333
İslam mədəniyyəti həya mədəniyyətidir. Ona görə
də bu mədəniyyətdə pərdə (hicab, çarşab, rübəndi,
cilbab, pərəncə, yaşmaq, niqab PƏRDƏ invariantları
kimi)
permanent
şəkildə
aktualdır.
Pərdənin
mövcudluğunu
həya
labüdləşdirir.
Mədəniyyət
instinktlər və basqılar üzərinə çəkilmiş pərdədir.
Müsəlman kişisi üçün çarşabın içindən görünən
topuq, və ya çarşabı çənənin altında bürmələmiş ağ
əl son dərəcə erotik ola bilər. Pərdə hər zaman
marağı gücləndirən faktordur. Deməli, örtük (həya)
burada erotikanı, ehtirası, kişi aqressivliyini
(“axı, görəsən, pərdənin arxasında nə var?” sorusu
ən ilginc sorudur) aşkar provokasiya edir. Elə bu
mənada mədəniyyətlə həya arasında bir bərabərlik
işarəsi qoymaq mümkündür. Pərdə müəmmanı, sirri
eyhamlaşdırır. Erotika isə elə sirrin poeziyasıdır:
“Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur, dedilər dərmanın”.
Ezoterik mənalar dışında Füzulinin bu beyti
çılxa erotika kimi qavranılır. Erotik yaşantılar
ədəbiyyatda obraz, işarə, eyham kimi öz bədii
gerçəkliyini tapır. P.Uspenski belə bir tezislə
çıxış
eləyirdi:
“Mədəniyyət
tarixi
elə
eşq
tarixidir”. Eşq qurtaranda ədəbiyyat da, sənət də
qurtarır. Verbal və ya vizual mədəniyyətdə eşqin
təsviri həmişə erotik xislətə malik olur. Çünki bu
məqamda “üçüncü” faktoru həlledici mövqeyə varır.
Təbii ki, burada söhbət məxfi vuoyarizmdən, yəni
qadını
xəlvəti
güdməkdən,
izləməkdən
duyulan
həzzdən gedir. Yazar, sənətçi sənə heç vaxt heç
kimin
görmədiyini
göstərir,
səni
gizlinlərin
şahidinə çevirir. Füzuli də haradansa, hansı bir
dəlikdənsə hamama baxır, yarını görür və gördüyü
mənzərəni həməncə bizə danışır, bizə görükdürür:
334
“Qıldı ol sərv səhər nazilə həmmamə xüram,
Şəm’i rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Nilgun futaya sardı bədəni-üryanın,
San bənövşə içinə düşdü müqəşşər badam”.
Gözəlin hamamda paltarlarını soyunub üryan
olması və yenidən al fitəyə bürünməsi üzərində
Füzulinin
qurduğu
erotik
oyun
son
dərəcə
suggestivdir. Bu erotikanı şərtləndirən bir də
şairin həyasıdır ki, onu pornoqrafiya (qədim
Yunanıstanda
ən
ucuz
fahişələrə
“pornay”
deyirdilər. “Pornoqrafiya” kəlməsi də məhz bu
sözdən düzəldilmədir) səviyyəsinə enməyə qoymur.
Füzuli
seksual
həvəsi
bacardıqca
daha
çox
məxfiləşdirmək, eyhamlaşdırmaq, öz həyası, xəfif
bir xəcalətilə pərdələmək istəyir. Bax, budur
təsvirdə erotikanı gücləndirən. Burada qorxunun özü
də həya invariantı kimi götürülə bilər, yəni “dedim
və peşmanladım” situasiyası. Peşmanlamaq həmişə
aşkar və latent qorxu ucbatından olur. Əslində,
erotika ilə bədən yox, beyin, şüursuzluq yox,
bilincaltı məşğul olur. Ona görə hedonizm (hedone -
ləzzət, həzz) bədən üçün deyil, beyin üçündür.
Ol səbəbdən də mən deyirəm ki, erotika
antireallıqdır,
daha
doğrusu,
düşüncə
parametrlərinin virtual reallığıdır, dünya içində
dünyadır. Erotika seksin teatral dil sistemidir.
“Əlfiyyə və Şəlfiyyə”, “Həvəsnamə” (özünəməxsus
“Kama-sutra” variantları) kimi risalələr Ortaçağ
müsəlman mədəniyyətinin pornoqrafik lüğətidir və
seksin
metodologiyasının
kataloqudur.
Bu
metodologiya insan təxəyyülü ilə interpritasiya
edildikdə erotika hüsnündə təzahür eləyir. Folklor
da bu prosesdə aktiv iştirakçı:
335
“İksimiz bir köynəkdə
yaxası dar oleydi”.
Köynəksiz
sevgililər
pornoqrafik
görüntü
obyekti
olurlar.
Köynək
burada
xalqın
abır-
həyasıdır. Elə məhz bu həya obrazı erotikləşdirir;
və
eyni
zamanda
qəribəsi
budur
ki,
onu
legitimləşdirir. Şərq mədəniyyətində həya həm də
seksual oyunların sərhədini cızır: bura başqaları
gələ bilməz. İki sevgiliyə bir köynəkdə xoşdursa,
deməli, bu “köynək” onların azadlıq hüdudlarını
işarələyir:
“Gəlmişəm otağına oyadam səni”
və ya
“Süpürmüşəm sarayı,
Həsri basma, dolan, gəl.
Gözlərəm təzə ayı...
Həsri basma, dolan, gəl.”
Yaxud
“Dur, gəl, sən bizə,
Duraq üz-üzə
Ay işığında”.
ya da
“O yana döndər məni,
bu yana döndər məni”
kimi nümunələr mənim söylədiklərimi təsdiqləyir.
Sevgililərin intim məkanı özgələrdən ötrü qapalıdır
və toxunulmazdır (ya köynəkdir, ya otaqdır, ya da
saraydakı
həsirin
üstüdür).
Hər
bir
sənətçi
(yazıçı, şair) isə məhz bu məkandan “reportaj
aparmağa”, bu məkanı və bu məkandakı yaşantını öz
seyrçisinə
(oxucusuna)
görükdürməyə,
onu