Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə68/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   64   65   66   67   68   69   70   71   ...   135

 

205 


Rəhman” surəsində də Quran bazar  əhlinə xəbərdarlıq 

eləyir:  “Həddinizi  aşmayın,  hər  şeydə  gözləyin 

tərəzini-mizanı.  Hər  şeyi  insafla  çəkin,  əskik 

çəkməkdən  çəkinin,  gözləyin  tərəzini-mizanı”  (55:8-

9)

11

.  Görünür,  bazarı  tənzimləməkdən  ötrü  Orta 



əsrlər  müsəlman  dünyasında  bu  Quran  imperativləri 

də kifayət eləmirdi. Ona görə də hər ehtimala qarşı 

bazarda  halal  və  haramı  qatıb-qarışdırmamaq,  alver 

zamanı  qayda-qanunlara  dəqiq  əməl  etmək  üçün  

xüsusi 

möhtəsiblər 



(məmur, 

darğa) 


fəaliyyət 

göstərirdi.  Onların  vəzifəsi  tərəzilərin  və  ölçü 

qablarının  dəqiq,  xətasız  işlədiyini  yoxlamaqdan 

ibarət  idi.  Sonra  möhtəsib  bir  növ  bazar  qazısına 

çevrilir  və  bazarda  cərəyan  edən  bütün  prosesləri 

öz  nəzarətinə  götürür.  Bu  ona  dəlalət  eləyir  ki, 

Quranla  şəriət  bazar  və  meydanı  heç  vədə  özbaşına 

buraxmır.  Elə  ona  görə  də  müsəlmanın  bazarı 

karnaval  atmosferinə  maksimal  şəkildə  yaxınlaşsa 

da,  özünü  karnaval  içrə  unutmur,  özünü  karnaval 

dünyasında  qərq  eləmir.  Səbəb  aydındır:  harada  ki 

yasaq var, yoxlama var, nəzarət var, orada karnaval 

yaşamır.  Karnaval  stixiyadır.  Onu  idarə  etməyə 

çalışanda,  nəzarətə  götürəndə  karnaval  dönüb  parad 

olur,  nümayiş  olur,  yasaqlarla  çərçivələnmiş  yürüş 

olur.  Karnaval  familyar  ünsiyyətdir.  İslam  aləmində 

isə  bazar  münasibətlərinin  normativləri  məsciddə 

“təsdiqlənir”.  Həqiqətən,  müsəlman  şəhərində  məscid 

kimi,  karvansara  kimi  bazar  da  aktiv  ünsiyyət 

bölgəsidir  və  bu  ünsiyyətin  “qəlib”ini  şəriət 

imzalayır.  

     Lakin...  və  bir  də  lakin...  Bazar  nə  qədər 

şəriət  qanunları  ilə  tənzimlənsə  də,  yenə  meydan 

ənənələrindən,    meydana  xas  hüzur  karnavallığından 

əl  çəkmir.  Əslində  isə,  tam  əksinədir:  BÜTÜN  DÜNYA 

MEYDANLARI  BAZARDAN  YARANIB.  Nədən  ki,  meydanı 

meydan  eləyən  bazar  olur.  Meydan  permanent  şəkildə 

bazardır.  Çünki  bazar  onun  zühur  müstəvisidir. 




 

206 


Bazar  olmasa,  meydan  olmaz.  Açıq  məkanı  meydana 

çevirən  bazardır.  Bazar  meydandan  götürüldükdən 

sonra  da  meydan  bazarı  yaddaşında  saxlayır.  Bazar 

xalqındır,  məscid  mominlərin:  biri  kütlənindir,  o 

biri  elitanın.  Şərqdə  xalq  dünyaya  bazar  və 

məbədgahdan  baxır.  Bu  baxım  bucağında  gerçəkləşən 

sintez  şərqlini  karnaval  içində  əriyib  itməyə 

qoymur.  Ona  görə  da  Şərq  aləmində  karnaval 

nonsensdir.  Hərçənd  bu  fakt  bazar  meydanı  üçün  xas 

dəyərlərin  (dünyəvi,  intellektual,  ruhsal,  mənəvi-

əxlaqi)  təftişi  məsələsini  aradan  götürmür.  Bazar 

nırx  (qiymət)  meydanıdır.  Burada  Sözün,  Fikrin, 

Əməlin  və  Adamın  əsl  həyat  gücü  və  yaşamaq  hüququ 

sınağa çəkilir. Ancaq müsəlman harada olursa olsun, 

nə  iş  görürsə  görsün,  istər  ibadətdə  bulunsun, 

istərsə  də  ticarətdə,  bir  an  da  unutmur  ki,  Allah 

onunladır.  Başımızın  üstündə  Allah,  bizə  şah 

damarımızdan  yaxın  olan  Allah,  bizim  içimizdə 

Allah....  Əgər  Allahdan  gizlənməyə  yer  yoxsa,  onda 



karnaval alınmır. 

     Ortaçağ  Avropa  mədəniyyəti  meydanda  kilsəni 

karnavallaşdırırdı;  Covanni  Bokaçço  ilə  İeronim 

Bosx  isə  bu  karnavalın  qütblərini,  gerçəkləşmə 

amplitudasını  müəyyənləşdirdi.  Təbii  ki,  müsəlman 

dünyası  öz  bazar  meydanında  məscidi  (məbədi) 

karnavallaşdırmağı  bacarmadı,  Allahı  avropalılardan 

özünə  daha  yaxın  duydu,  daha  yaxın  bildi.  Belə  ki, 

islam  aləmində  hər  yer  Allah  evidir,  hamı  Allah 

qonağıdır.  Ona  görə  bazardan  Allah  kəlamı  heç  vədə 

əskik  olmaz.  Məscid  əbədiyyətin,  bazar  dünyəviliyin 

simvoludur:  karvansara  isə  bu  yolun  yolçularının 

müvəqqəti  dayanacaq  məkanını  eyhamlaşdırır.  Məscid, 

bazar, 


karvansara 

müsəlmanın 

həyat 

tərzinin 



xəritəsidir.  Müsəlman  yaşamının  və  mədəniyyətinin 

ritmi,  ahəngi,  qayəsi  və  qiyafəsi  MƏSCİD,  BAZAR  və 



KARVANSARA 

ilə 


müəyyənləşir. 

Əgər 


Allah 

hər 


yerdədirsə, 

mövcudiyyətin, 

varolmanın 

müəllifi 




 

207 


Odursa,  onda  nə  fərqi  var  ki,  bura  Məsciddir, 

Karvansaradır, yoxsa Bazar?!  

 

        


Ədəbiyyat və izahlar: 

 

 



Muslim Saints and Mystiks / Episodes from the “Tazkirat 

 al-Auliya” (“Memorial of the Saints”) by Farid ad-din 

 Attar: translated by A.J.Arberry. - Chikaqo, 1966. -  

 p.64 

2

 Ardalan N., Baxkhtiar L. Sense of unit: the sufi 



 tradition in Persian architecture. - Chikaqo & London, 

 the University of Chikaqo Press, 1976. - s.73   

Nəsimi İ.Seçilmiş əsərləri. - B.: Maarif, 1985. - s.42.  



Yenə orada. 

Yenə orada, s.23. 



Bu barədə bax: Salqanik M. Qarmoniya islama: zametki na 

  polyax odnoy kniqi // İL, № 5-6, 1992. - s. 304.       

Yenə orada.



 

8

 Grabar O. The formation of İslamic art. - London: Yale  



  University press, 1973. - s.108-109.    

9

 Bammat N. Konsepsiya prostranstva v musulmanskom mire 



  // Kulturı: YUNESKO. - № 1. - 1983. - s. 45.   

10 


Bax: Baxtin M.M. Tvorçestvo Fransua Rable i narodnaya 

  kultura Srednevekovya i Renessansa. - M.: Nauka, 1965. 

  - 527 s. 

11 


Qurani-Kərim / Tərcümə Nəriman Qasımoğlunundur.  

 

   



                                                                                   

                           1993-cü il 

 

 

 



 

 

 



 

 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə