Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə84/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   80   81   82   83   84   85   86   87   ...   135

 

253 


səltənətidir.  Başmaqlar  müqəddəs,  sakral  zonaya 

buraxılmır.  Yasaqdır.  Niyə?  Belə  ki,  AYAQQABI 

miniatür  simvolik  quyudur,  şərti  zindandır.  Onu 

insan 


bədəninin 

mikroqəbri 

kimi 

də 


yozmaq 

mümkündür.  Təsadüfi  deyil,  yuxuda  çəkməni  öz 

ayağından  çıxartmaq  hər  hansı  bir  sıxıntıdan, 

əziyyətdən  azad  olmaq,  qurtulmaq  kimi  anlaşılır. 

Müsəlmandan  ötrü  BAŞMAQ  faniliyin  konkret  vizual 

predmetiv 

obrazıdır, 

rəmzidir; 

torpaqla, 

daş-


kəsəklə  təmasda  bulunan  və  dağılıb  gedən  bir 

nəsnədir.  Başmaq  faninin,  örətinin,  məscid  (minarə) 

isə  əbədinin  simvoludur  və  bir-birinə  qarşıdurum 

kimi  götürülə  bilər.  Əbdürrəhimbəy  də  Şeyx  Şəbanı 

şəhər  içrə  elə  bir  məkanda  bərqərar  edir  ki,  orada 

iki  dünya  sərhədləşir  və  biri  digərinə  harmonik 

şəkildə 

transformasiya 

olunur: 

maddi 


ruhiyə, 

mənəviyə,  fani  əbədiyə  keçir,  və  əksinə.  Pinəçi 

islam  mədəniyyətinin  marginal  bir  fiquru,  bir 

obrazıdır:  müsəlman  düşüncəsi  və  həyat  tərzi  onun 

məqamını  lotu  ilə  mömin,  dələduzla  sufi,  alverçilə 

müdrik  bilgi  sahibi  arasında  təyin  edir.  Ona 

filosof da demək olar, dərviş də, usta da. AYAQQABI 

(çarıq,  başmaq,  çəkmə)  onun  üçün  mətndir:  bu 

“mətn”də  o,  insan  xarakterini,  insan  taleyini 

“oxuyur”.  Ə.Haqverdiyevin  “Şeyx  Şəban”  hekayəsində 

pinəçi  urvatsız  və  qutsal  məkanların  stalkeridir, 

əlaqələndiricisidir.  Bu  mənada  Əbdürrəhimbəyin  Şeyx 

Şəbanı  nə  personajdır,  nə  obrazdır,  nə  xarakter. 

Şeyx  Şəban  müsəlman  dünyasının,  müsəlman  şəhərinin 

və  bütövlükdə  islam  məkanının  özüdür,  onun  insan 

cildində, 

insan 

qiyafəsində, 



azəri 

türkü 


variantında  təzahürüdür.  Şeyx  Şəban  zamanın  yox, 

məkanın  oğludur:  məkan  necədirsə,  Şeyx  Şəban  da 

elədir.  O,  hava  ilə  deyil,  məkanla  “nəfəs  alır”: 

məkan  bu  pinəçinin  (cəmi  müsəlmanlar  kimi)  ömrünün 

“şəkli”dir.  



 

254 


     Ə.Haqverdiyev 

Azərbaycanın 

ən 

“müəmmalı” 



maarifçisi və yazarı kimi pinəçi Şeyx Şəbana şərait 

yaradır  ki,  o,  məkanı  bütövlükdə  quca  bilsin, 

bütövlükdə  nəzərində  saxlaya  bilsin,  bütövlükdə 

gözlərinə  hopdura  bilsin.  Hekayədə  ona  imkan 

verilir 

ki, 


məkana, 

öz 


mömin 

qardaşlarına, 

soydaşlarına  üç  müxtəlif  rakursdan  baxsın:  çəkmə 

(başmaq,  çarıq)  yamayarkən  (tikərkən,  silərkən) 

aşağıdan yuxarı (axı o, alçaq kətil üstündə əyləşib 

işləyir  və  hərdən  başını  qovzayıb,  diqqətini  AYAQ 

və  ayaq-QABI-lardan  yayındırıb  dünyaya,  insanlara 

tamaşa  eləyir);  şəhərdə  gəzərkən  geniş  spektrli 

görmə  bucağında  düz,  sağa  və  sola  (o,  horizontal 

vektorla  yeriyir,  dünyanı  içdən  görür,  insanları 

yanında,  qənşərində  görür,  üzdən,  böyürdən,  arxadan 

görür);  və  azan  verərkən  yuxarıdan  aşağı  (qəhrəman 

vertikal  vektorda  özünə  yer  bulub;  o,  hamıdan 

hündürdədir və heç kimi fərqləndirə, tanıya bilmir. 

Tanrı  da  yuxarıdan  bizi  elə  bu  cür  süzür). 

Azərbaycan  ədəbiyyatında  dünyanı  (məkanı,  toplumu, 

insanları),  bax,  bu  təhər  üç  rakursdan  seyr  etmək 

imkanına  malik  başqa  bir  kimsənə  bulunmaz.  Oğru 

(yaşamaq 

və 


çoxalmaq 

istəyən 


insan), 

pinəçi 


(potensial  ölü)  və  azançı  (tanrı)  Şeyx  Şəban 

konkret 


lokal 

məkanda 


gerçəkləşmiş 

müsəlman 

mədəniyyətinin 

assimilyasiya 

paradokslarının  

vizual obrazıdır. 

     ...  VƏ...  elə  bir  obraz  ki,  islam  loqosunda 

universal  sayılan  vahid  ritmik  yaşam  qəlibini 

eyhamlaşdırır, 

islam 


toposunun 

hüsnünü 


müəyyənləşdirir.  Yəni  zəncirvari  reaksiya;  başqa 

sözlə, 


loqos 

toposferada, 

toplumun 

mövcudluq 

tərzində  güzgülənir.  Odur  ki,  “qəlib”in  məna 

tutumu, 


ideolojisi 

Şəban 


əminin 

həyat 


paradiqmasıdır,  davranış,  olum  məntiqinin  əsasıdır. 

Həmin  mövcudluq  “qəlibi”  özündə  iki  mühüm  məqamı 




 

255 


qapsayır:  BİRİNCİ:  “BİSMİLLƏH-İR-RAHMƏN-İR-RAHİM”. 

İKİNCİ: “ƏUZU BİLLƏHİ MİN-ƏŞ-ŞEYTAN-İR-RACİM”.  

     Aha... Deməli, belə. Buradan mən keçirəm başqa 

fikrə.  Əbdürrəhimbəy  Haqverdiyevin  təhkiyə  üslubunu 

bu  qəlib  formalaşdırır.  Şeyx  Şəban  obraz  yox, 

üslubdur;  Haqverdiyevin  yazı  üslubudur:  Şeyx  Şəban 

pırtlayıb  bu  üslubdan  çıxıb.  Və  bundan  əlavə:  bu 

qəlib 

Əbdürrəhimbəyin 



ədəbi-bədii 

dünyasının 

xəritəsində  homogen  məkanı  təşkil  edən  cövhər, 

ahəng, 


prinsipdir. 

Haqverdiyevin 

bütün 

personajlarının  varlığı  bu  ritmik  qəlibə,  onun 



yaratdığı  məkana,  daşıdığı  semantik  mənaya  və 

estetik  energetikaya  ürcah.  Arxitektonik  quruluşuna 

görə 

“Şeyx 


Şəban” 

haradasa 

Quran 

surələrini 



xatırladır:  əsas  məsələ  faktın  bəyanıdır  və  onun 

sakral-mənəvi  imperativə  aparıb  çıxaran  sosial-

kulturoloji  mahiyyətidir;  süjet  olaylarının  aktiv 

yaşanılmasının  isə  heç  bir  önəmi  yoxdur.  Lakin 

Quran 

surələri 



əsatirlərə 

söykənirsə, 

Əbdürrəhimbəyin  hekayələri  islam  mifolojisinin, 

islam 


ənənələrinin 

sanki 


dekonstrusiyasına 

köklənir.  Yadınıza  salın  şəraba  aludə  birisinin 

qazının (mollanın) yanına gedib  ondan üzüm yeməyin, 

suyunu 


sıxıb 

içməyin 


haram 

olub-olmadığını 

soruşmasını.  Soru  apriori  cəfəngdir,  absurddur. 

Müsəlman  aləmində  hamı  bilir  ki,  Quran  üzümü  ən 

gözəl  Tanrı  nemətlərindən  biri  sayır.  Amma  sorunun 

həqiqi  məqsədi  bu  deyil,  qazını  çaşdırıb  şərab 

içməyə 

rəsmi 


icazə 

almaqdır. 

Ona 

görə 


Əbdürrəhimbəyin  personajı  üzüm  suyu  içməyin  haram 

olmadığını  qazının  dilindən  eşidən  kimi  bəyan  edir 

ki,  o,  bu  suyu  indi  yox,  saxlayıb  bir  aydan  sonra 

içəcək,  yəni  üzüm  suyunu  şəraba  döndərib  içəcək. 

“Şərab”  və  “üzüm  suyu”  (şərab  qıcqırdılmış  üzüm 

suyudur)  anlamları  üzərində  qurulmuş  məntiq  oyunu 

ilə 

Əbdürrəhimbəy 



islamda 

“haram” 


istilahının 

nisbiliyini ortaya qoyur, başqa sözlə, bu istilahın 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə