302
kimi, sol da ölüm kimi mənalandırılır. Beləliklə,
türklərdə “sağ” və “sol” əksliyi “düz” və “əyri”
konkretliyini adlayıb kosmik əndazələrə proyeksiya
edilir, Yaranışın və Axirətin eyhamına çevrilir.
Həqiqətdə isə sağ və sol tamın, bütövcənin tən
ortadan YARILIB ikiyə parçalanmasının nəticəsində
peyda
olur.
Müsəlman
mədəniyyətində
“istiva”
deyilən xəyali bir cizgi mövcuddur ki, insan üzünü
yuxarıdan aşağı ikiyə bölər, ideal simmetriya
görükdürər. Hürufi Nəsimi yazır ki, “həm cənnətü
hurü həm liqadır, Rəhman ilə ərşü istivadır”.
Beytin məzmunundan və şairin fikir plastikasından
aydınlaşır ki, İmadədin Nəsimiyə görə İnsan Allahın
yarısıdır. Səbəb də bu ki, istiva məkan içrə üfüq
olub, Yerlə Göy arasından keçib onları iki bərabər
hissəyə ayırır. Belə olan surətdə Tanrı yuxarıda
qalır,
Insan
-
aşağıda.
Əksər
xalqların
mifolojisində tanrı dünyanı və insanları özündən,
öz bədən materialından xəlq edir. Bu aspektdə tanrı
və dünya qarşıdurumlar müstəvisinə gəlir. İnsan
tanrının həm sağ olan, həm də ölən, solan
formasıdır. Tanrı hər dəfə insanla bərabər yaşayır,
və insanla bərabər də ölür. Daha doğrusu, ölən
tanrının
zühur
bədənidir,
olqular
aləmində
vizuallaşan şəklidir. Belə ki, insanın fiziki
bədəni
ölüb
torpağa
qarışır,
mentaL,
astral
bədənlər isə çəkilib Göyə gedir, başqa sözlə,
tanrıya qayıdır. Onda zaman içrə hürufilərin
Ortaçağ müsəlman mədəniyyəti kontekstində bəyan
etdikləri yenidən fəlsəfənin gündəmində özünə yer
alır: insan tanrı bədəninin görsənən qiyafəsidir,
yəni insan tanrının obrazıdır, onun astraL, mental
bədəninə “geydirilmiş” materiyadır. İnsanda ruh,
astral, mental bədən Göyə məxsusdur, ət, sür-sümük
- torpağa və ya od (su, hava) stixiyasına. Deməli,
alov (eləcə də torpaq, su, hava) ətin, sür-sümüyün
yuxarı dünyaya transformasiya vasitəsidir. Bu da o
303
anlama
gəlir
ki,
dörd
ünsür,
həqiqətən,
transformatorlardır,
tanrı
və
insan
arasında
ötürücülərdir, birin (vahidin) dövriyyəsinin və
özünü çoxaltmasının təminatçılarıdır. Tanrı insanın
astral invariantıdır, insanlarsa tanrının müxtəlif
variantları. Bu mənada hər yan tanrıdır, hər yan
insandır. İnsanın müəllifi tanrıdır və tanrı daim
insanın içində yaşadılır. Tanrının da yaradıcısı
insandır.
Kosmoqonik
akt
ikiyə
bölünmədən,
parçalanmadan, bütövcəni Yerə və Göyə ayırmadan
başlayır. Tanrı və Adəm ilk dixatomiyadır. Onsuz bu
yoxdur, bunsuz o. Adəm tanrının bir “qəlpəsi” (dörd
ünsür-transformatorun
birgəliyi)
kimi
tanrıdan
sıyrılıb düşür Yer üzünə və tanrı olmaq istəyir;
istəyir
ki,
tanrını
təkrarlasın,
yamsılasın.
Təsadüfi deyil ki, yəhudilərin, nəsranilərin və
müsəlmanlanların
folklorunda
o,
Həvvanı
öz
qabırğasından yaradır. Ol səbəbdən Həvva Adəmin
YARISI (yarası) və YARI qismində qavranılır. Adəm
tanrıdandır, Həvva Adəmdən. Deməli, emanasiya,
sadəcə, bölünmədir, variantların çoxaldılmasıdır.
Həvvanın yaranması üçün gərək Adəmin böyrü yarılsın
ki, oradan qabırğa çıxsın. Bu məqamda diqqətinizi
bir məsələyə yönəltmək fikrindəyəm: el içində söz
gəzər ki, kişi və qadın evlənməyincə, daha doğrusu,
qabırğa, əgər belə demək mümkünsə, öz yerinə
qayıtmayınca hər iki məxluq yarımçıqdır, naqisdir.
(İnsanın
qərinələr
boyunca
tanrıya
qovuşmaq
çabaları da bununla izah olunmazmı?) Elə bu
üzdəndir ki, kişiylə qadının bir-birinə yetməsi
(birləşməsi, bir olması) kəsrin aradan götürülməsi
kimi anlaşılır. Azəri türkcəsində “yar” (sevgili,
canan, məşuqə və həmçinin, qadın, övrət, arvad)
sözü
“yaratmaq”,
“yarı”,
“yardım”,
“yarmaq”
sözlərilə eyni bir semantik şəcərəyə mənsubdur.
“Yarmaq” ikiyə bölmək, çoxaltmaq mənasında başa
304
düşülür. Əgərçi YAR YARILMASA NƏSİL YARANMAZ. Yəni
Yaranış prosesinin özü ikiləşməyə, ikiyə bölünməyə
ürcahdır. “SAĞ” və “SOL” məhz bu sayaq bölgünün
məhsuludur.
Hər
bölgü
isə
simvolik
yarmaq,
parçalamaq prosesidir. TAM yarılmasa, SAĞ və SOL
əmələ gəlməz. Nə etməli, yaranışın şərti belədir.
Və bu şərtə əsasən kişi həmişə sağdadır, qadın
- solda, təbii ki, özlərinə görə. Qadın kişinin
ürəyinə maksimal yaxınlıqda dayanır. Kişi qadına
ürəyini (sol tərəfini, yəni az müdafiə olunan
tərəfini) “həvalə” edir. Məkan içrə kişi sağın
yiyəsidir, qadın - solun. Seyrçiyə münasibətdə isə
yerlər koordinal surətdə dəyişir: kişi sola keçir,
qadın - sağa. Bu, sadəcə, güzgü effektidir, lakin
onun mədəniyyətə təsiri qabarıq və böyük. Məsələ bu
ki,mədəniyyətin
bütün
vizual
proyektlərində
(televerilişlərdə,
konsertlərdə,
heykəllərdə,
tablolarda, fotolarda) tamaşaçı kişini daima solda,
qadını sağda görür. Əslində, isə kişi özünə görə
hər bir vaxt rahat sağ mövqeyindədir, qadınsa -
narahat sol. Qadınla kişi yan-yanaşı dayananda
kişinin sağı, qadının isə solu açıq qalır; yəni
real fiziki aktivlik bütövlükdə kişinin ixtiyarında
olur. Bunun səsəblərini arayıb araşdıraq. Öncə SAĞ
və
SOLUN
bildirdiyi
mənalar
cədvəlinə
nəzər
yetirin.
SAĞ sağlıqdır, olumdur, rahatdır, müqəddəsdir,
sakraldır,
cənnətdir,
xeyirdir,
bərəkətdir,
imtiyazdır,
gücdür,
qüvvədir,
hakimiyyətdir,,
hökumətdir, özünüidarədir, hökmdardır, sultandır.
Sağ əl hökm, fərman, əmr əlidir, iradə əlidir; əsas
aparıcı əldir, düzlüyə, doğruluğa dəlalət eylər.
Verbal
andiçmənin
(and
sözlərinin)
vizual
gerçəkliyi, plastik təsdiqidir sağ əl. Bu hələ
qədim misirlilərdə də belə idi. Antik dövrlərin
yunan və romalıları da gücü, düzgünlüyü, ədliyyəni,
xeyirxahlığı, ədaləti sağ əllə bağlayırdılar, daha
Dostları ilə paylaş: |