315
bura dəlaləti yox. Əks təqdirdə, insan öz ruhunun
düşməni olur.
“Ver badə, mürüvvət eylə, saqi”. Klassik Şərq
poeziyası az qalır ki, badəni bütə çevirsin, onu
ilahiləşdirsin: “Nə gördü badədə bilməm ki, oldu
badəpərəst”. Bunun da kökü, şəcərəsi uzaq-uzaq
mədəniyyətlərdən gəlir, sadəcə, şərh etmək gərək.
İş bu ki, badə (piyalə, kasa, masqura, qədəh,
bardaq, cam) arxaik təfəkkürdə qadın başlanğıcını
bildirən vizual obrazdır. Heç kəs inkar etməz ki,
piyalə və ya kasa öz forması etibarı ilə qadın
döşünü, qadın bətnini xatırladır. Torpaq yaş (nəm,
şehli, şirəli) olmazsa, əbədi Yaranış silsiləsinə
nöqtə qoyular. Qadın da torpaq kimidir, Yaranışın
qabıdır,
piyalasidir,
badəsidir;
“islanmasa”,
“dolmasa” həyat tükənər. İçinə mey (su, şərbət,
doşab,
şərab)
damızdırılan
BADƏ
(dulusçuluq
nümunəsi) və ya CAM (misgərlik örnəyi) “vəhdət əl-
vücud”un, “in” və “yan” birgəliyinin, Yaranış
aktının
məkani
formalar
müstəvisində
rəmzi
görkəmidir. Arxaik mədəniyyətlərdə badədən “içmək”,
“dadmaq” qadına sahib olmaq, qadının dişi varlığını
“kəşf
etmək”,
ali
idraka
çatmaq
kimi
mənalandırılır. Badə (bardaq, qədəh, piyalə, kasa,
masqura, kuzə, dolça, küp) və ya cam (parç,
abgərdən, çömçə, çuxur, qazan) təbiətin dörd
ünsürünün, - torpaq, su, od, hava, - sintezindən
törənəndir. Dörd ünsürün tanrısı dulusçudur, bir də
misgər. Mifoloji təfəkkür onları doğma əkiz qardaş,
təmiz, pak enerjinin daşıyıcısı, soyu ilahi dünyaya
bağlı qutlu sənətkar eləyib. Bir sıra xalqların
miflərində,
nağıllarında
insanla
badənin
“qohumluğu” (kuzənin bir zamanlar cavan bir insan
olduğunu söyləməsi) dönə-dönə vurğulanır və islam
mədəniyyəti
kontekstində
sufilərin
fəlsəfi
paradiqmasının son dərəcə ifadəli bir obrazına
çevrilir. Onda təsadüfdürmü ki, klassik Şərq
316
poeziyası badəni insanla büt arasında qərarlaşmış
bir mərtəbəyə yüksəldir? Əsla. Yoxsa Nəsimi dilinə
gətirməzdi ki, “gəl ənəlhəqq sirrini meyxanədə
meydən eşit”. Odur ki, mey “vəhdət əl-vücud”un
təzahürlər dünyasında simvolik obrazıdır, onun
vizual plastik konkretliyidir.
Şərq dünyasında mey və insan münasibətləri
çoxsaylı
əxlaqi
qaydalar,
normalar,
şərhlər,
göstərişlər və teatral təmtərağı olan məclislər
(mərasimlər) yolu ilə tənzimlənir. Mərasimlər və ya
məclislər içrə yaşayıb xoşhallanmaq müsəlmanın
həyat tərzinin qayəsidir. Şərqli üçün mey içmək də
mərasim kimi bir şeydir, məclisdir. Əsrlər boyunca
Şərq aləmində içki kultunun, mey məclislərinin
mövcudluğunun təminatçısı şəhər meyxanələri olub...
MEYXANƏ (meyxana) fars dilindən tərcümədə “mey
evi” anlamına gəlir. Şərab dükanına, qəlyanaltıya
da “meyxanə” deyərlər. Burada gözəl şərablardan
dadıb ləziz xörəklər yemək, dincəlmək, musiqi
dinləmək,
mütrib
rəqslərinə
tamaşa
eləmək,
nağılçıya qulaq asmaq, xor-xor qəlyanın tüstüsünə
uymaq, fəlsəfi söhbətlərdə bulunmaq mümkündür.
Ortaçağ müsəlman mədəniyyətində kef, nəşə simvolu
meyxanədir. Məhz həmən bu meyxanə, yəni mey evi
islam mədəniyyəti kontekstində məscidin yeganə
qarşıdurumudur. Eynən Nəsiminin buyurduğu kimi:
“Çünki bir şəhrin içində məscidü meyxanə var,
Əhli həq fərq eyləməz məscidləri meyxanədən”.
Füzuli məsələni bir az da zilə çəkər:
“Möhtəsib, tanrı üçün gəl mənə vermə əzab,
Meyli-məscidmi edər meykədələr övbaşı.”
Və ya:
317
“Ey əsiri-dami-ğəm, bir guşeyi meyxanə tut,
Tutma zöhhadın müxalif pəndini, peymanə tut”.
Meyxanə məscid və fərdin şəxsi mülkündən
fərqli olaraq tam azad bir zonadır. Burada heç bir
qanun, yasaq, qadağa (mənəvi imperativin zəif
impulslarından başqa) “işləmir”; pul verib dad
alırlar, kef alırlar, əyləncə alırlar. Ona görə
yalan, riya asanlıqla aradan götürülür, həqiqətin
yolu təmizlənir. Meyxanə güzgüdür; qısa bir vaxt
ərzində, daha doğrusu, elə ki dodağa mey dəyər,
insanın batini zahirə çıxıb aşkar olar, necə varsa,
o cür də görünər. Yəni mey insanın mənəvi-əxlaqi
keyfiyyətlərinin,
düşüncələrinin
katalizatorudur
meyxanə içində. Heç bundan da sufi şairləri imtina
edərdilərmi?
XIX yüzilin son rübündən etibarən iqtisadi
proseslərin
nəticəsində
müsəlman
şəhərlərində
meyxanələr
şəbəkəsi
meydana
gəlir,
yəni
mey
evlərinin sayı artır. Bu mey evləri müsəlman
məmləkətlərində haradasa karvansara əvəzidir, onun
mikromodelidir. Azərbaycan da bu siyahıdan istisna
edilmir.
Meyxanə (meyxana) müsəlmandan ötrü maqnit
cazibəsinə malik bir məkandır. Müsəlman meyxanə
böyründən heç vaxt laqeyd ötüb keçə bilmir. o
Bununla belə onun meyxanəyə münasibəti həmişə ikili
olub. Səbəb də bu ki, şəriət meyxanəni şəhərin
urvatsız, haram, məkrə, şərə ürcah bölgəsi hesab
edir. Digər tərəfdən isə meyxanə müsəlman üçün
ənənəvi kef, əyləncə dünyasıdır. İslam aləmində
meyxanəyə getmək mənəvi qadağanı pozmaq deməkdir.
“Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid,
Bumudur əql ki, tərki-meyi-gülgun etdin?”
Təbii ki, heç bir dini yasaq bu fəlsəfi
məntiqə tablamır. Nəticə isə bütün vəziyyətlərdə