Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə109/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   105   106   107   108   109   110   111   112   ...   135

 

330 


    Fərqləri  universal  ruhun  fərdi  ruha  münasibəti 

kimidir.  Bu,  Platondan  yox,  Plotindən  qalma  bir 

izahatdır. 

Buradan 


belə 

aydınlaşır 

ki, 

Eros 


“erotika”  anlamının  aşkarladığı  mənaları  özündə 

qapsamır. 

    Bəs  nə  vaxt  Eros  erotikadan  ötrü  mövcudluq 

platforması  hazırlayır,  daha  doğrusu,  saf  enerjidən 

imitasion 

xarakterli 



seksual 

tamaşa-mərasimə 

çevrilir?  Yox,  mən  yanılmıram,  erotika  mərasim 

xislətlidir: 

o, 


teatrallığı 

sevir, 


o, 

şəhər 


təmtərağını, 

şəhər 


dəbdəbəsini 

sevir, 


şəhərin 

boğanaqlığını,  şəhərin  ədabazlığını  sevir.  Yunanlar 

üçün  erotikanın  müəllifi  də  nahaqdan  deyil  ki, 

ellinizmdir.  Skopasın  “Menada”sı  Rodenin  “Öpüş”ü 

kimidir. 

Məhz 


ellinizm 

çılpaqlığı 

gizlətməklə 

erotikaya meydan açır. 

    Buradan 

isə 


artıq 

Orta 


əsrlərə, 

Ortaçağ 


mədəniyyətinə bir addımlıq yol var. 

    Hər  bir  dövr,  hər  bir  toplum  insanlara  öz 

erotik standartlarını sırıyır. 

    Ellinizm  şəhərlilərin  yaşam,  düşüncə  tərzinin 

avanqardı  qismində  yozulmaq  üçün  də  əsas  verir. 

Şəhərdə  insanların  sıxlığı  ruhları  xəstələndirir. 

Ruh 

xəstələnəndə 

şəhər 

kabusların 

ixtiyarında 

qalır. 

    Əxlaqın repressivliyi erotikanı coşdurur. 

    Odur  ki,  Orta  əsrlər  mədəniyyəti  başdan-başa 

erotika  ilə  aşılanıb.  Burada  hər  bir  jest,  hər  bir 

kəlmə 

çoxmənalıdır, 



erotikdir, 

çünki 


nəyisə 

bəlirtməkdən  daha  çox  gizlədir.  Digər  tərəfdən  isə 

Ortaçağ  mədəniyyətində  bədən  yox,  ruh  aktuallaşır. 

Erotika isə bədənin deyil, ruhun oyunudur.  

    Orta  əsrlərdə  məkr,  küfr  erotikləşir.  Məkrin, 

küfrün  böyründə  isə  mütləq  iztirab,  işgəncə,  əzab 

dayanır.  

    İyeronim 

Bosx: 

“Kapriççios”; 



yəni 

ağlın 

yuxusundan qorxunc əjdəhalar doğulur. 


 

331 


    Ortaçağ  xristian  qarabasmalarından  bir  erotika 

püskürür. 

Əksərən 

onların 


iştirakçıları 

şəhər 


kabuslarıdır. 

Xristianlığın 

bütün 

vampirləri 



(quyruqlu  şeytanlar,  əcinə  və  ifritələr)  erotizmin 

simptomatik 

təzahürüdür, 

seksual 


basqıların 

törətdiyi fantaziyalardır. 

    Bokaççonun 

“Dekameron”u 

xristian 

qarabasmalarının 

xalqın 

gülüş 


mədəniyyətində 

davamıdır.  Ən  qəribəsi  də  budur  ki,  “Dekameron”dan 

sonra  qapılar  birbaşa  Dantenin  cəhənnəminə  açılır; 

bu  fikrin  əksinə  oxunması  da  etiraz  doğurmur.  Yəni 

“Dekameron” 

gülüşün 


köməyi 

ilə 


cəhənnəmdən 

qurtulmaq vasitəsidir.  

    Xristianlıqda  mənəvi  təmizlik  bədənə  verilən 

əzabdan 


başlayır. 

Bədən 


bürünəndə 

erotikanın 

obyektinə  çevrilir.  Həya  bizim  geyindiyimiz  virtual 

paltardır.     

    İsa  Məsih  antik  yunanların  gözəl  bədənlərinə 

qarşıdır.  İsa  Məsihin  cəfaları  onun  həyasıdır.  

İşgəncə,  ağrı  həzz  kimi  qavranılanda  erotika 

müstəvisinə  keçir.  Burada  cəfa  erotikliyin  motivi 

kimi götürülə bilər. İsa Məsih həyanı, başqa sözlə, 

virtual 

pal- 


tarı 

dini 


toplumlar 

üçün 


qanuniləşdirdi. 

    Cəfa İsa Məsihin həyasıdır

    Dünyanı  instinktlər  idarə  edir...  Toplumu  - 

qanunlar, 

instinktlərin 

fəaliyyət 

çevrəmini 

müəyyənləşdirən  qanunlar...  Ədəbiyyat  və  incəsənəti 

isə  -  erotika:  qarşıtların,  qütblərin,  əksliklərin 

münasibət sehri,    münasibət müəmması... 

    Qərbin  xristian  mədəniyyətinin  kontekstində  İsa 

Məsihlə  Markiz  de  Sad  bir-birilə  üzbəüz  dayanmış 

ikilik 

kimi 


“oxuna” 

bilər. 


Markiz 

de 


Sad 

romantizmin  işgəncələr  “bəstəkarı”  idi.  İsa  Məsihin 



introvertliyi  Markiz  de  Sadın  ekstrovertliyilə 

tarazlaşır: 

bunu 

Qərb 


mədəniyyətinin 

özü 


tarazlaşdırır. 


 

332 


    Yalnız 

cəmiyyət 

soyunmağa 

həyasızlığın, 

abırsızlığın  ekvivalenti  kimi  baxır.  Paltarlı  olmaq 

həyalı  olmağın  əlaməti.  Bəlkə  də  əksinə...  Paltar 

olmasa,  kim  nəyi  soyunacaq  ki?  Əslində,  paltarı 

yox, məhz həyanı “soyunmaq” erotikdir. 



    Rəqs  həmişə  erotikdir:  çünki  intim  seksual 

yaşantıları    məkanda  obrazlaşdırır,  işarələyir.  Biz 

rəqsə 

baxanda 

isə 

həmin 

eyhamları 

bir 

növ 

“soyundururuq”  və  görürük  ki,  rəqsin  əsas  ideyası 

özünün  seksual  hazırlığını,  seksual  imkanlarını 

toplum (ailə, tayfa, qəbilə) içrə bəyan etməkdir. 

    Xristianlıq  dünya  mədəniyyətinin  avanqardı  kimi 

səhnəyə  atılır.  Sənətdə  avanqard  özündə  həmişə 

erotika  cizgiləri  görükdürür.  O,  bir  qayda  olaraq 

bəşəri  harmoniyanın  pozulmasından  “ilhamlanır”, 

kütlənin düşüncə tərzinə, yaşam üslubuna və ictimai 

psixoza  qarşı  təcavüzdə  bulunur,  alternativ  mövqedə 

qərarlaşır.  Hər  bir  təcavüzdə  isə  müəyyən  qədər 

erotika  gizlənib.  Avanqard  kütləviləşəndə,  yəni 

hamıdan  ötrü  dəbə  minəndə  ölür.  Avanqard  potensial 

müəmmadır. Müəmma isə erotikdir. 

    Avanqard küncə qısılmışların istiqlal dinidir. 

    Din 

həmişə 

erotikdir: 

çünki 

yasaqların 

arxasında  nələrin  gizləndiyindən  xəbərdardır.  Din 

ideoloji, mənəvi-əxlaqi çarşabdır. Din həyadır.  

    Memarlığın  özü  erotikdir;  memarlıqda  mövcud 

bütün  üslublar  (və  formalar,  formaların  dinamizmə 

gətirilmə  şəkilləri)  erotikdir.  Çünki  intim-seksual 

əlaqələri, “in” və “yan” başlanğıclarını məkan içrə 

daşların köməyilə obrazlaşdırır. 

    Qərblə  müqayisədə  Şərq  həmişə  pal-paltar,  zər-

ziba,  zinət  içində  əriyib-itməyi  sevib.  Bütün  Şərq 

mədəniyyəti  erotika  ilə  həyanın  ecazkar  sintezi 

üzərində 

qurulur. 

Yaxın 

və 


Orta 

Şərq 


məmləkətlərinin  Ortaçağ  mədəniyyətində  bu  sintezin 

qəribə, paradoksal təzahürləri mövcud. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə