Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə76/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   72   73   74   75   76   77   78   79   ...   135

 

229 


variantıdır, 

münasibətlərin, 

mövqelərin 

sivil 


qaydada tənzimlənməsi aracıdır. 

     Müsəlman 

aləmində 

fərdin 


sosial-ictimai 

statusu,  toplumsal  dəyəri  məclislə  və  məclisdə 

müəyyənləşir;  belə  ki,  məclis  ünsiyyət  meyarıdır. 

Şəxsiyyəti toplum üçün məclis “kəşf” eləyir, məclis 

aşkarlayır. 

     Məclis 



sınaqdır, 

tanıtımdır, 

“agahetmə” 

mərasiminin uyqarlıq modelidir. 

     Məclis 

müsəlmanın 

mədəniyyət 

və 

mərifət 


dünyasına, ruhsal dünyaya qeyri-rəsmi vəsiqəsidir. 

     Məclis  metastrukturdur,  yəni  hər  hansı  bir 

struktur  fövqündədir  və  istənilən  mövzuya  həsr 

olunmuş  söhbəti  haşiyələyir,  çərçivə  içinə  salır, 

“astana”da  yaşanan  prosesə  düzən  verir.  Məclis 

ünsiyyəti  sanki  şəbəkə  formasında  qurur.  Başqa 

sözlə, 

məclis 


ünsiyyətdən 

şəbəkə 


timsalında 

hörülmüş virtual kompozisiya çərçivəsidir. 

     Məclis  məişət  “gündəliyinin”  ornamentidir, 

yəni nəbati naxışıdır. 

     Məclis  ünsiyyət  intizamı,  ünsiyyət  etiketi 

deməkdir. 

     Bu  sözün  heç  bir  dini  və  qutsal  mənası  olmasa 

da

5



,  “məclis”  anlayışı  islam  dünyasının  yüksək 

ünsiyyət  mədəniyyəti  üzərində  bərqərar  olduğunu, 

gəlişdiyini eyhamlaşdırır. 

 

Ədəbiyyat:  

1

 Füzuli M. Seçilmiş əsərləri. - B.: Yazıçı, 1984. - s.44  



2

 Kratkiy psixoloqiçeskiy slovar. - M.: Politizdat, 1985. 

 - s.213-215. 

3

 Yenə orada. 



Bax: Smirnov A.V. Velikiy şeyx sufizma (opıt 

  paradiqmalnoqo analiza filosofii İbn Arabi). - M.: 

  Nauka, 1993. - s.187-192. 

5

 İslam: ensiklopediçeskiy slovar. - M.: Nauka, 1991. -  



  c.149.   

   


                                      1993-1995-ci illər 


 

230 


                 

      


VIRTUAL MERAC TEATRI 

(aşiqlər ibadəti) 

                                                                       

       Bir  gün  birisi  məndən  xahiş  elədi  ki, 

Mövlanaya  həsr  olunmuş  bir  verilişdə  dönən 

dərvişlərin səma məclislərindən danışım. Etiraz 

eləmədim.  Tədqiqatçı  üçün  hər  deyəndə  belə  bir 

şans  ələ  düşmür  ki.  Amma  sonradan  verilişə 

baxanda  gördüm  ki,  naşılar  mənim  sözlərimi  yun 

didən kimi elə didiblər ki, heç Həllac beləsini 

görməyib. Ol səbəbdəndir ki, əhli irfandan, bir 

də    tələbələrimdən  xəcalət  çəkdim  və  təzədən 

“bismillah”  söyləyib  bu  mövzuya  bir  daha 



dönməyi özümə borc bildim.  

       Bu  məqaləni  eksklüziv  olaraq  AzTV-də 

“Qobustan” 

toplusunu 

hazırlamış 

qələm 


sahiblərinə ünvanlıyıram. Mövlana “Fihi-ma-fih” 

əsərində  buyurur  ki,  “bunu  anlayan  anlasın, 

anlamayanın....”  İstəyənlər  fikrin  gerisini 

özləri axtarıb tapa bilərlər.  

 

 

 



Mövləvi dərvişlərinin səma məclisləri 

 

              “Təsəvvüf intellekt və nəfəs üzərində 

                   nəzarətdir”. 

                Əbu Bəkr əş-Şibli 

                                                                            

       Fırfıra,  mövləvi  şeyxlərinin  təbirincə 

isə,  dönən  dərvişlərin  səma  məclisləri  Ortacağ 

müsəlman mədəniyyətinin möcüzə ilə sərhədləşən, 

heyrətlə  seyr  edilən  min  bir  nağıl  gecəsindən 

biridir,  bircəsidir.  Səma  məclislərinin  Konya 

(Türkiyə)  şəhərində  XIII  yüzildən  üzü  bəri 

düzənlənməsinə baxmayaraq bu hadisə bütün islam 

dünyasına  mənsubdur  və  ərəb,  fars,  türk 

mədəniyyətlərinin 

qəribə 

bir 


sintezini 


 

231 


sərgiləyir.  Dərvişlər  müsəlman  aləminin  ən 

ifadəli, ən aktiv, ən kosmopolit gəzərgi fiqur-

larıdır. İslam ölkələrinin inkişafı tarixi üçün 

dərvişlərin  intellektual,  əməli  və  psixofiziki 

çabalarının  önəmi  son  dərəcə  böyük  olub. 

Onların  Yaxın  və  Orta  Şərq  mədəniyyəti  şəbəkə-

sindəki  qaydasız,  dağınıq  maarifçı,  mənəvi-

əxlaqi, 


kulturoloji, 

duyğusal 

və 

ruhsal 


fəaliyyətinin  cövhəri  səma  məclislərində  kon-

kret  məkani  obrazlarda,  plastik  formalarda 

güzgülənir.  

       Bəzi 

şərqşünaslar, 

xüsusilə 

Qərb 

tədqiqatçıları 



fırfıra 

dərvişlərin 

səma 

məclislərini  “ayin  rəqsi”,  “spiritik  konsert”, 



“mistik 

balet” 

adlandırmaqla 

Şərq 

mədəniyyətinin  bu  fenomenal  təzahürünə  Avropa 



incəsənəti  tarixində  adekvat  forma  bulmağa 

çalışmışlar.  Özü  də    məsələnin  izahı,  şərhilə 

bağlı  onların  seçdikləri  metodoloji  aparat, 

problemə  yanaşma  yönü  bu  mütəxəssislərin  elmi 

definisiyalarına  tam  bəraət  qazandırır.  Lakin 

bu 


müəyyənləşdirmələrin, 

təyinlərin 

hamısı 

birtərəflidir  və  səma  məclislərinin  hüsnünü, 



təbiətini,  poeziyaya  çevrilmiş  plastikasının 

yaraşığını, cazibəsini ifadə etməyə qabil deyil. 

Ona  görə  Ortaçağ  müsəlman  mədəniyyətinin  bu 

hadisəsini  dönən  dərvişlərin  səma  məclisləri 

adlandırmaq 

daha 


məqsədəyönlüdür. 

Hərçənd 


türklərin  özü  bunu  “səma  törəni”,  yəni  səma 

mərasimi,  səma  ayini,  səma  ritualı  qismində 

qavrayırlar.  Şübhəsiz,  şərti  şəkildə  qəbul 

ediləsi bir təyin. Amma razılaşaq ki, hər həftə 

təkrarlanan  lokal  bir  olaydan  mərasim,  ritual 

olmur.  Digər  tərəfdən  isə  “ayin”,  “mərasim” 

“ritual”  kimi  sözlərin  qapsadığı  mənalardan 

sosial-ictimai  məkana  birbaşa  qapılar  açılır. 

Mövləvi  zikrlərininsə  toplumsal  dünya  ilə 

ilişkisi  çox  az.  Bu  zikrlər  fərdlə  tanrı 

arasında  gerçəkləşən  ünsiyyət  qatlarının,  bir 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə