Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə107/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   103   104   105   106   107   108   109   110   ...   135

 

324 


EROTİKA  VƏ  HƏYA, 

yaxud 

ŞƏHƏRDƏ  AVANQARD 

(elmi-kulturoloji partitura) 

     

     Erotika  məkrdir;  məkrli  olan  nə  varsa,  hamısı 

erotikdir.  Bu  fikrin  müəllifinin  kim  olduğunu, 

şübhəsiz 

ki, 


həmin 

adam 


avropalıdır, 

artıq 


unutmuşam.  Ancaq  bir  məsələni  dəqiq  bilirəm  ki, 

mənim  sərbəst  tərcüməmdə  orijinalın  ruhu,  mənası 

bütün dolğunluğu və ekspressivliyilə saxlanılıb. 

    Mənəviyyat və əxlaq sanır ki, erotika İblisdir; 

İblis  isə  erotikliyin  ideal  obyektidir.  Mefistofel 

dünya 


ədəbiyyatının 

ən 


erotik 

obrazıdır. 

Apokalipsisi    şərtləndirən  səbəblərdən  biri,  və 

bəlkə  də  birincisi,  erotikadır.  Elə  məhz  erotika 

əxlaqı diz üstə çökdürür. Erotika neqativ enerjinin 

təzahürüdür.  Sevgi  erotika  zamanı  mənfi  işarəli 

olur. 

   Mədəniyyətin içi isə həmişə erotika ilə doludur: 



çünki  mədəniyyət  basqıların  modifikasiya  olunmuş 

gerçəkliyidir, şəklidir, obrazıdır. 

    Xaos...  Apokalipsis...  erotika...  mən  onları 

bir-birinə 

bərabər 

görürəm. 

Onların 

hər 


üçü 

kosmosun  sona  yetdiyinə  bir  işarə...  Xaos  qorxu  və 

təhlükə  sahmansızlığıdır.  Erotika  isə  qorxu  və 

təhlükə  ilə  qapıbir  qonşudur.  Seksin  teatral 



“qurğu”suna  o  zaman  ehtiyac  yaranır  ki,  sevgi 

adiləşib,  sevgi  ölüb  və  obyektə  pozitiv  təsir 

enerjisini  itirib.  O  yerdə  ki,  toplumun  yaşamaq 

enerjisi  tükənir,  həyat  daha  intensiv  şəkildə 

mərasimləşir, teatrallaşır. 

    Mədəniyyət  yenidən  kosmosa  dönmək,  kosmosu 

bərpa etmək uğrunda son cəhddir. 

    Uyqarlıq  ölüm  ayağında  ikən  erotikanı  şəhər 

meydanına  kütlə  üçün  bir  yal  kimi  tullayır.  Elə 

məhz  bu  məqamda  həya  toplumun  əxlaq  “gündəliyində” 




 

325 


aparıcı  mövqedə  qərarlaşdırılır.  Toplumun  mənəvi 

dəyərləri erotika ilə həyanı qarşıdurumlar kimi gö-

türür,  gerçəklikdə  isə  onlar  əl-ələ  verib  yanaşı 

gəzirlər. 

    Mədəniyyət həya ilə erotikanı bir arabaya qoşub 

özünə bazar düzəldir. 

    Şəhər 

kübarlarının 

seksual 

oyunbazlığı 

erotikanı mədəniyyətdən ötrü aktuallaşdırır. 

    Kənddə erotika yaşamır. 

    O  zaman  ki  ş(s)into  məbədgahının  kahinəsi  O-

kuni 


şəhər 

küçələrinə 

çıxıb 

erotik 


rəqslər 

göstərməyə  başladı,  yapon  Kabuku  teatrının  təşək-

külü üçün zəmin hazırlandı.  

    Erotika  əyninə  həmişə  həya  paltarı  geyinir. 

Onun  akkumulyativ  nüvəsi  həyadır.  Həya  permanent 

olaraq  maneədir.  İnsan  bu  maneəni  daim  adlamağa 

çalışır ki, özünü tam rahat və sərbəst hiss eləsin. 

Lakin  həyanın  sərhədindən  o  yana  tanrısızlıq  və 



ruhun depressiyası başlayır. 

    Eros  ruhu  divanələşdirir.  Bunu  qədim  yunanlar 

belə  yazıblar.  Onlar  onu  da  yazıblar  ki,  eros 

dağıdıcı  stixik  qüvvədir,  qasırğa  kimi  bir  şeydir, 

ilan  xislətlidir.  Bunun  ardınca  əski  romalılar  da 

yazıblar  ki,  eros  sevgini  yox,  təbiətin  ölümünü, 

əziyyəti, 

qışı, 


soyuğu, 

qürubu, 


ayrılığı, 

harmoniyanın pozulduğunu bildirir. 

    Di gəl ki, bununla yanaşı... 

    ...  qədim  yunanların  mifoloji  təfəkküründə  Eros 

və  ya  Erot  tanrıdır.  Anası  məhəbbət  ilahəsi 

Afroditadır.  Bəs  atası  kim  olsa  yaxşı?  Heç 

inanılası  deyil  ki,  bu,  müharibə  tanrısı  Aresdir. 

Əbəsdən  “Ares”  və  “Eros”  sözləri  az  qala  eyni  cür 

səslənmir  ki?  Ona  görə  də  savaş  tanrısının  oğlu 

Eros  dəcəldir,  şələşurdur:  hərçənd  həmişə  anası 

Afroditanın 

yanında 


qanadlı 

oxatan 


oğlan, 

mələksimalı  uşaq  kimi  təsvir  olunur.  Lap  öncələr 

Eros  xaosdan  sahmanlı  dünya  yaradan  idi,  öz-özünü 



 

326 


törədən  kosmoqonik  qüvvə  idi.  Çox-çox  sonralar  isə 

qədim  yunanlar  ona  tanrı  valideynlər  tapdılar  və 

Erosun  funksiyasını  müəyyənləşdirdilər:  iki  nəfər 

arasında sevgi, seksual coşqu oyatmaq.   

    Deməli,  Eros  hələ  qədim  yunan  mədəniyyəti 

müstəvisində  ziddiyyətli  fiqur,  kontrastlı  xarakter 

və mübahisəli personaj kimi qavranılırdı. Hamı başa 

düşürdü ki, Afrodita kimdir. Bəs sevgi tanrısı olan 

yerdə  Eros  nə  iş  görür?  Bax,  bu  məqamda  onunla 

bağlı    konkretlik  və  aydınlıq  buxarlanıb  yox 

olurdu.  Düzdür,  Erosu  tanrı  Afroditanın  köməkçisi 

kimi  də  yozmaq  mümkün  idi.  Amma  bununla  iş 

tamamlanmırdı. 

Eros 

müstəqillik 



nişanələri 

görükdürürdü.  

      Gələsinə  tarixdə  onun  müşkülləri  daha  da 

artdı.  Nədən  ki,  erotika  rüsvayçılığa  tay  tutuldu. 

Beləliklə,  əxlaq  erotikanın  düşməni  oldu,  təxəyyül 

isə  şəriki.  Seksual  basqılar  düşüncə  ilə  sazişə 



gələndə erotika üçün yaşıl işıq yandırılır

    Erotika  nədir?  Seks  üzərində  qurulmuş  tamaşa, 



oyun;  intim  əlaqələri  primitivlikdən  uzaqlaşdırmaq 

cəhdi, düşüncəyə ünvanlanmış mesaj. 

    Sokratla  Platon  Erosu  ruh  dünyasının  əlaməti 

bilirdilər.  Platon  elə  hesab  edirdi  ki,  Eros 



gözəllik  ideyasının  dərkinə  olan  vurğunluqdur, 

sevgidir. Burası xalis fəlsəfə. 

    Erotika 

orgiyanı 

şərtləndirəndə 

toplumun 

harmoniyası  üçün,  insanların  əxlaqı  üçün  qorxu  və 

təhlükə  aşkarlanır.  Çünki  orgiya  kordur  və  xəstə 



cəmiyyətin, 

xəstə 

uyqarlığın 

simptomudur, 

qızdırmasıdır.  Orgiya  sayıqlayır  və  heç  kimi 

tanımaq  istəmir.  Bu  qədim  Yunanıstanda  da  belə 

olub,  indi  də  belədir.  Tanrı  Dionisin  şərab 

pərizadəsi  Aqava  orgiya  yaşantılarından  coşub, 

özündən çıxıb, affektə uyub, kefdən başı dumanlanıb 

öz doğma oğlu Penfeyi parça-tikə eləyir. Erotikanın 

sonucu 

gəlib 


orgiya 

ilə 


yekunlaşır. 

Orgiya 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə