Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə73/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   69   70   71   72   73   74   75   76   ...   135

 

220 


bir  şeydir,  insanla  qəbir  evinəcən  birdir,  nəfəs 

kimi,  ruh  kimi  bir  şeydir,  olum  əlamətidir.  “Mən” 

çıxılsın  “ünsiyyət”  bərabərdir  “tənhalıq”:  buradan 

isə  faciəyə,  ölümə  bir  addımlıq  məsafə  qalır. 

Ünsiyyətin  astar  üzü  təklikdir.  “Mən”  ünsiyyətsiz 

“mən”  ola  bilmir,  özünü  tanıya  bilmir,  özünü  dərk 

edə  bilmir.  Ünsiyyət  toplum  içrə  “mən”in  yaşam 

nişanəsidir, 

sosial 

mövcudluğun 



atributudur. 

“Mən”in  toplumsal  dəyəri  onun  ünsiyyət  yaratmaq 

bacarığı 

ilə 


müəyyənləşir. 

Hərçənd 


bir 

olqu 


bildiricisi  kimi  ünsiyyətin  nə  rəngi  var,  nə 

biçimi,  nə  də  forması.  Hamıya  bəllidir  ki,  insan 

barmağı  ilə  öz  ağzını  göstərmək  iqtidarında  deyil. 

Belə  ki,  dodaq  var,  dil  var,  diş  var,  damaq  var, 

daha doğrusu,  onların konkretliyi var; ağız yoxdur, 

konkretliyi  də  yoxdur.  Söz  isə  ağızdan  izhar  olur.

1

 

Və  bu  sirri  bir  kimsə  bilə  bilmir.  Ağız  dodağın, 



dilin,  dişin,  damağın  evidir,  onların  birgəliyidir. 

Ünsiyyət  də  insanlığın  yaşadığı  virtuaL,  ölçüdən 

kənar  super  evdir.  Çünki  ünsiyyət,  ilk  növbədə, 

prosesdir, 



“insanlar 

arasındakı 

əlaqələrin 

qurulması  və  inkişafı  prosesidir”.

2

  Bu  proses  birgə 



fəaliyyətdə  bulunmaq  və  informasiya  mübadiləsində 

olmaq  tələbi  ilə  diktə  edilir.  Psixologiya  elmi 

ünsiyyətin  üç  tərəfini  fərqləndirir:  kommunikativ, 

interaktiv  və  perseptiv.  Kommunikativ  tərəf  birbaşa 

informasiya 

ilə, 

bilgiylə 



ilişikli 

tərəfdir. 

İnsanların 

məqsədləri, 

niyyətləri 

onların 


ünsiyyətini 

şərtləndirir. 

Bu 

prosesdə 



təkcə 

informasiya  “hərəkətə  gətirilmir”,  həm  də  bilgilər, 

məlumatlar, 

rəylər 


dəqiqləşdirilir, 

zənginləşdirilir.  Kommunikativ  prosesin  vasitələri 

nitqdir,  optik-kinetik  (jest,  mimika,  pantomima), 

para  və  ekstralinqvistik  (intonasiya,  ibarə,  pauza) 

sistemlərdir,  ünsiyyətin  zaman  və  məkan  içrə 

təşkili  sistemidir,  bir  də  ki  “gözlərlə  kontakt” 

sistemidir.  Kommunikativ  prosesin  səciyyəsi  budur 



 

221 


ki,  ünsiyyət  subyektləri  bir-birinin  davranışına 

təsir  göstərməyə  çalışırlar,  özünün  özgəsində  ideal 

şəkildə  təmsil  olunmasına,  yəni  özgə  gözlərində 

personaya  çevrilməsinə  səy  göstərirlər.  Bunun  üçün 

gərək 

ünsiyyət 



dili 

bir 


ola 

və 


ünsiyyətin 

gerçəkləşdiyi 

situasiyanın 

dərki 


eyni 

ola. 


Ünsiyyətin  interaktiv  tərəfi  dedikdə  qarşılıqlı 

münasibətlərin,  daha  dəqiq  olmaq  naminə,  əməli 

fəaliyytin  ümumi  strategiyası  başa  düşülür.  Bu 

strategiya  özündə  ya  kooperasiyanı  (əməkdaşlığı), 

ya  da  rəqabəti  qapsayır.  Birinin  əsasında  saziş, 

həmrəylik  dayanır,  o  birisi  konflikt  müstəvisində 

qərarlaşır. 

Bu, 


interaktiv 

ünsiyyətin 

təməl 

prinsipidir.  Ünsiyyətin  perseptiv  tərəfi  başqa 



şəxsin  obrazının  formalaşma  prosesini  özündə  ehtiva 

edir.  Bu  o  deməkdir  ki,  subyekt  özgəsinin  fiziki 

parametrləri  güzgüsündə  onun  psixoloji  portretini 

yaradır, 

rəftarının 

xüsusiyyətlərini 

təxmini 

şəkildə  müəyyənləşdirir.  Belə  məqamda  başqa  insanın 

dərk  edilməsinin  (qavranılmasının)  iki  mexanizmi 

aktuallaşır: 

identifikasiya 

(bənzətmə, 

tanıma, 

bilmə)  və  refleksiya  (bu  adamı  ətrafı  necə  görür).

3

 

Bu  sitatlaşdırdığım  məsələlər  məlum  və  bəlli. 



Ünsiyyət  subyekt  -  obyekt  bağlantısıdır  və  bu 

bağlantını  təmin  edən  vasitələr  mövcuddur.  Amma 

bununla  belə  mən  yenə  deyə  bilmərəm  ki,  ünsiyyətin 

özü nədir, forması nədir, harada peyda olur, harada 

tükənir.  Çünki  onun  konkret  bildiricilər  sistemi 

yoxdur; 


ünsiyyətin 

obrazı 


yoxdur, 

ünsiyyətin 

maddiliyi  yoxdur  və  o,  efemerdir,  müvəqqətidir, 

ötəridir,  məkana  sığmır.  Əvəzində  ünsiyyətin  qabı 

var, 

cihazı 


var. 

Belə 


ki, 

insan 


ünsiyyət 

istehsalçısıdır, 

ünsiyyətin 

yaradıcısıdır, 

müəllifidir; 

yəni 


özündən 


ünsiyyət 

yapır. 


Ünsiyyət  zor  və  istəm  (iradə)  dışındadır,  ruhun 

oyunudur,  ruhun  özünü  tanıtmasıdır,  ruhun  səsidir, 

ruhun  mikro  sərgüzəştləridir.  Söhbət  hələ  ünsiyyət 



 

222 


demək  deyil,  amma  ünsiyyət  əlamətidir.  “Üns”  sözü 

ərəbcədən  azəri  türkcəmizə  tərcümədə  “yaxınlaşma”, 

“dostlaşma”,  “mehribanlaşma”  mənalarında  anlaşılır. 

Məsələ 


bu 

ki, 


söhbətin 

ünsiyyətə 

çevrilib-

çevrilməyəcəyi  bir  qayda  olaraq  müəmma  kimi  qalır. 

Çünki  ünsiyyəti  “mən”in  enerjisi,  psixofizioloji 

ovqatı,  ruhi  vəziyyəti  təmin  edir.  Odur  ki, 

ünsiyyət  həmişə  fərdin  şəxsi  həyatının  hadisəsidir 

və  eyni  zamanda  ictimai-sosial  hadisədir.  Toplum 

ünsiyyət 

“zəncir”ilə 

yaşayır, 

tarixiləşir. 

Bu 

“zəncir”də  enerji  qırıqlığı  əmələ  gələndə  cəmiyyət 



problemlərlə 

üzləşir 


və 

topluma 


dağıdıcı 

qığılcımlar  səpələnir.  Nədən  ki,  ünsiyyət  insan 



həyatının  ən  əsas  leytmotividir,  insan  ruhunun  ən 

ali  həzzidir.  Ünsiyyətin  “dad”ını  ruh  bilir. 

Deməli,  belə  çıxır  ki,  ünsiyyət  məndən,  səndən, 

ondan 

(bizim 


istəmdən) 

asılı 


olmayaraq 

bioenerjilərin,  halələrin,  ruhların  cazibəsidir, 

iradə  dışındadır.  Həcmi,  ölçüsü,  çəkisi  yoxdur 

ünsiyyətin.  Enerji  vahidləri  də  bura  yaramır.  Elə 

isə  ruhla,  enerjiylə  eyni  bir  cərgəni  bölüşən 

ünsiyyət idarə edilə bilərmi? 

      Maraqlısı  budur  ki,  cavab  müsbətdir.  Ünsiyyət 

nəinki  idarə  edilir,  ünsiyyət  yaradılır.  Və  bunu 

hətta 

Ortaçağ 


müsəlman 

mədəniyyətində 

yaxşı 

anlamışdılar.  İş  bu  ki,  ünsiyyətin  gerçəkləşməsi, 



kontaktın  baş  verməsindən  ötrü  şərait  heç  də 

axırıncı  rol  oynamır.  Elə  buna  görə  də  müsəlman 

aləmində  çox  erkən  başa  düşüblər  ki,  ünsiyyətin 

tənzimlənməsi, 

idarə 

olunması 



vacibdir. 

Çünki 


nizamsız,  xaotik,  spontan  proses  qismində  dünya 

efirinə  sıçrayan  ünsiyyət  toplum  üçün  zəlzələ, 

partlayıcı maddə kimi bir şeydir. Bu da ondan irəli 

gəlir  ki,  ünsiyyət  müsbət  və  mənfi  emosiya  yükü 

olan  enerji  daşıyıcısıdır.  Və  bir  də  bundan 

əlavə...  ünsiyyətin  “axacağı”  səmt,  onun  “hərəkət 

trayektoriyası”  öncədən  heç  kəsə  bəlli  deyil. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə