Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə71/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   67   68   69   70   71   72   73   74   ...   135

 

214 


yazır  ki,  “müsəlman  şəhəri  torpağın  üstündə  yavaş-

yavaş,  ustufca  meydana  gəlib  ucalır,  ona  gərəkli 

təbii  resursları  maksimal  dərəcədə  mənimsəyir, 

sakinlər tərəfindən tərk edildikdən sonra isə asta-

asta 

uçub-dağılıb 



yenidən 

torpağa 


qarışır”.

1

  



Müsəlmanın  şəhəri  başqa  cür  də  ola  bilməz.  Çünki 

onun  şəhəri  onun  həyat  fəlsəfəsinin  təcəssümüdür. 

Muhamməd  peyğəmbər  buyurur  ki,  müsəlmanın  qəbrinin 

də  yerlə  yeksan  olması  gərək.  Yəni  heç  nəyə 

bağlanma...  Heç  nə  səninki  deyil...  Heç  nə  əbədi 

qalmır...  Fanilik  ideyasının  aşkar,  gözönü  təzahürü 

müsəlman  şəhəridir.  Əbədi  olan  Allahdır,  bir  də 

onun  evi  Kəbə...  Əgər  insan  bu  dünyaya  qonaqdırsa, 

deməli,  şəhər  (hər  hansı  bir  digər  bölgə)  onun 

müvəqqəti  dayanacaq  yeridir,  karvansarasıdır  və  bu 

karvansarada  dünyanın  yalnız  bir  mənzərəsi  var: 

SƏMA...  Karvansarada  isə  məhəllə  olmur,  nədən  ki, 

hamı 

kompakt 


yaşayır, 

özünəməxsus 

kommunada 

yaşayır, təsadüfən təşkilatlanmış icmada yaşayır... 

     Məhəllə  sistemi  müsəlman  şəhərlərində  XIX 

yüzildən  virtual  xassələrə  malik  bir  simulyakr  (o, 

icmanın  əvəzidir,  şəhərin  mikroçipi,  mikroyaddaşı 

kimi  bir  şeydir)  qismində  formalaşmağa  başlayır. 

Məhəllə  özündə  icmanı,  şəhəri  imitasiya  eləyir. 

Təbii  ki,  XIX  əsrdə  bu  müsəlman  şəhərlərinin  orta 

çağlardan 

ayrılıb 


yeni 

zamanlarda 

böyüməsi, 

genişlənməsi, 

və 

belə 


deyək 

də, 


daha 

çox 


avropalaşması ilə ilişikli bir proses idi. 

     Ola  bilsin  ki,  dünyanın  heç  bir  ölkəsində 

məhəllə  duyğusu  Azərbaycanda,  xüsusilə  Bakıda, 

Abşeironda  olduğu  kimi  güclü  təzahür  etməyib. 

Məhəllə XIX yüzildə İçəri şəhərin çölündə tikilməyə 

başlayan  Bayır  şəhərin  fenomenidir.  Bakıda  hər  bir 

məhəllə  həmişə  potensial  İçəri  şəhər  olub  və  özünü 

icma  mərkəzinin  simulyakrına  çevirib.  Bu,  düz,  lap 

düppədüz.  Hərçənd  Bakıda  məhəllə  özgürlüyünə  təsir 

edən  faktorlardan  biri  də  odur  ki,  bura  Qafqazdır. 




 

215 


Məhəllə  İslam  və  Qafqaz  ənənələrinin  sintezindən 

formalaşmış  möcüzəli  ruhsal  əlaqələr  sistemidir. 

Qafqaz  dünyanın  dağlar  zonasıdır.  Hər  məhəllə  isə 

özündə  mütləq  şəkildə  müsəlman  icması  ilə  birgə 

Qafqazı 


yaşadır, 

qafqazlı 

yaddaşını 

yaşadır, 

qafqazlı 

vərdişlərini, 

qafqazlı 

simvollarını, 

qafqazlıların 

mərdlik 


nişanələrini 

yaşadır... 

Bakıda  məhəllənin  qeyri-formal  sahibləri  həmişə 

kişilər,  xüsusilə  də  “qədeş”lər  (Bakı  dialektində 

“qardaş” 

sözünün 


deyilişi) 

olublar. 

Qədeşləri 

qoçuların  sovet  gerçəkliyinə  inteqrasiya  variantı 

da  saymaq  mümkündür.  Onlar  özlərində  müsəlman 

qoçusunun, 

qafqazlı 

cəngavərinin 

əlamətlərini 

birləşdirib  məhəllənin  əxlaq  kodeksinin  nəzarətçisi 

kimi  çıxış  edirdilər.  Təbii  ki,  bu  məqamın  təkcə 

pozitiv bir şey kimi qələmə verilməsi heç də düzgün 

olmaz.  Çünki  qədeşlər  məhəllədə  neqativ  enerjinin 

daşıyıcılarına da çevrilə bilirdilər.  

      İçəri  şəhərin  dışında  Bayır  şəhər  inşa 

olunmağa  başladığı  çağdan  Bakı  “Yuxarı  məhəllə”, 

“Aşağı 

məhəllə”, 



“Cühudlar 

məhəlləsi” 

(Bakıda 

yəhudilərə 

həmişə 

“cühud” 


deyiblər), 

“Dağlı 


məhəlləsi”  kimi  nüfuz  bölgələrinə  və  palanlara 

ayrılmışdı.  Abşeironun  kəndlərində  də  bu  prinsip 

gözlənilirdi.  Maştağada  əsas  etibarı  ilə  “Seyidlər 

məhəlləsi”, 

“Keçəllər 

məhəlləsi”, 

“Xonxarlar 

(“xonxar”  farsca  “qantökən”  deməkdir)  məhəlləsi” 

kimi 

“folklorlaşmış” 



yaşayış 

bölgələri 

məşhurlaşmışdı.  Onlardan  hər  birinin  adı  oranın 

sakinlərinin 

xarakteri, 

xasiyyəti, 

milli 

mənsubiyyəti  haqqında  məlumat  verirdi  və  həmin 



məhəllənin  əfsanəsini,  nağılını  eyhamlaşdırırdı. 

Məhəllələrdən başqa Bakı bir də öz palanlarına görə 

tanınırdı. 

Palan 


küçə 

deyil, 


müəyyən 

peşə 


sahiblərinin  toplaşdığı  məkandır.  “Zərgərpalan”da  

ancaq  zərgər  dükanları  yerləşirdi.  Nökər,  hambal 

tutmaq  üçünsə  camaat  “Həmşəri  palan”ına  gedirdi. 



 

216 


Burada  əsasən  İrandan  gəlib  öz  fiziki  qüvvəsini 

ucuz  qiymətə  satan  adamlar  məskunlaşırdı.  Məsələnin 

məğzi  isə  ondan  ibarət  ki,  şərqli,  müsəlman, 

qafqazlı 

yaşadığı 

məkanı 


“mən”ləşdirməyi, 

şəxsləndirməyi,  onu  canlı  həmsöhbətə  çevirməyi 

xoşlayır və öz fəaliyyətində buna çalışır. 

    Bakı  məhəllələrinin  formalaşması  da  etnos  və 

etnik  qrupların  mövcudluq  cədvəlində  böyük  önəm 

kəsb  edən  passionarlıqla  ilişiklidir.  Bayır  şəhərin 

məhəllələrini 

təşkil 


edənlər 

bir 


vaxt 

İçəri 


şəhərdən  qovulmuş,  ya  özxoşlarına  oranı  tərk  etmiş 

(müxtəlif məişət səbəbləri üzündən), ya da rusların 

ekspansiyası 

dövründə 

evləri 

müsadirə 



olunmuş 

insanlar  idilər.  Onların  arasında  elə  ailələr  də 

vardı  ki,  Azərbaycanın  ayrı-ayrı  bölgələrindən 

Bakıya  təşrif  buyurub  İçəri  şəhərdə  məskunlaşmaq 

istəyirdilər.  Təbii  ki,  onlar  buna  nail  olmayanda 

İçəri  şəhər  ətrafında  yurd  salmaq  məcburiyyətində 

qalırdılar.  Odur  ki,  məhəllə  və  ya  palanın 

təşəkkülünün 

əsas 

elementlərini 



passionarlıq 

moduslarında  axtarmaq  gərəkir.  Bu  subpassionarlıq 

məhəllə  çərçivəsində  özünəməxsus  bir  İçəri  şəhər 

təşkil 


edirdi, 

onun 


imitasiyasına 

çalışırdı. 

Məhəllə İçəri şəhərin yaşam tərzinin, İçəri şəhərli 

davranışının,  onun  rəftar  etiketinin  mutasiyasından 

yaranan bir sistem idi. Elə ona gərə də məhəllə (bu 

özünəməxsus  subpassionarlıq)  haradasa  yüzilə  yaxın 

bir  zaman  müddətində  yaşayıb  XX  əsrin  sonundan 

etibarən  dağılmağa  başladı:  öz  subkültürünü  yaratdı 

və  dağıldı.  İndi  artıq  məhəllə  yoxdur,    məhəllə 

qədeşləri  də.  Çünki  Bakıya  olan  güclü  axın  məhəllə 

subpassionarlığını  pozdu,  məkanı  özünə  tabe  elədi 

və  toposferi  dəyişmək  işinə  girişdi,  qədeşlərisə 

sınıq 

saxsı 


oyuncaqlar 

kimi 


kənara 

tulladı. 

Azərbaycanda  gerçəkləşən  iqtisadi  siyasətin  bir 

hissəsi  kimi  modern  şəhərsalma  da  bu  prosesi 

sürətləndirdi,  məhəllələrin  sökülməsinə  imza  atdı. 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə