Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə66/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   62   63   64   65   66   67   68   69   ...   135

 

199 


“urvatsız”  həyatında  taym-aut  götürür.  Beləliklə, 

islam  dünyasında  MƏSCİD  və  KARVANSARA  eyni  bir 

ideyanın  müxtəlif  təzahürləri  olur  və  toplumda 

oxşar funksiyaları yerinə yetirir. 



     MƏSCİD  heyrətə  gətirən,  valehedici  sadəlik 

nümunəsidir.  Bayır  və  iç  tərəfdən  məscidin  hamar 

şirələnmiş 

yalxı 


divarları 

yalnız 


xəttatlıq 

örnəkləri  və  islimilərlə  bəzədilir.  Məscidin  içində 

isə  minbər,  xalça  (və  ya  palaz,  cecim),  rəhlə, 

lampa və ya şamdanlardan başqa heç nə olmur. Daşdan 

hörülmüş 

qalın 


divarlar 

sanki 


“pərvazlanacaq” 

tağlarla  bir-birinə  bitişdirildiyindən  məscidin 

daxili  atmosferi  adamı  sıxmır,  əzmir,  əksinə, 

insana  gümrah  və  təntənəli  bir  ovqat  bəxş  edir. 

Nədən 

ki, 


MƏSCİD 

MERAC 

EVİDİR. 

NAMAZ 

İSƏ 

MÜSƏLMANDAN  ÖTRÜ  MUHAMMƏD  PEYĞƏMBƏRİN  MERACININ 

İMİTASİYASIDIR. 

Belə 


ki, 

məscidin 

astanasında 

materiya 

qurtarır. 

Mömin 


başmaqlarını 

çıxarıb 


məscidin  döşəməsinə  ayaq  basanda  sanki  müəyyən 

müddətə  maddiliklə  vidalaşır.  Məscid  ruhun  evidir, 



ruhun təntənə məbədgahıdır. Məscid, əgər belə demək 

mümkünsə,  ruhların  karvansarasıdır.  Burada  insanın 

ruhu dincəlir. Müsəlman aləmində ruhlar üçün unikal 

istirahət yeri məsciddir. Məscidin həyəti bir qayda 

olaraq  mikroparkdır.  Orada  həmişə  sərin  suyu  olan 

hovuz  olur;  həyətin  perimetri  boyunca  ağaclar 

əkilir və cənnətsayağı kölgəlik təmin edilir. Lakin 

bununla  belə...  məscid  həm  də  ticari  proyektlərin 

müzakirə  evidir.  Nəcm  əd-Din  Bammət  yüz  min  dəfə 

haqlıdır,  yazanda  ki,  “istər  açıq  havada  olsun, 

istərsə  də  gümbəz  altında  məscid,  ilk  növbədə, 

icmanın  toplaşması  mümkün  olan  azad  məkandır”.

9

 



Məscidə  hamı  gəlir  və  hamı  da  göz  qarşısındadır: 

yəni lazım olan adamla arzu edilən hər hansı bir iş 

və  ya  sövdələşmə  üçün  zəmin  hazırlamaq  mümkündür. 

Məscid 


müsəlman 

ölkəsində 

qeyri-rəsmi 

ticarət 


mərkəzidir.  Bu  “mərkəz”də  hamıya  Allahın  lütfündən, 


 

200 


himayəsindən  bərabər  pay  düşür.  Çünki  məscid 

hamınındır  və  konkret  heç  kimin  deyil.  Məscid 

Allahın  karvansarasıdır.  Odur  ki,  məscid  CÜMƏDƏN 

(camiədən), 

yəni 

insanların 



bir 

yerə 


cəm 

olmasından,  toplaşmasından,  yığıncağından  başlayır. 

Niyə  məhz  cümə  günündən?  İslam  dünyasında  cümə 

gününün 


beş 

qutsal 


səciyyəsi 

var: 


Muhamməd 

Rəsulullah 

cümə 

günündə 


dünyaya 

gəlib. 


Ona 

peyğəmbərlik  cümə  günündə  verilib.  Quran  cümə  günü 

nazil  olub.    Cümə  günü  müsəlmanlar  Məkkəni  fəth 

ediblər.  Axirət  günü  cüməyə  düşəcək.  Müasir  siyasi 

leksikonda 

danışsaq, 

Cümə 

günü 


müsəlmanların 

həmrəylik  günüdür  və  bu  həmrəyliyi  əyani  göstərmək 

üçün  onlar  həftədə  bir  dəfə  mütləq  məscidə 

yığışmalıdırlar.  Bu  baxımdan  məscid  möminlərə,  hər 

şeydən  öncə,  birgəlik  duyğusu  aşılayır.  Birgəlik, 

həmrəylik  ideyası  islam  aləmində  ibadətin  öz 

təbiətindən  doğur.  Həmişə  üzü  qibləyə  dayanmış 

mömin 


islam 

icmasına 

mənsubluğunun 

şəhadətini 

verir. 

     Qiblə 



Kəbədir, 

icma 

mərkəzidir

Məscid 


qiblənin  güzgüsüdür.  Mehrab  məscid  kontekstində 

qiblənin  simvoludur.  Qiblə  (Kəbə)  məscidə  mehrab 



vasitəsilə 

gəlir. 

Deməli, 


hər 

bir 


müsəlman 

bölgəsində  məscid  Kəbəni,  qibləni  əvəzləyir.  Belə 

də  söyləmək  mümkündür  ki,  məscidə  ayaq  basan 

müsəlman  Kəbənin  qiyabi  ziyarətçisinə  çevrilir. 

Məscid  müsəlman  icmasına  bağlılığın  təminatçısıdır, 

bu  rabitənin,  əlaqənin  vizual  görküdür,  rəmzidir, 

simvoludur, 

məkan 


içrə 

konseptual 

təsdiqidir. 

Verbal qatda isə icmaya mənsubluq məscidin içindəki 



SÖZ  kimi  açılır.  Bu  söz  şəhadət  formuludur,  zikr 

formuludur. 

Məscid 

söz 


iqamətgahıdır, 

mömin 


şəhadətinin  məkan  obrazıdır..  Məsciddəki  söz  AZAN 

vasitəsilə 

bəyana 

gətirilir. 



Məscid 

Quranın 


(Allahın,  cənab  Cəbrailin  və  Muhamməd  peyğəmbərin) 

SÖZÜ  ilə  müqəddəsləşir.  Burada  Söz  verilir  və  Söz 


 

201 


alınır.  Söz  isə  ruh  kimidir,  virtualdır.  Sözlə  biz 

yox, 


ruhumuz 

danışar. 

Məscid 

sözün 


səslənmə 

gözəlliyini  və  qutsallığını,  ruhun  “dillənməsini”, 

ruhun  sözə  çevrilməsini  təmin  edən  məbəddir.  İalam 

dünyasında  bənzərsiz  qiraətxana  məsciddir.  Müsəlman 

aləmində  qrammatika,  oxu,  tədris,  elm,  bilik, 

mərifət 


məsciddən 

başlayır. 

Məscid 

müsəlmanın 



olumunun  və  onun  mövcudluq  bölgəsinin,  mövcudluq 

arealının  təşkilatçısıdır.  Belə  ki,  harada  məscid 

varsa,  ora  Kəbədir,  deməli,  mərkəzdir.  İcmanın, 

toplumun  həyatı  və  adi  gündəlik  fəaliyyəti  isə 

mərkəz ətrafında qurulur. Ona görə də bazar, hamam, 

karvansara və mədrəsə həmişə məscidin yanında olur. 

                      *** 

BAZAR. 

Müsəlman 

şəhərində 

məscid 


həndəvərində 

bazarın  olması  mütləq  bir  şey,  yazılmamış  qanun.  

Bazar  müsəlmanların  maddi  həyatının  təminatçısıdır. 

Hər  bir  müsəlman  bölgəsində  bazar  məscidin  bir 

addımlığındadır, 

bəlkə 


də 

onun 


darvazasından 

başlayır.  Bu  fikri,  daha  doğrusu,  bu  həqiqəti 

məndən öncə çoxları söyləyib. İndi mən hamıya bəlli 

bir  məsələni  təkrarlayıram  və  bundan  ötrü  kiməsə 

istinad  eləməyi  lazım  bilmirəm.  Çünki  nümunə  elə 

bizim  Bakının  özüdür.  “Göy  məscid”  kimi  tanınan 

“Əjdər  bəy  məscidi”ndən  “Təzə  bazarı”  bir-birindən  

gözəyarı  yüzəlli,  ya  da  ikiyüz  metrəlik  bir  məsafə 

ayırır.  “Təzə  pir”  məscidiylə  el  içində  “Passaj” 

kimi  nişan  verilən  “Köhnə  bazar”ın  arası  da 

təqribən  bir  o  qədər  olar.  Bakının  “Bayır  şəhər” 

bölgəsinin 

XIX 

yüzildən 



etibarən 

tikilməyə 

başlanmasına  baxmayaraq  məkanın  təşkilində  Məscid  - 

Bazar  qoşalığı  bir  memarlıq  prinsipi  kimi  üstün  və 

məqsədəyönlü  sayılmışdır.  Əlbəttə,  vaxtilə  Ortaçağ 

müsəlman 

şəhərlərinin 

yığcam 


məkan 

imkanları, 

insanların  kompakt  məskunlaşma  şərtləriylə  ilişikli  

məscidlə  bazarın  qonşuluğu  daha  yaxın  olmuşdur. 

Karvansara da bu qonşuluqda üçüncü “nöqtə”ni təşkil 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə