348
içində şok yoxdur. Şok səssizlikdən gəlir. Kölgə
“mən”lə yaşayan o biri dünyanın, səssiz dünyanın,
ölüm dünyasının nümayəndəsidir. Bax, burada gizlənib
xofun mənbəyi, kölgənin mistikası. Məkan içrə ən
sakit yer qəbiristanlıqdır: insanlara həmişə elə
gəlir ki, kölgələr qəbiristanlıqdan gəlir, və
oradaca qeybə çəkilirlər. Amma bu, aldanışdır,
nağıldır: nədən ki, kölgə həmişə mənimlədir. Kölgə
mənim ruhumun kosmik şəklidir.
Bunu sufilərin dünya konsepsiyasından da duymaq
mümkün. Ortaçağ islam mədəniyyəti kontekstində
təsəvvüfə bənd olmuş dərvişlər güzgü və kölgəni
Yaranışın
sirrini
açan
rəmz,
işarə,
eyham
bilirdilər. Sufilərə görə dünya Allahın kölgəsidir.
Bu fikrin fərqli bir paraleli də var: Allahın
güzgüsü dünyadır. Məqamı bir az daha gəlişdirək.
XII-XIII əsrlərin hərəsində təqribən 40 il yaşamış
Muhiddin İbn Ərabinin fəlsəfə “pəncərə”sində “Allah”
anlayışı “işıq” obrazından ayrı götürülür. Bu
pəncərədə tanrı subyektdir və onun üzərinə aramsız
işıq tökülür. Bax, elə bu zaman dünya mövcud olur,
təbii ki, Allahın kölgəsi kimi. Bu kölgə “ayan əl-
mümkünat”dır: yəni kölgə düşür, düşdüyü yeri və
özünü yaradır.
Kölgə insana münasibətdə nədirsə,
dünya da Allah qənşərində elə odur. Hərçənd Allahın
özü işıqdır və bu işıq zülmətə heç vaxt qarışmır.
Yaranış isə işıq və zülmət arasında keçidin
(kölgənin) əlamətidir. Məhz bu paradiqma (işıq -
Allah - kölgə) İbn Ərabini “vəhdət əl-vücud”
ideyasına gətirib çıxarır. Belə ki, işıq öz-özünün
mənbəyidir, öz-özünün üstünə axıb tökülür və öz
kölgəsini yaradır. Yəni varlığın vəhdəti işıq və
kölgə birgəliyindədir.
5
Bəs sufiliyin fəlsəfi cədvəllərində güzgü
nəmənədir? Təsəvvüf yolçularının fikirlərinə görə
aləm Allahın əlamətidir, yəni öz-özlüyündə aləmin
heç bir əlaməti yoxdur. Yalnız O, əlamətsizlikdən
349
aləm yaradır. Əlamətsizliksə güzgü əlamətidir.
Sufilər deyirdilər ki, Allaha qovuşmaq üçün əsas
şərt fənadır. Onların düşünüş sferasında “fəna” ölüm
yox, “mən”in məndən qopması, ayrılması kimi çözülür.
“Mən” itdimi, deməli, mənim əlamətlərimi götürüb özü
ilə apardı. Dünənə qədər filan əlamətlərə görə
filankəs kimi tanıdığımız adam filan əlamətlərdən
azad olanda, deməli, daha filankəs olmur. Bu,
güzgüləşmə, güzgüyə çevrilmə effektidir. “Mən”
məndən qopdumu, məndə fərq nişanələri qalmır. Yəni
filankəs filandan (fərq nişanələrindən) və kəsdən
(kimlikdən) qurtulub əlamətsizləşir, güzgüyə dönür.
Odur ki, sufi, yəni “mən”indən qopmuş insan özünü
Allahın güzgüsü bilir. Mən “mən”dən qurtulanda Allah
əlamətsizlikdə güzgülənir və mən artıq mən olmuram,
Allahın güzgüsü oluram. Bu konseptual bəyanatın
vizual obrazını sufilər kölgə teatrında görürdülər.
Orta yüzillər islam ölkələrində kölgə teatrının
yaradıcıları sayıla biləcək xəyalçıların və ya
löbətbazların (kuklaçıların) böyük əksəriyyətinin
təsəvvüfə bağlı dərvişlər olduğu danılmaz bir
faktdır. Kölgə teatrı oynanılan pərdəyə ayna (güzgü)
deyilib.
6
Bu (ağ bez parçadan hazırlanmış) pərdə-
ayna əlamətsiz aləmə işarə idi, kölgələr isə
insanları, onların ötəri və müvəqqəti olduğunu
bildirirdi. Sufilər insana Allahın kölgəsi kimi
baxıblar. Qəribədir, bu baxışa “insan” sözünün
etimolojisi də bəraət qazandırır. İslam dünyasında
insan
(mən
artıq
bəlli
faktı
təkrarlayıram)
məxluqatın, yəni xəlq olunanların alisi, əşrəfi kimi
qavranılır. Əslində bu söz türk, sonradan isə ərəb
və fars dillərinə qədim çinlilərin leksikonundan
azacıq modifikasiyaya uğrayıb keçmişdir. Məgər qədim
hunlar və çinlilər daimi təmasda bulunmayıblar?
Qədim çinlilər “insyən” (ərəbcə çoxmənalı “ənəsə”
məsdərindən düzəldilmə “insənun” sözü ilə necə də
həmahəngdir)
dedikdə
tanrının
kölgə
şəklində
350
təcəllasını, müvəqqəti Buddanı başa düşürdülər.
“İnsyən” çinlilərə görə tanrı kölgəsidir, öləri
balaca Buddadır. Deməli, insan elə insyəndir ki,
var. Fikirlərimin doğruluğunu təsdiqləyən ayrı bir
məqam. Bütün Şərq, içi müsəlman ölkələri qarışıq,
kölgə oyunlarını çinlilərə görə tanıyıb. Sufilərin
yozumları da kölgə teatrı ilə bağlı Çindən gələn
mənalarla səsləşir.
7
Şərq
mədəniyyətinin
teatral
möcüzələri
sırasında kölgə teatrının yeri birincidir. Avropada
uzun
əsrlər
bilməyiblər
ki,
kölgə
oyunları
nəmənədir.
İslam
dünyasında
kölgə
teatrının
təşəkkülü ilə sufilərin kölgə ilə dini-kulturoloji,
mistik-fəlsəfi
improvizələri
təqribən
üst-üstə
düşür. Bu, XI-XII əsrlərdir. Ən başlıcası isə bu idi
ki, müsəlmanlar kölgələrin çıxardığı oyunları pərdə
üzərində göstərməyi və onlara tamaşa etməyi küfr
saymırdılar.
Əgər məcusilər və ya aborigen tayfalar kölgə
teatrının aynasında danışan, gülən, ağlayan, sevən
kölgələri görsəydilər, yəqin ki qorxub qaçardılar;
elə bilərdilər ki, kimsə onlara, onların ruhuna
xətər yetirmək istəyir. Löbatbaz və ya xəyalçı isə
aborigenlərə
cadugər
kimi
görsənərdi.
Qədim
inanclara görə insanın kölgəsi, güzgü və ya sudakı
əksi onun varlığı, daha dəqiq ifadə eləsəm, bədəni
və ruhu ilə birbaşa virtual təmasdadır. Özlərinə
çoxsaylı tanrı yapanlar belə güman edirdilər ki,
kölgənin, əksin müdafiəsi olmadığından onlara zərər
vurmaq asandır. Dünyanın bir çox xalqları inanırlar
ki, gərçi kiminsə kölgəsi qılıncla doğransa, ya
nizələnsə, ya oxlansa, ya da iynələnsə, ya da ki
tapdalansa, həmin adama mütləq bir bəla yetişəcək.
Öz əksinə suda baxmaq da bəzi inanclara görə
qadağandır.
Çünki
qəzəbli
ruh
insanın
əksi
vasitəsilə onu öldürə bilər. Nərgiz haqqındakı mifin
kökü burdadır. Məhz su stixiyasının ruhları Nərgizin
Dostları ilə paylaş: |