Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə58/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   54   55   56   57   58   59   60   61   ...   135

 

175 


mədəniyyəti çərçivəsində baxılıb da SEYR ediləsi nə 

var 


ki? 

Ornamentdir, 

şəbəkədir, 

miniatürdür, 

tikmələrdir, xalçadır. Hərçənd bu sıranı bir balaca 

da  uzatmaq  mümkün.  Lakin  görk  üçün  bir  neçə 

önəmlisi 

elə 


bunlardır: 

hamısı 


da 

bəzəkdir, 

yaraşıqdır;  utilitar  mahiyyət  daşıyır,  kontekst 

elementidir, 

müşayərçidir, 

diqqəti 


heç 

vaxt 


mənadan, 

cövhərdən 

yayındırıb 

özünə 


çəkmir, 

məişətin  içində  “əriyib”  itir,  adiləşir.  Nədən  ki, 

gərək  ibadətə,  Allah  zikrinə  heç  nə  əngəl  olmaya, 

fikri  azdırmaya,  möminin  diqqətini  tanrısından 

yayındırmaya.  Bu,  birinci  motiv.  İkinci  motiv  də 

budur  ki,  “dünya  duracaq  yer  deyil,  ey  can,  səfər 

eylə”:  yəni  nə  mövcudsa,  fanidir,  yox  olacaq!  Ona 

görə  də  baxıb  heç  nəyə  mehr  salma,  heç  nəyə  həsəd 

aparma, heç nəyə bağlanma, heç nəyə təəssüflənmə və 

yalnız  Allahın  ətəyindən  tut  ki,  əbədi  Odur!  Hər 

bir  SEYR  isə  vurğunluq  astanasıdır,  sevginin 

başlanğıc  məqamıdır,  çaşqınlıqdır  və  mömin  üçün 

qorxulu  bir  həddir.    Bundan  əlavə  hər  bir 

vurğunluğun  növbəti  mərhələsi  və  ya  pilləsi  vurğun 

olduğun, 

əzizlədiyin 

nəsnəni 

(insanı, 

vərdiş 

predmetini)  bütləşdirməkdir,  ondan  büt  yapmaqdır. 



Ol  səbəbdən  islam  mədəniyyəti  seyr  obyektini  hər 

vəchlə  bəsitləşdirib  urvatsızlaşdırır.  Ornament, 

şəbəkə,  xalça  müəyyən  bir  cizgilər  kompozisiyasının 

dəfələrlə  təkrarıdır,  miniatürsə  bədii  tekstin 

süjetini,  onun  sosial-tarixi,  fəlsəfi-psixoloji, 

mifoloji 

və 

kosmoloji 



qayəsini 

eyhamlar 

müstəvisində 

güzgüləyir; 

statik 

görüntüdür, 



donuqdur.  Xalça  (palaz,  cecim  və  s.)  yerə  döşənir, 

həmişə  ayaqlar  altındadır,  tapdalanır,  süpürülür, 

çırpılır;  ornament  isə  divarları  bəzəyir,  şəbəkə  - 

pəncərələri,  miniatür  də  -  kitab  səhifələrini. 



“SEYR”  problemini  müsəlman  heç  zaman  gündəmə 

gətirmir: 

burada 

əsas 


məsələ 

nəsnənin 

fayda 

əmsalıdır.  Bütün  bunlar  o  mənaya  gətirib  çıxarır 




 

176 


ki,  hər  şey  axır,  olduğu  kimi  qalmır,  ona  ayrılmış 

ömür  payını  yaşayıb  səhnədən  gedir.  İnsan  da 

belədir,  cansız  əşya  da.  Müsəlman  şəhərləri  də 

sanki  torpaqdan  öz-özünə  uzun  qərinələr  müddətində 

pırtlamış 

palçıqlı 

göbələklərdir, 

dəqiqənin 

tamamını  gözləyirlər  ki,  yerlə  yeksan  olsunlar, 

yenidən  torpağa  qarışsınlar

1

.  Sözümün  canı  bu  ki, 



islam  mədəniyyəti  hüdudlarında  “seyr”  estetikası 

daima 


“mürgülü”, 

“hicablı”, 

“çarşablı”, 

“pərəncəli”.  Hətta  Ortaçağ  müsəlman  məmləkətlərinin 

mərkəzi  şəhərləri  də,  bəzi  nadir  nümunələrdən 

savayı,  seyr  ediləsi  mənzərələrdən  məhruM.:  onların 

hamısı  bir-birinə  oxşar;  sıxlığı  çox,  yastı,  əyri, 

qozbeltəhər,  damları  alçaq,  gümbəzli.  Gümanım  var 

ki,  mən  bilirəm,  bunun  kökü  haradan  gəlir.  Mömin 

bəndə  xəbərdardır  ki,  ALLAH  zaman  və  məkan 

dışındadır,  kosmik  təbəqələrin  fövqündədir  və  bir 

kimsəyə... 



GÖRÜNMƏZ. 

Allahı 


ancaq 

EŞİTMƏK 

mümkündür. 

İslam 

mədəniyyətinin 



hüsnünü 

müəyyənləşdirən  də  elə  budur.  Daha  doğrusu,  bu 

mədəniyyətdə  DİNLƏMƏK  təzahürlərin  yaşam  üslubunu, 

yaşam  tərzini  təyin  edir.  Əslində,  İSLAM  bir  DİN 

kimi DİNLƏMƏKDƏN BAŞLAYIR.  Azəri türkcəsində “din” 

sözü  danış  əmridir,  “dinlə”  isə  “danışma,  sakit 



olub  qulaq  as”  imperatividir.  Bu  mənada  “DİN-MƏK” 

və  “DİN-LƏMƏK”  islam  DİNİNİN  mayasındadır.  “Din” 

sözü  həm  də  mədəniyyət  anlamına  uyğun  gəlir;  yəni 

dinmək  haradasa  xaosdan  kosmosa,  sahmansızlıqdan 

düzənə,  ruhun  qaranlığından  ruhun  işığına  adlamaq 

deməkdir. 

Hər 

bir 


mədəniyyət 

dindən, 


yəni 

sistemləşdirilmiş  etiqad  tərzindən  başlayır.  Amma 

bir  az  daha  dərinə  varsam,  elmiliyin  miqdarını 

artırsam,  onda  görəcəyik  ki,  “din”  xüsusi  bir 

termindir  (istilahdır)  və  özündə  “məhkəmə,  hökm” 

(aramey-yəhudi  dillərində),  “inam”  (pəhləvicə), 

“adət, 

davranış 



tərzi” 

(ərəbcə) 

mənalarını 

qapsayır:  “simvolik  davranışın  normativ  sistemi 




 

177 


kimi  din  dindarın  rəftarlar  kodeksidir”

2

.  Lakin 



bununla  yanaşı  din  həm  də  qutsal  bilgilər  toplusu 

kimi  qavranılır.  “Avesta”da  din  “dayena”,  yəni 

Göydən  “endirilmiş  Bilgi”  (bax:  Şərifzadə  B. 

Zərdüşt, Avesta, Azərbaycan. B.: 1996. - s.34) kimi 

anlaşılır.  Əsl  Bilgi  isə  heç  vaxt  danışığı 

“sevmir”.  Çünki  özü  səssizcə  danışır  və  yalnız  onu 

dinləyənlərə  ünvanlanır.  Şərq  müdrikliyi  əbəs  bəyan 

eləmir ki, “danışan bilmir, bilən danışmır”! 

     Müsəlman  qavrayış  koordinatlarında  söz,  səs, 

avaz  qeybdəndir,  sehrə  malikdir,  təbiəti  mistikdir, 

möcüzəlidir,  laməkan  uca  tanrının  varlığına  bir 

sübutdur,  bir  dəlildir.  AVAZ  həmişə  HAQDANDIR, 



ALLAHDANDIR: 

onun 


başqa 

variantı 

olmur. 

Bu 


müstəvidə  Quran  avaza,  səsə  müsavidir.  Belə  ki, 

Qurani-Kərim  müqəddəs  kitab  kimi  cildlənməmişdən, 

tərtib  olunmamışdan  öncə  laməkandan  (Göylərdən) 

“süzülüb”  Muhamməd  peyğəmbərin  qulağına  çatan, 

təkcə  onun  qulaqlarının  eşidə  biləcəyi  quru  səs 

idi,  mömin  müsəlmanlar  arasında  Allahın  lütfünü 

gerçəkləşdirib 

əyaniləşdi: 

əvvəlcə 

dinlənildi

sonra  yazıya  köçürüldü,  vizual  görkəm  aldı.  Quran 

ilahi  mətndir,  ilahi  “Oxu”dur,  sakral  monoloqdur, 

Allahın  ifadəli  qiraətidir,  radioteatr  nümunəsidir, 

həm  də  özünəməxsus  bir  not  sistemidir  ki,  adına 

“VƏKF” 

deyirlər. 

Vəkf 

hərəkələr 

(cızıqlar), 



sükunlar  (kiçik  dairəciklər)  və  səcavəndlərdən 

(sətirüstü 

xırda 

hərflər) 



ibarət 

işarələr 

toplusudur. Onun köməyilə Quranı avazla o x u m a q  

asanlaşır.  Bu  göstərişlərə  düzgün  riayət  etdinmi, 

oxu 

müəyyən 


ritmə 

köklənəcək, 

avaz 

öz-özünə 



düzələcək  və  bir  növ  qutsal  mətnin  musiqisi  zühura 

gələcək.  Hərçənd  bu  oxu  ənənəvi  nəğmə  deyil,  mahnı 

deyil,  hətta  mərsiyə  və  nouhə  də  deyil,  əruz 

vəzninin 

rəməl 

bəhrinə 


yaxın 

oxu 


tərzidir. 

Vəziyyətin,  təhlilin  çətinliyi  və  mürəkkəbliyi 

ondadır  ki,  Ortaçağ  islam  dini  təfəkkürü  musiqi 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə