357
Ortaçağ islam mədəniyyyətində kölgə teatrı
müsəlmanın təqlid etməyə, yamsılamağa köklənmiş
yeganə xalis teatrı idi, rəngli cizgi filmlərini
yeddi əsr qabaqlamış əlvan kölgələrin teatrı idi,
xalqın həyatından püskürən meydan mədəniyyətilə
saray əhlinin bədii süsləmələrinin sintezindən
vücuda gəlmiş teatrı idi, özünü hər cür ideoloji,
sosioloji zərbələrdən qorumuş unikal teatrı idi.
Kölgə teatrının köməyilə müsəlman mədəniyyəti qədim
inancların kölgə və güzgü ilə bağlı təlqin etdiyi
mistik xofdan qurtulur, təsviri rəngləyib pərdə-ayna
səthinə əlvan kölgə çıxarır və onunla doyunca
əylənir.
Ədəbbiyyat:
1
Bodriyar J. Sistema veşey. - M.: Rudomino, 2001. - s.26.
2
Sührəvərdi Ş.Y. İşıq hekayələri. - B.: Elm, 1989. - s.38.
3
Frezer Dj.Dj. Zolotaya vetv: isledovaniye maqii i
reliqii. - M.: Politlit, 1980. - s.221.
4
Smirnov A.V. Velikiy şeyx sufizma. - M.: Nauka, 1993. -
s.4
5
Bax: yenə orada, s.64-68.
6
Tiyatro terimleri sözlügü / Hazırlayanlar: Haldun Taner,
Metin And, Özdemir Nutku. - Ankara: 1966. - s.8.
7
Talıbzadə A.A. Şərq teatrı tarixi. - B.: Qanun, 2008. -
s.199-202.
8
Bax: Nəzərli M. Şərq miniatür sənətində “uzaqlaşdırma”
metodu barədə // Qobustan. - № 3 (71), 1986. - s.19.
358
TƏNQİDİN FENOMENOLOGİYASI
(etioloji xəritə)
müəllimlər
müəllimi
Cəfər
Cəfərovun
xatirəsinə
Tənqid instinktdir.
Tənqid sualdır.
Tənqid refleksiyadır.
Tənqid həmişə kütlə ünvanlıdır.
Tənqid kütlədə özünə dayaq axtarır.
Tənqid bədii gerçəkliyin qnoseologiyasıdır.
Tənqid
maskanı
yırtıb
üzü
göstərmək
vasitəsidir.
Tənqid dövrün neqativdə görünən portretidir.
Tənqid
fərdlə
susqun
çoxluq
arasında
əlaqələndiricidir.
Tənqid müasirliyin fenomenoloji bəyanatıdır.
Tənqid
ictimai
staqnasiyaların
ifadə
patologiyasıdır.
Tənqid çözümdür.
Tənqid bilmədən bilmənin bilgisidir.
Tənqid çağdaş düşüncə paradokslarının təzahür
legitimliyidir.
Tənqid
demokratik
fikrin
mövcudlğunun
təsdiqidir.
Tənqid
psixolojinin
və
bilincsizliyin
faktıdır.
Tənqid motivləşdirilməmiş reaksiyadır.
Tənqid motivləşdirilmiş reaksiyadır.
Tənqid affektiv münasibətdir.
Tənqid tolerantlığın ifadəçisidir.
Və
daha
nələr,
nələr,
nələr...
Yazsam
yazılasıdır.
Ancaq...
aşıqsayağı
söyləmələrlə
qurtaraq,
mahiyyətə
varaq,
həyatın
tarixindən,
tarixin
həyatından qazandığımız təcrübəni aktuallaşdıraq və
359
baxıb görək, bu “tənqid” deyilən bir şey axı
nəmənədir?
I hissə
“Madam Bovari” romanının müəllifi fransız Flober
hər yanda car çəkirdi ki, tənqid yaranışından
xeyirxah olmayıb. Çox ağır bir ittiham!
Güman ki, kiminsə tənqidi onu bərk sancıb və ya
nahaqdan incidib.
Soruşulur: bu fransız yazarını öz acı tənqidilə
qıcıqlandırmış Allah bəndəsinin adı və soyadı nədir?
Sualın cavabı müşküldür. Belə ki, bu faktı Flober
irsini tədqiq edən şünaslardan savayı bir kimsə bilə
bilməz. Dünya isə yalnız və yalnız Güstav Floberi
tanıyır...
Azərbaycan masştabında çoxmu adam Cəfər Xəndan
adlı bir tənqidçidən xəbərdardır? Əlbəttə ki, yox.
Amma Əlağa Vahid milli ədəbiyyatımızın dünənki
əfsanəsidir.
Vaxtilə
vulqar
sosioloji
dalğaya
köklənmiş Cəfər Xəndan Vahidin ən amansız tənqidçisi
olub. Özü də elə bir ifşaedici tənqidlə çıxış edib
ki, bundan sonra şairi tut, apar, güllələ. Hərçənd
bu tənqid heç nə ilə sonuclanmayıb. Nədən ki, sovet
ideologiyası şürbi şair Vahidi özünə ciddi rəqib
saymırdı. Nəsə... sözümün canı bu ki, əgər mən
teatrşünasın da bu gün Cəfər Xəndanla ilişikli bir
məlumatım varsa, Əlağa Vahidə görə var. Çünki məhz
qəzəlxan
Vahid
tənqidçi
Cəfər
Xəndanı
lətifə
qəhrəmanına
çevirib
və
folklor
müstəvisində,
urvatsız bir şəkildə olsa da, “yaşadıb”...
Hələ indiyə kimi heç bir uşaq deməyib ki, mən
böyüyüb tənqidçi olacağam... Mədəniyyət peşələr
cərgəsində beləsini görmür.
“Mən tənqidçiyəm” cümləsinin gizlətdiyi məxfi
məna budur ki, mən dahiyəm, hamıdan üstünəm, fikir
mütləqliyinə
iddialıyam.
Busa
psixi
pozğunluq