Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə105/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   101   102   103   104   105   106   107   108   ...   135

 

318 


cəmiyyətin  həyatına  birmənalı  şəkildə  mənfi  təsir 

göstərir.  Çünki  bu  hal  müsəlmanı  birbaşa    “arzu  və 

qadağa”  konfliktinə  gətirib  çıxarır,  onun  ruhi-

psixi tarazlığını, rahatlığını pozur. 

       XX  yüzil  Azərbaycan  mühitində  bu  psixi 

diskomfort 

aradan 

götürülür. 



Bu 

işdə 


Avropa 

mədəniyyətinin  və  rus-sovet  məişət  etiketinin  rolu 

heç  də  az  deyil.  Belə  ki,  XX  əsrdə  (xüsusilə  də 

sovet  dönəmində)  meyxanə  kandarından  içəri  girən 

müsəlman  artıq  tərəddüd  hissi  keçirmir.  “Məscid  və 

meyxanə”  qarşıdurumunda  kütlə  ikinciyə  daha  çox 

üstünlük  verir:  qələbə  meyxanənindir.  Di  gəl  ki, 

Şərq 


mədəniyyətinin 

mistik-fəlsəfi 

süsləmələri 

kontekstindən 

tədricən 

çıxarılan 

meyxanalar 

(meyxanələr)  XX  yüzil  Azərbaycanında  adi,  rusbabı 

qəlyanaltılara  çevrilir.  Sonucda  meyxanə  zamanın 

gərdişinə,  tələbinə  güzəştə  gedib  dönür  sadə,  ucuz 

qida  məntəqəsinə.  yeməkxana,  cızbızxana  və  ya 

xaşxana 


kimi 

“ixtisalaşıb” 

enir 

beşmərtəbəli 



evlərin 

zirzəmisinə. 

MEY 

arağa 


dəyişdirilir. 

Meyxanənin  yaraşığı  sayılan  xalça-palaz  müşəmbə 

süfrəli  dördkünc  düşərgə  stolları  ilə,  mütəkkələr 

isə  dəmirayaqlı  taxta  kətillərlə  əvəzlənir.  Bahalı 

restoranlar  dəbə  düşür:  amma  bura  getməyə  hər 

adamın  cibi  imkan  vermir.  Hərçənd  toplum  içrə  öz 

müsbət  imicinə  xələl  gətirmək  istəməyən  sovet 

adamları  meyxanə  qapılarının  kandarını  adlayıb 

keçmirlər. 

       Meyxanələrin, 

qida 


məntəqələrinin, 

müştərilərisə 



adətən 

yeyib-içməyi 

xoşlayan 

ustalardır,  alverçilərdir,  peşəkar  əyyaşlardır, 

kasıb 

ziyalılardır, 



məhəllə 

təəssübü 

çəkən 

başıkepkalı  cayıllardır,  teatr  sənətçiləridir,  bir 



də  qeybət  qırmağa  həris  taksi  şoferləri.  Elita 

meyxanəni özünə yaraşdırmır və əksinə. 

       XX  yüzilin  meyxanəsi,  yəni  qəlyanaltısı, 

uğuldayan  arı  pətəyindən  yalnız  radionun  mütəmadi 




 

319 


dəyişən  verilişlərinin  səs  ahəngiylə  fərqlənirdi. 

Keçən 


əsrin 

20-ci 


illərindən 

bəri 


günboyu 

“mızıldayan”  balaca  radiolar  Bakı  meyxanələrinin 

vacib  bir  atributu  olur.  Dünyanı  özünəxas  bir 

şəkildə 


anlamaq, 

çözmək, 


strukturlaşdırmaq 

və 


dekonstruksiya 

eləmək 


üçün 

radio 


meyxanələrə 

lazımdır.  Belə  ki,  meyxanə  (meyxana)  şəhərin  aktiv 

ünsiyyət  bölgəsidir.  Hər  hansı  bir  yeni  informasiya 

xalq  arasına  məhz  meyxanədən  “sızır”dı,  yayılırdı. 

Meyxanə  XX  əsr  Bakısında  açıq  söhbətlər  və 

diskussiya 

klubu 

idi, 


qədeşlərin, 

taksi 


şoferlərinin,  ustaların  apardığı  siyasi  icmal  klubu 

idi. Burada heç bir mövzu senzuraya məruz qalmırdı. 

Çünki  kefli  meyxanə  əhlini  sovet  gerçəkliyində 

rəsmi  dövlət  orqanları  və  hökumət  təşkilatları 

ciddi qəbul eləmirdilər. 

     Meyxanə  XX  əsr  Azərbaycan  gerçəkliyində  xalqın 

meydan  həyatının  kiçik  modelidir.  Burada  bol-bol 

yeyib-içməklə  yanaşı  ağzına  gələni  danışa  bilərsən; 

söyüş söyməyə də icazə verilir, and içməyə də, şeir 

deməyə  də,  hər  cür  qəbildən  olan  lətifələr 

söyləməyə  də.  XX  yüzildə  meyxanə  darısqal  otağa 

sığışmış  meydandır.  Bu  əsrdə  meyxanələr  şəbəkəsində 

nağılçının, xanəndənin yerini MEYXANA ustası tutur. 

     Qadınları  meyxanələrə  buraxmazdılar.  Çünki 

Azərbaycanda  mövcud  meyxanələrin  hamısı  kişilərə 

məxsus  idi.  Ona  görə  meyxanə  küncündə  bədahətən 

deyilən  şeir  (hazırlıqsız,  düşünülmədən,  improvizə 

şəklində  söylənilən  hər  şeir  bədihədir  və  ya 

bədyədir)  yalnız  və  yalnız  kişilərdən  ötrü  olub. 

Odur  ki,  meyxana  müəllifləri  də  həmişə  kişilərdir. 



MEYXANA  söz  xiridarlarının  meyxanə  kontekstində 

araqla  “ünsiyyət”indən  yaranan  şifahi  ədəbiyyat 

nümunəsidir.  MEYXANA  ağız  ədəbiyyatıdır,  yazıya 

köçdümü,  çap  olundumu,  ucuczlaşır,  miskinləşir, 

mənasını  tamam  itirmiş  olur.  Nədən  ki,  bədihə 

(bədyə)  bir  nəfərin  solo  improvizəsidir.  Meyxana 




 

320 


isə  iki  şəxsin  bədihəsinin  nəticəsi  kimi  meydana 

gəlir.  Bədihə  meyxana  deyil:  meyxanada  bədihə 

elementi  var.  Ağ  vərəqlər  üzərində  isə  meyxana 

yoxdur:  çünki  meyxananı  yaradan  atmosfer  yazıda  öz 

əksini tapa bilmir. Bədihə ədəbi janr yox, daha çox 

xarakterdir, 

şəxsi 

keyfiyyətdir 



və 

neqativdə 

anlaşılır. 

Bədihəxan 

çərənçi, 

uzundanışan 

mənalarını  özündə  qapsayır.  Meyxanada  bədihənin 

rudimentləri,  şübhəsiz  ki,  mövcuddur.  Lakin  bədihə 

ilə  meyxananın  arasına  bərabərlik  işarəsi  atmaq 

olmaz.  Bədihəni  meyxananın  kökləri  (lokusu)  kimi 

tanıtmaq  mümkündür.  Nədən  ki,  meyxananın  bir  janr 

kimi  tarixi  bir  o  qədər  də  uzağa  getmir.  Orta  əsr 

meyxanələrində  heç  vaxt  meyxana  deyilməyib:  bura 

sufilərin  və  şairlərin  fəlsəfi  söhbətlərinin  məkanı 

olub. Yalnız zaman keçdikcə siyasi, ideoloji, dini, 

kulturoloji 

məsələlər 

ucbatından 

meyxanələr 

ucuzlaşıb,  urvatsızlaşıb,  sadəcə,  mey  evlərinə 

çevriliblər.  O  da  ola  bilər  ki,  meyxana  bir  janr 

kimi 


bilincsizlik 

qatında 


meyxanələrin 

sufi 


yaddaşına bir qayıdışdır, bir dönüşdür.                      

     Amma  bütün  yozum  və  şərhlərdə  bir  şey 

danılmazdır  ki,  əsl  MEYXANA  bir  janr  kimi  XX  yüzil 

Bakı 

meyxanələrinin 

folklorudur, 

meyxanə 

məclislərinin 

improvizə 

şəklində 

düzənlənən 

folklorudur, 

Abşeiron 

kəndlərinin 

toyxana 

folklorudur,  kefli  kişilərin,  şəhər  qədeşlərinin 

məhəllə folklorudur. Bu folklorda XX  əsrə kasıblar, 

məhbuslar,  cayıllar,  ustalar,  quşbazlar,  əyyaşlar 

güzgü  tutur,  “vedrə  bağlayır”.  Meyxana  tarixə, 

gerçəkliyə, 

gündəlik 

olaylara, 

mədəniyyət 

faktlarına,  ictimai-siyasi  hadisələrə,  tribunadan, 

səhnədən,  ekrandan  görünən  şəxsiyyətlərə  və  hətta 

ənənəvi  şeir  məclislərinə  xüsusi  lotuyana  baxım 

bucağıdır,  xalqın  meydan  həyatına  xas  qavrayış 

tərzinin  qafiyəli  şeir  formasında  ifadəsidir.  Şərq 

bazarlarının poeziyasıdır meyxana. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə