bu ayələrdən belə aydınlaşır ki, mey islam aləmində
təkcə neqativlər cərgəsində deyil, həm də pozitivdə
özünə
yer
alır
və
konkret
vəziyyətə
uyğun
qiymətləndirilir.
Ortaçağ müsəlman mədəniyyətinə MEY qədim
yunanların
adət
və
şakərlərinin,
məişətinin
ekspressiv bir elementi kimi daxil olur və tez bir
zamanda “sufiləşir”, mistik yozumlar cədvəlinə
“dürtülüb” simvollaşır. Qədim yunan mədəniyyəti
kontekstində MEY müqəddəs nektar, yəni müşki-ənbər
(ambroziya),
yəni
Olimp
tanrılarının
şərabı
(dirildici iksiri) sayılıb.
Düyüdən çəkilmiş araq, - sake, - yaponların
sakral mənşəli içkisidir. Onlar sake ilə hətta...
qüsl eləyirlər. İndusların da dini mərasim şərabı
var - soma. Sözümün canı bu ki, MEY müxtəlif
mədəniyyətlərdə özünə qutsal bir hücrə bula bilir
və haradasa eyni cür semantikləşir. Burada MEY,
SOMA, SAKE vahid mənanın fərqli mədəniyyətlərdə
ifadə müxtəlifliyini şəkilləndirir, invariantlar
çoxluğunu aktuallaşdırır.
Ortaçağ müsəlman mədəniyyətində yandırılmış
kofe dənələrindən hazırlanmış xüsusi içkiyə də MEY
deyirdilər. Bunu şərab saymırdılar. Lakin həmən bu
meyin
də
məstedici
və
gözəgörünmələri
aktivləşdirəcək keyfiyyətləri vardı və ruhun içkisi
sayılırdı
ki,
sufilər
də
ondan
tez-tez
yararlanırdılar.
Piyalə, qədəh şərab içilən qabdır, günəş,
yağış, torpaq, tənək və üzümlə insan arasında
unikal bir ötürücüdür. Bədən isə ruh üçün süzülən
meyin badəsidir. Bu keyfiyyət dışında əyyaşlıq
dayanır. Çünki mey ruhun istəyilə içilir, bədənin
Dostları ilə paylaş: |