Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə91/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   87   88   89   90   91   92   93   94   ...   135

 

274 


     Cənnətsə  insanlığın  fiks  ideyasıdır;  ilğım-

oazisdir:  nədən  ki,  gerçəklik  içrə  mümkünsüzdür. 



Cənnət  həmişə  virtual  cənnətdir.  Çünki  cənnət, 

əslində,  ruhların  evidir,  ruhların  bağçasıdır. 

Əflatunun  (qədim  yunan  filosofu  Platonun)  ideyalar 

dünyası  ilə,  və  hətta  Olimp  dağında  yaşayan  yunan 

tanrılarının  güzəranı  ilə  cənnətin  mayası,  təbiəti, 

hüsnü 


haradasa 

eynidir, 

paradoksal 

şəkildə 


oxşardır.  Belə  ki,  cənnət  bədəndən  azad  olmuş 

ruhların  və  ilğım  kimi  fəqərəsiz,  qabıqsız  olan 

formaların 

cənnətidir. 

Zaman 

bu 


ruhlara, 

bu 


formalara  zərər  vurmaq,  xətər  yetirmək,  onları 

korlamaq  iqtidarında  deyil.  Başqa  sözlə,  cənnətdə 

zaman  yoxdur:  əgər  zaman  yoxdursa,  onda  yaşam 

virtualdır,  fəaliyyət,  hərəkət  virtualdır,  məkansa 

donuq, statik və dəyişməzdir. 

     Behişt  əbədi  virtual  harmoniyadır,  qüsursuz  və 

yeknəsəq olumun sonsuzluq içrə fövqəl məskənidir. 

     Cənnət  dinin  super  şirnikidirici  ideyasıdır, 

səadət  mifidir.  Lakin  cənnət  insana  yalnız  öləndən 

sonra,  özü  də  yalnız  seçilmiş  mömin  insanlara  və 

yalnız  xeyirxah  əməllərə  görə  vəd  edilir.  Yəni  sən 

əgər  yaxşısansa,  təmiz,  saf,  ədalətli  birisisənsə, 

ölməlisən  ki,  cənnətə  düşəsən.  Cənnətin  (və  ya 

cəhənnəmin)  qapılarına  doğru  yol  qəbristanlıqdan 

keçib  gedir.  Elə  isə  cənnətə  varan  “mən”  deyil, 

bədən deyil, ruhdur. Burada artıq kef, həzz şkalası 

sıfır  nöqtəsini  göstərir.  Çünki  ruh  nə  dad  bilir, 

nə  qoxu;  onun  hissiyyatı  da  yoxdur:  hərçənd  görüb-

eşitməsi  istisna  edilmir.  Ruh  ancaq  ideyadan  mutlu 

olur, zövq alır. 

     Behişt 

sakral, 


ilahi 

dünyanın 

virtual 

bağçasıdır,  Allahın  ruhlar  bağçasıdır.  Tanrının 

icazəsi  olmadan  oranın  qapıları  bir  kimsənin  üzünə 

açılmaz. 

Çünki 

cənnət 

ruhlarını 

(cənnət 


sakinlərini)  yalnız  tanrının  özü  seçir.  Azəri 

türklərinin  leksikonuna  “ruhu  behiştlik  olsun” 




 

275 


deyimi  heç  də  əbəs  düşməyib.  Yəni  son  ana  qədər 

bilinmir  ki,  kimin  ruhu  hara  göndəriləcək.  Qərar 

yenə  tanrınındır.  Amma  bu  da  bir  həqiqətdir  ki, 

Allahın  işlərindən  bir  kimsə  baş  çıxarmaz:  hər  şey 

sirrdir, 

lövhi-məhfuzdur, 

yəni 

bizim 


üçün 

oxunulması  mümkünsüz  bir  mətn-gündəlikdür,  kosmosun 

hansı bir küncündəsə hifz edilən, gizlin saxlanılan 

tale,  həyat  cədvəlidir.  Cənnətin  də  kimə  qismət 

olub-olmayacağı  tam  məxfi  bir  informasiya  ki, 

bundan da insan heç vaxt xəbər tutmur.  

     Onda  belə  məlum  eləyir  ki,  ruhların  cənnətinə 

düşmək  şansı  minimal:  şərtlər  çox,  seçim  -  özgür, 

fərdi. 

     Bax,  elə  bu  qeyri-müəyyənliyi,  məchulluğu, 



güvəncli  olmadığını  duyuban    insan  gerçəklik  içrə, 

konkret  zaman  və  məkan  içrə    cənnət  qurmaq,  hər 

anını  cənnətə  çevirmək,  cənnətləşdirmək  istəyində 

bulunur.  Mən  cənnətə  tərəf  getmirəmsə,  qoy,  cənnət 

mənə  sarı  gəlsin.  Ol  səbəbdəndir  ki,  insan  behişti 

nəyin  bahasına  olursa  olsun  özünə  yaxınlaşdırmağa, 

onu 

gözünün 


önündə 

görməyə, 

cənnətdə 

cənnət 


həyatını dadmağa, yaşamağa çalışır. 

     Dünya  bağçılıq  sənətinin  ideyası,  məramı, 

əsası  burda...  və  bir  də  üstəgəl  əcdadın  evinə, 

yurduna, ana vətəninə dönmək arzusunda... 

     Ev qadını simvollaşdırır, çöl - kişini.

3

 Ananın 



bətni 

cənnət 


variantıdır, 

potensial 

behişt 

mühitidir.  Ana  bətni  bizdən  ötrü  əbədi  itirilmiş 



cənnətdir;  yəni  bizim  bir  daha  ora  qayıtmağımız 

müşkül  məsələ.  Deməli,  “cənnət”  anlamının  semantik 

çənbərində  “ana  bətni”nin  bildirdiyi  məna  da  özünə 

yer  bulur,  və  əksinə.  Elə  burada  razılaşaq  ki, 

dünya insan üçün güclü psixi basqılar dünyasıdır və 

bu  basqılar,  ilkin  növbədə,  ana  bətniylə,  cənnət 

ideyası  ilə  ilişiklidir.  Bu  da  ona  gətirib  çıxarır 

ki,  insan  özü  üçün  (lap  erkən  çağlardan)  gizli 

(latent)  diskomfort,  narahatlıq  sindromu  qazanır. 



 

276 


Nədən  ki,  insan  həmişə  cənnət  sorağındadır:  busa 

praktiki imkanlar xaricindədir. 

     Mədəniyyət  bu  basqıya  cavabdır,  insanın  cənnət 

istəyinin  kompensasiyası  və  reallığıdır.  İnsan 



behişti 

mədəniyyətdə 

tapa 

bilir, 

mədəniyyət 

vasitəsilə gerçəkləşdirə bilir. 

     Ona  görə  də  insan  başlayır  cənnəti  imitasiya 

eləməyə.  Amma  necə?  Əvvəla  onu  deyim  ki,  insan 

cənnəti  BAĞ  kimi  qavrayır,  BAĞ  kimi  dərk  edir.  BAĞ 

gerçəkliyin  behiştidir.  İnsan  bağı  dünyada  cənnətin 

gerçəklik variantı sanır.   

     Bağ  cənnətin  imitasiyasıdır.  Əslində  isə  hər 

şey  əksinədir:  cənnət  ideyası  “bağ”  arxetipinə 

söykənir.  

     Cənnət  bağ  obrazının  vertikala  köçürülməsi, 

transformasiyasıdır. 

İnsanlar 

üçün 

horizontal 



dünyanın  bağları  vertikalda  ruhlar  üçün  cənnətlərə 

çevrilir.  Biz  real  həyatda  ən  ali  məqsəd  kimi 

ruhlarımızın  cənnəti  üçün  çalışırıq.  Cənnət  bizim 

üçün yox, bizim ruhlarımız üçündür. 

     Ərəblərdə  bağ  “cənnət”  sözü  ilə  ifadə  edilir. 

Bağ səhrada oazisdir, daha doğrusu, cənnətin gerçək 

modelidir.    Odur  ki,  Quran  mifik  cənnəti  möminlərə 

vəd  edərkən  onları  xüsusiləşdirməyi  (bəlkə  də 

virtuallaşdırmağı,  uzaqlıq  effekti  yaratmağı)  lazım 

bilir  və  bu  əsnada  “Nəim”  və  “Ədn”  sözlərindən 

faydalanır.  Ərəbcədən  tərcümədə  “Ədn  cənnətləri”, 

sadəcə,  “Cənnət  bağları”,  “Nəim  cənnətləri”  isə 

“Səadət bağları” və ya “Xoşbəxt həyat bağları” kimi 

anlaşılır. 

     Buradan da belə çıxır ki, Qurandan bəlli mifik 

cənnət  (behişt)  ideal  bağdır,  haradasa  ruhların 

virtual  məkanıdır.  Həqiqətsə  bu  ki,  kitab  dinləri 

bağ  ideyasını  sakral  dünyaya  transformasiya  eləyir 

və  orada  virtuallıq  içrə  ruh-kölgələri  yaşadırlar. 

Beləliklə,  bağ  (cənnət)  həm  Göy  üçün,  həm  Yer  üçün 

həmişə  aktual.  Çünki  bağ,  yəni  ərəbcə  cənnət, 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə