Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə79/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   75   76   77   78   79   80   81   82   ...   135

 

238 


yox,  baş,  əllər  və  ayaqlar  vasitəsilə  də  anmaq 

mümkündür.  Dərvişlərin  dönməsi  elə  mövləvi 

zikrlərinin  toplusudur.  Zikr  zamanı  baş  sanki 

çevrə  sərhəddi  üzrə  hərəkət  etdirilir.  Baş  qa-

rın 

nahiyyəsi 



istiqamətindən 

hərəkətə 

gətirildikdə  “lə”  kəlməsi,  yuxarıya  doğru 

qaldırıldıqda  “ilahə”  sözü,  sol  çiynə  sarı 

aparıldıqda  isə  “illə”  deyilir.  Sonuncu  “llah” 

kəlməsini 

başın 

ürəyə 


doğru 

endirilməsi 

bildirir.  Bu  zikr  türkcə  “dörd  vuruş”,  fars 

dilində  isə  “dörd  qapı”  adlandırılır  və 

dərvişlərin  səma  məclislərində  dünyanın  bütün 

əksliklərinin,  dörd  yönünün  eşqlə  coşan  ruhun 

ekstatik 

atmosferində 

birləşib 

vəhdətə 


gəlməsinə 

işarə 


edir. 

Mövlananın 



“biz 

birləşdirmək  üçün  gəldik,  ayırmaq  üçün  yox” 

deyimi də bu fikri təsdiqləyir. Sufisayağı zikr 

şəriətə  əsaslanan  improvizədir.  Elə  improvi-

zədir  ki,  sonradan  kanonik  formaya  çevrilib 

dərvişlərin səma məclislərinin kompozisiyasının 

başlıca  konstruktiv  elementi  kimi  özünü  büruzə 

verir. 

Təsadüfi 



deyildir 

ki, 


ingilis 

tədqiqatçısı  İra  Fredlənder  dərvişlərin  dairə 

boyu  zikrini  “canlı  mandala”  (buddizmə  bağlı 

miflərdə dünya modeli) adlandırır. 

       Səma məclislərinin bu hissəsinə Mukabele, 

dərvişlərin  dairə  perimetrilə  gəzişinə  isə 



“halqa”  deyilir.  Bu  gəzişmə  üç  dəfə  təkrar 

olunur və Ruminin böyük oğlunun şərəfinə “Dövr-



i  Sultan  Vələd”  və  ya  “Dövr-i  Kəbir”  adlanır. 

Burada  halqa  planetlərin  sonsuz  kəhkəşanda 

cızdığı  əbədi  hərəkət  yolunun,  əbədi  dönüşünün 

simvoludur,  dünyada  mövcud  olan  şəkil  və 

surətlərin bir-birinə salamıdır.  

       Halqa üç dəfə təkrarlandıqdan sonra şeyx 

öz 

yerinə 


keçir. 

Buradan 


səmazənlər 

və 


musiqiçilər 

aydın 


görünür. 

Dərvişlər 

çevikcəsinə xirqələri əyinlərindən çıxarıb öpür 

və  yerə  atırlar.  Axçi  Dədə  və  səmazənbaşı  bu 




 

239 


xilqələri  yığıb  bir  kənara  qoyurlar.  Tək  bir 

tənnurədə 

qalmış 

dərvişlər 



əllərini 

çarpazlaşdırıb çiyinlərindən tuturlar və Şeyxin 

hüzuruna  addımlayırlar.  Sinədə  çarpazlanmış 

qollar  “əlif-lam”dır,  “lə  ilahə  illəllah”ın 

kalliqrafik  işarəsidir.  Bu  zaman  səmazənbaşı 

Şeyxin  əlindən  öpüb  onun  beş  addımlığında 

dayanır  və  buradan  rəqsə  rəhbərlik  edir.  Digər 

dərvişlər  də  onun  kimi  davranıb  öz  yerlərinə 

keçirlər. 

       Beləliklə,  üçüncü  bölüm  (və  ya  birinci 

hissə) 

qurtarır, 



xanəgahın 

sükutu 


səmavi 

sədalar otağında bir anlığa bərqərar olur. Rəqs 

ustasının  və  ya  Şeyxin  ağ  başmağının  xirqənin 

altından  görünməsi  “dörd  salam”dan  ibarət 

ikinci  hissənin,  yaxud  dördüncü  bölümün,  yəni 

səmazənlərin 

rəqsə 

başlaması 



üçün 

şərti 


siqnaldır. 

Dördüncü 

bölüm 

dörd 

salamdan 

ibarətdir. 

     Birinci  salamın  mənası:  insan  bilgisiylə 

həqiqətin  aydınlığına  çatır,  Allahı  və  özünün 

ona  bir  qul  olduğunu  dərk  edir.  Bu  vaxt  “dü-

yek”  ritmində  “Dövri  Rəvan”  adı  verilmiş 

melodik  musiqi  çalınır.  Dərvişlər  aramla  dönüb 

fırlanmağa başlayırlar. Fırlanma məqamında sinə, 

ürək  nahiyyəsi  göylərə  paralel  olmalıdır.  Ona 

görə də qollar yana açılır, baş isə çiynə doğru 

əyilir.  Səmazənin  azacıq  yuxarı  tuşlanmış  açıq 

sağ  əli  Allahın,  göylərin  mərhəmətini,  xeyr-

duasını  sanki  ovuc  içinə  toplayır.  Sol  əlin 

döşəməyə  perpendikulyar  olan  barmaqları  isə  bu 

xeyir-duanı  aşağı  dünyaya  ötürür.  Belə  pozada 

dərvişlərin  bədəni  sakral  və  urvatsız  dünyalar 

arasında  mediator  rolunu  ifa  edir.  Fırfıra 

dərvişlərin səma zamanı hərəkətlərinin quruluşu 

sufilikdə  ayaq  zikrinə  uyardır.  Ayaq  zikri 

mövləvilərdə  batində  xatırlanan  “İsmi  Cəlal”ın 

(tanrının  adı)  zahirdə,  məkanda  yaradılan 

konfiqurasiyasıdır.  Bu  zikr  sağdan  sola  doğru 



 

240 


yerinə  yetirilir.  Səmazən  sol  ayağını  geri 

çəkib  təzədən  sola      dönür  və  beləliklə, 

səmaxana  boyu  fırlana-fırlana  gəzişir.  Zikr 

vəcdin  astanasıdır,  vəcdə  çatmağın  yoludur, 

sufilikdə 

“hal” 

məqamına 



yetişmək 

üçün 


vasitədir.  Səma  isə  vəcdin  zirvəsidir,  vəcdə 

gəlib 


bayılmaq, 

özünü 


unudub 

İstəkliyə 

qovuşmaqdır.      

       İkinci  salamın  mənası:  bu  salam  zamanı 

insan  Allahın  yaratdıqlarında  təzahür  edən 

ilahi  əzəmətinin  müşahidəsinə  qapılır,  Allahın 

böyüklüyünə 

və 


qüdrətinə 

heyran 


olub 

heyranlıqla 

dönməyə 

davam 


edir. 

Zikr 


gücləndikcə  dərvişlərin  fırlanma  sürəti  də 

artır.  Melodiyaların  ritmik  strukturu  ardıcıl 

olaraq  dəyişir,  “dü-yek”  9/8  ölçüsündə  ifa 

olunan “Evfer”lə əvəzlənir. 

       Salamdan  salama  keçid  küdüm  (türk  zərb 

aləti)  səsiylə  müşayət  edilir  və  bu  səs 

dərvişin 

ruh 


“nərdivan”ında 

mərtəbədən 

mərtəbəyə  yüksəlişini  və  Allahın  “KUN”  (OL) 

əmrini simvollaşdırır. 

       Üçüncü salamın mənası: bu salam bildirir 

ki,  artıq  heyranlıq  duyğusu  eşqə  çevrilmişdir; 

yəni  bu  məqam  vüsal  məqamıdır,  sevgidə  yox 

olmaq,  heçləşmək  məqamıdır.  Üçüncü  salamda 

yaşanan 

halətə 


sufilikdə 

“fənafillah”, 

buddizmdə 

isə 


“nirvana” 

deyirlər. 

Burada 

dərvişlərin  fırlanma  tempi  özünün  ən  yüksək 



nöqtəsinə  çatır.  Odur  ki,  musiqi  kompozisiyası 

iki  hissəyə  ayrılır:  öncə  sazəndələr  24/8 

ritmik 

qəlibinin 



ölçülərini 

gözləyirlər. 

Dərvişlər ara vermədən dönürlər. 6/8 ritmik qə-

libində 


ifa 

edilən 


becid 

“Yürük 


səmai” 

eşidiləndə 

üçüncü 

salamın 


ikinci 

hissəsi 


başlayır.  Dönmələr  sürətlənir  və  tezləşir.  

Səmazənlər  indi  dairə  boyunca  düzülüb  aramsız 

şəkildə 

hərlənən 

iri, 

ağ 


fırfıraları 

xatırladırlar. Dərvişlərin tənnurələri bu zaman 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə