274
Cənnətsə insanlığın fiks ideyasıdır; ilğım-
oazisdir: nədən ki, gerçəklik içrə mümkünsüzdür.
Cənnət həmişə virtual cənnətdir. Çünki cənnət,
əslində, ruhların evidir, ruhların bağçasıdır.
Əflatunun (qədim yunan filosofu Platonun) ideyalar
dünyası ilə, və hətta Olimp dağında yaşayan yunan
tanrılarının güzəranı ilə cənnətin mayası, təbiəti,
hüsnü
haradasa
eynidir,
paradoksal
şəkildə
oxşardır. Belə ki, cənnət bədəndən azad olmuş
ruhların və ilğım kimi fəqərəsiz, qabıqsız olan
formaların
cənnətidir.
Zaman
bu
ruhlara,
bu
formalara zərər vurmaq, xətər yetirmək, onları
korlamaq iqtidarında deyil. Başqa sözlə, cənnətdə
zaman yoxdur: əgər zaman yoxdursa, onda yaşam
virtualdır, fəaliyyət, hərəkət virtualdır, məkansa
donuq, statik və dəyişməzdir.
Behişt əbədi virtual harmoniyadır, qüsursuz və
yeknəsəq olumun sonsuzluq içrə fövqəl məskənidir.
Cənnət dinin super şirnikidirici ideyasıdır,
səadət mifidir. Lakin cənnət insana yalnız öləndən
sonra, özü də yalnız seçilmiş mömin insanlara və
yalnız xeyirxah əməllərə görə vəd edilir. Yəni sən
əgər yaxşısansa, təmiz, saf, ədalətli birisisənsə,
ölməlisən ki, cənnətə düşəsən. Cənnətin (və ya
cəhənnəmin) qapılarına doğru yol qəbristanlıqdan
keçib gedir. Elə isə cənnətə varan “mən” deyil,
bədən deyil, ruhdur. Burada artıq kef, həzz şkalası
sıfır nöqtəsini göstərir. Çünki ruh nə dad bilir,
nə qoxu; onun hissiyyatı da yoxdur: hərçənd görüb-
eşitməsi istisna edilmir. Ruh ancaq ideyadan mutlu
olur, zövq alır.
Behişt
sakral,
ilahi
dünyanın
virtual
bağçasıdır, Allahın ruhlar bağçasıdır. Tanrının
icazəsi olmadan oranın qapıları bir kimsənin üzünə
açılmaz.
Çünki
cənnət
ruhlarını
(cənnət
sakinlərini) yalnız tanrının özü seçir. Azəri
türklərinin leksikonuna “ruhu behiştlik olsun”
275
deyimi heç də əbəs düşməyib. Yəni son ana qədər
bilinmir ki, kimin ruhu hara göndəriləcək. Qərar
yenə tanrınındır. Amma bu da bir həqiqətdir ki,
Allahın işlərindən bir kimsə baş çıxarmaz: hər şey
sirrdir,
lövhi-məhfuzdur,
yəni
bizim
üçün
oxunulması mümkünsüz bir mətn-gündəlikdür, kosmosun
hansı bir küncündəsə hifz edilən, gizlin saxlanılan
tale, həyat cədvəlidir. Cənnətin də kimə qismət
olub-olmayacağı tam məxfi bir informasiya ki,
bundan da insan heç vaxt xəbər tutmur.
Onda belə məlum eləyir ki, ruhların cənnətinə
düşmək şansı minimal: şərtlər çox, seçim - özgür,
fərdi.
Bax, elə bu qeyri-müəyyənliyi, məchulluğu,
güvəncli olmadığını duyuban insan gerçəklik içrə,
konkret zaman və məkan içrə cənnət qurmaq, hər
anını cənnətə çevirmək, cənnətləşdirmək istəyində
bulunur. Mən cənnətə tərəf getmirəmsə, qoy, cənnət
mənə sarı gəlsin. Ol səbəbdəndir ki, insan behişti
nəyin bahasına olursa olsun özünə yaxınlaşdırmağa,
onu
gözünün
önündə
görməyə,
cənnətdə
cənnət
həyatını dadmağa, yaşamağa çalışır.
Dünya bağçılıq sənətinin ideyası, məramı,
əsası burda... və bir də üstəgəl əcdadın evinə,
yurduna, ana vətəninə dönmək arzusunda...
Ev qadını simvollaşdırır, çöl - kişini.
3
Ananın
bətni
cənnət
variantıdır,
potensial
behişt
mühitidir. Ana bətni bizdən ötrü əbədi itirilmiş
cənnətdir; yəni bizim bir daha ora qayıtmağımız
müşkül məsələ. Deməli, “cənnət” anlamının semantik
çənbərində “ana bətni”nin bildirdiyi məna da özünə
yer bulur, və əksinə. Elə burada razılaşaq ki,
dünya insan üçün güclü psixi basqılar dünyasıdır və
bu basqılar, ilkin növbədə, ana bətniylə, cənnət
ideyası ilə ilişiklidir. Bu da ona gətirib çıxarır
ki, insan özü üçün (lap erkən çağlardan) gizli
(latent) diskomfort, narahatlıq sindromu qazanır.
276
Nədən ki, insan həmişə cənnət sorağındadır: busa
praktiki imkanlar xaricindədir.
Mədəniyyət bu basqıya cavabdır, insanın cənnət
istəyinin kompensasiyası və reallığıdır. İnsan
behişti
mədəniyyətdə
tapa
bilir,
mədəniyyət
vasitəsilə gerçəkləşdirə bilir.
Ona görə də insan başlayır cənnəti imitasiya
eləməyə. Amma necə? Əvvəla onu deyim ki, insan
cənnəti BAĞ kimi qavrayır, BAĞ kimi dərk edir. BAĞ
gerçəkliyin behiştidir. İnsan bağı dünyada cənnətin
gerçəklik variantı sanır.
Bağ cənnətin imitasiyasıdır. Əslində isə hər
şey əksinədir: cənnət ideyası “bağ” arxetipinə
söykənir.
Cənnət bağ obrazının vertikala köçürülməsi,
transformasiyasıdır.
İnsanlar
üçün
horizontal
dünyanın bağları vertikalda ruhlar üçün cənnətlərə
çevrilir. Biz real həyatda ən ali məqsəd kimi
ruhlarımızın cənnəti üçün çalışırıq. Cənnət bizim
üçün yox, bizim ruhlarımız üçündür.
Ərəblərdə bağ “cənnət” sözü ilə ifadə edilir.
Bağ səhrada oazisdir, daha doğrusu, cənnətin gerçək
modelidir. Odur ki, Quran mifik cənnəti möminlərə
vəd edərkən onları xüsusiləşdirməyi (bəlkə də
virtuallaşdırmağı, uzaqlıq effekti yaratmağı) lazım
bilir və bu əsnada “Nəim” və “Ədn” sözlərindən
faydalanır. Ərəbcədən tərcümədə “Ədn cənnətləri”,
sadəcə, “Cənnət bağları”, “Nəim cənnətləri” isə
“Səadət bağları” və ya “Xoşbəxt həyat bağları” kimi
anlaşılır.
Buradan da belə çıxır ki, Qurandan bəlli mifik
cənnət (behişt) ideal bağdır, haradasa ruhların
virtual məkanıdır. Həqiqətsə bu ki, kitab dinləri
bağ ideyasını sakral dünyaya transformasiya eləyir
və orada virtuallıq içrə ruh-kölgələri yaşadırlar.
Beləliklə, bağ (cənnət) həm Göy üçün, həm Yer üçün
həmişə aktual. Çünki bağ, yəni ərəbcə cənnət,
Dostları ilə paylaş: |