Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə69/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   65   66   67   68   69   70   71   72   ...   135

 

208 


MÜSƏLMAN VƏ MƏHƏLLƏ 

(ruhun labirinti) 

 

     Dünyada  müsəlmana  məhəllə  qədər  əziz  olan 



ikinci  bir  yer  tapmaq  çətindir,  əlbəttə  ki, 

şəriətin  nişan  verdiyi  qutsal  məkan  bölgələrindən 

savayı.  Çünki  məhəllə  müsəlmanın  ictimai  evi  kimi 

bir 


şeydir, 

müsəlmanın 

kommunal 

küçəsidir. 

Məhəlləni  müsəlman  öz  doğma  evinin  davamı  bilir. 

Bura  insanların,  vərdişlərin,  ənənələrin  təmas 

nöqtəsidir.  Məhəllə  hamının  evinin  EVİDİR,  BİZİM 

EVLƏRİMİZİN EVİDİR. Hamının qapısı məhz bu tavansız 

ÜMUMİ  EVƏ  açılır.  Məhəllə  mənim  tanışlarımın, 

qonşularımın  toplaşdığı  və  mütəmadi  ünsiyyətdə 

olduğu məkandır. Doğru. Lakin... və bir də lakin... 

Məhəllə  müsəlman  mədəniyyətinin  unikal  anlayışıdır. 

Əslində,  “məhəllə  nədir”  sualına  cavab  yoxdur. 

Çünki  “məhəllə”yə  dəqiq,  konkret  elmi  definisiya, 

təyin vermək olmur. Hərçənd müsəlman şəhərində azan 

səsi  harayacan  gedib  çatırsa,  bax,  məhəllə  həmin 

hüdudlaracandır.  Bu  təyinin  də  aydınlığı  nisbidir. 

Səslə məkanı ölçmək nə demək? Bu sözü başqa dillərə 

çevirməyin  də  müşkülü  var.  “Məhəllə”  ərəbcədən 

ruscaya “yer”, “məkan mövqeyi”, “yaşayış yeri” kimi 

tərcümə  edilir.  İngilislər  məhəlləni  “blok”  kimi 

başa  düşürlər.  Bura  nə  rayondur,  nə  küçədir,  nə 

dalandır,  nə  nə  də  məskunlaşma  ərazisi.  “Yaşayış 

yeri”  anlamı  da  amorf  bir  bildirici:  semantik 

çənbərinə  ölkə  də,  küçə  də,  ev  də  daxil  olmağa 

şanslı. 


Rayonun, 

küçənin, 

dalanın, 

həyətin, 

mənzilin  konkret  məkani  hüdudları  bəlli:  yəni 

buradan  ora  qədər.  Di  gəl  ki,  məhəllə  harada 

başlayır,  harada  qurtarır,  məlum  eləməz:  hər  şey 

təqribi,  tin  hesabı  götürülər.  Ona  görə  mən  elə 

düşünürəm  ki,  məhəllə  coğrafi  administrativ  bölgə 

deyil,  şəhərsalma  termini  deyil,  ruhsal  yaşayış 

çevrəmidir,  virtual  sərhəddir,  xüsusi  statusdur. 



 

209 


Məhəllə  şəhər  içrə  elə  bir  ünsiyyət  zolağıdır  ki, 

orada  mən  varam  və  məni  tanıyırlar.  Məhəllə,  ilk 



növbədə, 

mən, 

evim, 

həyətim, 

küçəm 

və 

ətrafımdakılar  deməkdir.  Məhəllə  yazılmamış  xüsusi 

yaşam 

qanunları, 

davranış 

etiketləri, 

əxlaq 

normaları 

deməkdir. 

Məhəllə 

məkanın 

aurası 

deməkdir, 

məkanın 

ifadəli 

üzü, 

xarakteri, 

temperamenti  deməkdir.  Bu  aura,  bu  sifət,  bu  imic 

qonşuların 

ünsiyyət 

intensivliyilə 

formalaşır. 

Məhəllə  mənim  uşaqlığımın  məkanıdır.  Məhəllə  küçə, 



şəhər 

mövzusunda 

xalqın 

uydurduğu 

əfsanədir, 

sərbəst  improvizədir,  folklor  məkanıdır.  Məhəllə 

müsəlmanın  yaşadığı  yerin  nağılıdır,  lətifə  və 

hekayələridir.  Onlarsız  məhəllə  yaşamır.  Əfsanə 

qurtaranda,  məhəllə  də  qurtarır.  Məhəllə  XIX-XX 

yüzillərdə  müsəlman  icmasının  nağıl  və  lətifə 

variantıdır.  Ona  görə  mən  düşünürəm  ki,  məhəllənin 

toposfera  ilə  mühüm  heç  bir  ilişkisi  yoxdur. 

Məhəllə 


yaşantıların, 

təsəvvürün, 

emosiyaların 

məkanıdır. Bu mənada mən hətta deyərdim ki, məhəllə 

hər  hansı  bir  coğrafi  nöqtədən  deyil,  uşaqların 

küçə oyunlarından başlayır.  

     Hər  şeydən  öncə  məhəllə  birgəlik  duyğusudur, 

haradasa 

sürünün 

modifikasiya 

edilmiş 

sivil 


fraqmentidir, 

çoxsaylı 

evlərin 

iştirak 


etdiyi 

qeyri-rəsmi  ittifaq  ailəsidir,  özünəməxsus  mafiya 

variantıdır. Bəlkə də elə buna görədir ki, müsəlman 

yalnız  öz  məhəlləsində  hüdudsuz  rahatlıq  tapır. 

Məhəllədə  heç  kim  ona  “gözün  üstə,  qaşın  var”  deyə 

bilməz.  Əgər  deyərsə,  əlüstü  cavabını  alar.  Çünki 

bu  ünsiyyət  məkanında  “hörmət  və  qayğı”  prinsipi 

dominantdır.  Məhəllədə  lotuluq  eləmirlər,  qız-

gəlinlərə 

sataşmırlar, 

onlara 

təmənna 


ilə 

baxmırlar, 

söyüşləri 

bacardıqca 

azaltmağa 

çalışırlar.  Müsəlman  məhəlləni  özünə  arxa  bilir. 

Məhəllə 

onun 


toxunulmazlığının 

qeyri-rəsmi 

təminatçısıdır. 

Müsəlman 

daima 

öz 


məhəlləsinə 


 

210 


bağlıdır 

və 


onun 

aktuallaşdırdığı 

yaşam 

prinsiplərinə 



sadiqdir. 

Lakin 


bununla 

yanaşı 


məhəllə  cəzalandırmağı  da  bacarır.  Cəza  da  bu  olur 

ki, əxlaq, insaf,  ədalət prinsiplərini pozmuş şəxsə 

(kişi və ya qadın: fərq eləməz) məhəllədə artıq heç 

kim  salam  vermir,  onu  heç  kim  dindirmir.  Bu, 

məhəllədən  qovulmaq,  təcrid  edilmək,  aşağılanmaq 

deməkdir.  Yəni  məhəllə  səndən  üz  döndərir,  səni 

“sürü”dən  qovur,  səni  tənhalığa  məhkum  edir. 

“Cəza”nın  məğzi  ondadır  ki,  sən  məhəllədən,  nə 

fiziki qatda, nə də ruhsal qatda, ayrıla bilmirsən. 

Hara  getsən,  məhəllə  həmişə  səninlədir.  Məhəllə 

sökülüb 

dağılanda 

belə 

bizim 


iç 

dünyamızda, 

təsəvvürümüzdə,  yuxularımızda  qalır:  ondan  qaçmaq, 

qurtulmaq 

mümkünsüzdür. 

Niyə 


müsəlman 

öz 


məhəlləsinə  bu  qədər  bağlı  olur,  ondan  asılı  olur? 

Sualın  birmənalı  cavabı  var:  məhəllə  müsəlman  üçün 

lokal  icma  variantıdır.  Bunun  da  dərin  sosio-

psixoloji  kökləri  mövcuddur.  Dünyada  müsəlmanı  ən 

çox  qorxudan,  eyməndirən  təklikdir.  Müsəlman  tək 

qalmağı  xoşlamır,  sevmir.  Şəriət  də  təkliyi  mömin 

üçün  məqbul  saymır.  “Təklik  bircə  Allaha  yaraşıb” 

deməklə  şəriət  müsəlmanı  həmişə  tək  yaşamaqdan 

yayındırıb,  el  içində  olmağı  ona  xeyirli  bilib. 

Şəriət tənha ömür sürməyi az qala günah səviyyəsinə 

qaldırır.  Elə  bu  sayaq  tərbiyənin  nəticəsidir  ki, 

müsəlman  öz  təkliyindən  xoflanır,  vahimələnir. 

Müsəlman 

təkliyi 


birmənalı 

şəkildə 


gücsüzlük, 

imkansızlıq,  həyatın  sonu,  ölüm  kimi  qavrayır. 

İnsanın  başqaları  ilə  ünsiyyəti  kəsildimi,  bu  o 

deməkdir  ki,  ölüm  gəlir.  Ünsiyyət  şəbəkəsindən 

çıxmış,  ünsiyyət  çənbərindən  kənarlaşmış  insanı 

ölüm  təkləyir.  Bu  mənada  təklik  ölümə  müsavidir. 

Qəbir  evində  sən  həmişə  təksən.  Razılaşaq  ki, 

ölümün  insanlar  tərəfindən  neqativ  qavrayışını 

gücləndirən məqam elə budur. Ona görə müsəlmana hər 

dəqiqə özünün icma ilə birgəliyini duymaq vacibdir. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə