342
GÜZGÜ VƏ KÖLGƏ
“Yeddidir, dörd yeddidən bir yeddidir,
Yüz igirmi dörd yenə üç yeddidir,
Evi bir, bacası yeddi, babı üç,
Əhli beyt ilə özü on yeddidir”.
Nəsimi
Gerçəklik
güzgülərdə
qurtarır.
Güzgünün
qənşərində mən artıq mən deyiləm, bir başqasıyam;
ən azı, o, mənim əksimdir, kölgəmə oxşayır,
cansızdır, nəfəssizdir. Amma mən öz nəfəsimlə onun
üzünü örtə bilərəm. Güzgülər dünyanın sonuncu
divarıdır. Hər bir şüşə, hər bir ekran potensial,
məxfi
güzgüdür
və
hətta...
divar,
interyer
fraqmentidir. Güzgülərdən (şüşə ekranlardan, plazma
monitorlardan) o yana, yəni güzgüdə özümüzü görüb
güzgünü görə bilmədiyimiz, dərk edə bilmədiyimiz
yerdə sehr, mistika, möcüzə başlayır. Ora virtual
dünyadır: orada ruhlar, kölgələr və Allah yaşayır.
Bu, balaca bir fəlsəfi preambula. Qayıdaq insan
qavrayışına, bu qavrayışda güzgü və kölgənin
bulunduğu məqama. Biz təkcə cəmiyyətə çıxmaqmı üçün
güzgülənirik, saçımıza daraq çəkirik, üst-başımızı
düzəldirik, yoxsa insan psixikasının özü aynada
ehtiyac duyur? Təbii ki, rahat güzgülənməkdən ötrü
insan özünə AYNA yaradıb. Ancaq güzgü olmamışdan
öncə də insan özünü görmüşdü: suda, şeh damlasında
və
təsəvvür
eləmişdi
ki,
bu,
onun
ruhunun
(kölgəsinin) şəklidir, görüntüsüdür, ikinci özüdür.
Mümkün ki, məhz bu düşüncəyə əsasən qədim vikinqlər
ölülərini sulara tapşırırdılar. Yaponlar isə O-bon
bayramlarında
ruhların
ölüm
səltənətindən
öz
evlərinə, qohumlarının yanına çaylar vasitəsilə
dönəcəklərinə inanırdılar və bu münasibətlə hər bir
şəxs öz əzizinin ruhu üçün kağızdan bir fanar-
gəmicik düzəldib suya buraxırdı ki, ruh evin yolunu
səhv salmasın, yolu azmasın. Bu insanın sularda
343
güzgülənməsilə nə dərəcədə əlaqəli ola bilər?
Fikrimcə, birbaşa şəkildə. Güzgü (kölgə) bir məni
iki eləyir, ruhuma və kölgəmə görkəm verir. Mənim
güzgüdə gördüyüm əksim mənim səssiz klonumdur: yəni
“mən” özünü güzgü vasitəsilə “klonlaşdırır”,
çoxaldır. Güzgüdəki sənin oğlun, sənin törəmən,
sənin əcdadın deyil: bu, sən özünsən və əcdad -
törəmə
birgəliyini
görükdürürsən.
İnsanların
güzgülərə aludə (heyran, vurğun) olmalarının və ona
münasibətdə
aşırı
sayğılarının
nədəni
buradan
gəlmirmi? Güzgü mənim lal dənizimdir. İnsan güzgüyə
dənizə (suya) girən kimi girir (axı o özünü ilk
dəfə su stixiyasında görüb tanıyıb) və müəyyən
müddətə sanki balıq-adam olur. Çünki mənim güzgüdə
şəkillənən klonum danışsa da, onun səsi balıq kimi
çıxmır. Mən onu eşitmirəm və başa düşmürəm. Mənim
əksim mənim üçün həmişə qəfil sürpriz ola bilər.
İnsanlar güzgüləri həm sevirlər, həm də onlardan
qorxurlar.
Avropanın
“ənənəvi
kəndli
evində
güzgüdən çəkinirdilər, ona nəsə ovsun predmeti kimi
baxırdılar. Burjua evində isə güzgülərin sayı
artır. Mebellərdə, divarlarda, server masalarında
onların dürlü formaları səpələnir. Varlı evlərində
güzgülər bolluq ideolojisini yayımlayırlar. Özünə
sayğı göstərən burjua güzgülər sayəsində öz görkünü
artırmaq imkanı qazanır və eləcə də öz mal-mülkü
ilə “oynayır”... XIV Lüdovik çağı Versalın güzgülər
qalereyasında öz bilintisini tapır”.
1
Beləliklə,
zaman və məkan içində insan güzgünün xassələrindən
yararlanıb öz ruhu ilə müxtəlif intellektual və
duyğusal oyunlar qurur. Bu, düz, amma tələsməyinə
hacət yox.
Məsələ bu ki, mənim düşüncəm hüdudlarında
güzgü və kölgə ruhların özlərini gerçək aləmdə
görükdürmək aracıdır. Güzgü insan üçün deyil, ruh
üçündür. Mən sirrin qapısındayam. Ora daxil olmaq
isə bizlərdən ötrü yasaqdır. Bu sirrdən bircə
344
işığın doğru-dürüsrt xəbəri var. Ruh, kölgə və
güzgü real və virtual dünyanın, olum və ölüm
səltənətlərinin sərhəd zolağında zühur edən həyatın
plastik görkəmidir. Onları zühura gətirən İŞIQ və
ZÜLMƏTİN oyunudur. Güzgülər yalnız işıqda yaşayır.
Zülmət güzgünün ölümüdür. Qaranlıqda güzgülər kor
olur: heç nəyi görmür və göstərmir. Güzgü sanki
təəccüb və qorxudan bərəlib böyümüş, hər hansı bir
cadudan
daşa
dönmüş,
heykəlləşmiş
bəbəksiz,
kipriksiz və qaşsız insan gözüdür. Bəlkə də
üzlərində, qafalarında bir qırıq da olsun tük
saxlamayan XIII əsr Qələndəriyyə təriqətinin fəqr
və zöhd içində bulunan sufiləri belə ideal güzgü-
göz həsrətini çəkirmişlər. Bu o anlama gəlir ki,
qələndərilər özlərini hər cür nişanədən məhrum
Allah güzgüsü hesab eləyirdilər. Yuxu görməyən
tanrı gözləri də elə güzgü kimi bir şeydir. Tanrı
gözlərini qırpmır. O, mürgüləsə, dünya nizamı
pozular. Qırpılmayan göz isə potensial güzgüdür.
Onda belə çıxır ki, tanrı güzgüdür. Ola bilirmi,
yahu? Güzgü dünyanı işıqla görür. İşıq tanrıdır.
Güzgü, ilk növbədə, işığın güzgüsüdür.
Lakin... yaşamaq hüququnu işıq şöləsindən
qazanan güzgünün heç vədə öz üzü olmur. O həmişə
əksdir, qənşərində dayananın əkizidir, surətidir.
Güzgüdə heç vaxt xalis güzgü yoxdur. Onda həmişə
başqası var. Güzgü, bir qayda olaraq, özgəsinin
güzgüsüdür. Güzgünün gözü görən kimi onun içinə
həməncə bir özgəsi hopur. Güzgü işığın zülmətə,
zülmətin işığa qarışdığı nöqtədə mövcuddur. Əgər
güzgünün arxasına qara (zülmət bildiricisi) boya
vurulmasa, o, gördüyünü göstərməz. Güzgü işıq və
zülmət, isti və soyuq, bərk və yumşaq, zərif və cod,
müsbət və mənfi enerjilərin tarazlığa gəlib əbədi
bir
sükunətdə
“donduğu”
gerçəklik
məqamının
predmetidir. Güzgünün səthi işıqlıdır, istidir,
müsbət enerjilidir, qutsaldır, arxası - qaranlıq,
Dostları ilə paylaş: |