Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə106/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   102   103   104   105   106   107   108   109   ...   135

 

321 


     Mən  biləni  yer  üzünün  heç  bir  xalqı  meyxana 

söyləmir.  Onun  vətəni  Abşeirondur.  Bugünsə  meyxana 

tamam 

yeni 


bir 

halətdədir, 

az 

qala 


rəsmi 

statusdadır  və  müasir  güzərana  tam  adekvatdır. 

Azərbaycan  ədəbiyyatının  meyxana  irsinə  gəldikdə 

isə 


deyilməlidir 

ki, 


bu, 

XX 


əsr 

Bakısının 

portretinə, 

Bakı 


əhlinin 

portretinə, 

dövrün, 

zəmanənin  rəsmi  portretinə  və  tarixinə  əlavə 

akvarel 

ştrixlər, 

ötəri 

cizgilər, 



gözlənilməz 

yozmalar  kimi,  Bakı  haqqında  rəsmi  mədəniyyətdə 

fiksə  edilmiş  şeirlərə,  mahnılara  özünəməxsus  bir 

kontrapunkt kimi qiymətlidir. 

     Meyxana  Orta  çağlardan  XX  yüzilə  əprimiş, 

sozalmış,  fağırlaşmış  bir  görkəmdə  gəlib  çıxan 

meyxanələrin 

(qəlyanaltıların) 

qoca 

dünya 


ilə 

kişiyana zarafatıdır. 



     MEYXANA  qəzəlin  astar  üzüdür,  başqa  yöndən 

yanaşsaq, 

qəzələ 

karikaturadır, 

onun 

nisbətən 

cavanyana,  asan,  lakin  kobud,  köntey  və  aqressiv, 

“dalaşqan”  variantıdır;  bir  çox  təzahürlərində  isə 

həcvdir, hədyandır; kimə istəsən öcəşər, nəyi desən 

lağa  qoyar,  qorxmaz,  çəkinməz,  boynunu  büküb 

dayanmaz.  Çünki  meyxana  ustad  sənətkarlardan  savayı 

avtoritet  tanımır.  Odur  ki,  Azərbaycanda  meyxana 

təkcə ədəbi deyil, həm də sosial hadisədir. 

     Qəzəl  muğamata  söykənir,  meyxana  diringəyə. 

Biri janrın zadəganıdır, digəri - cüvəllağısı. 

     Sonucda  isə  sual  yenə  əvvəlkidir:  MEYXANA 

Azərbaycanda  nə  idi?  Sosial  və  mənəvi  basqılara 

qarşı  yönəlmiş  sərxoş  etirazın  hap-gopu,  qədeşyana 

ədabazlığı;  meyi  əvəzləmiş  arağın  məzəli  hikkəsi; 

keflənib  yumşalmış  qəzəbin  lotuyana  romantikası; 

avaz,  çırtma  və  nağara  diringəsiylə  “rəndələnən” 

əruz;  toyxanaların  bir  torba  pulla  vəznlənmiş 

zarafatı;  dünyanın  və  həyat  olaylarının  seksual-

fantasmaqorik  təsviri;  qafiyələnmiş  söyüş  və  təhqir 

çələngi; 

ideal 

primitivliyin 

sevinci; 

içkidən 



 

322 


“dumanlanıb”  valaylanan  mübarizə,  höcət;  müştüklü 

“Kazbek”in  tüstüsü  arasından  görükən  padşahlıq 

iddiası; 

bekar 

və 

qədeş 

məhəllə 

uşaqlarının 

“misralanmış”  cığallığı,  müasirliyin  Kosa  və  Keçəl 

deyişməsi;  Çənbərəkənd  cayıllarının  qeyri-rəsmi 

himni;  meydanın  söz  pəhləvanlarının  spirt  qoxuyan 

sadəlövh  fəlsəfəsi  və  təkəbbürlü  istehzası;  qəzəlin 

topal  qardaşı;  şəhər  teatrının  atmaca  dialoqlar 

üzərində  qurulmuş  ucuz  variantı;  Ortaçağ  Şərq 

poeziyasının XX əsr gerçəkliyində yaşamaq cəhdi. 

       Bəs  indi  meyxana  kimindi  və  nəmənədi? 

Meyxana  məşq  edənindir;  çünki  əvvəldən  axıracan 

qəlpdi,  qəlibdi.  Kim  daha  çox  əzbərlədi,  meyxana 

onundur:  yəni  çevir  tatı,  vur  tatı.  Meyxana  bugün 

ekrana  möhtacdır;  ona  görə  dili  qısadır.  Nədən  ki, 

rəsmiləşmək  istəyir,  şou-biznesə  qatılmaq  istəyir, 

varlanmaq  istəyir,  gündəmdə  qalmaq  istəyir.  Belə 

getsə,  çox  az  bir  müddətdə  hər  üç  azərbaycanlıdan 

ikisi 


meyxana 

ustadı 


kimi 

tanınacaq. 

İndi 

Azərbaycanda  o  qədər  meyxanaçı  var  ki,  rahatcana 



bir  meyxana  kolleci  açmaq  mümkündür...  Mən  bir  çox 

məqamlarda 

görürəm 

ki, 


bugün 

camaatın 

özünüidentifikasıyası, 

yəni 


özünütanıması, 

özünübilməsi  teatrda  yox,  meyxanada  (və  ya  aşıq 

məclislərində)  baş  verir.  Meyxana  kütləviləşir 

(milli  mədəniyyətdə  isə  klassik  musiqinin,  təsvir 

sənətinin,  operanın,  baletin,  teatrın  mövcudluq 

çərçivəsi daralır): və hətta belə də demək olar ki, 

kütləviləşib 

müasir 


Azərbaycan 

ədəbiyyatını 

“yeyir”.  Niyəsini  xırdalamaqdan  ötrü  mən  gərək 

başqa  bir  məqalə  yazım.  Bəlkə  meyxana  muğama  və 

qəzələ  (milli  sənət  genotipinə)  bir  refleksiya 

olduğu  üçün  bu  belədir?  Və  bəlkə  də  ona  görə  ki, 

meyxana susqun çoxluğun qan yaddaşındadır? Və bəlkə 

də  ol  səbəbdəndir  ki,  birinci:  meyxana  xalqın 

anladığı  dildə  danışır;  ikincisi:  meyxanada  xalq 

danışır.  XXI  əsrin  əvvəlində  meyxananın  “intibahı” 




 

323 


dövrün, 

zəmanənin 

ən 

təzadlı 


paradokslarından 

biridir.  Bu  barədə  düşünməyinə  dəyər,  cənablar! 

Çoxluq  yazıçını,  şairi,  ziyalını  yox,  meyxanaçını 

tanıyır, meyxanaçını seçir və deməli, ona inanır... 

Ola bilərmi ki, bu, Azərbaycanda gedən urbanizasiya 

prosesinə  passionarlığın  bir  reaksiyası  kimi  qeydə 

alınsın?  Ola  bilərmi  ki,  meyxana  dünyanı  məhəlli 

aspektdə  qavramaq  tərzi,  öz  məhəlləndə  xoşbəxt 

olmaq  tərzi  kimi  yozulsun?  Hər  halda  qəribə  və 

təəccüblüdür: 

bir 

yanda 


İnternet, 

bir 


yanda 

meyxana;  bir  yanda  rəqəmsal  sənət,  bir  yanda... 

yenə  meyxana;  bir  yanda  super  bulvar,  super 

fontanlar,  bir  yanda...  yenə  meyxana...  Bu  milli 

özünüdərkin,  milli  təfəkkürün,  milli  ruhun,  milli 

mədəniyyətin  XXI  əsrdə  pozitividir,  yoxsa  neqativi? 

Birmənalı cavabım yoxdur. Fakt bu ki, meyxana artıq 

ictimai  sosial,  ruhsal  və  kulturoloji  hadisə 

statusunda 

bütün 


Azərbaycanı 

iri 


addımlarla 

dolaşır. 

 

 

 



 

 

 



 

 

 



                      2000-2010-cu illər

     


 

 

 



 

 

 



 

                                                                             

                                                                                                       



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə