Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə75/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   71   72   73   74   75   76   77   78   ...   135

 

226 


“gəzdirmək” 

üçün 


ən 

yaxşı 


vasitələrdən 

biri 


məclisdir. 

Onun 


köməyilə 

informasiya 

həməncə 

ictimai 


şəbəkəyə 

çıxarılır 

və 

tezliklə 



ağız 

ədəbiyyatı 

üçün 

potensial 



materiala 

çevrilir. 

Məclis 

həmişə 


gündəlik 

məişətin 

fövqündədir: 

məişətin  tamamlandığı  nöqtədən  məclis  başlayır. 

Hətta urvatsız kef məclisləri belə məişətlə əlaqəni 

kəsir.  Məclis  gündəlik  məişət  içrə  mini-bayram 

zonası 

yaratmaq, 



mərasim 

dünyasına 

qatılmaq 

cəhdidir  və  bütün  vəziyyətlərdə  teatral  təmtəraq 

deməkdir.  Lakin  bu  onu  bildirmir  ki,  məclis 

məişətin  qarşıdurumudur,  oppozisiyasıdır.  Əsla. 

Məclis  məişət  üzərində  qurulur,  onun  davamı  kimi 

meydana  çıxır  və  maddi  sfera  ilə  ruh  sferasının 

kəsişdiyi  nöqtədə  bərqərar  olur,  ötürücü  olur, 

transformator  funksiyasını  yerinə  yetirir.  Məclis 

məişətin  zirvə  durumudur,  bayramıdır,  təntənəsidir 

və eyni zamanda süqutudur. Məişətin son divarı kimi 

bir  şeydir  məclis.  Ondan  o  yana  məişət  yoxdur, 

yalnız 


ünsiyyət 

var. 


Müsəlman 

mədəniyyəti 

kontekstində 

məclis 


seyrçilərdən 

ötrü 


deyil, 

iştirakçılardan 

ötrü 

tamaşadır, 



“özüm” 

üçün 


tamaşadır,  ünsiyyət  oyunudur,  teatral  davranışlar, 

ədalar,  monoloq  və  dialoqlar  sistemidir.  Məclis 

teatral-bədii 

təbiətə 


malik 

virtual 


ünsiyyət 

sistemidir. 

   Lakin... və bir də lakin... İslam mədəniyyətində 

məclis  nadir  təzahürlər  cərgəsinə  düşmür.  Belə  ki, 

müsəlman yaşadığı dünyada, toplumda və öz ailəsində 

permanent  olaraq  məclis  qurmağa,  məclisdə  bulunmağa 

bəhanə  və  imkan  axtarır,  məclis  düzənləmək  üçün 

minimal  şansdan  da  yararlanır.  Müsəlmanın  aləmində 



cəmiyyət  məclislərdən  qurulmuş  bir  mozaikadır. 

Dövlət  idarəçiliyi  şəbəkəsində  parlament,  şura, 

divan,  partiya  və  məhkəmə  iclaslarının,  dini 

moizələrin  hamısı  müsəlman  üçün  məclisdir.  Məişət 

səviyyəsində  məclis  toydur,  yasdır,  hər  hansı  bir 



 

227 


münasibətlə  kef  dostları  və  həmsöhbətlər  üçün 

verilən  ziyafətdir.  Mədəniyyət  qatında  isə  müsəlman 

poeziya,  musiqi  gecələrini,  mürşid  və  ariflərin 

toplantılarını,  dindarların  Quran  və  şəriətlə  bağlı 

moizələrini  məclis  sayır.  Onda  belə  çıxır  ki, 

müsəlmandan  ötrü  dünyanın  özü  elə  sonu  bilinməyən 

məclisdir 

və 


müsəlman 

Allah 


məclisinin 

iştirakçısıdır.  Bu  xüsusda  diqqətinizi  bir  fars 

kəlməsinə  yönəltmək  istərdim.  Fikir  verin  “bəzmi-

əzəl”  sözünə.  “Bəzmi-əzəl”  farscadan  tərcümədə 

“başlanğıc 

məclisi”, 

“ilk 

məclis” 


mənalarında 

anlaşılır.  Bu  ifadə  ilə  farslar  Allahın  dünyanı 

yaratdığı  məqamı,  yəni  Allahın  dünyanı  yaratdığı 

məclisi

eyhamlaşdırırlar. 



Bəzmi-əzəl 

dünyanın 

heçdən  var  olduğu  məclisdir.  Deməli,  müsəlman 

mədəniyyətində  dünyanın  özü  məclis  mənşəlidir, 

məclis  ünvanlıdır.  Başqa  cür  desəm,  dünya  Allahın 

məclisidir.  Bəzi  xırdalıqlara  varaq.  Farslar  məhz 

kef məclisini bildirmək üçün “bəzm” sözünə müraciət 

edirlər. 

Onda 

“bəzmi-əzəl”in 



sətri 

tərcüməsi 

“birinci kef məclisi” mənasını aşkarlayır. Bu da öz 

növbəsində  maraqlı  düşüncələr  üçün  əla  müstəvidir. 

Bəlkə  elə  “birinci  kef  məclisi”nə,  yəni  “bəzmi-

əzələ”  işarə  eləyib  Allahın  dünyanı  özünə  əyləncə 

yaratdığını 

söyləyirlər, 

insanları 

kuklalara, 

kölgələrə, 

Tanrını 


isə 

kuklaçıya, 

xəyalçıya 

bənzədirlər.

4

  Həqiqətən,  əgər  “bəzmi-əzəl”  ideyası 



islam  mədəniyyətində  olmasaydı,  bu  sayaq  düşüncələr 

və yozumlar haradan meydana gələ bilərdi? 

   Müsəlman  mədəniyyətində  məclis  məişət  adiliyinin 

estetikliyə,  ünsiyyətin  sənətə  keçidi  məqamıdır. 

Dünya  Allahın  adi  günlərini,  əbədiyyətini  bəzəyən 

məclisdir, 

oyuncaqdır, 

Onun 


əyləncəsidir. 

Bu 


məclisin  yeganə  seyrçisi  də  elə  tanrının  özüdür. 

Yer  üzündə  nə  qədər  canlı  məxluq  varsa,  onların 

hamısı  islam  mədəniyyətində  məclis  əhli  kimi 

təsəvvür  olunur.  Bu  siyahıya  insanlarla  birgə 




 

228 


heyvanlar, quşlar, həşəratlar da daxildir, mələk və 

əcinələr  kimi  mifik  personajlar  da.  Məsələ  ondan 

ibarətdir  ki,  məclisi  müsəlman  varlığın  bütün 

qatlarına,  bütün  sferalarına  transformasiya  edə 

blir.  Çünki  məclis  olduqca  uyuşqan,  mütəhərrik  və 

açıq  strukturdur.  Heç  bir  məclis  digərinin  təkrarı 

olmur.  Onlar  bir-birlərinə  bənzəyə  bilərlər,  amma 

heç  vədə  eyniləşməzlər.  Bir  çaya  iki  dəfə  girmək 

mümkün olmadığı kimi bir məclisə də iki dəfə düşmək 

mümkünsüz. 

Məclislər 

də 


tamaşalar 

kimidir: 

təkrarlanırlar,  di  gəl  ki,  aralarında  heç  vədə 

eyniyyət  olmur.  Çünki  tamaşa  da,  məclis  də  həmişə 

ünsiyyətlə,  ovqatla  və  vaxtla  bağlı.  Azərbaycan 

dramaturqları 

çox-çox 

əvvəllər 

öz 

pyeslərini 



“məclis”lərə bölərdilər. Bu o deməkdir ki, müsəlman 

Şərqində  hətta  teatr  belə  məclisin  bir  təzahür 

varianntı  kimi  qavranılıb.  Sonucda  yenidən  dönək 

öncəki  suala:  məclis  nədir?  Onun  təsəvvürü  və 

təsviri  nəmənə?  Əgər  məclis  ünsiyyətin  qəlibidirsə, 

və  bu  ünsiyyətin  özünün  heç  bir  forması-filanı 

yoxdursa,  yəni  ünsiyyət  ruh  kimi,  nəfəs  kimi 

gözəgörünməz  bir  şeydirsə,  onda  məclisin  plastik 

görkəmi nə tövrdür? 

     Ortaçağ 

müsəlman 

mədəniyyəti 

kontekstində 

MƏCLİS  HAŞİYƏDİR,  ÇƏRÇİVƏDİR.  Çərçivə  isə  təbii  və 

süni,  təxəyyül  və  gerçəklik  arasında  ötürücüdür. 

Məclis  də  bu  sayaq:  özündə  bu  funksiyanı  yaşadır. 

Məclis  ötürücü,  astana,  sərhəd  olur  məişətlə 

toplum, 

təbiətlə 

mədəniyyət, 

maddilə 


mənəvi 

arasında. 



     Məclis iştirakçısı həmişə astana adamıdır.  

     Məclis 

üçün 

real 


xronotop 

“astana 

xrotonopu”dur.      

     Məclis məişətin “gündəlik” əməl, fakt və vaxt, 

hadisə  zəncirində  əməlsizlikdir,  hadisəsizlikdir

real 

zaman 


axımında 

fasilədir, 

taym-aut 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə