318
cəmiyyətin həyatına birmənalı şəkildə mənfi təsir
göstərir. Çünki bu hal müsəlmanı birbaşa “arzu və
qadağa” konfliktinə gətirib çıxarır, onun ruhi-
psixi tarazlığını, rahatlığını pozur.
XX yüzil Azərbaycan mühitində bu psixi
diskomfort
aradan
götürülür.
Bu
işdə
Avropa
mədəniyyətinin və rus-sovet məişət etiketinin rolu
heç də az deyil. Belə ki, XX əsrdə (xüsusilə də
sovet dönəmində) meyxanə kandarından içəri girən
müsəlman artıq tərəddüd hissi keçirmir. “Məscid və
meyxanə” qarşıdurumunda kütlə ikinciyə daha çox
üstünlük verir: qələbə meyxanənindir. Di gəl ki,
Şərq
mədəniyyətinin
mistik-fəlsəfi
süsləmələri
kontekstindən
tədricən
çıxarılan
meyxanalar
(meyxanələr) XX yüzil Azərbaycanında adi, rusbabı
qəlyanaltılara çevrilir. Sonucda meyxanə zamanın
gərdişinə, tələbinə güzəştə gedib dönür sadə, ucuz
qida məntəqəsinə. yeməkxana, cızbızxana və ya
xaşxana
kimi
“ixtisalaşıb”
enir
beşmərtəbəli
evlərin
zirzəmisinə.
MEY
arağa
dəyişdirilir.
Meyxanənin yaraşığı sayılan xalça-palaz müşəmbə
süfrəli dördkünc düşərgə stolları ilə, mütəkkələr
isə dəmirayaqlı taxta kətillərlə əvəzlənir. Bahalı
restoranlar dəbə düşür: amma bura getməyə hər
adamın cibi imkan vermir. Hərçənd toplum içrə öz
müsbət imicinə xələl gətirmək istəməyən sovet
adamları meyxanə qapılarının kandarını adlayıb
keçmirlər.
Meyxanələrin,
-
qida
məntəqələrinin,
-
müştərilərisə
adətən
yeyib-içməyi
xoşlayan
ustalardır, alverçilərdir, peşəkar əyyaşlardır,
kasıb
ziyalılardır,
məhəllə
təəssübü
çəkən
başıkepkalı cayıllardır, teatr sənətçiləridir, bir
də qeybət qırmağa həris taksi şoferləri. Elita
meyxanəni özünə yaraşdırmır və əksinə.
XX yüzilin meyxanəsi, yəni qəlyanaltısı,
uğuldayan arı pətəyindən yalnız radionun mütəmadi
319
dəyişən verilişlərinin səs ahəngiylə fərqlənirdi.
Keçən
əsrin
20-ci
illərindən
bəri
günboyu
“mızıldayan” balaca radiolar Bakı meyxanələrinin
vacib bir atributu olur. Dünyanı özünəxas bir
şəkildə
anlamaq,
çözmək,
strukturlaşdırmaq
və
dekonstruksiya
eləmək
üçün
radio
meyxanələrə
lazımdır. Belə ki, meyxanə (meyxana) şəhərin aktiv
ünsiyyət bölgəsidir. Hər hansı bir yeni informasiya
xalq arasına məhz meyxanədən “sızır”dı, yayılırdı.
Meyxanə XX əsr Bakısında açıq söhbətlər və
diskussiya
klubu
idi,
qədeşlərin,
taksi
şoferlərinin, ustaların apardığı siyasi icmal klubu
idi. Burada heç bir mövzu senzuraya məruz qalmırdı.
Çünki kefli meyxanə əhlini sovet gerçəkliyində
rəsmi dövlət orqanları və hökumət təşkilatları
ciddi qəbul eləmirdilər.
Meyxanə XX əsr Azərbaycan gerçəkliyində xalqın
meydan həyatının kiçik modelidir. Burada bol-bol
yeyib-içməklə yanaşı ağzına gələni danışa bilərsən;
söyüş söyməyə də icazə verilir, and içməyə də, şeir
deməyə də, hər cür qəbildən olan lətifələr
söyləməyə də. XX yüzildə meyxanə darısqal otağa
sığışmış meydandır. Bu əsrdə meyxanələr şəbəkəsində
nağılçının, xanəndənin yerini MEYXANA ustası tutur.
Qadınları meyxanələrə buraxmazdılar. Çünki
Azərbaycanda mövcud meyxanələrin hamısı kişilərə
məxsus idi. Ona görə meyxanə küncündə bədahətən
deyilən şeir (hazırlıqsız, düşünülmədən, improvizə
şəklində söylənilən hər şeir bədihədir və ya
bədyədir) yalnız və yalnız kişilərdən ötrü olub.
Odur ki, meyxana müəllifləri də həmişə kişilərdir.
MEYXANA söz xiridarlarının meyxanə kontekstində
araqla “ünsiyyət”indən yaranan şifahi ədəbiyyat
nümunəsidir. MEYXANA ağız ədəbiyyatıdır, yazıya
köçdümü, çap olundumu, ucuczlaşır, miskinləşir,
mənasını tamam itirmiş olur. Nədən ki, bədihə
(bədyə) bir nəfərin solo improvizəsidir. Meyxana
320
isə iki şəxsin bədihəsinin nəticəsi kimi meydana
gəlir. Bədihə meyxana deyil: meyxanada bədihə
elementi var. Ağ vərəqlər üzərində isə meyxana
yoxdur: çünki meyxananı yaradan atmosfer yazıda öz
əksini tapa bilmir. Bədihə ədəbi janr yox, daha çox
xarakterdir,
şəxsi
keyfiyyətdir
və
neqativdə
anlaşılır.
Bədihəxan
çərənçi,
uzundanışan
mənalarını özündə qapsayır. Meyxanada bədihənin
rudimentləri, şübhəsiz ki, mövcuddur. Lakin bədihə
ilə meyxananın arasına bərabərlik işarəsi atmaq
olmaz. Bədihəni meyxananın kökləri (lokusu) kimi
tanıtmaq mümkündür. Nədən ki, meyxananın bir janr
kimi tarixi bir o qədər də uzağa getmir. Orta əsr
meyxanələrində heç vaxt meyxana deyilməyib: bura
sufilərin və şairlərin fəlsəfi söhbətlərinin məkanı
olub. Yalnız zaman keçdikcə siyasi, ideoloji, dini,
kulturoloji
məsələlər
ucbatından
meyxanələr
ucuzlaşıb, urvatsızlaşıb, sadəcə, mey evlərinə
çevriliblər. O da ola bilər ki, meyxana bir janr
kimi
bilincsizlik
qatında
meyxanələrin
sufi
yaddaşına bir qayıdışdır, bir dönüşdür.
Amma bütün yozum və şərhlərdə bir şey
danılmazdır ki, əsl MEYXANA bir janr kimi XX yüzil
Bakı
meyxanələrinin
folklorudur,
meyxanə
məclislərinin
improvizə
şəklində
düzənlənən
folklorudur,
Abşeiron
kəndlərinin
toyxana
folklorudur, kefli kişilərin, şəhər qədeşlərinin
məhəllə folklorudur. Bu folklorda XX əsrə kasıblar,
məhbuslar, cayıllar, ustalar, quşbazlar, əyyaşlar
güzgü tutur, “vedrə bağlayır”. Meyxana tarixə,
gerçəkliyə,
gündəlik
olaylara,
mədəniyyət
faktlarına, ictimai-siyasi hadisələrə, tribunadan,
səhnədən, ekrandan görünən şəxsiyyətlərə və hətta
ənənəvi şeir məclislərinə xüsusi lotuyana baxım
bucağıdır, xalqın meydan həyatına xas qavrayış
tərzinin qafiyəli şeir formasında ifadəsidir. Şərq
bazarlarının poeziyasıdır meyxana.
Dostları ilə paylaş: |