Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə67/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   63   64   65   66   67   68   69   70   ...   135

 

202 


etmişdir.  Məscid  -  Bazar  -  Karvansara  müsəlman 

şəhərinin 

“bədən”ində 

əsas 

arteriyadır. 

Bu 


“arteriya”  möminlərin  yaşadığı  bölgəni  “sönməyə”, 

dayanmağa 

qoymur. 

Belə 


“qruplaşma”nın 

səbəbi 


aydındır.  Çünki  islam  və  ticarət,  din  və  alver 

həmişə  bir-birinin  içindən  “cücərib”  boy  atıb. 

Muhamməd  peyğəmbərin  adı  ilə  bağlı  olan  Məkkə  və 

Mədinə  şəhərləri  həmişə  ərəb  dünyasının  ticarət 

mərkəzləri  kimi  qavranılıb.  Müsəlman  ticarətlə 

yaşayır.  Ticarət  müsəlmanın  istisna  hüququdur, 

imtiyazıdır.  Müsəlman  ticarətsiz  miskinləşir.  BAZAR 

ticarətin  gerçəkləşdiyi  azad  ictimai  məkandır. 

Bazar  da  məscid  kimi  hamınındır  və  konkret  heç 

kimin  deyil.  Müsəlman  aləmində  məscidlə  bazarın 

intensiv  əlaqəsi  bir  an  da  səngimir.  Zaman  etibarı 

ilə bazarda ticarət müədzinin camaatı ibadətə dəvət 

etdiyi  azandan  sonra  təşkil  olunur.  Bazarın  həyatı 

məscidlə  tənzimlənir.  Azan  bazar  üçün  saat  rolunu 

oynayır.  Müsəlman  şəhərində  müədzinin  səsi  eşidilən 

kimi  bazar  ticarəti,  hər  cür  alver  əlüstü  dayanır, 

dükanların  qapısı  bağlanır,  hamı  ibadətə  tələsir. 

Ola 


bilsin 

ki, 


kimsə 

məscidə 


getməyib 

elə 


dükanındaca  namaz  qılsın.  Fərq  eləməz:  namaz  vaxtı 

ticarət  aparılmayacaq.  Bir  sözlə,  müsəlman  bazarı 

ibadətdən  ibadətə  yaşayır.  Müsəlmanın  həyatında 

ruhsal,  qutsal  olanla  faydalı,  sərfəli  isə  həmişə 

qapıbir  qonşu  olur.  Artıq  əsrlərdən  bəri  məlumdur 

ki, müsəlman bir ayağı ilə məsciddədir, o iri ayağı 

ilə  bazarda.  Heç  bir  mədəniyyət  məkan  çərçivəsində 

öz  məbədgahı  ilə  bazarını  bu  qədər  bir-birinə 

yaxınlaşdırmır. 

     Bazar 



məscidin 

qanunları 

ilə 

yaşayır. 

Ticarətin  əxlaq  kodeksinin,  ədəb  prinsiplərinin, 

davranış  etiketinin  əsasını  şəriət  müəyyənləşdirir. 

Məscidin  “gözü”  daim  bazarın  üstündədir.  Bazar 

məscidin  himayəsinə,  nüfuzuna  sığınır.  Ortaçağ 

islam  mədəniyyəti  kontekstində  bazar  təkcə  alver 




 

203 


yeri  deyil,  həm  də  misilsiz  ünsiyyət  məkanıdır. 

Müsəlman  şəhərində  bazar  leqal  və  qeyri-leqal 

informasiya  şəbəkəsidir.  Hamının  şəxsi  vərəqəsi 

bazarda  təsdiqlənir,  hamı  bazarda  tanınır.  Nədən 

ki,  bütün  təzə  xəbərlər  ləngimədən  həmişə  bazara 

“gəlir”  və  buradan  da  ildırım  sürətilə  şəhərə 

yayılır.  Ona  görə  məscidin  də  marağı  var  ki,  bazar 

onun 


böyründə, 

lap 


elə 

darvazasının 

ağzında 

yerləşsin.  Çünki  məscid  yox,  məhz  bazar  xəbərlərin 

intensiv 

və 


becid 

dəyişməsini 

təmin 

edir. 


Müsəlmanın  həyatında  bazara  getmək,  bazarlıq  etmək 

həmişə  mikro  mərasimdir.  Onun  ömründə  bazarın  öz 

xüsusi  çəkisi  var.  Bazar  müsəlman  üçün  həm  alış-

veriş  yeridir,  həm  də  haylı-küylü  bir  tamaşa 

meydanıdır,  aktiv  ünsiyyət  zonasıdır.  Müsəlmanlar 

bura  başqalarını  görməyə,  özünü  göstərməyə,  təzə 

xəbərləri  öyrənməyə,  alver  tamaşasında  iştirak 

etməyə,  seyrçi,  dinləyici  olmağa  gedirlər.  Bazar 

əyləncədir,  istirahətdir,  ünsiyyətdir,  şəhərdəki 

siyasi, 

ideoloji, 

dini, 

mənəvi-əxlaqi 



ovqat 

haqqında  məlumatdır,  müsəlman  şəhərinin  ekspressiv 

tamaşasıdır.  Orta  yüzillərdə  müsəlman  tacirləri 

bazar  meydanlarında  satdıqları  malı  reklam  etməkdən 

ötrü  muzdla  xüsusi  münadilər  tutardılar.  Münadinin 

başlıca  vəzifəsi  uca  səslə  bazara  çıxarılmış  malı, 

onun  sahibini  öyüb  tərifləmək,  min  cür  oyun 

göstərə-göstərə  diqqəti  yanında  durduğu  satdıqlara 

cəlb 

eləməli 


idi. 

Orta 


əsrlərdə 

nağılçılar, 

məsxərəbazlar, 

kuklaçılar, 

kəndirbazlar 

da 


öz 

sənətlərini  göstərmək  üçün  bazara  axışardılar. 

Bazar  müsəlman  şəhərində  tipajlar,  xarakterlər, 

etiketlər,  şakərlər,  vərdişlər  sərgisi  idi,  asudə 

ünsiyyət  zonası  idi,  folklorun  cilalandığı  ictimai 

laboratoriya 

idi. 


Burada 

sərbəst 


davranmaq, 

saatlarla  bir  yerdə  dayanıb  çənə-boğaz  döymək, 

açıq-saçıq  danışıb  əl-qol  atmaq,  söyüş  söymək, 

qarğış  eləmək,  and  içmək  olardı;  yəni  o  şeyləri 




 

204 


eləmək  olardı  ki,  onlar  şəriətlə  yasaqlanırdı. 

Bazarın meydan təbiəti buna imkan verirdi. Təsəvvür 

edilə bilər ki, müsəlman bazarı kontekstində Mixail 

Baxtinin 

“karnaval 

estetika”sının

10

 

müddəaları 



işləkdir.  Lakin  bu,  belə  deyil.  Çünki  məscid  və 

şəriət 


bazar 

meydanında 

karnaval 

dünyasının 

doğuşunu  əngəlləyirdi.  Belə  ki,  islamın  əxlaq 

prinsipləri,  toxunulmaz  ruhsal,  mənəvi  dəyərləri 

bazarda 

karnaval 

kollapsının 

qarşısına 

sipər 

çəkirdi,  sakral  və  urvatsız  sayılanların  məna 



tutumları  ilə  oynamağa,  onların  yerini  dəyişməyə 

imkan 


vermirdi. 

Nədən 


ki, 

müsəlmanlar 

bazar 

münasibətləri 



şəbəkəsində 

də 


şəriətin 

cızdığı 


hüdudlardan  kənara  çıxmırdılar.  Bazar  məsciddən 

zühura  gələn  sözlə,  imperativlə  sahmanlanır.  RƏHM 

və 

GÜNAH

HALAL 

və 


HARAM 

müsəlmanın 

bazar 

düzəninin, 



bazar 

münasibətlərinin 

əlifbasıdır, 

açarıdır,  sehrli  kəlmələridir.  Hərçənd  ki,  halal 

rəhmin, haram günahın təzahürü kimi götürülə bilər. 

Şəriət  buyurur  ki,  müsəlmana  halal  və  haramını 

gözləmək vacibdir. İslam bunu vəzifə kimi müsəlmana 

tapşırır. Tərəzidə bir kimsəni aldatmaq  haram hesab 

edilir, 

Axirət 


günü 

cəzalandırılacaq 

 

günah 


cərgəsinə  yazılır.  Bununla  bağlı  Quran  birmənalı 

şəkildə  bəyanat  verir:  “Vay  halına  ölçüdə-çəkidə 

aldadan  kimsələrin!  O  kimsələrin  ki,  başqalarından 

bir  şeyi  alan  zaman  ölçüb,  çəkib  tam  alarlar, 

özlərisə 

bir 


şeyi 

satan 


zaman 

ölçüdə-çəkidə 

aldadarlar”  (83:1-3).  Quran  deyir  ki,  tərəzidə 

kimisə  aldatmaq  pis  əməl  kimi  mələklər  tərəfindən 

qeyd  olunub  Siccində,  yəni  cəhənnəmin  ən  alt 

təbəqəsində  saxlanılr.  “Əl-Mutəffifin”  (“Çəkidə  və 

ölçüdə  aldadanlar”)  surəsindən  aydın  olur  ki, 

çəkidə 


və 

ölçüdə 


aldadanların 

yeri 


birbaşa 

Cəhənnəmdir.  Çünki  onlar  Cəhənnəmi  yalan  bilib 

aldadıblar,  Cəhənnəmə  inanmayıb  aldadıblar;  odur 

ki,  “Cəhənnəmə  varid  olacaqlar”  (83:16).  “Ər-




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə