Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə54/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   50   51   52   53   54   55   56   57   ...   135

 

162 


(torpaq), 

istərsə 


də 

su 


qadın 

başlanğıcının 

bildiricisidir. 

OD 

isə 


kişi 

başlanğıcını 

işarələyir. 

Kündənin 

odla 

təmasından 



həyat 

“doğulur”, yeyiləcək qida əmələ gəlir. 

     İndisə  məqamdır,  aydınlaşdıraq  görək,  “kündə” 

sözünün  semantik  çənbərinə  hansı  mənalar  daxil? 

Siftə  hüzurunuza  onu  ərz  eləyim  ki,  “kündə”  türkün 

leksikonunda  yad  sözdür;  özgəsininkidir.  Linqvist 

olmasam 

da 


duyuram 

ki, 


“knd” 

tərkibi 


türk 

sözlərində 

dominant 

rol 


oynamır, 

türkcə 


“cingildəmir”.  Qonşumuz  farslarda  isə,  əksinə, 

əsası bu tərkibdə olan ifadələr yetərincədir. Bu da 

onlardan bir neçəsi: farslarda buğda saxlanılan  GİL 

QABI  “kəndu”  sözü  nişan  verir.  “Kəndu”  adlanan  gil 

qab  böyük  olur,  haradasa  çəlləyi  xatırladır.  BUĞDA 

isə  potensial  UNDUR,  kündə  materialıdır.  Farsların 

“kənde”  sözü  isə  “qazımaq”  felindəm  əmələ  gəlib 

çuxuru, 

xəndəyi, 

çalanı 

eyhamlaşdırır. 



Çala, 

xəndək,  çuxur  isə  balaca  QUYU  qismində  başa 

düşülür,  mağara  variantları  kimi  yozulur  və  qadın 

başlanğıcının  bildiricisi  sayılır.  Kötüyə,  girdinə, 

təpəliyə  (o  nəsnələrdə  ki  yumruluq  var)  də  farslar 

“konde”  deyir.  Ayağa  vurulan  taxta  qandal  da 

“konde”  adlanır.  Azəri  türkləri  bunu  “kündə”  kimi 

tələffüz  eləyirlər.  Heç  unutmaq  olmaz  ki,  “KƏND” 

sözü  də  bu  linqvistik  sırada  cərgələnib    təbii 

landşaft  içrə  insanların  məskunlaşdığı  YERİ,  YURDU, 



OCAĞI  verbal  qatda  işarələyir.  KƏND  toposferanın 

KÜNDƏSİDİR. Ən maraqlısı budur ki, insanın beyni də 

kündə  şəklindədir.  Beləliklə,  “kəndu”,  “kənde”, 

“konde”  sözlərinin,  və  deməli,  “knd”  linqvistik 

tərkibinin  işarələdiyi  nəsnələrin  ümumi,  xarakterik 

keyfiyyəti 

onların 


yumruluğu, 

girdəliyi, 

dairəviliyidir.  Hətta  bu  yöndə  adi  xəmir  kündəni 

təpənin  mikromodeli  kimi  də  yozmaq  mümkün.  Qədim 

insanların  yaşayış  məskənləri  (kənd  modeli)  də 

həmişə  yumruca  olub,  beynin  quruluşuna  oxşayıb. 




 

163 


Amma  ki,  bütün  bu  sıra  bizi  aparıb  mənanın 

mənşəyinə çıxarmır. 

     Doğrusu,  fars  dilində  aradığım  bənzər  sözlər 

“kündə”nin  semantik  şəbəkəsinə  məğz  etibarı  ilə 

yeni  heç  nə  əlavə  eləmədi;  “kündə”  ətrafında 

mahiyyəti  bəlirtəcək  mənalar  zəncirbəndi  əmələ 

gətirmədi.  Ona  görə  bir  az  da  uzağa  getmək  zəruri. 

Cavab 


Hind-İran 

mədəniyyətinin 

iç 

laylarında 



gizlənib. 

Nədən 


ki, 

Hind-İran 

mədəniyyətinin 

kontekstində  “SU-OD”  silsiləsi  həmişə  son  dərəcə 

aktual  olub.  Odur  ki,  burada  QUYU,  gil  qabların 

bişirildiyi  XƏNDƏK,  TƏNDİR,  OCAQ  eyni  quruluşa 

malikdir,  strukturca  bir-birinə  müsavidir  və  “SU-

OD”  başlanğıclarının  vəhdətini  simvollaşdırır.  Quyu 

su üçündür, təndir (xəndək, ocaq) od üçün. Sanskrit 

dilində 

“quyu”, 


“ocaq”, 

“təndir”, 

“xəndək” 

anlamlarının  hamısını  bir  “KUNDA”  sözü  ilə  ifadə 

edir.  Bizim  “kündə”nin  şəcərəsi  bura  pərçimdir, 

şübhəsiz.  Qədim  Hindistan  civarında  ilan  da  bu 

mənşədən  olan  sözlə  bildirilir:  sanskritcə  ilan 

“KUNDALİNİ”  deməkdir.  İlansa  xtonik  heyvandır, 

torpağın  rəmzidir,  xaosun  obrazıdır,  “yığılmış”, 

“yumrulanmış”,  aşağı  çakralarda  toplanmış  enerjinin 

işarəsidir. Yəni həyat torpaqdan boy atır, aşağıdan 

yuxarı 

yönəlir. 



Əslində, 

məhz 


bu 

 

faktiki 



məlumatlar  kündənin  həqiqətini  aşkarlayır.  KÜNDƏ 

suyun,  torpağın  (un  formasında)  və  odun  təbiətini 

özündə 

cəmləşdirib 



ocağın, 

quyunun, 

təndirin 

simvolik  modelinə  çevrilir  və  məxfi  ağ  enerji 

kütləsini eyhamlaşdırır.  

     Hamilə qadının qarnı da kündədir. 

     Qədim  mədəniyyətlərdə  qadınlar  xəmiri  yerdə 

yoğurublar,  ayaqlarının  arasında  kündə  açıblar. 

Hətta 

Azərbaycanda 



el 

içində 


“kündə 

tökmək” 


ifadəsinə  də  rast  gəlinir.  Yəni  kündəni  qadının 

körpəsinin obrazı kimi də mənalandırmaq mümkün. 



     Kündə həm də günəşdir. 


 

164 


     Ancaq  mən  məsələni  bununla  da  tamamlamaq 

istəməzdim. 

     Allahın  məşhur  “OL”  əmrinin,  ayrı  sözlə, 

imperarivinin  ərəbcə  ekvivalenti  “KUN”  (farsca 



“KON”)  sözüdür  ki,  bu  da  yenə  həmin  “k”  və  “n” 

samitlərinin  birləşib  qısa  tərkib  yaratmasıdır.  Bu 

rakursdan  yanaşanda  bizim  kündəni  “OL”  sakral 

imperativinin icra materialı kimi  çözmək imkanı da 

yaranır.  

    Nəhayət,  məsələnin  sonucu  bu  ki,  MƏTBƏX  özündə 



UNİVERSUMU  güzgüləyən  bir  hücrədir,  mifopoetik 

təfəkkürün 

qida 

materialında 



sərgiləndiyi, 

vizuallaşdığı bir yerdir. Mətbəx sakral və urvatsız 

aləmlərin  bir-birindən  ayrıldığı  sərhəddə  mövcud 

olub 


əkslikləri, 

qütbləri, 

qarşıdurumları 

əlaqələndirir. 

Mətbəx 

mədəniyyəti 



yaradır, 

mədəniyyət  isə  mətbəxi  öz  estetik  hüsnünə  görə 

formalaşdırır.  Makro  və  mikro  dünyalar  mətbəx 

kontekstində  sakitcənə  yan-yanaşı  dayana  bilir.  Hər 

bir  xalqın  mifologiyası  onun  mətbəxində  latent, 

gizlin  şəkildə  yaşayır.  Mədəniyyətlərin  qohumluq 

paradiqmasının  bildiriciləri  mətbəx  müstəvisində 

əyaniləşir  və  konkretləşir.  Dünyanın  hər  küncündə, 

hər bir mahalında mətbəxin cəmi bir funksiyası var: 

zövq  verə-verə  insanları  doyuzdurmaq.    Di  gəl  ki, 

bu 

zövq 


dünyasına 

müxtəlif 

mədəniyyətlər 

öz 


müxtəlif  

mətbəxlərindən müxtəlif qapılar açır. 

 

SÜD 

(“idrak içkisi”nin metafizikası) 

 

     SÜD  təmiz,  pak,  qidalı,  sakraL,  ağ  mayedir, 



qan  və  zəhərin  qarşıdurumudur,  kosmoqonik  yaranışın 

ilahi 


“yapışqanı”dır, 

mifoloji 

olaylar 

və 


münasibətlər 

məkanının 

dirildici 

nektarıdır, 

dərmanıdır,  unikal  içkidir,  tərkibcə  idealdır.  Nə 

sudur,  nə  çörək:  ancaq  hər  ikisinin  funksiyasını 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə