Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə74/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   70   71   72   73   74   75   76   77   ...   135

 

223 


Ünsiyyətdən 

ailələr 


qurulur, 

uşaqlar 


doğulur, 

toplumlar,  dinlər  yaranır,  elm  inkişaf  stimulu 

alır,  proyektlər  cızılır,  müharibələr  və  inqilablar 

baş  verir,  oyunlar  düzənlənir,  bayramlar,  paradlar 

təşkil  olunur.  Hərçənd  ünsiyyət  mafiozi  qruplara, 

cinayətkar 

dəstələrə, 

türmələrə 

və 

hətta 


dəlixanalara  da  aparıb  çıxara  bilir.  Elə  ona  görə 

də  ünsiyyəti  nəzarətdə  saxlamaq  mühüm  bir  iş.  Amma 

soruşmaq  olar:  o  şey  ki,  gözə  görünmür,  o  şey  ki 

ruha da bənzəyir, kabusa da, ona necə nəzarət etmək 

mümkün?  Müsəlman  fikirləşib  bunun  çarəsini  tapıb, 

MƏCLİSİ  “kəşf”  edib  və  onu  bir  tənzimləyici 

statusunda meydana gətirib.  

     MƏCLİS.  İslam  mədəniyyəti  şəbəkəsində  məclis 

heç  bir  forma  tanımayan,  düzü,  forma  içinə 

sığmayan,  formatlaşması  mümkün  olmayan  ünsiyyətin 

rəsmi  qəlibi  kimi  çıxış  edir.  Hər  bir  qəlib 

(forma),  öz  növbəsində,  çərçivədir,  məhdudiyyətdir. 

Məclis  ünsiyyətdən  düzənlənir,  yəni  o,  formasızın 

formasıdır,  qəlibsizin  qəlibidir.  Məclis  ünsiyyət 

üçün  planlaşdırılır.  Ünsiyyət,  təmas  isə  məclisi 

gerçəkləşdirir.  Deməli,  məclis  formadır,  ünsiyyət 

formasıdır.  Lakin  bununla  yanaşı  məclis  həm  də 

ünsiyyətin  özüdür.  Yəni  ki  məclis  ünsiyyət  olanda 

olur. Ünsiyyət başlamamışdan öncə məclis də yoxdur. 

Onda  belə  çıxır  ki,  məclisin  müəllifi  ünsiyyətdir. 

Hərçənd  müsəlman  aləmində  hər  məclisin  bir  sahibi 

var.  Məclisi  o,  təxmin  edir,  o,  proqramlaşdırır. 

Bir  sözlə,  məclisin  təşkili  və  məsuliyyəti  sahibin 

boynunadır. Di gəl ki, məclisi YARADAN, onu “yoxdan 

var  edən”,  məclisi  məclis  edən  ünsiyyətdir.  Artıq 

bu  məqam  məclisə  sərbəst  stixiya  statusu  verir  və 

məclis  sahibinin  rolunu  minimallaşdırır.  Nədən  ki, 

indən  sonrasına  məclisi  ünsiyyət  idarə  edəcək  və 

məclis 

açıq 


enerji 

dövriyyəsinə 

çevriləcək, 

nəzarətdən  çıxacaq,  ehtimal  nəzəriyyəsinə  görə 

mövcud  olacaq.  Yəni  məclis  hər  an  öz-özünə  qapana 



 

224 


bilər,  sönə  bilər,  qurtara  bilər,  yox  ola  bilər.  

Maddi  dünya  ilə  ruh  dünyasının  şəffaf  sərhəddində 

məclis 

zamanın 


müvəqqəti 

forması, 

müvəqqəti 

ünsiyyət  forması,  müvəqqəti  ünsiyyət  birgəliyi, 

ünsiyyət ittifaqı kimi mövcuddur. 

     Öz 


təbiətinə, 

səslənməsinə, 

arxitektonik 

quruluşuna 

və 

sosial-mədəni 



kontekstinə 

görə 


“məclisun” 

(cəm 


şəklində 

“məcalisu”) 

sözü 

ərəbcədir, 



“yığıncaq”, 

“toplantı”, 

“iclas”, 

“qonaqlıq”,  “əyləncə  gecəsi”,  “parlament”  və  digər 

bu  qəbildən  olan  mənaları  bildirməyə  qabildir.  İlk 

baxışda  hər  şey  gün  kimi  aydındır.  Sözün  səlis, 

düzgün  tərcüməsi  var.  Amma  məsələ  təkcə  bununla 

bitmir.  İş  bu  ki,  MƏCLİS  müsəlman  mədəniyyətinin 

fenomenidir.  Hətta  belə  də  demək  olar  ki,  islam 

mədəniyyəti 

məclis 

mədəniyyətidir. 



Müsəlman 

aləmində  iki  və  ya  daha  artıq  adamın  az-çox  təşkil 

edilmiş  görüşü  məclis  adlandırıla  bilər.  Əksərən 

müsəlman  adicə  yığışıb  birgə  çayiçmə  mərasiminə 

(vərdişinə?!)  də  məclis  deyir.  Məclisdə  müsəlman 

üçün  mərasim  siqləti  var.  Mərasim  ideyası  məclisdə 

həmişə  aktualdır.  Məclis  dini  mərasimin,  ritualın 

kübarcasına  stilizə  edilmiş  variantıdır.  Müsəlaman 

mərasimlərdə,  məclislərdə,  etiketlər  və  kanonlar 

dünyasında  yaşamığı  xoşlayır,  bu  “çərçivə”lər  içrə 

bir  rahatlıq  duyur.  Vay  o  gündən  ki,  müsəlmanın 

etiketdən xəbəri olmasın. Elə həmin andaca müsəlman 

xoflanacaq, 

ətrafını 

potensial 

düşmən 


kimi 

qavrayacaq, 

özünü 

itirəcək, 



çaş-baş 

düşəcək, 

yazıqlaşacaq,  əlacsız  görünəcək.  Bu  mənada  məclis 

müsəlmandan  ötrü  ünsiyyət  etiketidir.  Necə  rəftar 

edəcəyini  bildiyindən  o,  məclisdə  hədsiz  bir 

asudəlik  tapır.  Məclis  müsəlmanın  ideal  həyat 

modelidir:  məclis  müsəlman  üçün  cənnətin  müvəqqəti 



gerçəkləşən  bir  parçasıdır.  Burada  nizam,  qayda  öz 

nümunəvi  halına  yaxın  bir  vəziyyətdədir.  Məclisin 

baş  tutması  üçün  gərək  dəvətli  iştirakçılar  ola, 



 

225 


məclisin  keçirildiyi  məkan  ola,  məclisin  mövzusu 

(toy,  yas,  qonaqlıq,  musiqi,  poeziya,  dini-fəlsəfi) 

və  ya  özünəməxsus  plan-prospekti  ola.  Məclisdə 

iştirakçıların  (üzvlərin  ya  da  qonaqların)  yerbəyer 

əyləşməsi  də  vacib  bir  şərt.  Hətta  bu  fakt  o  qədər 

vacib ki, söylənilə bilər: müsəlman aləmində məclis 

əyləşmiş  adamların  məclisidir,  onların  ünsiyyət 

birgəliyidir. Təsadüfi deyil ki, “məclis” sözü  ərəb 

dilində  “oturmaq,  əyləşmək”  kimi  anlaşılan  “cələsə” 

məsdərindən  düzəldilmədir.  Müsəlman  dünyasında  ayaq 

üstə  dayanmış  adamların  məclisi  olmur.  İslam 

mədəniyyəti  kontekstində  insanların  ayağa  qalxması 

məclisin  sona  yetdiyinə,  ünsiyyətin  tükəndiyinə  bir 

işarədir. 

Məslisdə 

əyləşmək 

mütləqdir. 

Avropa 


mədəniyyətində isə bu, nəzərə alınmır. Hansı tədbir 

ayaq  üstə  keçirilirsə,  onun  öz-özünə  dağılması 

təhlükəsi  daha  çox  olur.  Mitinqlər  buna  əyani 

sübut.  Şərqli  mitinqin  nə  olduğunu  əsrlər  boyu 

bilməyib. 

Mitinq 


Qərb 

mədəniyyətinin 

küçələrə 

atdığı  bir  ideya,  bir  sosial  ünsiyyət,  sosial 

mübarizə forması. Bura toplaşanlar adətən ayaq üstə 

dayanırlar.  Mitinqdə  ünsiyyət  prosesi    ötəridir, 

nizamsızdır, 

xaotikdir. 

Miitnq 

qırıq-qırıq 



monoloqların  kompozisiyasıdır.  Məclis  isə  sahmanlı 

söhbətdir,  “mən”  və  “sən”  dialoquna  köklənmiş 

bəstə-improvizədir, 

bu 


söhbətin 

şərti 


sərhədləridir.  

     Müsəlmanın  gündəlik  ailə  həyatı  məclissiz 

ötüşür. Düzdür, doğmaların hər gün eyni vaxtda eyni 

bir  məkanda  nahar  etməsinə  də  mərasim  (məclis) 

rudimenti  kimi  yanaşmaq  mümkündür.  Olsun,  amma  iş 

bu  ki,  birincisi:  mütəmadi  yeksənəq  təkrarlar 

məclisi  “öldürür”,  onun  təşkililə  bağlı  ideya  və 

mənaları  tükədir,  bayağılaşdırır;    ikincisi:  məclis 

“mən”in  daha  geniş  ünsiyyət  çevrəminə  düşmək 

istəyinə  bir  işarədir.  Nədən  ki,  hər  hansı  bir 

leqal 

və 


qeyri-leqal 

informasiyanı 

cəmiyyətdə 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə