Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə65/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   61   62   63   64   65   66   67   68   ...   135

 

196 


evində  belə  özünü  qonaq  sayır  və  bilir  ki, 

“köçmək”, 

“səfər 

etmək” 

labüddür. 

Onun 

evi, 


əslində, 

karvansara 

hücrəsinin 

çoxsaylı 

invariantlarından  biridir,  məscidin  mikromodelidir: 

qapıları  qibləyə  açılır,  pəncərələri  -  səmaya. 

Günbəz  formalı  tavanın  pəncərələrindən  içəri  yalnız 

tanrı baxır: insansa başını göylərə sarı qaldıranda 

bir  tək  Allahını  görür.  Otaqlar  bomboşdur,  yerə  ya 

xalça,  ya  palaz,  ya  da  cecim  döşənib:  istənilən 

vaxt  hamısını  asancana  yığışdırıb  ortadan  götürmək 

olar.  Divarlarda  taxçalardır,  sandıq  üstlərində 

yorğan-döşəklər.  Yemək  süfrəsi  (dəstərxan)  yerə 

sərilir və qısa müddətdən sonra yığışdırılır. Sanki 

kasalar  da,  armudu  istəkanlar  da,  samovarlar  da 

universal  “köç”  ideyasına  (“dünya  duracaq  yer 



deyil,  ey  can  səfər  eylə!”)

3

  xidmət  edir.  Müsəlman 



öz  ömrünü  bəşəri  “köç”ə  (həm  fiziki  ölüm,  həm  də 

Axirət  nəzərdə  tutulur)  daimi  hazırlıq  şəraitində 

yaşayır.  Çünki  Quran  müsəlmana  öyrədib  ki,  dünya 

içiboş  köpük  qismindədir,  fanidir  (“dünya  evinin 



səltənəti  beş  gün  imiş  çün”)

4

,  karvansaradır  və 

burada  əbədi  heç  nə  yoxdur;  və  buradan  o  dünyaya 

heç kəs özü ilə heç nə aparmayacaq (“dünya nola, ya 



axirət,  kim  qala  mülkü  malına”)

5

.  Müsəlmanın 



laqeydliyi,  səbri,  təmkini,  biganəliyi,  tənbəlliyi 

bu  məna  lokusundan  təkan  alır.  Ol  səbəbdən  əsl 

mömin  elə  yaşayır  ki,  heç  kimi  və  heç  nəyi  öz 

mülkiyyəti  bilməsin,  evini,  həyətini,  şəhərini 

tutub oturmasın. Odur ki, məişətin, məkanın heç bir 

qüsuru 


müsəlmanı 

bərkdən 


qıcıqlandırmır, 

onun 


psixoloji  müvazinətini  pozmur.  Nədən  ki,  əsl  həyat 

məscid 


həyətindən 

başlayır. 

Burada 

dünyanın 



faniliyi  və  əbədiliyi  tarazlığa  gəlir.  Məscid 

qapılarından  içəri  girən  müsəlman  birbaşa  Allahın 

himayəsinə 

düşür, 


Allahın 

sığınacağını 

tapır, 

potensial  əbədi  rahatlığı,  cənnəti  bulur.  Müsəlmana 



məscid  küncü  kaşanədən  daha  xoşdur.  Məscid  Allaha 


 

197 


doğru  yoldur.  Müsəlman  yaşayır  ki,  ibadət  eləsin; 

ibadət  eləmir  ki,  yaşasın.  Çünki,  faktiki  olaraq, 

istəmək, 

arzulamaq 

islam 


mədəniyyətində 

rəsmiləşdirilməmiş  yasaqdır.  Elə  buna  görə  həqiqi 

mömin  Allahından  heç  nə  istəmir  (qul  nə  arzulaya 

bilər 


ki: 

məgər 


hər 

dəfə 


tanrının 

yazdığı 


gerçəkləşmir?),  yalnız  yorulmadan  Allahını  anır, 

fasiləsiz  dua  eləyir.  Təsadüfi  deyil  ki,  namaz 

borcdur:  insan  xəlq  edildiyinə  görə  ibadətlə 

Allahına təşəkkür edir. Namaz bəndə üçün yox, tanrı 

üçündür:  bir  növ,  Allaha  ödənilən  əvəzdir.  Bu 

kontekstdə  məscid  müsəlmandan  ötrü  məkan  içrə 

sakral  meditasiya  çevrəsini  müəyyənləşdirir.  Məscid 

Allah qullarının azadlıq evidir. 

     Məhz  bu  məqamlara  görədir  ki,  islam  şəhərində 

məscidin  yeri  xüsusidir.  Onu  məkanın  hər  yerindən 

görmək  olar:    yad  adam  məscidi  nişan  (oriyentir) 

“götürüb”  tanımadığı  müsəlman  şəhərinin  gəzintisinə 

asudə  çıxa  bilər  və  azmaz.  Çünki  bütün  yollar 

axırda  onu  yenə  məscid  qapısına  gətirəcək;  yəni 



bütün  yollar  məscidə  gedir;  çünki  şəhərin  hər 

bucağından  məscid  görünür;  çünki  minarə  islam 

ölkələrində mayak kimi bir şeydir. Məscid hər hansı 

bir  müsəlman  şəhərində  Məkkə  əvəzidir,  daha  dəqiq 

desəm,  Kəbə  əvəzidir,  qibləni  bildirəndir,  sakral 

dünyanın  simvoludur,  fani  ilə  əbədi  arasında 

ötürücüdür, 

körpüdür, 

keçiddir. 

Məscidin 

memarlığında bütün kosmos öz təcəssümünü tapır. Bu, 

düzənli  bir  harmoniyadır.  Klassik  məscid  günbəzinin 

ən 

uca 


nöqtəsi 

Allahı 


(Vahid 

xilqətlini) 

eyhamlaşdırır.  Günbəzin  çətiri  Ruhun  məkanıdır, 

oktaqonal 

(səkkizguşəli) 

əsas 


mələklər 

mərtəbəsidir. 

Dördbucaqlı 

bina 


isə 

varlığı 


simvollaşdırır.

6

 



Ortaçağ 

mədəniyyətində 

məscid 

kompleksi  məkan  içrə  universumu  sərgiləyir,  islam 



qavrayışında  dünya  modelini  vizuallaşdırır.  MƏKAN 

İÇRƏ  MƏSCİD  KOMPLEKSİ  ZİKR  İŞARƏSİDİR,  “lə  ilahə 


 

198 


illə’lah” 

anımının 

plastik 

məkan 

obrazıdır. 

Məscidin  özü  sanki  “lam”  hərfidir  ki,  “əlif” 

hərfinə bənzəyən minarəni qoynuna alıb. Məndən öncə 

bu  fikri,  düzdür,  bir  qədər  daha  sadə  və  yumşaq 

formada,  tanınan  islamşünas  Seyid  Hüseyn  Nəsr 

söyləyib 

demişdi 

ki, 


“ibadət 

zamanı 


səcdə 

etməmişdən  öncə  müsəlman  tanrı  qarşısında  Allahın 

adının  başladıığı  “əlif”  hərfi  kimi  dik  dayanır”.

7

 



Minarə  də  namaz  vaxtı  qiyama  durmuş  müsəlmanın 

məkan  obrazıdır.  Müsəlman  məscidi  Allahın  evi 

bilir. Deməli, məscid islam ölkələrində bir nömrəli 

evdir  və  oranın  qapıları  hamının  üzünə  açıqdır. 

Məscid  müsəlman  icmasının  toplaşdığı  evdir.  Əgər 

hamı  bu  evə  toplaşırsa,    onda  ev  karvansara  olur. 

Deməli,  ALLAHIN  EVİ  KARVANSARADIR!  Nədən  ki, 

Ortaçağ 


islam 

dünyasında 



MƏSCİD 

ÜNSİYYƏT 

TƏMZİMLƏYİCİSİDİR,  MÜSƏLMAN  İCMASININ  BİRGƏLİYİNİN 

TƏMİNATÇISIDIR.  MƏSCİD  İCTİMAİ  ÜNSİYYƏT  BÖLGƏSİDİR. 

“Nə  vaxtsa  islam  dünyasının  ictimai  həyatı,  demək 

olar 

ki, 


bütövlükdə 

məscidin 

həyətində 

cəmləşmişdi”.

8

  Bu  fikri  məşhur  islamşünas  Oleq 



Qrabar  söyləyib.  Onda  buradan  belə  çıxır  ki, 

karvansara  məscid  invariantıdır;  yəni  karvansara 

məscid modelində yaradılıb. Amma, əslində, bu, səhv 

fikirdir.  Məhz  məscid  karvansara  tikili  tipindən 

faydalanır.  Çünki  karvansara  Şərqdə  islamdan  öncə 

də  mövcud  olub.  Daha  doğrusu,  məscid  karvansaranın 



stilizə  olunmuş  ideal  formasıdır.  İslam  aləmində 

yaşayış 


və 

insanlar 

arasındakı 

münasibətlər 

məsciddə  nizamlanır.  Müsəlman  dünyasında  o  yerə  ki 

axın  olub,  ora  “karvansara”  deyilib.  Bu  fakt  isə 

bir 


daha 

onu 


aydınlaşdırır 

ki, 


məscidlə 

karvansaranın  sərhədi  şəffafdır.  Ora  da,  bura  da 

müsəlman  üçün  maksimal  rahat  şərait  yaratmaq 

məqsədi güdür. Məsciddə (ibadət məqamı) mömin insan 

zaman 

içində 


“əbədiyyət” 

fasiləsinə 

çıxır. 

Karvansaraya  daxil  olan  müsəlman  isə  öz  gündəlik 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə