339
“Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar,
Deyəndə ki, gəl, qayıqla üzək, yar,
Çatıb qara qaşlarını nədən sən,
“Olmaz, olmaz” deyirsən...”
Mahnıda verilən situasiyanın özü erotikdir.
Dəniz sahili sakitdir və orada bir kimsə yoxdur.
Elə bu an hansısa bir coşmuş dalğa sahilin
sakitliyini
pozub
qayaları
qucaqlayır.
Şair
“qucaqlamaq”
kəlməsilə
adi
təbiət
görüntüsünü
erotikləşdirir və sonra sevdiyi qıza qayıqla üzməyi
təklif
edir.
Qayıq
qadın
başlanğıcını
simvollaşdırır, “üzmək” isə intim duyğularda qərq
olmaq anlamına gəlir. Bu yozumu aktualllaşdıran və
şeirin özünü az qala şəhraşublar səviyyəsinə
yüksəldən sonuncu iki misradır. Yəni qayıqda üzmək
təklifini
eşidəndə
aşiqin
sevdiyi
qız
niyə
qaşlarını dartıb “olmaz, olmaz” deməliydi? Bax,
erotikliyin
düyünü
elə
bu
həyanı
(yasağı)
eyhamlaşdıran “olmaz, olmaz” kəlmələrindədir.
Erotikanın soykökündə yasaq dayanır. Erotika
yaradıcılıqdır, fantaziyanın məhsuludur. Fantaziya
isə “yasaq, qadağa” adlı dopinqlərdən güc alır.
Simvol,
işarə
fikrin
geyimidir.
Biz
simvolların, işarələrin mənasını, bildirdiklərini
çözəndə,
aydınlaşdıranda
fikri
“soyundururuq”.
Şəhər də simvoldur, mədəniyyətin və uyqarlığın
simvoludur.
Müasir
şəhər
simvol
və
işarələr
şəhəridir. Bu şəhərdə yaşamaq işarələri “oxumaq”
bacarığı
deməkdir.
Memarlıq
insanın
yaradıcı
təxəyyülünün əsasında dayanan obrazları məkana
köçürür. Məkanda gördüyümüz hər bir forma işarədir,
simvoldur. İnsan beynisə yalnız iki forma tanıyır:
“in” (qadın) və “yan” (kişi) başlanğıclarının
formalarını. Fikri bir az da sadələşdirməkdən ötrü
belə də demək mümkündür ki, bu formalardan biri
yonidir, o birisi linqam. Bütün digər formalar bu
340
iki formanın variasiyalarından ibarətdir. Hərçənd
“həya” deyilən bir nəsnə imkan daxilində bu
formaları tanınmaz edir, yəni işarəyə, simvola
çevirir. Bu da onu bildirir ki, şəhərin məkanı
apriori erotikdir. Erotikanın həqiqi məkanı isə
fikirdir.
Məkan
və
bədən
fikrin
gücü
ilə
erotikləşir. Fikir pırpızlığından erotika boylanır.
Sənətdə avanqard fikir pırpızlığıdır. Avanqardı
şəhər yaşadır. Şəhərin özü avanqarddır. Deməli,
erotika şəhərlə birgə yaşayır, onun boğanağında,
divarlarına hoppuş, parklarına çökmüş ehtiraslarda,
gecə klublarının işıqlarında yaşayır.
Mən yavaş-yavaş qayıdıram məqalənin əvvəlinə.
Tarix boyu uyqarlıqların, şəhərlərin dağılması,
viran qalması elə bu erotika üzündən olmadımı?
Publisistik bir desant: heç gecə barına da “Möminə
xatun” adını verərlərmi? Lut peyğəmbərin qövmünü
xatırlatmaq
bəs
edərmi
ki,
müasirlərim
öz
səhvlərini başa düşsünlər? Tanrı torpağı alt-üst
çevirmədimi, zəlzələlər göndərmədimi ki, insanlar
dərs alıb erotikanı özlərinə yaxın buraxmasınlar?
Nədən ki, məkr erotikdir, şər erotikdir, fantas-
maqoriya erotikdir. Dünyanın bu durumundan sonra
həmişə
mütləq
APOKALİPSİS
gəlir.
Apokalipsis
dünyanı həmişə ehtiraslar dünyasının burulğanında
haqlayır, haqlayır ki, şəri, məkri birdəfəlik
təmizləsin, odda yandırsın, sularda qərq etsin. Ona
görə ki məhz insan erotikanın müəllifidir: o,
Allahın buyurduqları ilə kifayətlənməyib erotikanı
seksual həzzin stimulyatoru kimi yaradır. Busa
toplumda
əxlaq
pozuntusuna
gətirib
çıxarır,
cəmiyyətin enerji balansını pozur, xaosu küçələrə
buraxır.
Digər tərəfdən isə Şərqdə erotika, musiqişünas
Sevil Fərhadovanın yazdığı kimi, “ruhsal enerjiyə
yiyələnmək
vərdişinin
cilalanması”
3
üçün
bir
vasitədir. Ona görə Şərqdə erotika ilə həya
341
əkizdir. Əbəs deyil ki, bəzi sufi təriqətlərində
erotika ruhu bədənin əsarətindən xilas edəcək güclü
enerji kimi, “vəhdət əl-vücud”a çatmaq, mütləq elmə
yetmək vasitəsi kimi qavranılır. Deməli, mən
erotikanı beyinlə əlaqələndirəndə tam haqlıymışam.
Onda belə çıxır ki, erotika özündə, eyni ilə hindus
tanrısı Şivanın rəqsləri kimi, özündə həm yaradıcı,
qutsal, müqəddəs başlanğıc enerjisini, ağ enerjini,
həm də dağıdıcı, məkrli başlanğıc enerjisini, qara
enerjini özündə qapsayır. Yəni erotika kosmosla
xaosun
bir-birinə
keçdiyi
sərhədin
enerji
keyyfiyyətidir ki, buradan həm kosmosa, həm də
xaosa qapılar açılır.
Ədəbiyyat siyahısı:
1
Bax: Losev A.F. İstoriya antiçnoy estetiki: pozdniy
ellinizm. - M.: İskusstvo, 1980. - s.492-504.
2
Mehdi N.M. Şərq mədəniyyətində virtual hicab və
kişilərin seksual aqressivliyi // Çətin və dolaşıq
durumların kosmolojisi. - Bakı, 2001. - S.160.
3
Farxadova S.T. Muqa: monodiiya kak tip mışleniya. - B.:
Elm, 2001. - s.129.