Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə59/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   55   56   57   58   59   60   61   62   ...   135

 

178 


problemlərinin  müzakirəsini  belə  məqbul  saymırdı. 

Çünki  onu  yasaq  edilmiş  həzzlərdən  bilirdi.  Şəriət 

musiqini  haram  yox,  məkruh  buyurub,  ədəbsiz, 

nalayiq  işlər  cərgəsinə  qoşub.  Ona  görə  də  məscid 

divarları  arasında  heç  vədə  musiqi  eşidilməz. 

İslamda  çalıb-oxumaq  günah  kimi  qiymətləndirilmir, 

urvatsız  əmələ  bərabər  tutulur.  Şəriət  bunu  aşkar 

bəyan  eləsə  də,  heç  kəsi  birbaşa  pərpiləmir,  ifa 

sərbəstliyini,  seçim  sərbəstliyini  müsəlmanın  öz 

öhdəsinə 

buraxır: 

yəni 


kim 

necə 


istəyirsə, 

davransın,  lap  bu  urvatsızlığı,  yüngüllüyü  boynuna 

götürsün,  onsuz  da  Allah  qarşısında  qiyamət  günü 

özü  cavabdehdir.  Hətta  bu  nisbi  liberallığın 

qənşərində  belə  hənəfi,  hənbəli,  maliki  və  şafii 

məzhəblərinin  musiqi  ifaçılığına  qurşanmış  mömin 

bəndələrlə  davası,  mübarizəsi  səngimirdi.  Müsəlman 

dünyasında 

bütün 

xanəndələrə, 



sazəndələrə, 

rəqqaslara  (onların  hər  türünə)  sanki  şudralara

3

 

yanaşan kimi yanaşırdılar. 



     Lakin...  və  bir  də  lakin...  sufilər  dedilər 

ki,  “hal”,  “vəcd”,  “səma”  musiqidəndir.  Onlar  zikr 

və 

təlqinlər 



üzərində 

qurulmuş 

məclislərini 

musiqiyə  köklədilər,  ney,  rübab,  tənbur  çaldılar, 



küdümdən  (zərb  aləti)  bəhrələndilər,  bu  alətləri 

mistik  mənaların  bildiriciləri  qismində  tanıtdılar. 

Hələ  bir  üstəlik  Mövlanə

4

  də  söylədi  ki,  ney 



Allahından  ayrı  düşmüş,  Sevgilisindən  uzaqlaşmış 

insanın  səsidir.  Onun  naləsi  Allaha  qovuşmaq, 

Allahda 

heçləşib, 

əlamətsizləşib 

əbədiləşməyin 

mümkünsüzlüyündəndir. 

Əhməd 


Qəzəlinin 

fikrincə 



dəfin sağanağına iç tərəfdən bərkidilmiş beş balaca 

zınqırov 

elçilərin, 

peyğəmbərlərin, 

dostların, 

imamların  və  xəlifələrin  vaqe  olduqları  məqamları 

bildirir  (Şaman  qavalında  da  biz  buna  bənzər 

bölgüylə  rastlaşırıq).  Göründüyü  kimi  artıq  X-XI 

əsrlrdən  etibarən  musiqi  alətləri  sufiliyin  dini-

mistik  paradiqması  hüdudlarında  tamam  yeni  bir 




 

179 


aspektdə  yozulur,  mənalandırılır  və  bir  çox  ruhani 

mətləblərin  simvoluna  çevrilir.  Nədən  ki,  musiqi 

kamillik  yolunda  sufinin  müşayətçisidir.  Bunu  bir 

ayrı cüqrə də demək caiz: sufinin Allaha doğru yolu 

musiqidən,  səmadan  keçir.  Mövləvi  qardaşlığının 

xanəgahında  dərviş  zikrlərinin  gerçəkləşdiyi  musiqi 

otağı,  olsun  ki,  elə  bu  səbəbdən,  “səmaxana” 

adlanırdı.  Bir  xeyli  vaxt  bundan  əqdəm  apardığım 

üzücü  araşdırmaların  nəticəsində  belə  bir  qəfil, 

“küfrsayağı” 

qənaətə 

gəldim 


ki, 

səma 


musiqi 

dinləməkdən  ötrü  sufilərin  mistik  bəhanəsidir, 

mistik 

don 


geydirilmiş 

oyunudur, 

intellektual 

hiyləsidir, 

onların 

musiqini, 

rəqsi 

islam 


dünyasında 

leqllaşdırmaq 

cəhdləridir. 

Fikrin 


alternativi də mövcud: səma üçün bəhanə və ya ideya 

müstəvisi  musiqidir.  Heç  nə  konkret  aydınlaşmadı, 

eləmi?  Həqiqətən,  sufilər  səmanın  izahını,  elmi-

fəlsəfi şərhini elə dolaşdırıb, elə qatışdırıb, elə 

bir  estetik  nəzəriyyəyə  döndəriblər  ki,  heç  cür 

bəlli  olmur,  nə  nədir.  Təsadüfi  deyil  ki,  Mövlanə 

kimi  bir  təsəvvüf  mürşidi  də  səmanı  SİRR,  müəmma 

kimi  qələmə  verir.  Sirr  isə  SEHR  astanası.  İSLAM 



MƏDƏNİYYƏTİ  DƏ  SƏSİN,  SÖZÜN  SEHRİNƏ,  AHƏNGİNƏ 

ÜRCAH. Ona görə də bu mədəniyyətin kod açarı, şifrə 

sözü 


“əs-səma”: 

hərfi 


mənası 

“qulaq 


asmaq”, 

“müqəddəs  mətni  dinləmək”.  Deməli,  səma  birbaşa 

Quranla, sakral Oxu ilə ilişikli. Sufilərin fəlsəfi 

gəzişmələrinin 

və 

improvizələrinin 



bəraəti 

şəriətdir.  Səma  bir  termin  kimi  Quran  ayələrinin, 

nətlərin 

avazlı 


oxunuşunu, 

musiqi 


ritmləri, 

rəqslərlə 

müşayət 

edilən 


dərviş 

zikrlərini 

bildirir.  Bu  anlayışın  konkretliyidir.  Fəlsəfə 

müstəvisində  isə  SƏMA  aşkar  ilə  müəmmanın,  varla 

yoxun  (səsi  eşidirsən,  amma  görmürsən;  görmək  üçün 

işıq  lazımdır:  dinləməkdən  ötrü  isə  heç  bir  maneə 

oa 

bilməz), 



ölərilə 

əbədinin, 

gerçəkliklə 

virtuallığın,    bəndə  ilə  tanrının  stalkeridir, 




 

180 


mediatorudur,  ötürücüsüdür;  insandan  Allaha  qədər 

olan  yoldur,  bir  tək  səslə  keçilir.  Mən  tanrını 

eşidirəm,  tanrı  da  məni.  Allah  məni  görür,  mənsə 

onu  yox.  Deməli,  islam  mədəniyyətdə  ideal  ünsiyyət 

danışmaq  və  dinləməkdən  hasil  olan  ünsiyyətdir: 

görmək  bir  elə  də  vacib  deyil.  Qutsal  bilgi 

sahibləri  əbəs  yerə  vurğulamırlar  ki,  kor  adamın 

fəhmi  artır.  Qədim  yunan  mifologiyasında  tanrıların 

kor  etdiyi  insanlara  həməncə  əla  falçılıq  istedadı 

(korluğun əvəzi kimi) verilir. Bu mənada SƏMA sanki 

fasiləsiz  sufi  çabalarının,  onun  tanrıya  olan 

hüdudsuz  sevgisinin,  sədaqətinin  əvəzidir,  sufinin 

meracıdır, 

tanrı 


vəslinə 

yetişdirən 

imkandır, 

xoşbəxtlik  məqamıdır,  onun  Allahına  qovuşub  mütləq 

varlıqda, tanrının mahiyyətində,  

məğzində, yəni HAHUT aləmində qərq olmasıdır.  

     İslam dünyasının  ənənəvi musiqisi və teatrı öz 

mənbəyini  səmadan

5

  götürür.  Nağılçının  (müəzzin, 



rövzəxan,  mərsiyəxan,  aşıq),  kuklaçının  teatrının 

əsasında 

səs 

modulyasiyaları 



dayanır. 

İslam 


mədəniyyəti  sanki  radioteatr  effektinə  hesablanmış 

mədəniyyətdir.  Bu  “radioteatr”  isə  Quran  qiraətinə 

və 

Azana 


köklənir. 

 

Müsəlman 



mədəniyyəti 

kontekstində  musiqinin  təbiəti  teatraldır,  teatr 

formaları  isə  musiqinin  bətnindən  doğur.  Mənim 

qavrayışıma görə səsin meracına  “səma” deyilir. Bu, 

adi  səs  yox,  insan  ruhinin  səsidir.  Səma  ruhun 

teatral 


oyunudur. 

İslam 


mədəniyyətinin 

mayası 


burda. 

 

SƏMADAN MÜTRİBLİYƏ: 



GENOTİP VƏ TEATR 

 

     Müsəlman 

mədəniyyətinin 

bir 


sıra 

təzahür 


formalarının  bədii-estetik  qayəsini  müəyyənləşdirən 

əsas amil şiəlik. Musiqi sənətinin və milli teatrın 

ənənəvi  təzahür  formalarının  gəlişməsində  onun  rolu 

böyük,  təkzibedilməz.    Şiəlik  üzüntülü,  iztirablı 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə