250
gəlsin, axunda və ya nağılçıya qulaq assın,
başqalarını görsün, özünü göstərsin, ictimai-sosial
vəziyyətdən xəbər tutub məlumatlansın. Əgər məscid
pafoslu, bəlağətli nitq, həzin melodik deyim,
stilizə olunmuş kanonik jestlər, pozalar teatrı
idisə, bazar adi, sərtbəst danışıq, açıq-saçıq
davranışlar, insan bədəninin aşağı nahiyyəsilə
bağlı kobud, nalayiq hərəkətlərin, jestlərin ifa
edildiyi, biabırçı söyüş və qarğışların, mənasız,
təsirsiz qurban-sadağaların, andların səsləndiyi
meydan teatrının gerçəkliyini görükdürürdü. Məscid
divarları arasında müsəlman tərəfindən yaşanılan
vəcd bazarda karnaval formalarının təklif etdiyi
familyar
münasibətlər
vasitəsilə
neytrallaşdırılırdı. İslam dünyasında məscid və
bazar nəinki bir-birinə mane olur, hətta əksinə,
biri digərinin sosial, kulturoloji, psixoloji və
toplumsal funksiyasını tamamlayırdı. İbadət və
alver müsəlman memarlığının real ideyası, mövzusu
olub. əslində isə ibadət və alver qarşıdurumu
bəqa/fəna (əbədi/ötəri) dixotomiyasının məkanda
obrazlaşdırılmasıdır.
Mən belə bir məkanı və bu məkana sanki külək
tərəfindən
gətirilib
müvəqqəti
“ilişdirilmiş”
adamları
Əbdürrəhimbəyin
hekayələrində
gördüm.
Gördüm və tanıdım. Tanıyıb da anladım ki, “BU,
BİZİK”; özgələr üçün yaxşıyıq, özümüz üçün PİSİK...
və elə həmişə də bu cür olmuşuq: məsələn, Şeyx
Şəban kimi, Mirzə Səfər kimi. Olmuşuq yarımçıq,
canbəsər, bivec, kəmsavad, bir az lotu, bir az
mömin, yəni ambivalent, yəni gic-bic. Olmuşuq
qarışıq, amorf. Niyə? Çünki bizi bu məkan yaradıb.
Elə bir “tilsimli” məkan ki, orada yalnız absurd
gəlişir, orada yalnız İbadət və Alver var və orada
yalnız Allah adına yayımlanan xurafat var və sən
yoxsan. Sanki qapalı cadu zonasıdır bura: nə getmək
251
mümkündür, nə qalmaq. Çıxış yolu bir ölümdür, bir
də dəlilik.
Haqverdiyevin personajları da elə bil bu
“cadulu” məkana küləklə gətirilib ilişdiriliblər,
sonra isə bu məkana yapışıblar, bitişiblər, pərçim
olublar və tərpənməyə daha heyləri qalmayıb:
sakitcənə, müti qul kimi bir yerdə əyləşib,
dayanıb, uzanıb Allahdan verilmiş ömrün, taleyin,
alın yazısının, qismətin məlum sonunu gözləyirlər
(külək əsəcək və onları götürüb aparacaq) və hətta
TANRIYA bu paya görə şükr etməkdən bezmirlər.
Bu müsəlman həyat tərzinin obyektiv şəklidir,
trafaret görüntüsüdür və XIX yüzilə aiddir. Ona iki
cür yanaşıb qiymət vermək olar. Birincisi: Şərq
fəlsəfi sisteminin dəyərlərinə görə bu, ən ali
mərtəbədir,
ideal
müqavimətsizlikdir,
Budda
vəziyyətidir,
nirvanadır,
dünya
harmoniyasında
“əriməkdir”,
heçləşməkdir,
“mən”
üzərində
tam
qələbədir,
“mən”dən
qurtulmaqdır,
kamillik
zirvəsidir.
İkincisi:
avropalı
maarifçinin
təfəkkürünə görə bu, passivlikdir, tənbəllikdir,
absurdun, tragikomediyanın, şəbədənin qapılarını
açan olum modusudur, rişxənd obyektidir. Bax, bu
fərqlilik, bu ikilik Əbdürrəhimbəyin fikir dünyası
üçün xarakterik haçalanmaya çevrilir, yazıçını
düşüncə
diskomfortu,
düşüncə
konflikti
içində
yaşamağa sövq edir. Elə bunun ucbatındandır ki,
Haqverdiyevin
öz
personajlarına
münasibəti
ambivalentdir: bir yanda maarifçi tənqidi, maarifçi
mühakiməsi, ironiya, rişxənd; o biri yanda isə
Şərqin fəlsəfi koordinatlarında qərarlaşmış düşünər
bəraəti.
Nümunə
Şeyx
Şəban:
Mirzə
Səfərə
toxunmuram.
Kim
deyə
bilər
ki,
Şeyx
Şəban
bədbəxtdir, ya xoşbəxt? Kim deyə bilər ki, o, necə
bir adamdır? Kim deyə bilər ki, Şeyx Şəban
qəhrəmandır, yoxsa antiqəhrəman? Dəqiq heç kəs.
Nədən ki, Şeyx Şəban öz mühitində balıq suda
252
yaşayan
kimi
yaşayır,
ağrısız,
şikayətsiz,
sevincsiz,
kədərsiz
yaşayır,
eqzistensiyasız
yaşayır, Allahın ətəyini tutub yaşayır, bir təhər
çörək pulusunu qazanıb yaşayır. Bəli, “mən haman o
Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə
məscidinin qabağında əyləşib pinəçilik edirdi.
Yağış
yağanda
sel
gətirən
köhnə
başmaqları,
çustları, çəkmələri, çarıqları yığıb, qəlibə vurub,
yamayıb, ucuz qiymətə, cütünü bir abbasıdan, altı
şahıdan satırdı”. Bu, Ə.Haqverdiyevin hekayəsinin
başlanğıcıdır. Məkan da lap əvvəlcədən bəlli:
məhəllə məscidinin önü; yəqin ki, tabaq formalı
şəhərin mərkəzi bir bölgəsi, onun çuxurabənzər
“dibi”. Nə üçün mən bunu belə əminliklə söyləyirəm?
Çünki müsəlman şəhərlərində məscidlər, adətən,
qıraq
küçələrdə,
kənarda
yox,
məhz
mərkəzi
məhəllələrdə,
əhalinin
sıx
olduğu
yerlərdə
tikilərdi. Bu, bir. İkinci də pinəçi əldən-ayaqdan
uzaq bir küncdə xidmətini camaata təklif edib nə
qazanacaqdı ki? Başqa bir məqam: sel məhəllə boyu
üzü aşağı axıb getsəydi, Şəban cındır başmaqları
sudan nə cür çıxaracaqdı? Deməli, məscid və Şeyx
Şəban haradasa şəhərin mərkəzində, ya da ki mərkəzə
yaxın
bir
çevrədə
mövcuddurlar.
Şəhərin
bu
bölgəsinin
mifoloji
semantikasına
görə
burada
məkana PİNƏÇİ (horizontal) və AZANÇI (vertikal)
sahibdirlər. Şeyx Şəbansa həm pinəçidir, həm
azançı. O, müəllifin təsvirində sanki balaca bir
heykəlcikdir, kukladır, pinəçi fiqurudur ki, ibadət
zamanı əyləşdiyi kətildən dik qalxıb minarəyə
“dırmaşır” və müəzzinlik edir. Öz semantik mənalar
çənbərinə görə, məncə, Azərbaycan ədəbiyyatında ən
unikal epizodlardan biri. Məsələ bu ki, islam
dünyasında bütün çarıqlar, başmaqlar, qaloşlar
məscid qapısınadək sürünüb dayanır: içəri girmək
onlara qəti qadağandır. Nədən ki, burdan o yanası
mənəvinin,
ilahinin
və
ruhaninin
mülküdür,
Dostları ilə paylaş: |