299
SAĞ və SOL
üçün
fəlsəfi marş
Tək və cüt... İsti və soyuq... Batı və Doğu...
Ağ və qara... İşıq və kölgə... Bərk və yumşaq...
Yaş və quru... Düz və əyri... Kişi və qadın... Sağ
və sol... Sonu yox bu qarşıdurumların. Hətta şəriki
bulunmayan Allah üçün də bir oppozisiya mövcud:
İblis. Dünya isə bütöv, tam, yumruca. Hərçənd
məqalənin problemi bir balaca başqa. Çünki XX
yüzilin
tən
ortasından
etibarən
strukturalist
filosoflar macal tapan kimi binar oppozisiyalardan,
nişanlanmış
ikili
qarşıdurumlardan
o
qədər
danışıblar ki, mənə artıq yer qalmayıb. Onsuz da
sonucda hər şey gəlib dirənir əksliklərin vəhdəti
və mübarizəsinə, yəni dialektikaya, yəni qədim Şərq
fəlsəfəsinə,
daha
doğrusu,
“in”
və
“yan”
birgəliyinə, yəni bir-birini qucmuş qoşa butaya.
DAO gah “in”dir, gah da ki “yan”. Hər şey burdadır
və ayrısı olmur.
Lakin bu kontekstdə bir məsələ də var ki,
mahiyyətcə məndən ötrü böyük maraq kəsb edər. Sağ
və sol bir qarşıdurum oluban yalnız insanda öz
gerçəkliyini tapır. Təbiət “sağ” və “sol” tanımır.
Orada nə varsa, hamısı birətədir. Sağ və sol bizim
beynimizdən, emosiyalarımızdan zühur eləyən bir
bölgü. Beyin də ki iki yarımkürə: biri sağ, biri
sol.
Məni məndə sağa və sola “bölməyin” mənası nə?
Bir bildirici kimi, bir markör (işarələyən, nişan
qoyan) kimi “sağ” və “sol” nəyi rəmzləşdirir, hansı
bilgiləri eyhamlaşdırır? Burada praktiki zərurətin
rolu
nə
dərəcədə
önəmli?
“Sağ”
və
“sol”un
qarşıdurum aktuallığı əski rituallarda, miflərdə də
özünü görükdürür, nağıllarda da. Və bir gün zaman
300
içində “sağ”la “sol” mistikləşib inanc əlaməti
qazanırlar, insan psixologiyasına “soxulub” orada
özlərinə möhkəm yer eləyirlər.
Bizim camaat ovqatı səhər tezdən təlx olan
adam üçün deyər ki, yəqin sol ayağı üstə durub,
yəni yatağından düzgün qalxmayıb, qaydanı pozub,
inanca əməl eləməyib və nəticədə şərə ürcah olub.
Slavyanlarda belə bir adət var: əgər kiminsə yolunu
qara pişik keçirsə, həmin şəxs sol çiyni üstündən
üç dəfə tüpürüb sakitcənə öz işinin ardınca gedə
bilər. Təzə evə sol ayağı ilə daxil olmaq yasaqdır.
Sol əllə çörək yemək məqbul sayılmır. Dünya
dinlərində hesab olunur ki, solaxay adamların
haradasa
şeytani
başlanğıcla
mistik
əlaqəsi
mövcuddur.
Sağ əl isə, əksinə, xeyir-bərəkət əlidir,
qutsaldır.
Nağıllarda
yol
ayrıcında
dayanan
qəhrəman
üçün
sağa
getmək
sınaq
variantının
nisbətən asanıdır, sola getmək isə qovğaya düşmək,
bəlaya düçar olmaq deməkdir. Amma vəziyyətin
paradoksu həmişə ondan ibarət olur ki, qəhrəman
əksərən sağı yox, solu seçir və möcüzənin köməyilə
xatadan qurtulur, öz nicatını tapır. Halbuki “sol”
bilmərrə pisdir, apriori pisdir, naqisdir, tərsdir,
ölümlüdür. Hələ X əsrdə islam aləminin sayılıb-
seçilən dinşünası İbn Bətta əl-Əkbəri yazırdı ki,
bütün “nəcib” işlər sağ əllə (və ya ayaqla)
görülməlidir, “natəmiz” işlər - solla. İnsan
gərəkdir ki, kandarı sağ ayaqla adlayıb keçsin,
dəstəmaza, yeməyə, içməyə sağ əllə başlasın,
paltarı və ayaqqabını sağ əllə geyinsin, sol ilə
soyunsun.
1
Müsəlman mifologiyasına görə insanın
xeyirxah, nəcib əməllərini gündəlik qismində yazıb
“arxivləşdirən” mələk sağ, alçaq, ədəbsiz, şər
əməllərini “qeydiyyata” götürən mələklər isə sol
çiyində əyləşirlər. Quranın “Zəlzələ” surəsinin 6-
cı ayəsində deyilir ki, “o gün (yəni qiyamət günü -
301
kursiv A.T.) əməllərinin özlərinə göstərilməsi üçün
(qəbirlərindən
məşhərə)
dəstə-dəstə
çıxacaqlar
(Cənnətliklər
sağ
tərəfdə,
cəhənnəmliklər
sol
tərəfdə olacaqlar)”. Deməli, islam mifologiyasında
cənnət sağda yerləşir, cəhənnəm - solda. Folklor
güzgüsündə
(müxtəlif
xalqların
nağıl
və
rəvayətlərində) “cəhənnəmə enən nərdivan” da sola
burulur. Yəhudilərin Tövratı da bəyan edir ki,
Rəbbin sevgili qulları Onun sağında əyləşəcəklər.
Beləliklə, dini təfəkkür heç bir tərəddüdü, şübhəni
yaxına buraxmadan sağı cənnətə, solu cəhənnəmə
müsavi tutur.
Bu
cür
yanaşma
tərzi
dil
qatında
da
təsdiqlənir. Din sözlərin semantik mənalarını,
sadəcə, mifik obrazlara çevirir. Yəni dildən dinə
milyon qapı və pəncərə var. Məsələ burasındadır ki,
latınca “sol” məşum, faciəvi deməkdir. Deməli,
latın
dilində
“sol”
sözünün
məna
tutumunda
“cəhənnəm”
ideyası
apriori
eyhamlaşdırılıb. Almanca “sol” əyridir. Farslar da
solu “çəp” kimi başa düşür. Sağ isə, əksinə, hər
yerdə düzdür, dürüstdür, düzgündür; daha doğrusu,
bir çox millətlərin qavrayışında bu, belədir.
Biz türklərdə SAĞ “diri olmaq”, “var olmaq”,
“yaşamaq” fellərinin aşkarladığı mənalar fəzasına
daxildir. SOL isə “OL” imperativinə oppoziyadır,
yəni “sağ”ın qarşıdurumudur. Çünki sağ “OL”un
(olumun) özüdür, sol isə əksi. “Sol” həm də
“solmaq” məsdərinin məna kontekstinə pərçimdir,
həyat enerjisinin azalmasına, tükənməsinə, ölümə
işarədir. OL – SOL oppozisiyası OLUM – ÖLÜM
qarşıdırumunun eynidir. “Solmaq”, yəni “sol olmaq”
sağlığını, sağlamlığını, gücünü, qüvvəsini itirmək
deməkdir. Buradan da belə görünür ki, türklər cəmi
digər millətlərdən fərqli olaraq “sağ” və “sol”
qarşıdurumunu “olum” və “ölüm” müstəvisinə çıxarıb
ona ontoloji status verirlər; yəni sağ birbaşa olum
Dostları ilə paylaş: |