158
duyğuya uyaraq aldanıb cızdığı, dəyişdiyi karmanın,
taleyin, aqibətin dini-kulturoloji yozumu, insanın
daxilinə
gömülmüş
mübarizənin
mistik
təzahür
gözəlliyi düşündürür. Bu gözəlliyin, bu idealın, bu
harmoniyanınsa Cavid dramaturgiyasında yalnız bir
dağıdıcı qarşıdurumu var: UÇURUM; yəni XAOS. Adəm və
Həvva cənnətdən qovulanda uçurumdan uçub dünyaya
sığındılar. Dünya uçurumun dibi kimi çözülməzmi bu
məqamda? Uçurum cəhənnəm müjdəçisi.
Maral, Şeyda Rəmzi, Şeyx Sənan, Səyavuş, Knyaz,
Cəlal, Afət, Arif bilmərrə UÇURUM sakinləridir:
onlar bu virtual məkanda yaşayib elə oradaca qeyb
olarlar, İBADƏT və ÜSYAN qovğasının alovuna yanıb-
yaxılarlar.
Fridrix Nitşein “Zərdüşt”ündən tanınan fəci
taleli TƏLXƏK-KƏNDİRBAZ azərbaycanlı Cavidin bədii
dünyasında müxtəlif görkəmlərdə zühura gəlir. Bu
obrazların hər birinin içində bir Nitşe uyuduğunu
sübut etməyə heç bir hacət yox.
HÜSEYN CAVİD DRAMATURGİYASINDA UÇURUM EYHAMDIR.
SƏYAVUŞ İRAN VƏ TURAN UÇURUMUNUN QƏHRƏMAN
KUKLASIDIR.
KNYAZ
MEHVƏRİNDƏN
ÇIXMIŞ
ZAMANIN
DƏLİ
TƏLXƏYİDİR.
UÇURUM ÜZƏRİNDƏ QANAD ÇALMIŞ BİR FIRTINA
QUŞUDUR AZƏR, “ÜSYAN” DEYİB BAĞIRAR.
CƏLAL MİSKİN UÇURUM RƏQQASIDIR.
AFƏT
UÇURUM
TÜSTÜLƏRİNDƏ
BOĞULAN
TÜRK
YAVRUSUDUR.
Mifik təfəkkür uçuruma atılmağı ölüm tanrısına,
şər mələyinə qurban kimi qavrayır.
UÇURUM ŞEYX SƏNAN ADLI SEVGİ DƏRVİŞİNİN SON
DAYANACAĞIDIR: “FƏNA” NƏDİRSƏ, ELƏ BUDUR.
İBLİS UÇURUM BƏLƏDÇİSİDİR.
SİBİR SÜRGÜN UÇURUMUDUR.
Və bütün bunların hamısı bir cür mənalanır: YER
KÜRƏSİNİN YERİ UÇURUM.
159
CAVİD XX ƏSR AZƏRAYCAN MƏDƏNİYYƏTİNİN FİKİR
KƏNDİRBAZIDIR.
SONUCDA İSƏ “İŞTƏ BİR DİVANƏDƏN BİR XATİRƏ: BİR
OYUNCAQDIR CAHAN BAŞDAN-BAŞA...”
Çünki İNSAN İBADƏTLƏ ÜSYAN ARASINDA BİR DİVANƏ!
2004-cü il
160
MƏDƏNİYYƏTLƏRİN QOHUMLUQ PARADİQMASI
(intellektual mozaika)
“Harada YARADICILIQ varsa,
orada ALLAH var!”
Müəllif
MƏDƏNİYYƏT
XALQIN
KOSMOQONİK
BİLGİLƏRİ,
FANTAZİYALARI
İLƏ
ONUN
MƏİŞƏTİNİN,
GÜNDƏLİK
FƏALİYYƏT
REPERTUARININ
BİR-BİRİNƏ
CALANDIĞI
NÖQTƏDƏ DÜZƏNLƏNİR.
Əgər hər hansı bir mədəniyyəti soğan qabığı
kimi “soysalar”, sonucda içindən mütləq məişət
çıxacaq. Millətin məişətinin tipologiyasını isə
onun mətbəxinin xüsusiyyətləri müəyyənləşdirir.
MƏTBƏX MİLLƏTİN MƏDƏNİYYƏTİNİN, XARAKTERİNİN, HƏYAT
TƏRZİNİN,
MİFİK
TƏFƏKKÜQRÜNÜN,
KOSMİK
DÜŞÜNCƏLƏRİNİN VƏ ZÖVQÜNÜN RƏNGLİ, QOXULU, DADLI
FORMALARDA GÜZGÜLƏNDİYİ MÜSTƏVİDİR.
Üç ayrı-ayrı məqalədən ibarət bu intellektual
mozaikanın
köməyilə
mən
məhz
“mətbəx-məişət”
müstəvisində
mədəniyyətlərin
qohumluq
paradiqmasının
parametrlərini,
əlamətlərini,
nişanələrini aşkarlamağa çalışdım. Araşdırmalar,
semioloji və semantik təhlillər göstərdi ki, arxaik
mədəniyyətlərin formalaşma tipologiyası hər yerdə
eyni
olub.
Mədəniyyətlər
arasında
fərqləri
şərtləndirən
cəhətsə
millətlərin
passionarlıq
dərəcəsidir. Hərçənd intellektual mozaikanı qəliz
tədqiqata çevirmək fikrindən tamam uzağam. Çünki
mozaika
hər
şeydən
öncə
şuxluğu,
əlvanlığı,
ekspressivliyi və daxili dinamizmi hesabına diqqəti
özünə çəkir. Odur ki, mürəkkəb elmi süsləmələri
qoyuram bir kənara və keçirəm mozaikanın ilk
fiquruna.
161
KÜNDƏ
(varlığın simvolik obrazı)
Azərbaycan mətbəxinin yumru, koppuş, sığallı,
hərdən ağbəniz, hərdən əsmər “gözəl”inə el içində
“KÜNDƏ”
deyiblər.
Bilirəm,
bəziləri
rişxəndlə
qımışıb söyləyəcək ki, hə, nə olsun? Razılaşıram,
həqiqətən, bu poetik cümləni yazmamaq da mümkün
idi. Səbəbi, məncə, gün kimi aydın: informasiya
minimaldır; bu, bir. İkincisi: azəri türklərinə
kündənin nə olduğunu anlatmağa çalışmaq, onu
“əzizləyib” vəsf etməyə çalışmaq, əsla ki, cəfəng
bir iş, teyxa absurd. Yəni heç o yan bu yanı
yoxdur, kündə elə kündədir, vəssalam.
Lakin və bir də lakin...
KÜNDƏ VARLIĞIN SİMVOLİK OBRAZIDIR, BAŞLAĞICIN
BİLDİRİCİSİDİR.
TANRININ
TORPAĞINA,
PALÇIĞINA,
GİLİNƏ EYHAMDIR, TÖRƏDİCİ VƏHDƏTİN İŞARƏSİDİR,
KOSMOQONİK
YARANIŞ
AKTININ
YUMŞAQ,
ELASTİK
MATERİALININ ÖZÜNƏMƏXSUS MODELİDİR, XAOSUN GİZLİ
ENERJİSİNİN RƏMZİ DAŞIYICISIDIR.
Mən məqalənin ideyasını əvvəldə açıqladım:
ancaq maraqlısı heç də bu deyil, mənim fikirlərimin
sıra
məntiqinin
aşkarladığı
qəfil
məna
bağlantılarıdır.
Öncəsi bu ki, KÜNDƏ mətbəx çərçivəsində hər
hansı bir bişintinin dadını, qoxusunu, rəngini
özündə məxfi şəkildə ehtiva eləmiş, konkret öynə
qədərincə
olan
və
xüsusi
nişanə
ilə
fərqləndirilməyən neytral xəmir kütləsidir. Ona
OD
dəyməyincə mahiyyəti, cövhəri, batini və zahiri
aşkarlanmaz, ləzzəti bəyana gəlməz. KÜNDƏ və OD
arasında əlaqələndirici vasitə, “körpü” QADINDIR.
Məhz qadın adi xəmir kündə üzərində tanrının
YARANIŞ
aktını
təkrarlamağa
qadirdir.
Həyat
zəncirində KÜNDƏ odla suyun təbiətini bir-birinə
calaşdıran keçid həlqəsidir. Kündə vasitəsilə qadın
özünü simvola, obraza, eyhama çevirir. İstər un