Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə108/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   104   105   106   107   108   109   110   111   ...   135

 

327 


çərçivəsində  isə  artıq  erotika  özünə  yer  tapa 

bilmir.  Səbəb  də  bu  ki,  orgiya  dəliliyin  və 

cəhənnəmin sərhədidir.  

    Orgiyada  erotizm  minimal  həddə  enir.  Belə  ki, 

burada  həya  fenomeni  aradan  götürülür.  Orgiya 

zamanı heç kim bir-birindən yaşınmır. Bu vaxt insan 

yenidən sürüyə qayıdır. Erotizm bədənin yox, fikrin 

xassəsidir.  Erotika  psixoloji  faktordur:  təbiətini 

təxəyyül müəyyənləşdirir. 

    Orgiya 

həya 

üzərində 

qalibiyyəti 

simvollaşdırır.  Bununla  isə  uyqarlıq  öz  ölümünə 

imza atır

    Həya 

həqiqətlə 

birlikdə 

vətəndaşlığın 

dirəyidir. 

    Amma  əslində...  elə  həyanın  özü  erotikdir. 

Həyasızlıq isə pornoqrafiyadır, və əksinə. 

    Bu  söyləmlər  qədərincə  cəlbedici  olub  da 

diqqəti həməncə özünə çəkməyə qadir. 

    Həya  itirilən  kimi  erotika  da  itir.  Bundan  o 

yanası əzələ çalışqanlığıdır. 

    Azərbaycan  ənənəvi  mədəniyyəti  şəbəkəsində  həya 

pozitiv işarəli bir təzahür kimi daim qiymətdədir. 

    Həya  nədir?  Təbiətdə  buna  bir  görk  bulmaq 

imkanı  sıfır.  Fəlsəfə  də  bu  suala  birbaşa  cavab 

verməyib  ki,  biz  də  bilək,  görək,  həyanı  nə  cür 

qavramaq 

caiz. 

Heç 


“erotika” 

anlayışının 

da 

yüzfaizli  aydın  izahı  yox.  S.İ.Ojeqovun  “Rus  dili 



lüğəti”ində bu söz hissiyyat, cinsi əlaqəyə və onun 

təsvirinə meyl, həvəs kimi mənalandırılır.  

    Həya 

ailənin 


keyfiyyətidir. 

Burada 


nizamlayıcı, 

qoruyucu 

funksiya 

daşıyır, 

instinktləri 

cilovlayır, 

onları 


geyindirir. 

Mədəniyyəti  yaradan  da  elə  həyadır.  Bəlkə  bu  fikri 

belə  də  ifadə  etmək  olar:  mədəniyyət  ona  görə 

mövcuddur  ki,  həya  var.  Mədəniyyət  nəyisə  ört-

basdır  etmək  deməkdir,  instinktləri  göstərmədən 

onlar  haqqında  danışmaq,  onları  nəzarətdə  saxlamaq, 



 

328 


onların  xislətini  anlamaq,  onların  sosial  “mən”ə 

qarşı  təcavüzündən  qurtulmaq  cəhdidir,  həyasızlığı, 

abırsızlığı  həyalı  etmək  cəhdidir.  Həya  ambi-

valentdir:  həm  müsbət  işarəlidir,  həm  mənfi;  həm 

pozitivdir,  həm  neqativ.  Həya  psixoloji  fenomendir: 

şəxsiyyətin  mühit  içrə  özünə  reaksiyasıdır.  İnsan 

həyanın  köləsinə  çevriləndə  nevrozlar  astanasına 

gəlib  çıxır.  Bu  nöqtədən  isə  qapılar  açılır 

klinikalara  və  türmələrə.  Aşırı  həya  da,  aşırı 

həyasızlıq  da  xəstəlik  əlamətidir.  Həya  insan 

qavrayışında  gizli  düşüncələri,  yaşantıları  büruzə 

verməmək,  tərif  və  tənqidləri  özünəxas  bir  şəkildə 

analiz  etmək,  onlara  reflektor  olmaq  istəyindən 

formalaşır. 

Həya 

“mən”i 


məxfiləşdirir: 

“mən” 


məxfiləşəndə içi aqressiya ilə dolur. 

    Adətən, biz kimi həyalı sayırıq? O adamı həyalı 

sayırıq  ki,  ayıb  bir  söhbət,  ya  söyüş  eşidəndə 

utanıb-qızarsın, 

leksikonunda 

pis 


sözlər 

işlətməsin,  öz  seksual  istəklərini  reklam  eləməsin, 

özündən 

yaşlıların 

yanında 

ağzına 


gələni 

danışmasın,  böyüyün-kiçiyin  hörmətini  gətirsin, 

halal 

pul 


qazansın, 

şər 


işlərə 

qurşanmasın, 

danlananda  cavab  qaytarmasın,  başını  aşağı  salsın. 

Gələnəksəl  Azərbaycan  mədəniyyəti  müstəvisində  belə 

davranış tərzi həyalı, urvatlı davranış tərzidir və 

deməli,    bizim  müsəlman  toplumunun  əxlaqına  bir 

görkdür. Amma elə oradaca xalqın məntiqi bu həyanı, 

bu  pozitiv  əxlaq  sxemini  reviziya  eləyir  və  deyir 

ki, utananın oğlu-qızı olmaz. Yəni törəyib çoxalmaq 

üçün sıpçınıb həya paltarından çıxmaq gərək.  

    Təbiətdə nə varsa, hamısı çılpaq. Orada həya və 

erotikaya heç təsadüf edilməz. 

    Hərçənd  həya  ilə  erotika  daimi  rabitədə. 

Utanmaq  haradasa  özünü  özgələr  əhatəsində  sirrə, 

müəmmaya  çevirmək  cəhdinin  bir  variantıdır.  Bu 

baxımdan 

həya 

etmək 


nəyisə 

gizlətmək, 

məxfiləşdirmək,  özünkülərin  və  yadların  tənəsindən 



 

329 


yayınmaq  istəyi  kimi  də  yozula  bilər.  Həyanın  bir 

ucu hörmətdir. Hörmət insana həya saxlamağı, həyalı 

olmağı diktə eləyir. Bu, toplumda sahman yaratmağın 

ən urvatlı yoludur. Həya insanın mənəvi paltarıdır, 

“mən”in  mərifətinin  təzahürüdür.  Ancaq  bununla  belə 

onu  da  qeyd  etmək  gərəkir  ki,  məhz  paltar  (don) 



bədəni  erotikləşdirir.  Əbəs  deyilmir  ki,  gözəllik 

ondur, doqquzu dondur.  

       Lakin  geyim  çılpaqlığı  örtməklə  bərabər 

insanı  daha  çox  “soyundurur”.  Aborigen  tayfalarda 

bir  kimsə  paltar  geyinməz,  çılpaqlığından  da 

utanmaz. Belə ki, onlar bütün bədənlərini öz üzləri 

qismində  qavrayarlar,  yəni  bədəndə  urvatlı  olanla 

urvatsızı  fərqləndirməzlər.  Həya  öz  hissindən,  öz 

istəyindən,  öz  içindən,  öz  bədənindən  utanmaqdır. 

Elə  ona  görə  də  erotikanın  əynində  həmişə  həya 

paltarı olur

    Qədim  Yunanıstan  əhlisə  Erosu  yalnız  çılpaq 

təsəvvür 

edirdi. 


Platonun 

danışdığı 

mif 

versiyasında  bu  tanrının  ata-anası  tamam  başqa 



kimsələr  göstərilir.  Həmin  mifə  görə  Erosun  atası 

Porosdur,  anası  Peniya.  Poros  loqosdur,  Peniya  isə 



loqosun  maddiliyi.  Mifdə  o  da  qeyd  olunur  ki,  Eros 

Peniyanın  bətninə  Zevsin  bağında  düşmüşdü.  Bu  da 

onu  eyhamlaşdırır  ki,  qədim  yunan  mədəniyyəti 

kontekstində 

Erosun 

nəcibliyi 



şübhə 

doğurmur. 

Elladanın  digər  filosofu  Plotinə  görə  isə  Eros 

qəlbin affektidir, tanrıdır, dahidir

    Yazıb-yazıb  biz  belə  bir  nəticəyə  gələ  bilərik 

ki,  çılpaq  Eros  həyanın  nə  olduğunu  bilmir,  özünü 

təbiətdən  ayırmır.  Deməli,  Erosda  erotika  yoxdur. 

Çünki  Eros,  qədim  yunanların  fəlsəfi  və  estetik 

süsləmələrinin 

əla 

araşdırıcısı 



A.F.Losevin 

yozumunda, pak, saf bir enerjidir.

    Eros-tanrı... 



    Eros-dahi... 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə