354
Səbəb də budur ki, müsəvvir şəklini çəkdiyi canlını
qiyamət günü dirildə bilməyəcək və Allahın qəzəbinə
düçar olacaq. Hərçənd bununla da məsələ bitmir.
Müsəlman müsəvvirliyi icazəli etmək üçün yeni yollar
(priyomlar
və
üsullar)
axtarıb
tapır.
İslam
dünyasında rəssamın peşəsini əlindən almamaq, onu
potensial günahdan qorumaq üçün müsəvvirə şəklini
çəkmək istədiyi hər hansı bir canlını (insan, quş,
heyvan, balıq) ya birgözlü, yəni profildən, ya
başsız, ya da kölgəsiz rəsm etmək tövsiyə olunur.
8
Deməli, kölgəsi itmiş hər hansı bir canlı artıq
ölüdür, potensial meyitdir. Kölgəsiz olan bütün
nəsnələr maddilikdən məhrumdur. Şərq miniatürlərində
bir dənə də olsun kölgə yoxdur. Bu, miniatürdən
görünən dünyanın qeyri-maddiliyinə, virtuallığına,
kitabvariliyinə
bir
işarədir.
Axı
söz
də
kölgəsizdir!!! Bu da belə bir anlama gəlir ki,
müsəlman kölgəsizliyi cansızlıq əlaməti sayır.
Quranda isə buna oxşar heç bir şey yoxdur: yalnız
sufi yozumlarında kölgə mistik mənalar çənbərində
zühur edir.
Əgər xristian öz kölgəsinə ehtiramla “cənab
kölgə” deyib müraciət edə bilirsə, müsəlman bundan
çox-çox uzaq gəzir. Elə ona görə də müsəlman kölgə
teatrının pərdəsi üzərinə proyeksiya edilən təsvir-
kölgələrin hoqqabazlığına uğunub gülüb, onlarda
özünü, qonşusunu, bazar meydanında gündəlik alverlə
məşğul baqqalı, zərgəri, mirzəni, əttarı tanıyıb, bu
tanışlıqdan xoşhallanıb, sevinib, şənlənib. Yəni
mistik heç nə. Çünki müsəlman bir qayda olaraq kölgə
teatrına adi seyrçi marağı ilə yanaşıb, onu heç vaxt
ciddi
qəbul
eləməyib
kölgədən
qorxmayıb,
onu
mistikləşdirməyib.
Əgər
müsəlmanın
kölgəyə
münasibətində, hətta bir anlığa belə, ciddilik
meylləri özünü büruzə vermiş olsaydı, gülüş həmin
dəqiqə kəsilərdi. Müsəlman kölgəyə gülmək, onu lağa
qoymaq, onunla zarafatlaşmaq iqridarındadır. Orta
355
yüzillərdə mömin insanlar tam əmin olublar ki, kölgə
teatrı din üçün, bəndə üçün, Allah üçün qorxusuzdur,
zərərsizdir.
Əks
təqdirdə
İslam
mədəniyyəti
kontekstində kölgə teatrı öz yaşamaq hüququnu
itirərdi.
Düzdür,
seksual-şəhvani
səhnəciklərin
təsvirinə,
açıq-saçıq
ədəbsiz
jestlərin
pərdə
üzərində göstərilməsinə, diskursun söyüşlərlə, yalan
andiçmələrlə hörgülənməsinə görə əxlaq güdükçüləri
kölgə teatrına müxtəlif vaxtlarda qadağa qoysalar
da, onu bir mədəniyyət hadisəsi kimi məhv edə
bilməmişlər. Bu da onu təsdiqləyir ki, müsəlman
kölgənin xofundan, sehrindən azad idi, güzgüyə isə
adi bir məişət əşyası kimi yanaşırdı. Elə buradaca
yığcam bir qeyd: müsəlmanlar canamaza güzgü qoyurlar
və namazı qurtardıqdan sonra Muhamməd peyğəmbərin
gül camalına - güzgüyə salavat çevirirlər. Müsəlmana
o da tövsiyyə olunur ki, hər səhər yerindən qalxıb
güzgüyə baxanda da bir salavat çevirməyi unutmasın.
Bəlkə də bu onunla bağlıdır ki, məşhur bir hədisdə
Muhamməd peyğəmbər özünü güzgü, yəni hər şeyi olduğu
kimi göstərən adlandırıb. Ola bilsin ki, burada
məcusiliyin də rudimentləri var. Mümkün ki, mən
salavat
çevirməklə
güzgüdəki
əksimlə
(ruhumun
görkəmi) özüm arasında canlı pozitiv bir rabitə
(əlaqə) yaradıram. Axı güzgüdəki əksim mənim işıqlı
kölgəmdir, mənim kölgəmin işıqda görünən görkəmidir.
O da bir əlavə faktdır ki, yumşaq, elastik
sayıldığına görə dəvə dərisindən kəsilmiş yarpağa
bənzər nazik, həcmsiz təsvirlərin kölgələri öz
xarakterləri və davranışları etibarı ilə seyrçiyə
mistik heç nə sezdirmirdi. Birincisi: bu kölgələr
səsli idilər, adam kimi danışırdılar. İkincisi:
onlar həmişə profildən görükürdü. Üçüncüsü: pərdə-
ayna üzərində görsənən kölgələr rəngli olurdu və
kitab səhifələrinə çəkilmiş zərif naxışları, gül-
çiçəyi
xatırladırdı.
Dördüncüsü:
təsvirlərin
boğazlarında xəyalçının “Y” formalı xəyal ağacının
356
geydirilməsi üçün dəlik-çərtiklər saxlanılırdı ki,
onlar
da
kölgələrin
cansız
oyuncaq
olduğunu
vurğulayırdı. Bu da heç səbəbsiz deyil. Məsələnin
məğzi nədədir? Ortaçağ ərəb-mesopatamiya miniatür
məktəbinin elə nümunələri var ki, orada personajlar
profildən yox, anfasdan çəkilib. Bu yasağın
pozulması
deməkdir,
islam
qanunlarına
ziddir.
Rəsmdən
seyrçiyə
ikigözlə
baxan
varlıq
artıq
diriliyə iddialı sayılır. Busa yolverilməzdir. Ona
görə
də
miniatür
sənətinin
ustaları
həmin
personajların boğazlarından çərtik çəkməklə onları
ölüyə çevirirdilər. Yəni ərəb-mesopatamiya miniatür
məktəbinin rəsmlərində görünən çərtiklər cansızlığı,
ölülüyü eyhamlaşdırır. Kölgə teatrının təsvirlərinin
boğazında
görünən
dəliklər
də
bu
çərtiklərin
funksiyasını yerinə yetirir. Beləliklə, kölgə teatrı
islamın mədəniyyətlə bağlı yasaq proqramına, demək
olar ki, tam şəkildə riayət edirdi. Yalnız bir
istisnadan başqa. Müsəlman mədəniyyətində bərkdən
gülmək, ədəbsiz-ədəbsiz zarafatlaşmaq, kimisə lağa
qoymaq dəstəklənmir. Amma kölgə teatrında bu cəhət
məhz
birinci
yerdə
dayanırdı.
Hərçənd
şəriət
adamları
bu
məsələdə
kölgə
teatrına
güzəştə
gedirdilər, onun fəaliyyətinə qadağa qoymurdular.
Bütün
bunları
deməkdə
məqsədim
odur
ki,
müsəlman güzgü və kölgədə mistika, möcüzə, cadu,
tilsim axtarmaqdan çox uzaq idi: baxmayaraq ki,
sufilər kölgə teatrının pərdə-aynasını nəsihət
lövhəsi, yoxdan var olmağın təsvir əyaniliyi, dünya
faniliyinin rəmzi bilirdilər, xəyalçını Allaha,
çıraqdan düşən işığı müqəddəs nura, təsvirləri
adamlara bənzədirdilər. Lakin təsəvvüfdən gələn
enerji də adi müsəlmanın kölgə teatrına qarşı
bəslədiyi hedonistik münasibəti dəyişmirdi. Bica,
yəni yersiz deyil ki, müsəlman üçün Ramazan ayının
bir nömrəli əyləncəsi kölgə teatrının tamaşaları
sayılırdı.
Dostları ilə paylaş: |