Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə62/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   58   59   60   61   62   63   64   65   ...   135

 

187 


cəlb  elədi.  O,  yazır  ki,  Rast  muğamı  “Adəmin 

dövründən  bizə  gəlib  çatmış  və  hər  şeydən  əlini 

üzmüş  ən  birinci  insanın  cənnət  haqqında  naləsini 

təşkil  edir”.

9

  Yenə  həmin  dalğa,  həmin  koordinat. 



Cənnətdən  qovulmaq  nədir?  Cəzadır.  Cəza  nədir? 

Kastrasiyadır,  axtalamadır,  məhrumiyyətdir.  Muğamsa 

cəzadan  sonrakı  nalədir,  ahu-fəğandır.  Beləliklə, 

mövzu  möcüzəli  bir  şəkildə  qapanır  və  cəza 

motivində  fokuslaşıb  nöqtələnir.  Bu  fikrin  Dərviş 

Əlidən gəlməsi də təsadüfi deyil. Çünki dərvişliyin 

özü  hər  bir  təzahüründa  latent  axtalanmadır  və 

sevgi metamorfozasıdır. 

   Müsəlman 

mədəniyyətinin 

musiqi 

və 


teatr 

genotipi,  bu  genotipin  səciyyəsi  dərvişlə  mütribin 

yaradıcılıq  parametrlərilə  müəyyənləşdirilir.  İnsan 

öyrəşdiyini,  vərdiş  elədiyini  xoşlayır.  Qulaq  daim 

eşitdiyini  dinləməyə  aludə  olur.  Onda  gözlənilməz 

heç  nə  yoxdur  ki,  Azərbaycan  milli  mədəniyyətində 

üstün  mövqe  tenor  səslərə  məxsusdur  və    kişilərin 

nazik, 


zil 

səsi 


el 

içində 


daha 

yüksək 


dəyərləndirilib bəyənilir. 

     GENOTİPİN 

səciyyəsindən, 

xarakterik 

əlamətlərindən 

boylanır 

millətin 

musiqisi 

də, 

teatrı  da.  “Genos”  mənbə,  mənşə  “tipos”  isə  forma, 



görk  anlamlarına  uyğun  gəlir  qədim  yunan  dilindən 

tərcümədə. 

Genotip 

bədənin 


şəcərə 

konstitusiyasıdır,  orqanizmin  əcdadlardan  aldığı 

mövcudluq  kodudur.  Bu,  hər  bir  insanın  bədən 

quruluşunun, 

xarakterinin, 

davranış 

üslubunun, 

mikrosxemidir, 

mikroproqramıdır. 

“Millət 


və 

genotip”  məsələsini  gündəmə  gətirdikdə  isə  demək 

olar  ki,  genotip  millətin  olum  “tumurcuğu”dur. 

Millətdə nə varsa, hamısı bu “tumurcuq”dan cücərir. 

      Mən  bu  məqalədə  “GENOTİP”  sözünə  müraciət 

etməklə  vurğulamağa  çalışıram  ki,  mədəniyyətin 

genotipi 

necə 


olubsa, 

necədirsə, 

mədəniyyətin 

çağdaş  mənzərəsi  də  tam  ona  uyğundur.  Vaxtilə  məhz 




 

188 


sosial-dini 

qadağalar, 

mənəvi-əxlaqi 

yasaqlar, 

şəriətə 

bağlı 


təpkilər 

Azərbaycan 

milli 

musiqisinin, 



musiqili 

teatrının, 

teatr 

mədəniyyətinin  genotipini,  bu  genotipin  strukturunu 



müəyyənləşdirib.  Onun  formalaşmasında  şiəliyin  də 

məxsusi  payı  var.  Mən  təsəvvüfə  az-çox  bələd  olan 

adam  kimi  güman  edirəm  ki,  dərvişlik  haradasa 

şiəliyin 

sünni 

variantıdır, 



belə 

deyək 


də, 

sünniliyin  içində  yaşayan  şiəlikdir.  Necə  gəlib 

çıxmışam  mən  bu  fikrə?  Sufi  qardaşlıqlarının  böyük 

əksəriyyəti 

sünni 

məzhəbində 



olsalar 

da, 


silsilələrini  həmişə  şiələrin  birinci  imamı  Həzrət 

Əliyə  bağlayırlar.  Elə  buradaca  estetik  problem 

özünün  yeni  təhlil  müstəvisinə  adlayır.  Busa  artıq 

islam 


mədəniyyəti 

üçün 


qlobal 

məsələdir: 

araşdırılmasına  ehtiyac  duyulur.  Hələliksə  mənim 

çoxsaylı  ideyalar  üzərində  düzənlənmiş  məqaləm  oldu 

tamam.  Bu  ideyaların  tədqiqat  perspektivi,  inanıram 

ki, son dərəcə böyük. 

 

 

 



                                                                                                                                                                                                                                                                                                                                                                                                                

Ədəbiyyat:

 

Salqanik  M.  Qarmoniya  islama:  zametki  na  polyax  odnoy 



kniqi // İL, № 5-6, 1992. - s. 302-305.  

2

Rodionov  M.A.  Muruvva,  asabiyya,  din:  k  interpretasii 



blijnevostoçnoqo  etiketa  //  Etiket  u  narodov  peredney 

Azii. -  M, 1988. - s.61.   

Hinduizmdə qəbul olunmuş kastalardan ən aşağısı.         



Mövləvi sufi qardaşlığının yaradıcısı Rumi nəzərdə      

  tutulur.      

5

Səma  islamdan  öncəki  musiqi  kompozisiyalarını,  əgər  belə 



demək  mümkünsə,  təşkil  elədi,  “orkestrləşdirdi”,  onları 

müsəlman Şərqini qutsal “simfoniyasına” çevirdi.  

Mehdi  N.M.  Çətin  və  dolaşıq  durumların  kulturolojisi.  - 



B: Qanun, 2001. - s. 50-52.  


 

189 


7

 Mütrib və ya mütrüb: ərəbcə üç cür anlaşılır; 1) çalıb-

oynayan;  2)  xanəndə;  3)  şövq  verən,  fərəhləndirən, 

şənləndirən.   

8

 Bax: Ətai Ə.C. Bonyade nomayeş dər İran. - Tehran: 



 1977.   

Zöhrabov R. Muğam. - B.: 1991. - s.103-104. 



 

                                 2002-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə