345
soyuq,
urvatsız,
mənfi
enerjili.
“Çaşanlar
qaranlıqdadırlar. Qaranlıq yalnız işığın yoxluğudur.
Qorxu, xof, heybət, həyəcanlar qaranlığın zəruri
xassələridir”
2
və neqativ enerjini bildirənlərdir.
İşıq və qaranlıq güzgüdə görüşür. Güzgüdə elə bil ki
gecə və gündüz Siam əkizi kimi əbədi olaraq bir-
birinə pərçimlənir, bir-birinə bitişib yaşayır.
Güzgüdəki əksim mənə əks dayanandır və mənə
qarşıdır. Qarşı tərəfsə hər zaman dost və düşmən
birgəliyini özündə qapsayır. Belə ki, absolyut dost
olmadığı kimi absolyut düşmən də yoxdur. Bunun ona,
onun buna çevrilməsi hər an baş verə bilər və bu
çevrilmə sığortalanmayıb. Güzgü mənə əksdə, yəni
inikasda, yəni məndən dışarıda, yəni virtuallığın
qapısında məni görmək imkanı bəxş edir. Əslində isə
“əks”
deyilən
bir
şey
yalnız
kölgənin
işıqllandırılmış görkəmidir. O mənada ki mənim
qənşərimdə dayanmış əksim mənim işıqda aydınlaşmış
kölgəmdir.
Kölgə
bütün
yozum
variantlarında
virtuallığın təmsilçisidir. Güzgüdə kölgə mənə artıq
mənim yox, özünün virtual görünüşünü tanıtdırır.
Qəribədir,
fotoşəkilləri
də
kölgələrin
(neqativlərin)
üzündən
çıxarırlar.
Neqativlər
insanların kölgələrini “tutub” saxlayırlar. İnsan
şəkilə
dönməmişdən
öncə
obyektiv
vasitəsilə
kölgələşdirilib fotoapparatın içinə “salınır”. XIX
əsrin “ayaqlı” və “çadralı” fotoapparatları ilə ilk
dəfə
qarşılaşan
eskimosların
tayfa
başçısı
fotoapparatın əksetdirici qurğularına proyeksiya
edilmiş
adam
kölgələrini
görərkən
qorxub
şaşırmışıdı. Qışqırmışdı ki, “qaçın, dağılışın, o,
bizim ruhlarımızı qutuya yığıb”.
3
Çox simptomatikdir
və ruhun, kölgənin, güzgünün qohumluğunu sanki bir
daha xatırladır, gündəmə gətirir. Deməli, əslində,
mənim
şəklim
mənimki
deyil,
mənim
kölgəmin
surətidir. Mənim şəklim mənim neqativə hopmuş
kölgəmdən
çıxarılır.
“Əks”,
“kölgə”,
“ruh”,
346
“surət”... onların hamısının cövhəri və təbiəti
birdir, yalnız təzahür cildlərinin hüsnünə görə
adları başqa-başqadır.
Güzgüdə (fotoapparatda, kinokamerada) görünən
nə
varsa,
gerçəkdə
mövcud
olanın
əsli
yox,
surətidir. Güzgüdə mən heç vaxt mən olmuram. Yalnız
işıq orada məndən bir əks, bir əkiz yaradır. Fikir
vermisinizmi, bu əks bizə gah xoş görünür, gah da
biz onu bəyənmirik. Halbuki bütün variantlarda
güzgünün içindəki biz özümüzük. Amma bir məqamda
var: güzgüdə görünən mən deyiləm, mənim kölgəmin
üzüdür. Güzgüdəki surət mənim məhz kölgəmin əksi
olduğu üçün onun heç bir duyğusu, hissi yoxdur.
Mənsizlikdə mən... qəribə və eyməndirici...
Güzgüdəki əksim mənim bədən görkəmimi almış
kölgəmdir. Məsələ bu ki, əksin canı yoxdur. Kölgəyə
də can verilməyib. Kölgə də heç nəyi hiss etmir.
Kölgə mənim qara neqativdə olan əksim kimi bir
şeydir. Kölgə işığın kor köləsidir; yəni işıq necə
düşdüsə, o da eləcə oynayır və olsun ki, işıqla
mənim ətrafımda “rəqs edir”. Onun bütün iradəsi
işığa tabedir. Bütün kölgələrin tanrısı işıqdır.
Doğrudanmı? Təbii ki, kölgənin (və həmçinin əksin)
görünməsindən ötrü gərək mütləq işıq ola, kölgə
salan obyekt ola və bir də kölgənin düşdüyü yer. Bu
bir aksiomdur, amma kölgə üçün kifayət deyil. Nədən
ki, zülmət (qaranlıq) olmasa, kölgə bilinməz.
Absolyut işıq kölgələri yox eləyir. Elə buradaca
Ortaçağ islam mədəniyyətinin “dahi şeyxi”
4
İbn
Ərabiyə əsaslansam, deyəcəyəm ki, kölgə “nə işıqdır,
nə zülmət”... yalnız onların ikisi bir-birinə
qarışanda kölgə yaranır. Kölgə işıqla zülmətin
sərhədində
peyda
olur.
İşığın
gözəlliyi,
alicənablığı nurdur, xiffəti, xəcaləti - kölgə.
Kölgə
“mən”in
metafizikasıdır.
Təkcə
zülmət
(absolyut qaranlıq) kölgələri “udur”, yox edir,
onların olmaq, görünmək şansını sıfra endirir. Əgər
347
absolyut işıq və ya absolyut qaranlıq içində kölgəm
məni buraxıb gedirsə, mənim onu özümünkü bilməyə
ixtiyarım çatmır. Deməli, kölgə mənim iradəmə tabe
deyil. Kölgə kosmosla (işıqla) xaosun (zülmətin)
təmas zolağında mövcuddur. Böyük mənada o, xaosun,
neqativin əlamətidir. İnsan qavrayışında da bu,
belədir. Sosium da kölgəni pis (əskik) bir şey kimi
səciyyələndirir.
“Kölgə
iqtisadiyyatı”
iqtisadiyyatla cinayətkarcasına məşgul olan, dövlətə
ziyan vuran qurumun fəaliyyətini eyhamlaşdırır.
“Kiminsə kölgəsi olmaq” anlamı toplum içrə kiminsə
kiməsə yaltaqlıq etdiyini, ləyaqətini itirdiyini,
qürursuzlaşdığını,
kiçildiyini
bildirir.
“Gözü
kölgəli” ifadəsi cəmiyyətdə kiminsə xəcalətli,
ayıblı, dili qısa, hörmətsiz olduğunu işarələyir.
Azəri türkləri ifrat ehtiyatlı şəxsi ələ salıb ona
“kölgəsindən qorxan Əhməd” deyirlər. Bir sözlə,
toplum kölgə ilə ilişikli nə varsa, hamısına qarşı
mənfi münasibətdədir. İnsanın psixi qavrayışı da
kölgəni urvartsız, zərərli bir nəsnə hesab edir.
Buna səbəb nə? Bəlkə insan kölgəsini öz rəqibi
bilir?
Bəlkə
insan
kölgəni
özünü
müdafiə
qabiliyyətindən məhrum aciz sayır? Bəlkə insan
kölgədə potensial təhlükə görür? Cəhd eləyim, bir
aydınlıq gətirim bu məsələyə. Kölgə işıqda görünür,
amma özü qaradır deyə, qaranlığı təmsil edir. Bu
baxımdan kölgə xaosun xof və vahimə qarışıq vizual
effektidir. Güzgünün gördüyündə və göstərdiyində də
gizli bir xof var. Bilirsiniz, bu xofun müəllifi
nədir? Əlbəttə ki, SƏSSİZLİK. Kölgələrin, ruhların,
əkslərin səsi olmur. Səssizlikdə potensial qorxu,
xof,
vahimə
uyuyur.
Səssiz
adam
isə
kölgə
timsalındadır. Qəribədir, lallar, korlar və karlar
da kölgə kimi səssizdirlər. Elə buna görə də normal
adamlar həmişə onlardan ehtiyatlanırlar. Səssizlikdə
bir bilincsizlik, bir xaos, azman bir güc, məxfilik
yaşayır. Səssizlik qorxularla doludur. Hay-küy
Dostları ilə paylaş: |