Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə104/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   100   101   102   103   104   105   106   107   ...   135

 

315 


bura  dəlaləti  yox.  Əks  təqdirdə,  insan  öz  ruhunun 

düşməni olur. 



     “Ver  badə,  mürüvvət  eylə,  saqi”.  Klassik  Şərq  

poeziyası  az  qalır  ki,  badəni  bütə  çevirsin,  onu 

ilahiləşdirsin:  “Nə  gördü  badədə  bilməm  ki,  oldu 

badəpərəst”.  Bunun  da  kökü,  şəcərəsi  uzaq-uzaq 

mədəniyyətlərdən  gəlir,  sadəcə,  şərh  etmək  gərək. 

İş  bu  ki,  badə  (piyalə,  kasa,  masqura,  qədəh, 

bardaq,  cam)  arxaik  təfəkkürdə  qadın  başlanğıcını 

bildirən  vizual  obrazdır.  Heç  kəs  inkar  etməz  ki,  

piyalə  və  ya  kasa  öz  forması  etibarı  ilə  qadın 

döşünü,  qadın  bətnini  xatırladır.  Torpaq  yaş  (nəm, 

şehli,  şirəli)  olmazsa,  əbədi  Yaranış  silsiləsinə 

nöqtə  qoyular.  Qadın  da  torpaq  kimidir,  Yaranışın 

qabıdır, 

piyalasidir, 

badəsidir; 

“islanmasa”, 

“dolmasa”  həyat  tükənər.  İçinə  mey  (su,  şərbət, 

doşab, 

şərab) 


damızdırılan 

BADƏ 


(dulusçuluq 

nümunəsi)  və  ya  CAM  (misgərlik  örnəyi)  “vəhdət  əl-

vücud”un,  “in”  və  “yan”  birgəliyinin,  Yaranış 

aktının 


məkani 

formalar 

müstəvisində 

rəmzi 


görkəmidir.  Arxaik  mədəniyyətlərdə  badədən  “içmək”, 

“dadmaq” qadına sahib olmaq, qadının dişi varlığını 

“kəşf 

etmək”, 


ali 

idraka 


çatmaq 

kimi 


mənalandırılır.  Badə  (bardaq,  qədəh,  piyalə,  kasa, 

masqura,  kuzə,  dolça,  küp)  və  ya  cam  (parç, 

abgərdən,  çömçə,  çuxur,  qazan)  təbiətin  dörd 

ünsürünün,  -  torpaq,  su,  od,  hava,  -  sintezindən 

törənəndir. Dörd ünsürün tanrısı dulusçudur, bir də 

misgər. Mifoloji təfəkkür onları doğma  əkiz qardaş, 

təmiz, pak enerjinin daşıyıcısı, soyu ilahi dünyaya 

bağlı  qutlu  sənətkar  eləyib.  Bir  sıra  xalqların 

miflərində, 

nağıllarında 

insanla 

badənin 


“qohumluğu”  (kuzənin  bir  zamanlar  cavan  bir  insan 

olduğunu  söyləməsi)  dönə-dönə  vurğulanır  və  islam 

mədəniyyəti 

kontekstində 

 

sufilərin 



fəlsəfi 

paradiqmasının  son  dərəcə  ifadəli  bir  obrazına 

çevrilir.  Onda  təsadüfdürmü  ki,  klassik  Şərq 



 

316 


poeziyası  badəni  insanla  büt  arasında  qərarlaşmış 

bir  mərtəbəyə  yüksəldir?  Əsla.  Yoxsa  Nəsimi  dilinə 

gətirməzdi  ki,  “gəl  ənəlhəqq  sirrini  meyxanədə 

meydən  eşit”.  Odur  ki,  mey  “vəhdət  əl-vücud”un 

təzahürlər  dünyasında  simvolik  obrazıdır,  onun 

vizual plastik konkretliyidir.    

     Şərq  dünyasında  mey  və  insan  münasibətləri 

çoxsaylı 

əxlaqi 


qaydalar, 

normalar, 

şərhlər, 

göstərişlər  və  teatral  təmtərağı  olan  məclislər 

(mərasimlər) yolu ilə tənzimlənir. Mərasimlər və ya 

məclislər  içrə  yaşayıb  xoşhallanmaq    müsəlmanın 

həyat  tərzinin  qayəsidir.  Şərqli  üçün  mey  içmək  də 

mərasim  kimi  bir  şeydir,  məclisdir.  Əsrlər  boyunca 

Şərq  aləmində  içki  kultunun,  mey  məclislərinin 

mövcudluğunun təminatçısı şəhər meyxanələri olub... 

     MEYXANƏ  (meyxana)  fars  dilindən  tərcümədə  “mey 

evi”  anlamına  gəlir.  Şərab  dükanına,  qəlyanaltıya 

da  “meyxanə”  deyərlər.  Burada  gözəl  şərablardan 

dadıb  ləziz  xörəklər  yemək,  dincəlmək,  musiqi 

dinləmək, 

mütrib 


rəqslərinə 

tamaşa 


eləmək, 

nağılçıya  qulaq  asmaq,  xor-xor  qəlyanın    tüstüsünə 

uymaq,  fəlsəfi  söhbətlərdə  bulunmaq  mümkündür. 

Ortaçağ  müsəlman  mədəniyyətində  kef,  nəşə  simvolu 

meyxanədir.  Məhz  həmən  bu  meyxanə,  yəni  mey  evi 

islam  mədəniyyəti  kontekstində  məscidin  yeganə 

qarşıdurumudur. Eynən Nəsiminin buyurduğu kimi: 

 

         “Çünki bir şəhrin içində məscidü meyxanə var, 



          Əhli həq fərq eyləməz məscidləri meyxanədən”. 

 

     Füzuli məsələni bir az da zilə çəkər: 

 

          “Möhtəsib, tanrı üçün gəl mənə vermə əzab, 

           Meyli-məscidmi edər meykədələr övbaşı.” 

 

     Və ya: 



 

 



 

317 


          “Ey əsiri-dami-ğəm, bir guşeyi meyxanə tut, 

          Tutma zöhhadın müxalif pəndini, peymanə tut”. 

 

     Meyxanə  məscid  və  fərdin  şəxsi  mülkündən 



fərqli  olaraq  tam  azad  bir  zonadır.  Burada  heç  bir 

qanun,  yasaq,  qadağa  (mənəvi  imperativin  zəif 

impulslarından  başqa)  “işləmir”;  pul  verib  dad 

alırlar,  kef  alırlar,  əyləncə  alırlar.  Ona  görə 

yalan,  riya  asanlıqla  aradan  götürülür,  həqiqətin 

yolu  təmizlənir.  Meyxanə  güzgüdür;  qısa  bir  vaxt 

ərzində,  daha  doğrusu,  elə  ki  dodağa  mey  dəyər, 

insanın batini zahirə çıxıb aşkar olar, necə varsa, 

o  cür  də  görünər.  Yəni  mey  insanın  mənəvi-əxlaqi 

keyfiyyətlərinin, 

düşüncələrinin 

katalizatorudur 

meyxanə  içində.  Heç  bundan  da  sufi  şairləri  imtina 

edərdilərmi?  

     XIX  yüzilin  son  rübündən  etibarən  iqtisadi 

proseslərin 

nəticəsində 

müsəlman 

şəhərlərində 

meyxanələr 

şəbəkəsi 

meydana 


gəlir, 

yəni 


mey 

evlərinin  sayı  artır.  Bu  mey  evləri  müsəlman 

məmləkətlərində  haradasa  karvansara  əvəzidir,  onun 

mikromodelidir.  Azərbaycan  da  bu  siyahıdan  istisna 

edilmir. 

     Meyxanə  (meyxana)  müsəlmandan  ötrü  maqnit 

cazibəsinə  malik  bir  məkandır.  Müsəlman  meyxanə 

böyründən  heç  vaxt  laqeyd  ötüb  keçə  bilmir.  o 

Bununla belə onun meyxanəyə münasibəti həmişə ikili 

olub.  Səbəb  də  bu  ki,  şəriət  meyxanəni  şəhərin 

urvatsız,  haram,  məkrə,  şərə  ürcah  bölgəsi  hesab 

edir.  Digər  tərəfdən  isə  meyxanə  müsəlman  üçün 

ənənəvi  kef,  əyləncə  dünyasıdır.  İslam  aləmində 

meyxanəyə getmək mənəvi qadağanı pozmaq deməkdir. 

 

          “Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid, 



           Bumudur əql ki, tərki-meyi-gülgun etdin?” 

 

     Təbii  ki,  heç  bir  dini  yasaq  bu  fəlsəfi 

məntiqə  tablamır.  Nəticə  isə  bütün  vəziyyətlərdə 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə