Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə98/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   94   95   96   97   98   99   100   101   ...   135

 

296 


bu  keyfiyyətlər  varsa,  ora  aşağıdır.  Beləliklə, 

körpə 


öz 

emosional 

qavrayışına, 

yaşantılarına 

“söykənib” 

özü 


üçün 

“YUXARI”NI 

və 

“AŞAĞI”NI 



müəyyənləşdirir,  konkretləşdirir.  Bu  vaxt  körpə  hər 

iki  “qütb”ə,  və  ya  yaşantılar  zonasına  münasibətdə 

özünü MƏRKƏZ  sayır, MƏRKƏZ götürür. Eqosentrizm elə 

burada  tumurcuqlanıb  sonradan  YUXARIYA  doğru  boy 

atır. 

Amma 


söhbətimiz 

heç 


də 

eqosentrizmin 

şəcərəsini araşdırmaq deyil... 

     Psixoloji 

məkanın 

bu 


iki 

zidd 


qütbünün 

bildiriciləri  qarşıdurum  kimi  düzənlənib  qavrayışda 

müəyyən  şəbəkə,  hörgü  əmələ  gətirir.  Yuxarıda 

rahatlıq,  firavanlıq,  təmizlik,  komfort  var,  həzz 

var,  işıq  var,  aşağıda  isə  diskomfort,  ağrı, 

qaranlıq,  gizli  həyəcan.  Yaxşı  (pozitiv,  müsbət) 

yuxarıdadır,  pis  (neqativ,  mənfi)  -  aşağıda. 

Bununla  da  körpədən  ötrü  hələliyə  onun  psixoloji 

məkanının  birölçülü  koordinat  sistemi  formalaşır. 

Odur  ki,  insan  ömrü  boyu  həyatının  dəyərlərini  bu 

mühüm  vertikal  “yuxarı  -  aşağı”  qütblərinin  məna 

tutumuna 

və 

bildiricilərinə 



uyğun 

şəkildə 


müəyyənləşdirir. Yaxşı - pis, xeyir - şər, qutsal - 

urvatsız,  pak  -  murdar,  isti  -  soyuq,  əslində, 

yuxarı 



aşağı 



qarşıdurumunun 

müxtəlif 

variantlarıdır. 

Bütün 


YOLLARIN 

və 


DƏYƏRLƏRİN 

qiyməti, ilk baxışda, qədərincə primitiv görünən bu 

cədvələ 

(paradiqmaya), 

daha 

doğrusu, 



onun 

əlamətlərinə görə verilir. 

     Qədim    oğuzlar  “Kitabi-Dədə  Qorqud”  dastanında 

tanrıya 


müraciət 

edib 


onu 

“ucalardan 

uca” 

adlandırıblar.  Tanrı  ucada  (yuxarıda,  yüksəkdə) 



dayanandır.  Od,  su,  bərəkət  Ondandır.  Əlçatmaz, 

ünyetyməz  yuxarıdır  Allahın  yeri.  Tanrı  yuxarının 

ali 

simvoludur. 



“Yuxarı”nın 

özü 


də 

bəşər 


mentallığında  ekspressiv  bildiricidir,  işarədir: 

pozitiv,  müsbət  eyhamdır.  Ol  səbəbdəndir  ki,  insan 

həyatda  yaxşı  nə  görürsə,  onu  həməncə  yuxarı  ilə 



 

297 


bağlayır,  “uca”,  “yüksək”,  “əlçatmaz”  təyinlərilə 

urvatlı  eləyir.  Yüksək  sənət,  ali  ideya,  yüksək 

nəticə,  yüksək  zövq,  həzz  zirvəsi,  tuh  yüksəkliyi, 

sənət 


zirvəsi, 

şəni 


ucaltmaq, 

qələbə 


çalmaq 

(bayrağı 

yuxarı 

sancmaq 


kimi 

başa 


düşülür, 

anlaşılır)  və  digər  bu  sayaq  ifadələri  törədən 

insanın 

YUXARI 


qarşısındakı 

valehliyidir, 

heyranlığıdır, 

onun 


körpəliyindən 

qalma 


təəssüratlarının  nəticəsidir.  Məhz  buna  görədir  ki, 

insan  həmişə  “YUXARI”  can  atır.  Çünki  insan 

qavrayışına,  insan  təsəvvürünə  görə  vəzifə  də, 

mənsəb  də,  dövlət  də,  hökumət  də,  ad-san  da  yalnız 

yuxarıdadır. 

     İnsandan  ötrü  AŞAĞI  neqativ  (mənfi)  duyğu, 

yaşantı  və  emosiyaların  gömüldüyü  zonadır.  Sıfırdan 

yuxarı  istidir  (xoşdur,  məqbuldur),  sıfırdan  aşağı 

-  soyuq  (pisdir,  arzuolunmazdır).  Aşağıda  rütubət 

var:  orada  qaranlıqdır  və  adamın  bədəni  çürüyür. 

Aşağı 

ölüm 


səltənətidir, 

daşlaşmaq, 

hərəkətsizləşmək 

deməkdir. 

Gözdən 

düşmək 


(göz 

yuxarıdadır,  mövqeyi  üstündür),  qiymətdən  düşmək, 

vəzifədən,  mənsəbdən  düşmək,  gücdən  düşmək,  dəbdən 

düşmək  kimi  ifadələrin  hamısı  el  içində  yuxarıdan 

aşağı  yumbalanmaq,  dığırlanmaq,  yuxarıdan  məhrum 

olmaq,  yuxarını  itirmək,  “aşağılanmaq”  mənalarında 

anlaşılır. 

“Başa 


düşmək” 

söz 


birləşməsi 

də 


yuxarının 

müstəsna 

hüququnun, 

imtiyazının 

daşıyıcısıdır.  Başa  nəsə  yalnız  yuxarıdan  düşə 

bilir;  yəni  fikir,  anlam  yuxarılarda  “gəzir”  və 

zamanı 

çatanda 


gəlib 

sənin 


başına 

“düşür”: 

nəticədə,  sən  nəyisə  dərk  edirsən,  qavrayırsan. 

Psixoloji 

məkanda 

aşağının 

bildiriciləri 

zəiflikdir, 

rahatsızlıqdır, 

məğlubiyyətdir, 

köməksizlikdir.  Qısası,  psixoloji  məkanda  AŞAĞI 

bilmərrə 

pisdir. 

Təsadüfi 

deyil 

ki, 


azəri 

türkcəsində  “aşağı”  sözünün  ekvivalenti  “alçaq” 

(yəni  hündür,  uca  olmayan  ev,  yer,  dam  və  hətta 



 

298 


adam)  kəlməsi  insan  rəzilliyinin  bildiricisi  kimi 

də işlənilir. Elə buna görə də “alçaq adam”, “alçaq 

iş”, “alçaq qadın”  deyiləndə, ilk növbədə, normadan 

aşağılıq, aşağı olmaq nəzərdə tutulur.     

     Hərçənd  uşaq  psixoloji  məkandan  gerçək  dünya 

məkanına lağım atanda görür ki,  nə yuxarı birmənalı 

müsbətdir, 

nə 


də 

aşağı 


birmənalı 

mənfidir. 

Uçqunlar, 

sellər, 


daşqınlar, 

qasırğalar, 

dağıntılar, 

fəlakətlər 

yuxarıdan 

gəlir. 


Həyat 

qaranlıq,  amma  canlı  torpaqda  istilik  yaradan 

çürüntülər  içindən  cücərib  yuxarı,  işığa  boylanır. 

Di gəl ki, bununla belə insan öz psixoloji məkanına 

uyğun 

formalaşdırdığı 



sosial, 

ruhsal, 


mənəvi 

dəyərlərin  işarələrini  heç  cür  dəyişmir  bə  bu 

barədə  heç  düşünmür  də.  Odur  ki,  insan  öz  ömrünün 

axırına  qədər  elə  həmən  uşaq  olaraq  qalır  və  dünya 

ilə  “yuxarı  -  aşağı”  haqqında  əldə  etdiyi  öz  ilk 

primitiv-duyğusal bilgisinə görə davranır. 

 

                             



                               2000-ci il 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                                                                                                                                                                                                                          


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə