Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə70/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   66   67   68   69   70   71   72   73   ...   135

 

211 


Bu  duyğunu,  bu  əminliyi  və  arxayınlığı  ona  hər 

şeydən  öncə  ibadət,  yəni  üzü  qibləyə  dayanıb  namaz 

qılmaq  verir.  Mömin  gündə  üç  dəfə  dünya  müsəlman 

icması  ilə,  əgər  belə  söyləmək  mümkünsə,  virtual 

kontakta  çıxır.  Lakin  bu  müsəlmana  bəs  eləmir. 

Nədən  ki,  islam  icma  dinidir,  icma  ideyası  üstündə 

köklənmiş  münasibətlər  sistemidir.  Bu  baxımdan 

müsəlmanı müsəlman edən yalnız onun şəhadəti deyil, 

həm  də  icmaya  mənsubluğudur.  Şəhadət  (əşhədü  ənlə 

ilahə  illəllah,  əşhədü  ənnə  Muhamməd  ər-Rasulullah) 

artıq  apriori  bu  icmaya  mənsubluğu,  icma  ilə 

birgəliyi  özündə  ehtiva  edir.  İcmadan  ayrı  düşən 

müsəlman  miskinləşir,  karıxır.  Odur  ki,  müsəlman 

icmanı  birbaşa  öz  məhəlləsinə  gətirir.  MƏHƏLLƏ 



MÜSƏLMAN 

ŞƏHƏRİNDƏ 

İCMA 

İDEYASININ 

VARİSİDİR, 

İCMAYA  EYHAMDIR.  Məhəllə  icmanın  həyət  qapısından 

başlayan  nişanəsidir.  Müsəlmanlara  icmaya  mənsubluq 

duyğusu  səhra  ərəblərinin  həyat  tərziylə  təlqin 

edilib.  Məsələ  bu  ki,  səhrada  icma  ilə  əlaqəsini 

itirmiş  ərəb  artıq  fəlakət  qarşısındadır.  Düzdür, 

burada  da  islam  onu  tənha  buraxmır:  “Məni  səndən 

soruşsalar,  bəndələrim  bilsinlər,  yaxınam  onlara. 

Dua  eləyənlər,  duasıyla  çağırsınlar  məni,  cavab 

verərəm”  (2:186).  “Allah  hər  an  öz  bəndəsinin 

yanındadır”  ideyasını  ortaya  atmaqla  islam  ərəbi 

səhrada 

təklikdən 

qurtarmağa 

çalışır. 

Hərçənd 

qərinələr  ötüşdükcə  müsəlmanın  icma  ilə  əlaqəsi 

zəifləyir,  icma  daha  çox  simvolik  məna  kəsb  edir, 

öz  gerçək  funksiyalarından  məhrum  olur  və  tədricən 

idarəetmə  mexanizmlərini  itirib  ideyalaşır.  Belə 

olduqda  müsəlman  icma  ilə  bağlı  duyğularını, 

yaşantılarını  bilincaltı  səviyyəsində  məhəlləyə 

proyeksiya  edir,  icmanı  özünə  maksimal  şəkildə 

yaxınlaşdırır, 

“dağ 


Muhammədə 

sarı 


gəlmirsə, 

Muhamməd 

dağa 

sarı 


gedir” 

zərb-məsəlini 

öz 

təcrübəsində  gerçəkləşdirir.  BU  ZAMAN  MƏHƏLLƏ  İCMA 



MODELİ  OLUR  VƏ  MÜSƏLMAN  ONUNLA  HESABLAŞMAĞI    ÖZÜNƏ  


 

212 


BORC 

BİLİR. 

Beləliklə, 



məhəllə 

qeyri-rəsmi 

qanunlar,  etik-əxlaqi  normalar,  davranış  qaydaları, 

adətlər,  etiketlər  formalaşdıran  sosial  instituta 

çevrilir.  Məhəllə  ünsiyyətin  və  münasibətlərin, 

rəftarların  tənzimlənməsi  sistemidir.  Müsəlman  bir 

iş  gördüyü  zaman  onu  “görəsən,  məhəllədə  nə 

deyərlər,  qohum-qonşu  buna  necə  baxar”  fikri  daim 

məşğul edir. O öz ömrünü məhəllə qarşısında hesabat 

verirmiş  kimi  yaşayır.  Elə  buna  görədir  ki, 

müsəlman hər hansı bir şəhərdə (ölkədə, bölgədə) öz 

şəhərində  olduğundan  daha  sərbəst  davranır.  Məhəllə 

şəhər 

içrə 


sanki 

müsəlmanı 

izləyən 

müşahidə 

zonasıdır.  Məhəllə  hər  bir  sakin  haqqında  qeyri-

rəsmi 


məlumatlar 

bankıdır. 

Bu 

məlumatlar 



hekayətləri,  gümanları,  əfsirləri  də  nəzərə  alır. 

Müsəlman  barəsindəki  xəbərlər  mütəmadi  şəkildə  onun 

məhəlləsinə  axışır.  Hər  hansı  bir  xəbər  məhəllədə 

təsdiqini  tapdımı,  şəhərdə  “ayaq  tutub  yeriyir”. 

Müsəlmanın  imicini  məhəllə  formalaşdırır.  Onun 

ictimai 


münasibətlərinin 

tənzimləyicisi 

və 

təminatçısı 



məhəllədir. 

Məhəllə 


müsəlman 

üçün 


icmadır,  milli  məclisdir,  onun  real  azadlığını, 

hüquq 


və 

vəzifələrini, 

əxlaq 

kodeksini 



müəyyənləşdirən özünəməxsus konstitusiyadır. 

 

            



BAKIDA MƏHƏLLƏ PRİNSİPİ  

 

     Ortaçağ  müsəlman  şəhəri  məhəllənin  nə  olduğunu 

bilmir.  Ona  görə  ki,  Orta  əsrlərdə  müsəlman 

şəhərinin  özü  elə  böyük  bir  məhəllədir.  Və  yaxud 

mümkündür  deyim  ki,  Ortaçağ  islam  mədəniyyəti 

kontekstində  şəhər  bir  mərkəzi  nöqtə  ətrafında 

hərlənərək  dəfələrlə  spiral  kimi  əyilib  burulan 

vahid, homogen yoldan (küçədən) ibarətdir. Biri elə 

bizim  Bakı,  yəni  İçəri  şəhər,  yəni  ki,  içərisi 

şəhər  olan  yer...  Bir  zamanlar  Bakı  elə  Qala 

divarlarının  cızdığı  hüdudlar  qədərdi.  Özgəsi  İçəri 

şəhərdə  həməncə  çaşıb  qalır  yolun  ortasında,  sanki 




 

213 


labirintə  düşür,  hara  gedir,  məkanın  eyniliyilə 

üzləşir  və  təbii  ki,  bundan  xoflanır,  sarsılır, 

sıxıntı  keçirir.  Ona  elə  gəlir  ki,  bu  şəhər 

üstüaçıq  quyu  kimi  və  ya  iri  qəbir  qismində  bir 

şeydir.  Səmt,  istiqamət  yoxdur,  sağ,  sol,  ön,  arxa 

fərq  nişanələri  bilinməyən    daş  divarlardır, 

divarlar  arasında  isə  balaca  qənbər  cığırlar... 

Hayana  getsən,  yenə  əvvəlki  yerə  dönəcəksən: 

hərəkət  mənasızdır.  Fəaliyyət  cəhdlərinin  hamısı  ya 

daxili  nurlanmaya,  ya  da  sakral  kontakta  yönəlib. 

Ayrı  bütün  cəhdlər  absurddur.  Bunun  izahı  islam 

mədəniyyətinin 

fundamental 

ideyalarındadır. 

Müsəlman  şəhərinin  ÜZÜ  səmayadır.  Onun  evinin 

pəncərələri  evin  gümbəzindən  birbaşa  səmaya  baxır: 

daha  doğrusu,  panoram  hər  yerdə  səmadır,  Allah 

dərgahıdır.  Şəriət  hətta  üzüqoylu  yatmağı  da 

müsəlmana  günah  sayır:  yuxuda  belə  Allahına  arxa 

çevirmək  şəriət  qanunlarına  görə  yasaqdır.  Müsəlman 

məkanın təşkilində həmişə bu prinsipi rəhbər tutur. 

Odur  ki,  Ortaçağ  müsəlman  memarlığında  tikilinin 

görkəmi  heç  vədə  böyük  önəm  kəsb  eləmir.  İslam 

şəhərlərində  evin,  əksərən,  pəncərəsiz  arxa  divarı 

bir  qayda  olaraq  küçəyə  düşür.  İçəri  şəhərdə 

binalar elə bil ki,bir-birinə arxa çevirib dayanıb. 

Burada  tikililər  bir-birinə  yüzdə  yüz  oxşayır  və 

şəhərin  görkəmində  dekorativ  heç  nə  olmur.  Ol 

səbəbdən  küçələr  bir-birinin  əkizinə  çevrilir. 

Əslində müsəlman şəhərində küçə heç küçə deyil, iki 

ən  yaxın  nöqtəni  birləşdirən  mini  dəhlizdir.  Bu 

küçə-dəhliz 

labirint 

kəsimidir: 

oradan 

üfüq 


görünmür,  oradan  çıxış  yoxdur,  hər  yan  teyxa 

daşdır,  divardır,  dalandır;  oradan  yalnız  səmanı 

seyr  etmək  mümkündür.  Müsəlman  şəhərində  küçə-

dəhliz  elə  bil  ev  fraqmentidir,  olsun  ki,  bəlkə  də 

qəbir  variantıdır.  MÜSƏLMAN  ŞƏHƏRİ  MÜSƏLMANIN  QƏBRİ 

TİMSALINDADIR. Bunun da dini-fəlsəfi bir əsası var. 

Dünya  çapında  tanınan  islamşünas  Seyid  Hüseyn  Nəsr 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə