Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə72/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   68   69   70   71   72   73   74   75   ...   135

 

217 


Əvəzində 

yaşayış 


massivləri 

yarandı: 

Əhmədli, 

Günəşli, Yasamal və sairə... Yəni meqapolis və onun 

modern  “kəndləri”...  Meqapolislərdə  isə  heç  kim 

bir-birini  tanımır,  tanımaq  belə  istəmir:  hamını 

şəhərə  yalnız  onun  işi  bağlayır.  Modern  meqapolis 

əhalisi  kuklalar  olan  ölü  şəhərdir,  kompüter 

şəhəridir,  virtual  şəhərdir.  Belə  şəraitdə  şəhər 

modernləşə-modernləşə  iri  bir  proyektlər  idarəsinə 

çevrilir.  Nəticədə,    meqapolis  içrə  yalnız  işinə 

görə yaşayan özgələr ordusu meydana gəlir: insanlar 

ünsiyyətsizlik  zolağına  düşürlər  və  beləliklə, 

intiharlara qapı açılır... 

 

Ədəbiyyat: 

 



Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy 

 kniqi// İL, № 5-6, 1992. - s. 305.   

  

    


 

 

                            1993-2008-ci illər 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

218 


MÜSƏLMAN VƏ MƏCLİS 

(filosofsayağı  söyləmələr) 

                                

                     “Həyatda insanların ünsiyyyətindən  

                              gözəl zinət yoxdur”. 

                                  A.Ekzüperi 

 

     DÜNYA  FORMA  KİMİ.  İnsan  dünyanı  formalar 

dünyası 


kimi 

tanıyır, 

formalar 

toplusu 


kimi 

qavrayır,  onu  formaların  kompozisiyası  bilir.  Forma 

təkcə  məkanla  bağlı  təzahür  deyil,  zamanla  üzləşən 

bir  nəsnədir,  zamana  təpkidir,  məkanın  zamana 

göndərdiyi  bir  yarış  ismarıcıdır.  Zaman  çürümür, 

cəng  atmır,  əbədi  yerişinə  haram  qatmır,  nə 

tələsir,    nə  yavaşıyır,  nə  dayanır.  İnsan  zamanı 

formalara  yığıb  görür.  Zaman  yoxdur  və  əbədidir. 

Onu  insan  əbədiyyətdən  çəkiclə  vurub  heykəltaraş 

kimi  qəlpə-qəlpə  qoparır.  Əbədiyyət  preslənmiş  vaxt 



aysberqidir. 

Zaman 


bu 

aysberqin 

çabalayan 

elektronlardan  ibarət  aktiv  bir  hissəsidir.  Daha 

doğrusu,  zaman  o  şeydir  ki,  məkanda  silueti 

cızılmış  formalarda  zühura  gəlir.  “Zühur”  bütün 

vəziyyətlərdə  formanın  tamaşasıdır.  “Mən”  həmişə 

zühurdur  və  Allaha  hüzur  gətirir.  “Mən”  varsa, 

görkəm var, qiyafə var. Qiyafə isə gerçək formadır. 

Forma  özünü  məkan  içrə  enerjinin  forması,  cövhərin 

forması  kimi  tanıtdırır.  Bir  cövhərin  (ilahi 

substansiyanın 

və 

ya 


hahut 

aləminin) 

milyon 

görkəmi,  milyon  zühuru,  milyon  qiyafəsi  ola  bilər. 



Bundan  cövhər  heç  vaxt  dəyişməz.  Çünki  cövhər 

formasızdır.  Formasız  (zühursuz)  olan  nəsnə  isə 

məxfidir;  nişansızdır,  amma  əlamətlərini  görükdürə 

bilir.  Forma  teatral-dekorativ  faktordur,  cövhərin 

simvol  şəklində  üçölçülü  məkana  proyeksiyasıdır. 

Zühur  həmişə  hadisədir,  olqudur,  cövhərin  (ruhun, 

enerjinin,  tanrının)  dünyaya  hüzur  gətirməsidir.  Bu 

mənada  zühur,  forma,  hadisə  seyr  dünyanın  “oxunan” 

və  “yozulan”  sintaqmasını  təşkil  edir.  Forma  zaman 



 

219 


və məkanın kəsişdiyi nöqtədə mövcuddur. Tanrı, ruh, 

enerji,  cövhər  isə  zaman  və  məkan  dışına  çıxıb 

dünyanın  “oxunması”  və  “yozulması”  çətin,  gizli, 

məxfi  sintaqmasını  müəyyənləşdirir.  Cövhər  formaya 

keçəndə  sirrini  eyhamlaşdırır.  Tanrı,  ruh,  enerji 

zühuru  ilə  bəlli  olur.  Onlar  ölçüyə  gəlmirlər. 

Zühur  isə  konkret  ölçülərə  malik  forma  deməkdir. 

Forma  varsa,  şübhəsiz,  bu  formanın  bir  tamaşası  da 

var:  yəni  o,  cövhərin  reprezentasiyası  kimi, 

cövhərin  misallar  sistemində  hüzuru  kimi  daima 

sərgidədir,  seyr  obyektidir.  Elə  dünya  da  ona  görə 

teatr  adlanır  ki,  bura  tanrının,  ruhun,  enerjinin 

görüntü  aldığı  oyun  məkanıdır,  tamaşa  məkanıdır, 

formaların  qurub-quraşdırıldığı  fəza  taxçasıdır.  O 

yerdə ki, formalar əriyib itir, ora “FƏZA” deyilir. 

Bəs  ünsiyyət  nədir?  Məkanı,  forması  varmı  onun? 

Dünyanın  formalar  muzeyində  ünsiyyətin  şəkli  yox. 

Onu  görmək  və  göstərmək  mümkünsüz.  Ünsiyyət  tanrı, 

ruh,  enerjilə  eyni  bir  sintaqmada  cərgələnir  və 

fəza 


boşluğunda 

sərbəstcəsinə 

ora-bura 

axır. 


Ünsiyyət  (söz,  danışıq)  yalnız  dünya  efirində 

mövcuddur,  ruhla,  enerjilə  idarə  olunur,  fəzaya 

süzülüb sonsuzluğa gedir. 

     “Ünsiyyət  nədir?”  sualına  cavab  tapmaq  müşkül 

məsələ.  Adamın  ilk  ağlına  gələn  budur  ki,  ünsiyyət 

söhbətdir,  söz  deməkdir,  söz  eşitməkdir,  kiminləsə 

dialoq 

aparmaqdır. 



Amma 

susub 


da 

ünsiyyətdə 

bulunmaq  mümkün.  Əbəs  söyləmirlər  ki,  baxışlar  da 

danışa  bilir.  Lallar  səssizlik  içində  jestlərlə 

söhbət  qururlar.  Korlar  əllərini  formaların  üstü 

ilə  sürüşdürə-sürüşdürə  dünyanın  “dilini  açırlar”. 

İnsan canlı və cansız aləmlə, kosmosla və tanrı ilə 

daimi,  permanent  ünsiyyətdədir,  təmasdadır.  Və 

bununla  belə  ünsiyyət  problemdir,  müəmmadır.  O 

nəsnə  ki  var,  amma  sən  onu  görə  bilmirsən,  ona 

toxuna bilmirsən, onu dada bilmirsən, deməli, həmin 

nəsnə  möcüzdür,  virtualdır.  Ünsiyyət  də  elə  bu  cür 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə