Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə82/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   78   79   80   81   82   83   84   85   ...   135

 

247 


     Qavroş,  polkovnik  Şaber,  madam  Bovari,  Jülyen 

Sorel  Fransanın  özü  və  üzü  kimidirlər;  Parisin, 

Marselin 

(və 


digər 

bölgələrin) 

küçə 

və 


meydanlarının  ruhunun,  hüsnünün  “intim”,  eksklüziv 

portretləridir.  Qəhrəman  hər  bir  vaxt  öz  məkanına 

müsavidir.  Ə.Haqverdiyevin  hekayələrində  də  bu 

belədir.  Onun  nəsrinin  “sakinləri”  Orta  çağların 

müsəlman 

şəhərlərinə 

bənzəyirlər. 

İlk 


baxışda 

adamda  elə  təəssürat  yaranır  ki,  yer  üzündə 

müsəlman  şəhərləri  heç  nədən  ehmalca,  tədricən 

peyda  olurlar,  bir  ritmə  köklənib  yaşayırlar  və 

asanlıqla  “dünyalarını  dəyişib  gözdən  itirlər”, 

unudulurlar,  sanki  köhnə  qala  divarları  kimi 

“ovxalanıb  tökülürlər”

2

  Bu  ilk  təəssürat  aldadıcı 



deyil, 

Orta 


əsrlərdə 

müsəlman 

şəhərlərinin 

mövcudluq  ahəngi  və  mövcudluq  həqiqətidir.  XIX 

yüzil  Azərbaycanı  Ortaçağ  islam  aləmindən  bir  elə 

də  fərqlənmirdi  və  hələ  ki  ondan  ayrılmamışdı.  XIX 

əsr 

Azərbaycanında 



müsəlman 

mədəniyyətinin 

qanunları  səsə,  gücə  malikdi:  insanın  batini  üçün 

mənəvi 


imperativdi, 

zahiri 


üçün 

müəyyənedici 

etiketdi,  məkanın  təşkilində  isə  fəlsəfi  sxem. 

İslam  dünyasında  məkanın  müəllifi  həmişə  kişilərdir 

və  bu  məkan  yalnız  onlara  məxsusdur.  Bica  demirlər 

ki,  islam  kişilərin  dini  kimi  formalaşıb  və 

tarixiləşib. 

Əbdürrəhimbəy 

Haqverdiyevin 

hekayələrindən  görünən  kişi  məkanı  da  müsəlman 

şəhərinin variantlarından biri kimi zühur edir. Elə 

buradaca qısa tarixi-kulturoloji ekskurs. 

     İslam  dünyasında  məkan,  yəni  insan  məskəni, 

sakinlərlə  məskunlaşmış  coğrafi  areal,  həmişə  öz 

sadəliyi,  və  hətta  bəzən  primitivliyi,  rahatlığı, 

münasibliyilə  seçilib:  camaat  bərbəzəkli  tərtibata 

meyl  göstərməyib.  Evlərdə  yerə  xalça-palaz  döşənib, 

mütəkkələr  atılıb,  sandıqlar  qoyulub,  pəncərələrə 

şəbəkə  vurulub,  qapılara  pərdə  asılıb,  ara-sıra 

divarlara 

nəbati 

naxışlar 



çəkilib. 

Əvəzində 




 

248 


qadınların  ənlik-kirşanına,  zinət  əşyalarına  aşırı 

diqqət  yetirilib.  İndisə  fikir  verin:  bu  cərgədə 

dayanaqlı heç nə yoxdur. Xalçanı tapdalayıb keçmək, 

üstündə  əyləşmək,  mütəkkələrə  söykənmək  mümkündür; 

xalçaları,  mütəkkələri,  sandıqları  əziyyətsiz  bir 

yerdən  başqa  yerə  daşımaq,  naxışları  çoxaltmaq  və 

ya  azaltmaq  (silmək)  olar.  Bunun  səbəbi  odur  ki, 

islam  dinində  müsəlmanı  Allaha  ibadətdən  fani 

dünyaya  bağlayan  nə  varsa,  hamısı  pislənir.  Hətta 

əcdad  qəbirlərinin  yerlə  yeksan  olması  fikri 

intensiv 

şəkildə 


aktuallaşdırılıb 

ki, 


insan 

emosiyalara  uyub  özünə  Kəbədən  əlavə  ziyarətgah 

düzəltməsin.  Odur  ki,  müsəlman  məkanı  təşkil 

edərkən  onun  cəmi  bir  oriyentiri  olub:  QİBLƏ. 

Şərqin 

islam 


məmləkətlərində 

evlərin 


qapısı, 

pəncərəsi  qibləyə  açılıb,  namaz  qılarkən  möminlər 

üzlərini  qibləyə  tutub  ibadət  eləyiblər,  meyidi 

harada  olursa  olsun  qiblə  istiqamətində  uzadıblar. 

Çünki 

Kəbə 


islam 

toposunun, 

islam 

loqosunun 



energetik,  intellektual  və  qutsal  mərkəzidir.  Qiblə 

Allahın  müqəddəs  Kəbədə  yerləşən  evinin  yönüdür. 

Bura  islam  dünyasının  elə  bir  nöqtəsidir  ki,  bu 

nöqtədə horizontal müstəvi sanki bir düymə ölçüsünə 

qədər 

balacalaşıb, 



enerjisini 

konsentrə 

edib 

sferaya  atılır,  vertikala  transformasiya  olunur; 



vertikal  isə  elə  bil  ki  yuxarıdan  ox  kimi  bu 

nöqtəyə 


batıb 

bütün 


horizontal 

boyunca 


öz 

enerjisini  paylayır.  Toposferada  Allahla  insan 

arasındakı 

məsafənin 

minimal 

həddə 


çatdığını 

bildirən  işarə  Kəbədir.  Allahın  emanasiyasının  və 

bəndənin  ilahiyə  qovuşmasının  qrafik  vizuallığıdır 

Kəbə. İbadət vaxtı üzü qibləyə dayanmış müsəlmanlar 

sanki  Allaha  deyirlər  ki,  biz  Səndənik.  Bu,  eyni 

zamanda  onların  icmaya  mənsubluğunun  şəhadətidir. 

Məscid  isə  məkan  içrə  Kəbəni  (qibləni)  tirajlayan 

dini  obyektdir.  Möminlər  onu  hər  yerdə,  yəni 

dünyanın  istənilən  bölgəsində  Kəbənin  əvəzləyicisi, 



 

249 


simvolu  kimi  qavrayırlar.  İslam  məkanında  MƏSCİD 

ünsiyyət  institutudur.  Məsciddə  insanlar  sanki  öz 

qapalı  məkanlarının  hüdudlarından  çıxıb  daha  geniş 

bir 


dünya 

ilə 


təmas 

yaradırlar. 

Bu 

təması 


şərtləndirən  məscidin  şəraiti,  zahiri  görkəmi  və 

daxili 


quruluş 

formasıdır. 

Məhz 

məscidin 



iç 

tərtibatına xas boşluq və asudəlik möminlərə sonsuz 

bir  sakitlik  və  əminlik  bəxş  edir:  bura  yalnız 

xəttatlıq  nümunələri  və  islimilərlə  bəzədilir,  yerə 

evlərdə  olduğu  kimi  xalça-palaz  döşənir,  tağ 

formalı  sadə  hörgülər  isə  gerçəkliklə  sakral  dünya 

arasında  ötürücü  rolunu  oynayır.  Müsəlman  ölkəsində 

MƏSCİD  kobud,  urvatsız  materiyanın  ruh  aləminə 

transformasiyasının,  keçidinin,  dönüşünün  rəmzidir. 

Sərin 


suyu 

olan 


hovuz 

da 


məscid 

həyətinin 

atributudur. 

Burada 


kölgəlik 

tapıb 


dincəlmək, 

rahatlanıb  öləridən  və  əbədidən,  insandan  və 

Allahdan,  ticarətdən  və  dindən,  məişətdən  və 

ibadətdən  qayğısız  danışmaq  üçün  ağaclar  (əksərən, 

sərv,  xurma)  da  əkilir.  Müsəlman  şəhərində  məscid 

həmişə  potensial  balaca,  xudmani  PARKDIR;  hər  bir 

ev isə microməsciddir. 

     İslam  dünyasında  öz  kommunikativ  funksiyası 

etibarı  ilə  məscidə  bərabər  ikinci  yer  BAZARDIR. 

Müsəlman  “şəhər  kompleksinin  əsasını  həmişə  bazarla 

məscid  təşkil  edir;  onların  əlaqəsi  qədim  ərəb 

mədəniyyətinin  ənənələrindədir:  çünki  Məkkə  həm 

zəvvarlıq,  həm  də  ticarət  mərkəzi  idi”

3

.  “Həm 



ziyarət,  həm  ticarət”  deyiminin  kökü  elə  burda. 

Bazar 


isə 

müsəlman 

Şərqinin 

əsas 


alver 

məntəqəsidir.  Lakin  müsəlman  bazara  təkcə  alış-

veriş  etməkdən  ötrü  getmir.  Bura  da,  bir  növ, 

müsəlmanın  diskussiya  klubudur,  faydalı  istirahət 

zonasıdır. 

     Orta  çağlarda  camaat  məscid  və  bazara  bir  də 

ona  görə  axışırdı  ki,  gündəlik  lokal  olayların 

tamaşasına  çıxsın,  qohumların,  tanışların  görüşünə 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə