324
EROTİKA VƏ HƏYA,
yaxud
ŞƏHƏRDƏ AVANQARD
(elmi-kulturoloji partitura)
Erotika məkrdir; məkrli olan nə varsa, hamısı
erotikdir. Bu fikrin müəllifinin kim olduğunu,
şübhəsiz
ki,
həmin
adam
avropalıdır,
artıq
unutmuşam. Ancaq bir məsələni dəqiq bilirəm ki,
mənim sərbəst tərcüməmdə orijinalın ruhu, mənası
bütün dolğunluğu və ekspressivliyilə saxlanılıb.
Mənəviyyat və əxlaq sanır ki, erotika İblisdir;
İblis isə erotikliyin ideal obyektidir. Mefistofel
dünya
ədəbiyyatının
ən
erotik
obrazıdır.
Apokalipsisi şərtləndirən səbəblərdən biri, və
bəlkə də birincisi, erotikadır. Elə məhz erotika
əxlaqı diz üstə çökdürür. Erotika neqativ enerjinin
təzahürüdür. Sevgi erotika zamanı mənfi işarəli
olur.
Mədəniyyətin içi isə həmişə erotika ilə doludur:
çünki mədəniyyət basqıların modifikasiya olunmuş
gerçəkliyidir, şəklidir, obrazıdır.
Xaos... Apokalipsis... erotika... mən onları
bir-birinə
bərabər
görürəm.
Onların
hər
üçü
kosmosun sona yetdiyinə bir işarə... Xaos qorxu və
təhlükə sahmansızlığıdır. Erotika isə qorxu və
təhlükə ilə qapıbir qonşudur. Seksin teatral
“qurğu”suna o zaman ehtiyac yaranır ki, sevgi
adiləşib, sevgi ölüb və obyektə pozitiv təsir
enerjisini itirib. O yerdə ki, toplumun yaşamaq
enerjisi tükənir, həyat daha intensiv şəkildə
mərasimləşir, teatrallaşır.
Mədəniyyət yenidən kosmosa dönmək, kosmosu
bərpa etmək uğrunda son cəhddir.
Uyqarlıq ölüm ayağında ikən erotikanı şəhər
meydanına kütlə üçün bir yal kimi tullayır. Elə
məhz bu məqamda həya toplumun əxlaq “gündəliyində”
325
aparıcı mövqedə qərarlaşdırılır. Toplumun mənəvi
dəyərləri erotika ilə həyanı qarşıdurumlar kimi gö-
türür, gerçəklikdə isə onlar əl-ələ verib yanaşı
gəzirlər.
Mədəniyyət həya ilə erotikanı bir arabaya qoşub
özünə bazar düzəldir.
Şəhər
kübarlarının
seksual
oyunbazlığı
erotikanı mədəniyyətdən ötrü aktuallaşdırır.
Kənddə erotika yaşamır.
O zaman ki ş(s)into məbədgahının kahinəsi O-
kuni
şəhər
küçələrinə
çıxıb
erotik
rəqslər
göstərməyə başladı, yapon Kabuku teatrının təşək-
külü üçün zəmin hazırlandı.
Erotika əyninə həmişə həya paltarı geyinir.
Onun akkumulyativ nüvəsi həyadır. Həya permanent
olaraq maneədir. İnsan bu maneəni daim adlamağa
çalışır ki, özünü tam rahat və sərbəst hiss eləsin.
Lakin həyanın sərhədindən o yana tanrısızlıq və
ruhun depressiyası başlayır.
Eros ruhu divanələşdirir. Bunu qədim yunanlar
belə yazıblar. Onlar onu da yazıblar ki, eros
dağıdıcı stixik qüvvədir, qasırğa kimi bir şeydir,
ilan xislətlidir. Bunun ardınca əski romalılar da
yazıblar ki, eros sevgini yox, təbiətin ölümünü,
əziyyəti,
qışı,
soyuğu,
qürubu,
ayrılığı,
harmoniyanın pozulduğunu bildirir.
Di gəl ki, bununla yanaşı...
... qədim yunanların mifoloji təfəkküründə Eros
və ya Erot tanrıdır. Anası məhəbbət ilahəsi
Afroditadır. Bəs atası kim olsa yaxşı? Heç
inanılası deyil ki, bu, müharibə tanrısı Aresdir.
Əbəsdən “Ares” və “Eros” sözləri az qala eyni cür
səslənmir ki? Ona görə də savaş tanrısının oğlu
Eros dəcəldir, şələşurdur: hərçənd həmişə anası
Afroditanın
yanında
qanadlı
oxatan
oğlan,
mələksimalı uşaq kimi təsvir olunur. Lap öncələr
Eros xaosdan sahmanlı dünya yaradan idi, öz-özünü
326
törədən kosmoqonik qüvvə idi. Çox-çox sonralar isə
qədim yunanlar ona tanrı valideynlər tapdılar və
Erosun funksiyasını müəyyənləşdirdilər: iki nəfər
arasında sevgi, seksual coşqu oyatmaq.
Deməli, Eros hələ qədim yunan mədəniyyəti
müstəvisində ziddiyyətli fiqur, kontrastlı xarakter
və mübahisəli personaj kimi qavranılırdı. Hamı başa
düşürdü ki, Afrodita kimdir. Bəs sevgi tanrısı olan
yerdə Eros nə iş görür? Bax, bu məqamda onunla
bağlı konkretlik və aydınlıq buxarlanıb yox
olurdu. Düzdür, Erosu tanrı Afroditanın köməkçisi
kimi də yozmaq mümkün idi. Amma bununla iş
tamamlanmırdı.
Eros
müstəqillik
nişanələri
görükdürürdü.
Gələsinə tarixdə onun müşkülləri daha da
artdı. Nədən ki, erotika rüsvayçılığa tay tutuldu.
Beləliklə, əxlaq erotikanın düşməni oldu, təxəyyül
isə şəriki. Seksual basqılar düşüncə ilə sazişə
gələndə erotika üçün yaşıl işıq yandırılır.
Erotika nədir? Seks üzərində qurulmuş tamaşa,
oyun; intim əlaqələri primitivlikdən uzaqlaşdırmaq
cəhdi, düşüncəyə ünvanlanmış mesaj.
Sokratla Platon Erosu ruh dünyasının əlaməti
bilirdilər. Platon elə hesab edirdi ki, Eros
gözəllik ideyasının dərkinə olan vurğunluqdur,
sevgidir. Burası xalis fəlsəfə.
Erotika
orgiyanı
şərtləndirəndə
toplumun
harmoniyası üçün, insanların əxlaqı üçün qorxu və
təhlükə aşkarlanır. Çünki orgiya kordur və xəstə
cəmiyyətin,
xəstə
uyqarlığın
simptomudur,
qızdırmasıdır. Orgiya sayıqlayır və heç kimi
tanımaq istəmir. Bu qədim Yunanıstanda da belə
olub, indi də belədir. Tanrı Dionisin şərab
pərizadəsi Aqava orgiya yaşantılarından coşub,
özündən çıxıb, affektə uyub, kefdən başı dumanlanıb
öz doğma oğlu Penfeyi parça-tikə eləyir. Erotikanın
sonucu
gəlib
orgiya
ilə
yekunlaşır.
Orgiya
Dostları ilə paylaş: |